M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Mədəniyyətin növləri və xüsusiyyətləri



Yüklə 0,71 Mb.
səhifə152/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   146   147   148   149   150   151   152   153   154
felsefe

Mədəniyyətin növləri və xüsusiyyətləri

Mədəniyyət bəşəriyyətin tarixən topladığı maddi və mənəvi sərvətlərin məcmusu, habelə bu sərvətlərin yaradılması, onlardan istifadə edilməsi və gələcək nəsillərə çatdırılması yollarından ibarətdir.


Mədəniyyətin üç əsas tərkib hissəsi vardır: Onlardan biri ictimai şüurda, ikincisi insanların fəaliyyət və davranışlarında, üçüncüsü isə onların fəaliyyətinin maddi və mə'nəvi nəticələrində mövcuddur. Mədəniyyətin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir. Sözün həqiqi mə'nasında mədəniyyətsiz xalqlar yoxdur və olmamışdır. Hər bir xalq özünəməxsus mədəniyyətə malik olur. Müasir qərb kulturologiyasında xalqları "təbii" (yə'ni sivilizasiyanın toxunmadığı, başqa sözlə desək, poza bilmədiyi) və "mədəni" hissələrə bölünməsi qəbul olunmuşdur.
Mədəniyyətin iki növü vardır:

  1. maddi mədəniyyət.

  2. mənəvi mədəniyyət.

İbtidai insanların düzəltdikləri daş və ağac alətlərdən tutmuş müasir mürəkkəb mexanizmlərədək, kahalardan tutmuş saraylaradək hamısı maddi mədəniyyət nümunələri hesab olunur. Şübhəsiz ki, bu bölgü nisbidir, beləki, mədəniyyətin bu növləri bir-biri ilə sıx əlaqədardır.
Mədəniyyətin bir sıra xüsusiyyətləri var.
1. Mədəniyyət formaca milli, məzmunca beynəlmiləl olmaqla ümumbəşəri xarakter daşıyır. Yə'ni hər bir milli mədəniyyət qazandığı uğurlarla eyni zamanda dünya mədəniyyətini zənginləşdirmiş olur. Odur ki, ümumdünya mədəniyyətinin yaradılmasını heç bir xalqın müstəsna xidməti hesab etmək olmaz. Bu mədəniyyət bütün millət və xalqların birlikdə yaratdıqları sərvətdir ki, onun da ən yaxşı nümunələri son nəticədə bütün bəşəriyyətə məxsus olur.
2. Mədəniyyətin fərqləndirici xüsusiyyətlərindən biri də onun humanist xarakter daşımasıdır. İnsan mədəniyyət və onun problemlərinin mərkəzində dayanan əsas fiqurdur. O, maddi və mənəvi sərvətləri yaradan elə bir bio-sosial varlıqdır ki, əsrlərdən bəri dini, irqi, milli və s. fərqlərdən asılı olmayaraq həm də bu sərvətlərin başlıca daşıyıcısı olmuşdur. Başqa sözlə desək, insan yer üzündə yaranmış ən qüdrətli mədəniyyət abidəsidir. Ona görə də insan tərəfindən yaradılan bu zəngin maddi və mənəvi sərvətlərin elə əsl sahibi də onun özüdür.

  1. Mədəniyyətin digər xüsusiyyəti onun ekspansiv xarakter daşımasıdır. Dünya xalqlarının və millətlərinin tarixi təcrübəsi göstərir ki, milli mədəniyyəti qədim və yüksək olan xalq başqa bir xalq tərəfindən istilaya məruz qaldıqda onun mədəniyyəti nəinki assimilyasiyaya uğramır, əksinə, əsarət altına alan xalqa hardasa öz mədəniyyətini qəbul etdirir. Məsələn: vaxtilə Azərbaycana gəlmiş bir sıra istilaçılar və köçəri maldar tayfalar sonradan Azərbaycan dilini və mədəniyyətini qəbul etmiş, hətta yerli əhali ilə qaynayıb qarışmış və azərbaycanlaşmışlar.

  1. Mədəniyyətin mühüm xüsusiyyətlərindən biri də onun tarixən keçici xarakter daşımasıdır. Müəyyən insan birliklərinə xas olan mədəniyyət ünsürləri dəyişilməz qalmır, bu və ya digər obyektiv və subyektiv amillərin təsiri altında deformasiyaya uğrayır, dəyişilir, hətta bəzən yox olur. Qəbilə-tayfa-xalq-millət kimi insan birliklərinə xidmət edən mədəniyyət nümunələrinin bir çoxu tarixən daha da inkişaf etdirilib təkmilləşdirilmiş, digərləri isə köhnəlib aradan çıxmışdır. O.Şpenqler yazırdı ki, mədəniyyətlərin də çiçəklənməsi və qocalması dövrü vardır. Doğrudan da dünyada hər şey, hətta insanların dəyişməz saydığı dilin özü də qocalır, sıradan çıxır. Qədim dövrlərdə uzun müddət yaşamış, sonralar tamamilə yoxa çıxmış dillərə aid çoxlu misallar gətirmək olar. Məsələn, qədim Hindistandakı sanskrit, qədim Misirdəki qütbi dili və onlarca bu cür dillər sıradan çıxmışdır.

  2. Mədəniyyətin xüsusiyyətlərindən danışarkən, onun varislik cəhətlərinə malik olması da qeyd olunmalıdır. Hər bir mədəniyyət özündən əvvəl yaranmış mədəniyyət növlərindən bəhrələnir, onun ən yaxşı nümunələrini gələcək nəsillərə çatdırır.

  3. Mədəniyyətin xüsusiyyətlərindən bir də onun diskursivliyi və habelə diskret olması, yə'ni fasiləsiz şəkildə inkişaf etməsi və bu fasiləsizlikdə müəyyən bir fasilə, müəyyən bir mərhələ olmasıdır.

  4. Bütün bunlarla yanaşı, mədəniyyətin sinkretizmini, yə'ni bölünməzliyini, vəhdətini də qeyd etmək lazımdır. Dünyada bütün mədəniyyətlər əslində eyni bir cəhətə, bir-birinə yaxınlaşmaq və bir-birini zənginləşdirmək xüsusiyyətinə malikdirlər.

  5. İctimai-siyasi fikir tarixində elə nəzəriyyələr də olmuşdur ki, onlar mədəniyyətin mühüm bir xüsusiyyəti kimi, onun sinfi xarakter daşıdığını birinci dərəcəli məsələ kimi irəli sürmüşlər.
    Məsələn, marksizmə görə, antaqonist siniflərə bölünmüş cəmiyyətlərdə mənəvi mədəniyyət öz məzmunu etibarilə vahid olmur. Lakin sosializm quruculuğu gedişində bütün sahələrdə olduğu kimi, bu sahədə də bir sıra ciddi əyintilərə və nöqsanlara yol verilmişdir. Bunun nəticəsində bir sıra elm sahələri "burjua elmi", elm və mədəniyyət xadimləri isə "burjua ziyalısı" kimi damğalanaraq ittiham olunmuş, repressiyalara məruz qalmışlar. Hüseyn Cavid, Mikayıl Müşviq, Bəkir Çobanzadə, Heydər Hüseynov və onlarca başqa görkəmli alim, yazıçı və şairlər məhz bu siyasətin qurbanı olmuşlar. Bu, onu göstərir ki, bu sahədə də ən böyük zərbə müsəlmanlara, türk xalqlarına, o cümlədən də Azərbaycan xalqına dəymişdir. Onların əlifbaları iki dəfə əvvəlcə latın, sonra isə kiril-rus qrafikası əsasında dəyişdirilmiş, öz keçmiş mənəvi irsləri və qonşu türk xalqları ilə mədəni əlaqələri ya tam kəsilmiş, ya da ona ciddi qadağalar qoyulmuşdur. Süni surətdə Sovet dövləti daxilində bir xalq - sovet xalqı və bir mədəniyyət - sovet mədəniyyəti yaradılması siyasəti yeridilmişdir. Bu, əslində rus-sovet tipli uydurma bir mədəniyyət yaratmaq cəhdindən başqa bir şey deyildi. Odur ki, bu siyasət son nəticədə iflasa uğradı.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin