M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


a) Şeylərin, proseslərin və təbiətin vəziyyətinin varlığı



Yüklə 0,71 Mb.
səhifə39/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   35   36   37   38   39   40   41   42   ...   154
felsefe

a) Şeylərin, proseslərin və təbiətin vəziyyətinin varlığı
“Ətraf aləm“ anlayışını dəqiqləşdirməkdən başlayaq, insan onun mövcudluğunu qəbul etməyə əsaslanaraq çıxış edir. İnsan fəaliyyətinin tarixən birinci əsası, ilkin şərti belə olmuşdur, bu gün də belədir: şeylər, proseslər, təbiətin vəziyyəti insana qədər yaranmışdır, mövcud olmuşdur, adamların şüurundan və fəaliy­yətindən asılı olmayaraq və sərbəst mövcuddurlar. Sonra adamlar güclü və geniş şəkildə Yerin təbiətinə təsir etməyə başladılar, bəşəriyyət tərəfindən əvvəllər təbiətdə mövcud olmayan şeylər, proseslər, vəziyyətlərin bütöv bir dünyası yaradıldı – K. Marks onları “ ikinci təbiət “ adlandırıldı.

Təbiətin mövcudluğu problemini xüsusi reallıq kimi dərk edərkən fəlsəfə ilk növbədə müəyyən çətinliklərlə bir növ paradoksla qarşılaşır: şeylərin və təbiətin vəziyyəti haqqında bütövlükdə təbiət haqqında insan düşünür və danışır; məhz o təbiət aləminin öz şüur və fəaliyyətinə qədər, ondan kənarda və ondan asılı olmayaraq mövcudluğunu müəyyənləşdirir – həm də başqa cür yox, məhz öz şüur və fəaliyyətinə əsaslanaraq müəyyənləşdirir. Fəlsəfə bu paradoksa laqeyd yanaşmır. Bəli, məhz adamlar təbiət haqqında mühakimə yürüdürlər və deyirlər ki, insan nəsli yaranana qədər o mövcud olmuşdur və insan və onun şüuru yaranandan sonra da o öz varlığının müstəqilliyini saxlamışdır. Axı təbiət varlığının mövcudluğu və formaları haqqında nəticələr insan tərəfindən çoxsaylı faktlara, o cümlədən elmi arqumentlərə, təcrübə və nəzəri məlumatlara əsaslanaraq əldə olunmuşdur, yəni ümuminsani sosial – tarixi təcrübəyə, nə vaxtsa yaşamış və bu gün yaşayan fərdlərin konkret praktiki təcrübələrinə əsaslanaraq bu nəticəyə gə­lin­mişdir. Tarixin təcrübəsinə həkk olunmuş gündəlik yoxlamalar təbiətin insandan əvvəl və ondan asılı olmayaraq mövcud olması fikrini formalaşdırmışdır – bu həm də təbiətşünaslığın və fəlsəfənin əsaslandırılmış elmi nəticələridir.


Birinci təbiətin varlığı haqqında danışarkən onu təsdiq et­mək olar ki, onun şeyləri, prosesləri, vəziyyəti, onun bü­tövlüyü insan şüuruna qədər, ondan kənarda və ondan asılı olmayaraq mövcuddur, bu da varlığın xüsusi forması kimi təbiətin ( onun şeylərinin, proseslərinin, vəziyyətinin ) köklü və daimi fərqidir. Lakin burada bütövlükdə təbiət və onun ayrı-ayrı möv­cudluğu arasındakı varlıq fərqini də nəzərə almaq vacibdir.
Bütövlükdə təbiət məkan və zamanca sonsuzdur – o həmişə və hər yerdə olmuşdur, var və olacaqdır. Bu təbiətin ayrı-ayrı şeylərinə, proseslərinə, vəziyyətinə xas olmayan nadir xüsusiy-yətdir: onlar haradasa mövcuddurlar (haradasa mövcud de­yil­lər), onlar nə vaxtsa və haradasa yaranmışlar, yəni fəlsəfi dildə desək onların qeyri – varlığı onların varlığı ilə əvəz olunur. On­lar inkişaf, dəyişiklik, yaranma prosesinə daxil olurlar; onların varlığı – həm qalan, həm də yox olandır.
Birinci təbiət – şüura qədər, ondan kənarda və ondan asılı olmayan varlığı hesabına – materializm üçün olduqca vacib olan xüsusi tip reallıqdır. O – obyektiv və ilkin reallıqdır – o mənada ki, insan və onun ruhu keçici olmayan təbiət hesabına doğulur və bu Yer təbiətinin insansız milyard illər mövcudlu­ğundan sonra baş verir. İnsan nəslinin meydana gəlməsindən sonra, onun təbiətə təsirinə baxmayaraq təbiətin böyük, sözün həqiqi mənasında ölçülməz hissəsi hələ də müstəqildir, in­sandan və bəşəriyyət reallığından tam asılı deyildir.
Təbiət həm də o mənada obyektiv reallıq və ilkindir ki, onsuz insanın həyatı və fəaliyyəti mümkün deyildir. Onsuz insanın istehsal etdiyi predmetlər və proseslər də yarana bilməz. “İkinci təbiət” ciddi şəkildə birincidən – təbiətdən, insana qədər, ondan kənarda və ondan asılı olmayaraq mövcud olan onun şeylərindən, proseslərdən, qanunauyğunluqlardan asılıdır. Öz tipinə, formasına görə “ikinci təbiət” birinciyə oxşayır, ondan əmələ gəlib, lakin predmet – maddi varlığın da mühüm xüsusiyyətlərə malikdir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin