M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə41/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   37   38   39   40   41   42   43   44   ...   154
felsefe

Şeylər aləmində insan varlığı

Ayrıca adamın və bütövlükdə bəşəriyyətin varlığı spe­sifikdir, nadirdir. Ancaq bu varlıqda həm insan üçün, həm də təbiətin istənilən keçici şeyləri üçün ümumi olan mövcudluğun tərəfləri vardır. Bu mənada materializmin və təbiətşünaslığın yanaşmaları özünü doğruldur – bu yanaşmaya görə insan şeylər arasında şey kimi – maddilər arasında maddi kimi – dayanır. Bu yanaşma o vaxt özünü doğruldur ki, insanın mahiyyəti onun həyatı və bədənin təzahürü ilə məhdudlaşdırılmasın – xüsusən də əgər o insana qarşı əxlaqsız, antihumanist, insana “şey“, “obyekt“ kimi baxılması, onunla necə gəldi rəftar olunması səviyyəsinə çatdırılmasın. Varlıq haqqında ümumfəlsəfi tə­limdə ilk növbədə insanın necə mövcud olması sualına cavab vermək vacibdir. Axı o ilk növbədə bilavasitə canlı kimi, konkret fərd kimi mövcuddur, həm də onun mövcudluğunun ilkin əsası onun bədəninin həyatıdır.
Ancaq insanın bədəni – təbiətin bədənidir. Ona görə də insan varlığının fəlsəfi konsepsiyası bütün təbiət bədənlərinin varlığı üçün ümumi olan ilkin şərtlərdən yan keçmir. Bədənin olması insanı sonlu, keçici (ölümə məhkum olan) varlıq edir və gələcəkdə insan həyatının uzadılması ilə bağlı istənilən müm­kün işlər insan bədəninin təbiətin bədəni kimi mövcud olması qanununu ləğv edə bilməyəcəkdir.
İnsan bədəninin varlığına varlıq – qeyri – varlıq təbiətin ke­çici bədəninin yaranması, formlaşması – məhv olması haq­qında əvvəllər deyilənlərin hamısı aiddir. İnsanın bədəninə həm də o aiddir ki, onlar məhv olduqdan sonra sonsuz və keçici olmayan təbiətdən yox olmurlar, birinci təbiətin digər vəziy­yətinə keçirlər.
Bu aspektdə insan varlığı problemi təbiətin təkamülü və insanın özünün yaranması genezisi (antropogenez) haqqında geniş məsələyə daxil edilmişdir.
Təbii bədən kimi bilavasitə mövcud olan insan gördüyümüz kimi sonlu, keçici bədənin mövcud olması və inkişafı qanununa tabedir. Bununla yanaşı bədənin inkişafı və təlabatı qanunu tam, birmənalı şəkildə insan varlığına təsir etmir. Demək olar ki, insan mövcudluğunun özünəməxsusluğu canlı təbiət üçün spesifik, nadir, “qeyri – sərt“ və insanın bədəni tərəfindən onun varlığının qeyri – universal determi­nasiyasının yaranmasındadır. Qeyri – sərtlik insanın öz əsaslı təlabatlarını nizama salmaq, nəzarət etmək, onları sadəcə olaraq təbiətin qanunlarına müvafiq deyil, həm də cəmiyyətin, tarixin, şəxsi iradəsinin və fərdin özünü dərketməsinin müəyyən etdiyi hədlər və formalara müvafiq yerinə ye­tirilməsində təzahür edir. Qeyri universallıq isə ondan ibarətdir ki, insanın bir çox hərəkətləri, fəaliyyəti çox vaxt bədənin eqoist təlabatları ilə müəyyən oluna bilər (bəzən də müəyyən olunur), bəzən o digər motivlərlə - mənəvi, sosial təlabatlarla nizamlanır. O daha çox fədakar hərəkətlərdə - həm də yalnız bu vaxt yox – özünü göstərir.
Varlığın bütöv vəhdətində insan varlığının yeri və əhəmiyyəti necədir ? Bu çox mühüm və aktual sualdır. Ümumi mənası – “insan ucsuz – bucaqsız dünyada qum dənəciyindən başqa bir şey deyildir – fikri olan çoxsaylı fəlsəfi ideyalar və konsepsiyalar olmuşdur. Hətta insan nəslinin varlığına hüdud­suz uzun dünyanın yalnız “qısa” epizodu kimi baxanlar da olmuşdur. Lakin bu gün digər ideyalar (bunu yalnız filosoflar ifadə etmirlər) daha da fəallaşırlar: insanın və bəşəriyyətin həyatının milyon ili, yüz ili və hətta on illikləri – mühüm “andır”, çünki onlar nadir “insani təcrübəyə” qoşul­muşlar. Adamlar yalnız dünyada mövcud deyillər, onlar həm də dünyaya və özlərinə güclü (eyni zamanda öldürücü) təsir edə bilərlər. Ancaq onlar həm də öz varlıqlarını, bütövlükdə varlığı dərk etməyə “varlığın taleyi” ilə bağlı həyacan keçirməyə qadirdirlər.
Ona görə də insan varlığın vahid sistemində ziddiyyətli rolunu dərk etməli və ondan məsuliyyətlə istifadə etməlidir. Hər bir adamın bəşəriyyətin taleyi ilə bağlı, insan nəslinin varlığı və insan sivilizasiyası, Yer planeti ilə bağlı məsuliyyəti haqqında məsələ daha həyacanla dayanır. Bir halda ki, adamların mənəvi böyüklüyünə və ağlına ümid edilir, onda mənəvini xüsusi varlıq kimi dərk etmək vacibdir.




  1. Yüklə 0,71 Mb.

    Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin