M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə26/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   22   23   24   25   26   27   28   29   ...   154
felsefe

Mehbalı Məhəmməd oğlu Qasımov ilk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda almış, 1932-ci ildə Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, 1937-ci ildə təhsilini başa vurduqdan sonra respublikanın ali məktəblərində dialektik və tarixi materializmdən dərs demişdir. 1940-cı ilin mart ayında ordu sıralarına çağırılmış, müharibənin sonuna qədər Sovet ordusu sıralarında alman faşizminə qarşı mübarizədə iştirak etmiş, mayor rütbəsində ordudan tərxis olunmuşdur. Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparmış, “Ömər Xəyyam rübailərində materialism”, “V.Q.Belinski XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsidir”, “M.F.Axundov və XIX əsr rus inqilabi-demokratik estetikası” adlı əsərlər yazmış, 6 cildlik “Fəlsəfə tarixi”nin müəlliflərindən biri olmuşdur. ”Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri” adlı doktorluq dissertasiyasını 1956-cı ildə Moskvanın fəlsəfə ictimaiyyəti qarşısında müvəffəqiyyətlə müdafiə edərək, fəlsəfə elmləri doktoru dərəcəsi almışdır. Onun xüsusi diqqəti və qayğısı altında qısa müddətdə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.
M.Qasımovun elmi konsepsiyanın mahiyyəti bundan ibarət idi ki, hər bir xalqın ictimai-fəlsəfi fikri özünəməxsusdur və çox qədim köklərə bağlıdır. Bununla belə, digər xalqlardakı bəşəri fikirlərin öyrənilməsi milli fəlsəfənin qarşılıqlı şəkildə formalaşması və zənginləşməsinə təsir edir-bütün bunlara tarixilik prizmasından təbii və sistemli yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycan xalqının milli təfəkkürü Şərq və Qərb fəlsəfi fikir tarixində qabaqcıl yer tutur.
Akademik Firudin Qasım oğlu Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan “SSRİ də fəlsəfə tarixi” adlı kitaba daxil edilmişdir. Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.
XX əsr bəşəriyyətin inkişafı tarixinə həm sosial-iqtisadi, həm siyasi, həm də mənəvi sahələrdə əsaslı keyfiyyət dəyişiklikləri dövrü kimi daxil olmuşdur. Dəyişkən, ziddiyyətli və sürətli inkişaf edən bu dövrün bütün xüsusiyyətləri, dövrün ideyalarının kəskin mübarizəsi XX əsrin müxtəlif fəlsəfi konsepsiyalarında və cərəyanlarda öz əksini tapmışdır. Əsasən XX əsr fəlsəfəsini marksist və qeyri-marksist fəlsəfəyə ayırırlar. Bu iki fəlsəfi istiqamətin ümumi cəhətləri olsa da, onlar sinfi məzmun, bəşəri sərvətlərə münasibət, tarixi prosesin izahı, dünyagörüşü istiqaməti, bəşəriyyətin gələcəyi ilə bağlı düşüncələri və s. baxımdan fərqlənirlər. Marksist fəlsəfi konsepsiya bəşəriyyətin gələcəyini sosializmdə görürdü, o fəhlə sinfinin inqilabi nəzəriyyəsi olmuş, bu sinfin bəşəri sərvətlərə qovuşacağını iddia edirdi. Qeyri- marksist fəlsəfi cərəyanlar isə sinfi məzmundan yüksəkdə dayandıqlarını, bəşəri sərvətin mənasızlığını iddia edərək özlərini yeganə fəlsəfi varis kimi təbliğ etməklə yanaşı, həm də marksist-leninçi fəlsəfi ideyaları təsadüfi hadisə adlandırırdılar. Bu dövr fəlsəfəsinin əsas xüsusiyyətlərindən biri ən yeni və ya “müasir fəlsəfənin” əmələ gəlməsidir.
XX əsr fəlsəfəsinə xas olan xüsusiyyətlərdən biri də dövrün elmi-texniki və sosial-mənəvi tərəqqisinin doğurduğu kəskin böhranlı vəziyyət, mürəkkəb sosial-qlobal ekoloji problemlər, “demoqrafik” partlayış, istilik-nüvə müharibəsi təhkükəsi və digər problemlərin doğurduğu dərin ziddiyyətlər və onlardan çıxış yolları axtarmaq ideyaları təşkil edir. Cəmiyyətin gələcəyinə bədbin, inamsız münasibətin təzahürləri də XX əsr fəlsəfəsi üçün səciyyəvi olmuşdur. Bu dövr fəlsəfəsi həm də qədim dövrdən bu vaxta qədər mütərəqqi fəlsəfi irsin mənimsənilməsi və onlara yeni mənalar verilməsi baxımından da diqqəti cəlb edir. Platon və Aristotel irsinə maraq artmış, orta əsr ilahiyyat fəlsəfəsi netomizm cərəyan vasitəsilə yenidən canlandırılmışdır. Bir sözlə, qədim Şərq və antik yunan fəlsəfi ideyalarının, orta əsrlər Avropasının və müsəlman Şərq fəlsəfəsinin, intibah mədəniyyətinin, maarifçilik və inqilabi demokratizm fəlsəfi ənənələrinə dönüş, onların bərpası və canlandırılması, “keçmişə, geriyə qayıdış” adı altında qədim, orta əsr, intibah, yeni dövr və klassik fəlsəfə nümunələrinin tədqiq və təhlil edilməsi XX əsr fəlsəfəsinin əsas xüsusiyyətlərindəndir.
XX əsrin əvvəllərində fəlsəfi fikirdə dünyanın “duyğular nöqteyi- nəzərindən” izahını verməyə çalışan empriokritisizm mövqeyi daha güclü yer tutmuşdur. Yunanca “təcrübənin tənqidi” mənasını verən empriokritisizm fəlsəfədə subyektiv idealizmin yeni forması və idraki metodologiya olmuşdur-ona “maxizm fəlsəfəsi” də deyilir. Empriokritisizmdə “təfəkkürə qənaət” idrakın əsas metodoloji prinsipi elan olunur-həmin prinsipin idraka tətbiqi ilə belə bir subyektiv idealist nəticəyə gəlinir ki, gerçəkliyin əsasında “duyğu kompleksləri” durur, ancaq mütləq “mən” və “mənim duyğularım” mövcuddur, gerçəkliyin obyektiv reallığından isə söhbət gedə bilməz. Empriokritisizm “təcrübə” anlayışını tənqidi təhlil edərək onu substansiya (materiya), zərurət, səbəbiyyət, qanunauyğunluq və s. anlayışlardan, yəni “aprior mühakimələrdən” təmizləmək ideyasını irəli sürür və göstərir ki, bunlar təcrübəyə “qeyri-qanunu daxil edilmişdir”. Empriokritisizm dünyaya duyğuların məcmusu kimi baxır.
Marksizm-leninizm bütöv təlim olub, iqtisadi, fəlsəfi, sosial-siyasi ideyaların vahid sistemidir, dünyagörüşüdür-o, dünya fəlsəfi, iqtisadi və sosial- siyasi fikir inkişafı zəmnində, XX əsrdə kapitalizm şəraitində zəhmətkeş kütlələrin mənafeyinin ifadəsi kimi meydana çıxmışdır. Alman klassik fəlsəfəsi, ingils siyasi iqtisadı, fransız utopik sosializmi marksizm-leninizm təliminin nəzəri mənbələrini təşkil edir. Bu təlimin sosial- sinfi mənasını fıəhlə sinfinin, bütün azadlıq uğrunda mübarizə aparan zəhmətkeş kütlələrin mənafeyinin müdafiəsi təşkil edir. Marksizm-leninizm inqilabi dünyagörüşüdür, müəyyən ideyalar sistemidir, sosial ədalətin qərarlaşmasına imkan verəcək bir cəmiyyət-sosializm qurmaq onun ictimai-siyasi idealıdır. SSRİ-nin, dünya sosializm sisteminin dağılması, XX əsrin bir çox xalq və millətlərinin sosializmdən üz döndərməsi, marksizm-leninizmin özünü doğrultmaması nəticəsi deyil, əslində sosializm quruculuğu haqqında marksizm-leninizm ideyalarının düzgün həyata keçirilməməsi, bu təlimin bayağılaşdırılması, zorakılığa, inzibati-amirliyə əsaslanan bir sosializm cəmiyyətinin qurulması nəticəsi idi. Bu cəmiyyətdə azadlıq, bərabərlik, hümanizm, ictimai mülkiyyət prinsipləri sözdə, qanunlarda elan olunsa da, işdə heç də ardıcıl həyata keçirilməmişdir. İqtisadi, siyasi, mənəvi ziddiyətlər axıra qədər həll edilməmiş, əksinə, tək partiyalı siyasi rejim onları daha da dərinləşdirmişdir-bu prosesə bir fəlsəfi təlim kimi marksizm-leninizmin ziddiyyətlərinin, onun neqativ tərəflərinin də təsiri olmuşdur, lakin əsil səbəb real gerçəklik ziddiyyətləri, qurulmuş real “sosializm cəmiyyətinin” iqtisadi, siyasi, sosial və mənəvi cəhətlərdən deformasiyaya uğraması, cəmiyyətin iqtisadi, siyasi və mənəvi böhran həddinə gəlib çatması, dağılma prosesinin obyektiv zərurətə çevirilməsi olmuşdur.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin