Subyektiv reallıq – insan fəaliyyətinin, daha dəqiq onun yüksək inkişaf etmiş mürəkkəb beyninin fəaliyyətinin məhsuludur. Bəzən hər hansı hadisə haqqında, məsələn cinlərdən, cırtdanlardan, pərilərdən, küpəgirən qarıdan və s. danışırlar: ˝Belə şeylər yoxdur, bu yalnız təxəyyülün məhsuludur, gerçəklikdə isə belə şeylər mövcud deyildir˝. Bu cür ifadə işlətmək ən azı dəqiq deyildir, səhvdir, lakin onların mənası da aydındır. Bu ifadəni işlədən adamlar demək isdəyirlər ki, cinlər, cırtdanlar, pərilər, küpəgirən qarılar və ya elmi – fantastik romanlarda təsvir olunan hadisələr bizim Yer planetinin, hal – hazırda içində olduğumuz binanın, bizi əhatə edən mebellərin aid olduqları obyektiv reallıqda mövcud deyillər. Ancaq o da doğrudur ki, sadaladığımız nağıl personajları və hadisələr bizim şüurumuzda, təsəvvürümüzdə mövcuddurlar və bu və ya başqa cür bizim davranışımıza, bizim həyacan, duyğular dünyamıza, bizim əhval–ruhiyyəmizə, hərəkətlərimizə təsir edirlər.
Bizim beynimizin məhsulları – fikirlər, anlayışlar, rəylər, düşüncələr, surətlər, elmi və qeyri – elmi biliklər də vardır və onlar xüsusi gerçəklik yaradırlar- fəsəfə də bunu subyektiv reallıq adlandırırlar. Lakin fikirlər, surətlər, hisslər və arzu adamları hərəkət etməyə, aydın şəkildə başa düşmək lazımdırki ki, ˝subyektiv reallıq˝ kateqoriyasını əhatə edən bütün hadisələr və proseslər “obyektiv reallıq” kateqoriyasını əhatə edən bütün hadisələr və proseslər kimi və həm də o mənada mövcud deyildir. Subyektiv reallığı yaradan hadisələr və proseslər bizim şüurumuzda, insan təfəkküründə mövcuddur. Onların mövcudluğu obyektiv reallığa aid olanların mövcudluğundan fərqlənirlər. Bundan başqa insanın yaratdığı subyektiv reallıq obyektiv reallıqla müəyyən mənada baglıdır, insanın özü də onu əhatə edən dünya ilə bağlı olur.Subyektiv reallıq ilk növbədə fikirlərdə və surətlərdə, elmi biliklərdə və bədii təxəyyüldə ifadə olunur. “Təmiz” fikrin və ya təxəyyüldə canlandırılan surətlərin köməyi ilə mismarı taxtaya vurmaq, mənzilin divarını rəngləmək, avtomobil və ya kompüter yaratmaq olmaz. Lakin fəaliyyət göstərməyə, işləməyə, mübarizə aparmağa məcbur edə bilər. Belə olduqda adam əlinə çəkic və ya rəng fırçası götürüb mismarı taxtaya vura və ya divarı rəngləyə, avtomobil düzəldə, kompüteri yığa bilər.
Beləliklə, insan şüurundan kənarda mövcud olan obyektiv reallıq və insan şüurunun məhsulu olan, yalnız onda mövcud olan subyektiv reallıq arasındakı ciddi fərqlərə baxmayaraq onlar bir biri ilə sıx vəhdətdədirlər, bir-birinə bağlıdırlar, qarşılıqlı fəaliyyətdədirlər və bir-birinə təsir edirlərr. Subyektiv və obyektiv reallığın keçmişində və gələcəkdəki bütün gerçəkliyin, bütün mümkün vəziyyətini əhatə edən onların vəhdətinin və qarşılıqlı fəaliyyətlərinin bu dərin əlaqəsi “varlıq” fəlsəfi kateqoriyasında əks olunur və qeyd olunur. Varlıq subyektiv və obyektiv reallığın vəhdətidir. Varlıq kateqoriyasının xüsusi mənası ondan ibarətdir ki, o insanın bizim dünyaya “bağlılığını”, ”təsirini” göstərir, bu dünya insanın yaratdığı subyektiv reallıqsız tam, rəngarəng və dinamik ola bilməz, məhz subyektiv reallıq hesabına obyektiv reallıq və bütün varlıq yeni hadisələrlə - texniki tikililərlə, yeni landşaftlarla, kosmik qurğularla və s. dolur – bütün bunlar aktiv fəaliyyəti, subyktiv realliq olmadan mümkün deyildir, ola bilməzdir.
Ruhu və əqli, həyəcanları, ehtirasları, coşqunluğu və düşkünlüyü, şəxsi və tarixi sahələri, xeyirxahlığı və qəddarlığı ilə insan, döyüşçü-insan və əkinçi-insan bir tərəfdən obyektiv reallığın məhsuludur və özü real bədəndən ibarətdir, digər tərəfdən o subyektiv reallığın, xəyallar, kəşflər və ixtiralar, fantaziyalar və dəqıq hesablamalar dünyasının yaradıcısıdır. O sanki dörd yol ayrıcıdır, subyektiv və obyektiv reallığın kəsişmə nöqtəsidir, bu mənada o varlığın mərkəzidir. O bu reallığa görə cavabdehdir, çünki güclü yaradıcılıq qüvvəsinə malikdir, o landşaftı dəişdirir, süni çaylar və kanallar salır, təyyarələr, raketlər və kompüterlər yaradır, bununla yanaşı təbii ətraf mühiti dağıdır, təbiəti ekoloji fəlakət qarşısında qoyur, süni intellekt sistemi yaradır, bu hələ zəif olsa da artıq indi onun Kainatdaki müstəsna, qeyri adi vəziyyətini, düşünən varlıq vəziyyətini təhlükə qarşısında qoyur. Daha bir aspekt var, bir, ancaq ola bilsin ki, varlığın ən mühüm tarixi perspektivi olan aspekt var. Bu ondan ibarətdir ki, insan-sadəcə olaraq yalnız subyektiv reallığın və qismən obyektiv reallığın yaradıcısı deyildir, o xüsusi sosial varlıqdır. Hər bir insan təkrar olumaz və nadirdir. Onun dünyaya gəlməsi-möcüzə, onun ölümü isə faciəli itkidir.İnsan ölümə məhkumdur, lakin insan nəsli nə qədər ki, onun inkişafı üçün şərait var ölməzdir və bu ölməzliyin mexanizmi gedən olaraq insanın fiziki və bioloji varlığından yox, onların məlumatları, xüsusən onun ali forması kimi bilikləri yaratmaq, toplamaq və gələcək nəslə ötürmək bacarıqlarından ibarətdir.
Ətraf təbiətin ehtiyatlarından istifadə edən insan yeni ehtiyatlar yaradır, özünü tətbiq edir, reallaşdırır-biliklər, ictimai-mədəni və texniki mühit yaradır.Lakin bu fəaliyyət robinzonluq etmək istəyən tək adamın işi deyildir-o nəsillərin fəaliyyətləri ilə həyata keçir.Milyonlarla insan düşmənçilik edərək, zəhmət çəkməklə bir-biri ilə mübarizədə və bir birini müdafiə etməklə hərəkət edirlər, insan cəmiyyəti yaradırlar, onlar üçün görünməz, gizli olan məqsədlərə doğru gedirlər. Ancaq düşünən və məqsədyönlü şəkildə fəaliyyət göstətən varlıq kimi insan təfəkkürünü və böyük əqli gücünün köməyi ilə bu məqsədləri dərk etmək, onu ümuməhəmiyyətli, səmərəli emək istəyir, o gələcəyin pərdəsini qaldırmaq və gələcəyə aid olan, yalnız bundan sonra yaranacaq varlıq sahəsinə, təbiətin və ictimai həyatın sahələrinə nəzər salmaq istəyir. Ona görə də nəsillərin əlaqəsi, tarixi təcrübənin əlaqəsi, biliklərin əlaqəsi tarixi varlıq kimi insan üçün çox vacibdir və böyük dəyər kəsb edir.məhz buna görə də varlığın məğzi və imkanları haqqında məsələ, Hamlet demişkən “zaman arasındakı əlaqə dağılanda” yaranır, yəni böyük tarixi dəyişikliklər, inqilablar, yenidənqurmalar dövründə yaranır, məhz bu dövrdə insan bu əlaqələri bərpa etmək və möhkəmləndirmək üçün maksimum cəhdlər edir. Ona görə də xüsusi fəlsəfi kateqoriya kimi, universal anlayış kimi varlıq obyektiv və subyektiv reallığı əhatə edir, özündə daha bir kəsiyi – tarixi reallığı birləşdirir. Tarixi reallıq insanın gerçək sosial varlığıdır, özündə insanın fəaliyyətinin ictimai əhəmiyyətli təzahürünün keçmişdəki, indiki və gələcəkdəki vəziyyətini birləşdirir.
Nəzərdən keçirdiklərimizdən aydın olur ki, ”varlıq” anlayışı adamların dərin mənaya çatmağa və üç müxtəlif reallıqların-obyektiv, subyektiv və tarixi-vəhdətində möhkəm, sabit, qanunauyğun olanları tapmağa şüurlu cəhddir.Ona görə də subyektiv reallıq kimi şüurun bütövlükdə varlığa olan münasibəti insan həyatının mənasını dərk etmək üçün, fərdin ölümü və onun nəslinin ölməzliyinin əlaqəsinə çatmaq üçün bu qədər mühüm, tabeyüklü əhəmiyyət kəsb edir. Beləliklə fəlsəfənin böyük əsas məsələsi-varlıq və şüurun, materiya və təfəkkürün münasibəti haqqında məsələ insanın yaşamasının, mövcudluğunun ən mühüm problemlərini başa düşmək üçün əsasdır.
Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya aparatı sistemində varlıq kateqoriyası mərkəzi yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən “var olmaq»” “mövcud olmaq”, Q”üzə şıxmaq”, “reallıq” mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada: dar mənada- şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq; geniş mənada- materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir. Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər. Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan “həqiqi” varlıq “qeyri-həqiqi” varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.
Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çıxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.
Varlıq probleminin mənası nədədir? Nə üçün o daimi olaraq-qədim dövrlərdən bu günə qədər-fəlsəfədə müzakirə olunur? Nə üçün əksər mütəfəkkirlər onu sistemli fəlsəfi düşüncələr üçün başlanğıc, əsas hesab etmişlər və edirlər?Bu dərəcədə geniş fəlsəfi problemlərin mənasını başa düşmək-ilk növbədə insanın və bəşəriyyətin real həyatında hansı köklərinin olmasını aşkar etməkdir. Bizim həyat fəaliyyətimiz sadə və anlaşıqlı ilkin əsaslıdır-onları biz adətən heç bir tərəddüdsüz və mühakiməsiz qəbul edirik.Onların arasında ən birincisi və universalı insanın belə bir təbii inamıdır ki, dünya var, “burada” və “indi” mövcuddur, göz qabağındadır. Adamlar elə bu cür təbii şəkildə belə güman edirlər ki, təbiətdə və cəmiyyətdə baş verən dəyişikliklərə baxmayaraq dünya nisbətən sabit bütöv kimi qalır. Varlıq problemi o vaxt yaranır ki, bu cür universal ilkin şərt tərəddüd və düşüncələrin predmetinə çevrilir. Bunun üçün isə kifayət qədər səbəb vardır. Axı bizi əhatə edən təbii və sosial dünya insan və bəşəriyyət qarşısında çətin suallar qoyur, real həyatın əvvəllər izah olunmayan məlumatları ətrafında bizi düşünməyə vadar edir.
Varlıq haqqında fikirlər dünyanın “burada” və “indi” mövcudluğu ilə bağlı sadə təsdiq etmə ilə kifayətlənə bilməz. Dünya var, dünyanın “burada” mövcud olomasını müəyyən etdikdən sonra onun həm də yalnız “burada” deyil”, orada”, ən uzaq üfüqlərin arxasında mövcud olması qənaətinə gəlmək təbii deyil? Bir halda ki, ən sonuncu üfüqlərin araxasında dünyanın olmamasının təsəvvür etmək çətin olduğundan bu o demək deyil ki, dünya hər yerdə mövcuddur? Fəlsəfə hələ qədim dövrlərdən bu cür suallar qoymuş və bununla problemin daxili məntiqini açan yolla getmişdir.
Dünyanın “indi” mövcud olduğunu demək kifayət edir ki, onun keçmişi və gələcəyi haqqında suallar qarşıya çıxsın. Bu suallara cavab vereən bəzi filosoflar sübut edirdilər ki, sonsuz dünya keçici deyildir-o həmişə olmuş, var və olacaqdır: digərləri təsdiq edirdilər kidünya olmuş, var və olacaqdır, lakin yalnız məkanda deil, həm də zamanda öz başlanğıcı və sonu olmuşdur. Başqa sözlə desək, bütöv kimi sonsuz dünyanın mövcudluğu haqqında fikir sonradan fəlsəfədə dünyanın mövcudluğunun ya keçici, ya da keçici olmaması haqqında tezislə birləşmişdir. Bütöv, tam kimi dünyanın mövcudluğunun keçici olmaması (və ya ən azı çox uzun müddət mövcud olması) haqqında ideya da öz növbəsində bu mövcudluqla keçici olan, sonu olan şeylər və insan varlığının açıq aşkar necə əlaqədə ola bilməsi sualını doğurur. Varlığa aid olan bütöv suallar və ideyalar zənciri bilən düzülür. Bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan aspektlərə bölünən varlıq problemi məhz beləcə yaranmışdır.
Əgər dünyanın “burada” və “indi” mövcudluğu haqqında dəlillər aydın ilkin şərtlərə, insan həyatının faktlarına əsaslanırsa bunu keçici olmayan dünyada məkan sərhəddi olmayan ideyalar haqqında demək olmaz. O adamların bilavasitə müşahidələrindən, konkret təcrübələrindən irəli gəlmir. Əksinə, Yerin məhdud hissəsindəki həyat, insan bir çox varlıqlar üçün nə vaxtsa başlayan və təəssüf ki, qurtaran həyat dünyanın keçici olması haqqında, məkan və zamanda onun sərhədlərinin olması haqqında fikirə gətirib çıxarır. Bax buna görə də ayrıca adam üçün, xüsusən şəxsiyyəti və ruhu yenicə formalaşanlar üçün dünyanın sonsuz və keçici olmayan mövcudluğunun dünyagörüşü mənimsənilməsi asan məsələ olmur. Ola bilsin ki, insan gündəlik həyatında dünyanın sərhədləri və ya sonsuzluğu haqqında, onun, mövcudluğunun keçici və ya keçici olmaması haqqında düşüncələrlə özünə əziyyət vermir?
Hər birimizin sürətlə keçən həyatda ayrı – ayrı adamların mövcudluğunun zəifliyi haqqında düşündüyü və narahat olduğumuzu yada salaq. Biz həyatımızı – bizim keçici olan mövcudluğu keçici olmayan təbiətin mövcudluğu ilə, insanın mövcudluğu ilə, bizə qədər yaşamış və bizdən sonra yaşayacaq adamların həyatları və işsizləri ilə müqayisə etmişik və əlaqələndirmişik. O bu fikrən öz varlığımıza və dünyanın varlığına, yəni keçici və keçici olmayana müraciət etmək deyilmi?
Keçici və keçici olmayan haqqında – “əbədi və müvəqqəti” haqqında biz yalnız ayrı – ayrı adamların həyatları və ölümləri haqqında düşünəndə yox, həm də məkan və zamanca sonsuz dünyanın “sərhədləri” haqqında düşünəndə fikirləşirik. Bu düşüncələr, təbii ki, adamların dünyadakı şəxsi təcrübələrindən yaranır, bu dünya hər bir fərd üçün “burada” və “indi” mövcuddur, lakin keçmiş və gələcək zamanda kainatın hər yerinə yayılır. İnsan mədəniyyətində (əvvəllər antologiyada və dində, sonra fəlsəfə və elmdə) keçici və keçici olmayan, “müvəqqəti və əbədi” məkan – zaman sərhəddi və ya dünyanın sonsuzluğu mövzusu müzakirə olunur.