b) mahiyyət və təzahür Mahiyyət və təzahür kateqoriyaları idrak prosesində mühüm rol oynayır. Dərk etmə prosesi təzahürdən başlayır. Dərketmə fəaliyyətinin ən sadə forması cismlərin zahiri cəhətlərinin duyğu, qavrayış və təsəvvür vasitəsilə qavranılmasıdır. Hissi idrak vasitsilə cism və hadisələrin xarici tərəfləri insanın şüurunda əks olunur. Hissi idrakın formaları vasitəsi ilə cisim və hadisələrin mahiyyətinin aşkara cıxarılması mümkün deyildir. Mahiyyətlərin öyrənilməsi mücərrəd təfəkkür vasitəsilə mümkündür. Məsələn, əmtəənin mahiyyətini təşkil edən dəyəri nə müşahidə vasitəsilə, nə də mikroskopun köməkliyi ilə öyrənmək mümkün deyildir. Dəyəri yalnız əmtəənin xüsusiyyətlərinin və münasibətlərinin elmi təhlili yolu ilə öyrənmək olar.
Cism və hadisələrin mahiyyətinin öyrənilməsi prosesi təzahürdən başlayır. İnsan idarkı nisbətən az dərin mahiyyətləri öyrənərək daha dərin mahiyyətlərin, sonra ondan daha dərin mahiyyətlərin öyrənilməsinə doğru irəliləyir. Deməli-mahiyyətlərin öyrənilməsi sonsuz prosesdir. İnsanın fikri təzahürdən mahiyyətə doğru, necə deyərlər birinci sıra mahiyyətlərdən ikinci sıra mahiyyətlərə doğru və i.a. intahasız dərinləşir. Bunu atomun daxilində gedən proseslərin aşkara çıxarılmasında və kosmosun öyrənilməsində edilən kəşflərdən aydın görmək olar.
Cism və hadisələr arasındakı əlaqələrin öyrənməsinə imkan yaradan cüt kateqoriyalardan biri də mahiyyət və təzahüdür. Mahiyyət və təzahür obyektiv reallığın müxtəlif inkişaf mərhələləridir. Mahiyyət bu və ya digər cisim, hadisə və proseslərin, daxili, dərin, gizli, nisbətən sabit tərəfidir. Təzahür mahiyyətin ifadə forması olub, obyektiv aləmin cism, hadisə və proseslərin xarici, müşahidə əsasında öyrənilə bilən, nisbətən mütəhərrik, dəyişkən tərəfidir. Daxili tərəf (mahiyyət) insanın müşahidəsindən qala bildiyi halda, xarici tərəf (təzahür) hiss orqaları tərəfindən qavranıla bilir.
Mahiyyətlə təzahür əsasında olduqca sıx əlaqə mövcuddur. Bu əlaqə hər şeydən əvvəl ondan ibarətdir ki, mahiyyət yalnız təzahürlərdə ifadə olunur. Məsələn, təbiətdə olduqca çox müxtəlif bitkilər vardır və bunlar öz xarici əlamətlərinə görə bir-birindən fərqlənirlər. Lakin onların mahiyyəti eynidir, yəni onların hamısı, ətraf mühitlə: kök sistemi sayəsində torpaqla, fotosintez sayəsində isə hava ilə maddələr mübadiləsi edir. Onu da qeyd etmək lazımdır ki, mahiyyətlə təzahür arasında sıx əlaqə olduğu kimi, bunların arasında fərq də vardır. Mahiyyət və təzahür cism və hadisələrin müxtəlif tərəfləri olduğuna görə bunlar heç vaxt bir-birinə uyğun gəlmir. Əyər mahiyyət və təzahür bir-birnə uyğun gəlsəydi onda hər şey üzdə olar, ilk baxışdan hər şey aydınlaşar və cism və hadisələrəin xarici tərəflərini qavramaqla kifayətlənmək olardı və onda heç bir elmə lüzum qalmazdı. Elmi vəzifəsi məhz dəyişməkdə olan cism və hadisələrin arasındakı mahiyyətləri aşkara çıxarmaqdan ibarətdir.
Mahiyyət və təzahür – varlığın ən ümumi əlaqəsini anlamağa başqa yanaşma gerçəkliyin səthi və dərin səviyyəsinin əlaqələndirilməsi ilə bağlıdır. Onun ən ümumi ifadəsinə “mahiyyət” və “təzahür” kateqoryalarının dialektik tətbiqi təcrübəsi xidmət edir.
Mahiyyət deyərkən, bu və ya digər predmetin, hadisənin, prosesin daxili, dərin, gizli, nisbətən möhkəm, sabit tərəfləri - həm də onun təbiətini, xüsusiyyətlərinin və digər xarakterinin məcmusunu müəyyən edən tərəfləri nəzərdə tutulur. Təzahür - bu və ya digər predmetin xarici, müşahidə olunan, adətən, daha çox hərəkətli, dəyişkən xarakteridir, obyektiv reallığın nisbətən müstəqil sahəsidir. Mahiyyət və təzahür – dialektik bağlı olan əksliklərdir. Onlar bir – birinə uyğun gəlmir, çox vaxt onların bir-birinə uyğun gəlməməsi aydın ifadə olunma xarakteri daşıyır: predmetin xarici, səthi xüsusiyyəti onun məğzini örtür, təhrif edir. Bu halda görünən (zahiri cəhət), güman olunan cəhətlər haqqında danışırlar - ilğım görünməyə nümunə ola bilər - bu atmosferdə işıq şüasının qırılmasından yaranır. Mahiyyət və təzahür kateqoriyaları bir - biri ilə qırılmaz surətdə bağlıdırlar. Onlardan biri o birinin tələb edir. Bu anlayışların dialektik xarakteri onların elastikliyində, nisbinliyində özünü göstərir. Mahiyyət anlayışı reallığın hansısa qəti müəyyən edilmiş səviyyəsini və ya idrakın bir sıra həddini güman etmir. İnsan idrakı hadisədən mahiyyətə doğru hərəkət edir, sonra mahiyyətdə dərinləşir, gerçəkliyin bu və ya başqa sahəsinin inkişafını köklü surətdə açır. Mahiyyət və təzahür – insan biliklərinin əbədi, sonsuz dərinləşməsinin istiqamətini, yolunu göstərən anlayışdır. Bəzi mənada hətta: “bu – mahiyyətdir”, “mahiyyət dərk olundu”, “mahiyyət belədir” demək düz deyildir. Mahiyyətin açılması, anlaşılması prosesi hansısa konkret formada predmetin strukturunun, bütövlüyünün, səbəbinin dərk olunmasında, onun formalaşması, işləməsi qanunlarında özünü göstərir. Başqa sözlə desək, mahiyyət və təzahür kateqoriyaları idrakın hansısa “ vektorunu”, onun ümumi səmtini ifadə edir. Kant bu cür ideyaları relyativ (nisbi) adlandırırdı.
Dialektik qanunauyğunluq - bu və ya digər hadisələrin sabit, təkrarlanan əlaqələri qanunlar adlanır. Şeylərin və proseslərin universal qanunauyğunluğunun, onlarda sabit müntəzəmliyin olmasının qəbul edilməsi, hər cür səmərəli idrakın və gerçəkliyin məqsədəuyğun dəyişilməsinin labüd ilkin şərtidir. Hadisələrin müntəzəm əlaqələrinin, asılılığının, determinasiya sxeminin kəşfi özündə insanların idrak fəaliyyətindəki daha mühüm prosesləri və nəticələri cəmləşdirir. Qanun anlayışı insan tərəfindən dünya prosesinin vəhdətinin və əlaqələrinin, qarşılıqlı surətdə asılılığının və bütövlüyünün dərk edilməsinin mərhələlərindən biridir. Varlığın universial əlaqəsini ifadə edən kateqorial strukturlara real aləmin ən ümumi qanunauyğunluqlarının məcmusu kimi və bununla belə onun dərk edilməsi, qavranılması prinsipləri kimi baxıla bilər.
Varlığın universial əlaqəsi haqqında biliklərin bütün forması məlum mənada təbii və sosial varlığın bir - biri ilə sıx bağlı olan universial qanunauyğunluqlarının mürəkkəb məcmusu, eyni zamanda onların dərk edilməsi kimi təqdim oluna bilər. Dialektik qanunlar, prinsiplər, kateqorial münasibətlərin arasındakı sərhəd, ayrılma şərtidir. Filosofların kəşf etdikləri və dərk etdikləri qanunauyğunluqlar son dərəcə ümumi, universial xarakter daşıyır. Onların fəaliyyət sahəsi xüsusi elmlərdəki qanunlardan fərqli olaraq sərhədsizdir.
Bundan başqa, fəlsəfədə bütün mövcud olanların qanunauyğunluğu konsepsiyasının, ideyasının özü işlənib hazırlanır, dərk olunur.