M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə139/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   135   136   137   138   139   140   141   142   ...   154
felsefe

Mənəvi istehsalın ən mühüm xüsusiyyətlərindən biri də ondadır ki, tətbiq olunan “əmək vasitəsi” (ideyalar, surətlər, ehkamlar) öz ideal xarakterlərinə görə onları bilavasitə istehsalçılarından ayırmaq olmaz (müsadirə etmək, başqasına vermək və s.). Ona görə də maddi istehsal üçün adi olan istehsalçının istehsal vasitələrindən uzaqlaşdırılması ilə bağlı çarpışma mənəvi istehsal üçün mümkün deyildir. Onun üçün məhsuldar qüvvələrin son vaxtlar aşkar olunan və mənimsənilən vasitələri: - suyun enerjisi, buxar enerjisi, atom və s. - hesabına yeni əmək vasitələrinin kəşfi-qeyri mümkündür. Mənəvi istehsalın “gücü” yarandığı vaxtdan eyni – ayrıca intellektin gücü olaraq qalır. Ona görə də mənəvi istehsalda hər şey fərdi yaradıcılığa qapanır.
Mənəvi fəaliyyət təbiətən güclü cəzbetmə qüvvəsinə malikdir. Nə üçün rəssamlar, alimlər, yazıçılar, din xadimləri tanınmalarına, hörmətə diqqət yetirmədən yaradırlar? Çox güman ki, yalnız ona görə yox ki, nə vaxtsa onlar gördükləri işə görə qiymətləndiriləcəklər, həm də ona görə ki, fəaliyyət prosesi onlara o qədər zövq verir ki, yerdə qalan hər şey arxa plana keçir. Mənəvi fəaliyyət bir növ oyunu xatırladır, zövqü prosesin özü verir. Bu zövqün təbiəti kifayət qədər aydındır. Mənəvi fəaliyyət nəticədən asılı olmayaraq qiymətlidir. Maddi istehsalda bu hala demək olar ki, rast gəlinmir. İstehsalın özü naminə maddi istehsal əlbəttə, cəfəngiyyatdır. Ancaq incəsənət naminə incəsənət – ilk baxışdan göründüyü kimi də sarsaqlıq deyildir.
Maddi nemətlər sahəsində - bəşəriyyət bütün inkişafı tarixində daha çox onu yaradan yox, ona sahib olan tərəfindən qiymətləndirilmişdir. Mənəvi dəyərlərə də isə vəziyyət əksinədir. Mənəvi nemət sahibi heç kəsi maraqlandırmır, toplanmış mənəvi əmək məhsullarının sahibi yox, onun istehsalçısı yüksək qiymətləndirilir (çox şer və mahnı bilən yox, onu yazan və oxuyan dəyərləndirilir). Məhz buna görə də maddi və mənəvi istehsalın inkişaf üsulları fərqlidir. Mənəvi dəyərlərin fərdi istehsal üsulu və onların mənimsənilməsinin ictimai xarakterinin uyğunsuzluğu onun inkişafının hərəkətverici qüvvəsidir. Mənəvi istehsalın inkişaf prespektivlərinin inkişafını nəzərdən keçirərək qeyd edək ki, gələcəkdə bu istehsalda heç bir fərdin istisna olmadan iştirakı imkanını genişləndirmək və mənəvi dəyərlərdən bəhrələnən hər bir şəxsin onu layiqincə qiymətləndirməsinə nail olmaq lazımdır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin