M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə46/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   42   43   44   45   46   47   48   49   ...   154
felsefe

Hərəkətin iki əsas tipi haqqında danışmaq düzgün olardı. Birincisi – predmetin, onun keyfiyyətinin sabitliyinin saxlan­ması ilə bağlı hərəkətdir. Predmetdə həmişə bəzi dəyişiklik baş verir, ancaq o heç vaxt zamanca öz-özünün oxşarı olmur.
Adi insan təfəkkürü, adətən gerçəkliyi ciddi sərhəddi olan möhkəm şeylərə və möhkəm şeylərin qarşılıqlı fəaliyyəti kimi nəzərdən keçirilən proseslərə ayırır. Ancaq elmi məlumatlara söykənən fəlsəfi təhlil bizi əmin edir ki, istənilən şey (maddə) həm də prosesdir. Hətta ən sadə predmetlər olan stol, stul, ev haqqında danışanda və deyəndə ki, onlar öz keyfiyyətlərini saxlayırlar, özlərinin eynidirlər bu o demək deyil ki, onlarda müxtəlif cür dəyişikliklər baş vermir. Nə stolun düzəldildiyi ağacın molekulundakı nüvəyə nisbətdə elektronun vəziyyəti nə də nüvədəki proton və neytronların vəziyyəti eyni olmur. Hətta stola Günəş şüası düşəndə belə onda dəyişiklik baş verir: stolun üstünə düşən protonlar elektronu parçalayır (fotoeffekt hadisəsi). Lakin bütün bu cür dəyişikliklər vaxtı bəzi əlamətlər yığını qalır ki, bu da stol haqqında başqa predmetlərdən fərq­lənən müəyyən predmet kimi danışmağa imkan verir.
Beləliklə, hərəkətin birinci tipi – predmetin keyfiyyətinin saxlandığı hərəkətdir. Bundan başqa bir keyfiyyətdən digərinə keçidlə, predmetin keyfiyyət vəziyyətinin dəyişməsi ilə bağlı olan daha bir hərəkət tipi mövcuddur. Bu predmetin dağılması, onu təşkil edən elementlərin parçalanması ola bilər – bu başlangıc predmetin dəyişməsi nəticəsində yaranan xüsusi keyfiyyətdir. Həm də daha mürəkkəb proses ola bilər, bu vaxt obyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində daha mürəkkəb sistem, yeni obyekt yaranır.
Praktikada biz daimi bu proseslərlə toqquşuruq. İstehsalın inkişafı gedişində bəşəriyyət təbiət materiallarından daha mürəkkəb sistem yaratmağı öyrənirlər.
Bizim dünya ilə praktiki qarşılıqlı fəaliyyətimiz gedişində bizdən asılı olmayaraq təbiətdə baş verən proseslərə nəzər sala bilərik. Burada keyfiyyət dəyişikliyi ilə bağlı olan proseslər baş verir, predmetlərin mürəkkəbləşməsi prosesi gedir, daha sadə obyektlərdən daha mürəkkəb obyektlərin vəziyyəti yaranır. Predmetlərin keyfiyyətinin dəyişməsi ilə, yeni keyfiyyət vəziyyətinin meydana gəlməsi ilə bağlı olan proseslər - əvvəlki keyfiyyət vəziyyətində gizli qalan, açılmayan potensial im­kanların açılması – inkişaf kimi xarakterizə olunur. İnkişaf prosesi – quruluşun əvvəlki, sistem əsasında yaranan yeni tiplərinin, yeri sistemlərin formalaşmasına istiqamətlənən bir keyfiyyətdən digərinə keçiddir. İnkişaf prosesi haqqında “Dia­lektika” bölməsində danışılacaqdır. Burada inkişaf prosesinin iki müxtəlif növlərini ayırmaqla kifayətlənəcəyik. Birinci növ müxtəlifliyi – materiyanın müvafiq növləri, onun quruluşunun müəyyən səviyyəsinə çərçivəsində, başverən keyfiyyət dəyi­şikliyi prosesidir. İkincisi-bir keyfiyyətdən digə­rinə keçid prosesləridir. Cansız təbiətdə inkişafın birinci növ müxtə­lifliyinə ulduzların təkamülü nümunə kimi qeyd oluna bilər.
Müasir fizika və astrofizikanın məlumatlarına əsasən istənilən ulduz, o cümlədən bizim Günəş öz təkamülünün bir neçə mərhələsini keçir. Bu mərhələlərin xarakteri ulduzların başlanğıc kütləsindən asılıdır. Günəş – siravi ulduzdur, təqribən 6 min dərəcə selsi istilikli sarı ulduzun spektral sinfinə aiddir. Günəşin nüvəsində istilik bir neçə milyon dərəcəyə çatır, təzyiq isə - milyon atmosferdir. Bu şəraitdə istilik nüvə sintezi prosesi baş verir, onun gedişində hidrogen heliuma çevrilir. Günəşin nüvəsindən şüalanan enerji – bu sintezin nəticəsidir. Günəş bu “yanğında” artıq 5 milyard ildir möv­cuddur və daha 10 milyard il yaşayacaqdır. Bu vaxt ərzində onun mərkəzində tədricən hidrogen yanacaq və helium atom­larının nüvəsi yığılacaqdır. Sonra Günəşin mərkəzi hissəsinin sıxılması anı başlayacaq, təzyiq və istilik kəskin artacaqdır, nəticədə nüvə reaksiyasının yeni tipi – heliumun karbona çevrilməsi – mümkün olacaqdır. Bu an Günəşin nüvəsindən artan şüalanma, şüa sanki Günəşi bürüyən təbəqəni yırtacaqdır. Günəş nəhəng qırmızı rəng alacaq, onun üst qatında temperatur 3-4 min dərəcəyə qalxacaq və Günəşdən Yerəqədər olan məsafə həcmində olacaqdır. Daha sonra zaman keçdikcə hidrogen tuallantısı davam edəcək və soyuma başlayacaqdır, qazaoxşar duman hər tərəfi bürüyəcəkdir, onun ortasında balaca sıx ulduz – ağ cırtdan-görünəcəkdir – onun səthində istilik on min dərəcə olacaqdır. Tədricən soyuyaraq o qırmızı cırtdana çevriləcəkdir, daha sonra o “qara” cırtdan – çox böyük, qalınlığı olan soyuq ölü, Yer kürəsindən balaca həcmli ulduza çevriləcəkdir.
Əksər ulduzlar bu çevrilmə zəncirini keçirlər. Həm də ulduzların başlanğıc kütləsi Günəşdən xeyli çoxdursa, o öz təkamülünü partlayışla başa vurcaqdır, xeyli qalıq qalacaqdır – burada maddənin böyük sıxlığı cazibə sahəsinin kəskin artma­sına gətirib çıxaracaqdır. Günəş qalığı ilə müqayisə olunan qalıqlar kütləsi vaxtı cazibə sahəsinin təsiri altında sıxlıq o qədər artacaq ki, elektronlar protonları əzəcək, balaca ulduzlar yaranacaq – bu neytronlardan təşkil olunmuş bir neçə on kilometrlik diametri olan ulduzlardır. Neytron ulduzunun maddəsinin sıxlığı atom nüvəsinin sıxlığı ilə müqayisə edilə bilər. Bu cür ulduzlar artıq aşkar olunmuşdur. Əgər maddələrin partlayışla tullantısı və istilik nüvə yanacaq kütləsinin yox olması prosesində ulduzların qalığı 2,5 Günəş kütləsindən çox olarsa, onda onun bu cazibə sahəsinin sonrakı sıxılması və böyüməsi ulduzların qravitasiya dağılmasına və qara deşiyin yaranmasına gətirib çıxaracaqdır. Bu ulduzların maddəsi, artan sürətlə mərkəzə düşəcəkdir – bu sürət işıq sürətindən çox olmayacaqdır. Nisbilik nəzəriyyəsinə görə işıq sürətinə yaxın sürətlə baş verən dağılmada vaxtın ləngiməsi baş verir. Ona görə də xarici müşahidəçi üçün maddənin qara boşluğun mərkəzinə düşməsi vaxtı düşmənin sürəti artdıqca daim arta­caqdır, bu da qara boşluğun sabitliyini təmin edəcəkdir.
Ulduzların bütün bu ekzotik çevrilməsi cansız təbiətdə materiyanın quruluşunun artıq formalaşmış səviyyəsi çərçi­vəsində inkişafına nümunədir.
Materiyanın bioloji forması çərçivəsində eyni zamanda nəzərdən keçirilən tipidə aşkar etmək olar. Buna nümunə - heyvan və bitki orqanizmlərinin yeni növlərinin formalaşması, ayrı-ayrı orqanizmlərin inkişafının ardıcıl mərhələləri və s. – ola bilər. İctimai həyatda inkişafın bu növ müxtəlifliyinə nümunə kimi ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, eyni zamanda bir formasiyanın inkişafının spesifik mərhələsindən digərinə keçid ola bilər.
Materiyanın inkişafını bu növ müxtəlifliyi ilə yanaşı ikinci növ müxtəlifliyini də - materiyanın bir səviyyəsi üçün xarak­terik olan keyfiyyət vəziyyətindən materiyanın quruluşunun digər səviyyəsinin keyfiyyət vəziyyətinə keçidlə bağlı olan – ayırmaq olar. Atomların elementar hissəciklərindən və mole­kullardan formalaşan, qeyri-üzvi təbiətdən quruluşun bioloji səviyyəsinə keçid, insan və onun ictimai həyatının qurulması – bütün bunlar materiyanın quruluşunun səviyyəsinin mürək­kəbləşməsi ilə materiyanın quruluşunun yeni səviyyələrinin, yeni növlərinin meydana gəlməsi ilə müşaiyət olunan inkişafın nümunəsidir.
Materiyanın formasının ierarxiyasına müvafiq olaraq onun hərəkətinin keyfiyyətcə müxtəlif formaları mövcuddur. Mate­riyanın hərəkətinin formaları və onların qarşılıqlı əlaqələri haqqında ideyanı F.Engels irəli sürmüşdür. Hərəkətin forma­larının təsnifatının əsasında o aşağıdakı prinsipləri irəli sür­müşdür: 1) hərəkətin formaları materiyanın quruluşunun müəy­yən maddi səviyyəsi ilə əlaqəlidir, yəni bu quruluşun hər bir səviyyəsinə öz hərəkət forması uyğun gəlməlidir. 2) hərəkətin formaları arasında genetik əlaqə mövcuddur, yəni hərəkətin forması aşağı formanın əsasında yaranır; 3) hərəkətin ali for­ması keyfiyyətcə spesifikdir və aşağı formaları ilə bərabər­ləşdirilə bilməz.
Bu prinsiplərdən çıxış edərək və öz dövrünün elmlərinin nailiyyətlərinə əsaslanaraq F.Engels materiyanın hərəkətinin beş formasını: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial formaları – ayırmış və onların aşağıdakı təsnifatını vermişdir. F.Engels “Təbiətin dialektikası” əsərində hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir: mexaniki hərəkətə - məkanca yerdəyişməni, kütlələrin hərəkətini; fiziki hərəkətə - elektromaqnetizm, istilik, səs və s. kimyəvi hərəkətə - mad­dələrin atom və molekullarının şevrilməsini; bioloji hərəkətə - canlı zülalı, maddələr mübadiləsini; sosial hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri.
Varlıq anlayışının konkretləşdirilməsi isə ilk növbədə materiya kateqoriyası vasitəsilə yerinə yetirilir. Materiya anlayışını fəlsəfəyə Platon gətirmişdir. Onun fikrincə, materiya istənilən həndəsi fiqur forması alan formasız, qeyri-müəyyən makandan ibarətdir. Materiya insana öz duyğuları ilə bəlli olan, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğu­larımızla əks olunan. surəti alınan, şəkli alınan, inikas edılən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın mövcudluq formalarından əsasən hərəkət, mə­kan və zamanı göstərmək olar. Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla ümumiyyətlə dəyişiklik de­məkdir. Məkan materiyanın strükturunu, uzunluğunu, yanaşı mövcud olmasını, müəyyən sıraya düzülməsini və o mate­riyanın varlıq formasıdır. Zaman isə maddı obyektlərin mövcud olmasının, sürəkliliyini, halların və vəziyyətlərin dəyişilmək ardıcıllığını ifadə edərək materiyanın atributu, varlığının for­ması kimi çıxış edir.
Müasir elm materiyanın quruluşunun yeni səviyyələrini kəşf etmişdir və buna uyğun olaraq hərəkətin yeni formaları aşkar olunmuşdur. Ona görə də Engelsin təsnifatını inkişaf etdirmək və tamamlamaq lazımdır, lakin onun əsasında qoyu­lan prinsiplər öz dəyərini saxlayır, çünki hərəkətin formaları materiyanın növlərinin qarşılıqlı əlaqəsinin mühüm xüsusiy­yətlərini və onların inkişafını nəzərə almaqla əhatə edir.
Bu təsnifatda sadalanan hərəkətin formalarını materiyanın inkişafının üç mühüm mərhələsinə və bu inkişafda yaranan maddi aləmin sahələrinə müvafiq olaraq üç bloka – cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə - ayırmaq olar. Cansız təbiəti hərəkətin fiziki və kimyəvi formalarının qarşılıqlı əlaqəsi, canlı təbiəti bioloji, cəmiyyəti isə hərəkətin sosial forması xarakterizə edir. Bu bloklar arasındakı əsas genetik əlaqə Engelsin təsnifatında düzgün aşkar olunmuşdur. Onların daxili parçalanmasına və onların maddi daşıyıcıları haqqında təsəvvürlərə gəldikdə isə müasir elm özünün ciddi düzəlişlərini etmişdir.
Daha əhəmiyyətli dəyişiklik hərəkətin mexaniki, fiziki və kimyəvi formalarına aiddir. XX əsr elmi XIX əsrdə məlum olmayan fiziki hərəkətin yeni formalarını kəşf etmişdir: elementar hissəciklərin çevrilməsi və subelementar səviyyənin qarşılıqlı fəaliyyəti ilə bağlı olan mikroaləm prosesləri; meqa­aləm prosesləri – qalaktik qarşılıqlı fəaliyyət və Meta­qa­lak­tikanın genişlənməsi. Hərəkətin fiziki və kimyəvi formaları arasındakı qarşılıqlı münasibət problemi də yeni qaydada qoyulmuşdur: hərəkətin kimyəvi forması bir tərəfdən mikro­aləmin qarşılıqlı fəaliyyətindən yaranır, digər tərəfdən isə molekulyar fiziki hərəkət kimi formaların yaranmasının şərai­tidir. O sanki mikroaləm fizikasından makrofizik proseslərə keçidi təmin edir.
Müasir elm bioloji hərəkətin təbiətini anlamağa çox yenilik gətirdi. Onun ilkin maddə daşıyıcıları dəyişdirildi. Biosferanın bütövlüyü haqqında baxışlar formalaşdı, hərəkatın bioloji formasının müxtəlif növaltıları aşkarlandı. Elmin gələcək tə­rəq­qisi həm materiyanın, həm də hərəkətin yeni formalarının kəşfinə gətirib çıxaracaqdır, müasir baxışları dəqiqləşdirəcək və dəyişəcəkdir. Bu inkişaf prosesində materiyanın hərəkət formaları haqqında dialektik – materialist təlim konkret­ləş­diriləcək, yeni məzmunla zənginləşdiriləcək, bir çox hallarda dəyişdiriləcəkdir.
Materiyanın hərəkət formaları haqqında təlimin ən mühüm tərəflərindən biri ictimai proseslərin materiyanın hərəkə­tinin sosial forması kimi şərhidir.Bu şərh tarixin materialist anlaşılmasının kəşfi və işlənib hazırlanması hesabına mümkün olmuşdur. Ona görə də o dünyaya marksist fəlsəfi baxışlar üçün xasdır. İctimai həyatda maddi və mənəvi prosesləri ayıran dialektik materializm maddi proseslərin birinciliyini qeyd edir, ancaq onları cəmiyyətin mənəvi həyatından ayırmır. Yalnız mücərrəd şəkildə ictimai həyatın bu sahələrini bir-birindən ayırmaq olar. Real gerçəklikdə isə onlar qarşılıqlı şəkildə fəaliyyət göstərir, məhz bunun hesabına materiyanın quru­luşunun xüsusi səviyyəsi kimi cəmiyyət mövcuddur.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin