Əqlə, maarifə, biliyə inam bəşəriyyətin mənəvi həyatının əhəmiyyətli amili olmuşdur. Lakin xalqlarda inam doğuran Avropa maarifçiliyinin idealı qanlı hadisələrlə heçə endirildi; bu hadisələr ən sivil ölkələrdə belə təkrar olundu. Aydın oldu ki, elmin və texnikanın ən yeni nailiyyətlərindən adamlara ziyan gətirmək üçün də istifadə etmək olar. XX əsrdə avtomatlaşdırmanın imkanlarının artması əmək prosesinin də nadir - yaradıcı başlanğıcı sıxışdırıb çıxarmaq təhlükəsini yaratdı-insan əməyinin avtomatlaşdırılması kimi ənənə özünə yol açdı. Kompüter, informasiya və informasiyalaşdırma intellektual əməyi inqilabiləşdirməklə və insanın yaradıcı yüksəlişində mühüm amil olmaqla cəmiyyətə, insana, kütləvi şüura güclü təsir vasitəsinə çevrilirdi. Yaxşı təhsil almış xüsusi biliklərlə və yüksək texnologiyaya malik olan adamların hazırladıqları yeni növ cinayətlərə imkan yarandı.
Cəmiyyətin mənəvi həyatında dövlətin roluna da xüsusi diqqət yetirmək məqsədə uyğundur. XX əsr dövlətin qüdrətinin görünməz dərəcədə artmasını və onun ictimai və fərdi həyatın bütün sahələrində o cümlədən mənəvi həyata təsirinin yüksəlməsini nümayiş etdirdi. İnsanın dövlətdən hərtərəfli asıllığı faktı göz qabağındadır, praktiki olaraq əhalini özünə tabe edən dövlət şəxsiyyətə təsir mexanizminə nəzarəti də öz əlində cəmləşdirir. Dövlət totalitarızminə XX əsr tarixinin müstəqil fenomeni kimi baxmaq lazımdır. Onu bu və ya digər ideologiyaya və ya dövrə və hətta siyasi hakimiyyətin tipinə bağlamaq olmaz, lakin bu məsələlər son dərəcə vacibdir.
XX əsr təcrübəsi göstərir ki, cəmiyyət iki eyni dərəcədə təhlükəli olan ifrat tərəflərdən: bir tərəfdən, dövlətin dağılmasından, digər tərəfdən isə, dövlətin cəmiyyətin həyatının bütün tərəflərinə artan təsirindən-özünü qorumalıdır. Bütöv dövlətin, eyni zamanda ayrıca şəxsin mənafelərini təmin edə bilən optimal yol dövlətsizlik xaosu və dövlət tiraniyası arasındakı kifayət qədər dar aralıq məsafədən keçir. Bu yolda dayanmaq, heç bir tərəfə düşməmək olduqca çətindir. Əfsuslar olsun ki, XX əsrdə SSR-ı dağıdıldıqdan sonra yaranan dövlətlər bu yolu tuta bilmədilər.
Ümumiyyətlə kütləvi cəmiyyətdə qiymətvermə meyarı dəyişkən və müxtəlifdir. Əhalinin böyük əksəriyyəti də baş verənlərə biganədir, ya da kütləvi informasiya vasitələrinin zorla yeritdiyi və kimlərsə tərəfindən formalaşdırılmış standartları, zövq və meylləri qəbul edir, ancaq özləri sərbəst heç nə işləyib hazırlamırlar. Mühakimə və davranışda olan sərbəstlik və orijinallıq alqışlanmır və daha çox risk, cəsarət tələb edirdi. Bu vəziyyət metodik təfəkkür qabiliyyətinin ictimai vətəndaş və şəxsin cavabdehlik qabiliyyətinin itməsinə kömək etməyə bilməzdi. Adamların çoxusu onlara qəbul etdirilmiş streotiplə yaşayır və onu dağıtmağa cəhd edərkən narahatlıq hiss edirlər. Tarixi səhnəyə “insan-kütlə” çıxır. Şübhəsiz ki, öz bütün mənfi tərəflərinə baxmayaraq “kütlənin üsyanı” fenomeni ciddi iyerarxiya quruluşunu qurmağa, eyni zamanda qəddar dövlət tiraniyası vasitəsi ilə möhkəm qayda-qanun yaratmaq üçün əsas ola bilməz. Kütləviləşmənin əsasında hamının qanun qarşısında bərabərliyini və hər bir kəsin öz taleyini seçmək hüququnu nəzərdə tutan cəmiyyətin liberallaşması və demokratikləşməsi prosesi dayanır.
“İnsan-kütlə” ozünün pis və ya yaxşı tərəflərini qiymətləndirməyə qadir deyil və ümumiyyətlə istəmir, o özünü “hamı kimi” (Orteqa Qasset) hiss edir və buna görə heç narahatda olmur. ”Hamı kimi” özünü hiss etmək onun xoşuna gəlir. O özündən çox şey tələb etmir, özünü təkmilləşdirməyə cəhd etmir, həyatını mürəkkəbləşdirməməyə üstünlük verir və axına doğru üzməyə meyllidir. Həyatın maddi tərəfinə üstünlük verməklə müvəffəqiyyətə, yüksək rifaha və rahatlığa nail ola bilər.
“İnsan kütlə” hər hansı əqli problemi həll edərkən başına gələn ilk fikirlə məhdudlaşır. Bu cür təfəkkür daha yüksək, layiqli və düzgün fikri qəbul edən təfəkkürdən fərqlənir. Eyni zamanda o, yüksək estetik dəyərlər və xüsusi ilə də əməl etməyə daxili tələbat hiss etmir. Mənəviyə qarşı yüksək nizam-intizam, tələbkarlıq ona yaddır. O, nə başqalarının düzgünlüyünü qəbul etmək, nə də özü düzgün olmaq, kiməsə öz fikirlərini qəbul etdirmək və ya qəbul olunmuş fikirlərə qoşulmaq istəmir. Bununla belə onda enerjilik və dinamizm güclüdür. Dünya onun üçün öz enerjisini və qabiliyyətini qoymaq üçün geniş sahədir.