M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Kəmiyyət və keyfiyyət dəyişikliklərinin dialektikası



Yüklə 0,71 Mb.
səhifə64/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   60   61   62   63   64   65   66   67   ...   154
felsefe

Kəmiyyət və keyfiyyət dəyişikliklərinin dialektikası-Hələ qədim dövrlərdə yunan filosofları diqqəti belə bir məsələyə cəmləşdirmişdirlər ki, lap az, müəyyən vaxt hiss edilməyən bu və ya digər predmetin dəyişikliyi toplanaraq daha çox hiss olunan dəyişikliyə çevrilə bilər. Deyək ki, qum təpə­sindən qumun və ya adamın başından saçın azalması tez – gec qum təpəsinin yox olmasına, adamın keçəl olmasına gətirib çıxarır. Həm də burda bir vəziyyətdən digərinə keçidin sərhəddi dağınıqdır, tutulan deyil, digər hallarda bu sərhəd qəti hiss olunur. Bu cür həyati, praktiki, sonra həm də elmi misallar çox gətirmək olar. İdman və peşə ustalığı, savadlılıq, ağıllılıq zərrədən toplanır, sonra isə hiss olunur. Qocalıq insana gizlincə yaxınlaşır. Alkoqol və ya narkotik maddələrin təsadüfən, bir dəfə istifadə edilməsindən alkoqolizmə, narkomaniyaya gətirib çıxarır. Keçid sərhəddi hiyləgərdir (qəddardır). İstehsalın ətraf mühitə ziyanlı təsiri tədricən toplanır. Hegel bu cür də­yişiklikdə sadəcə olaraq maraqlı hadisəni deyil, kəmiyyət də­yişikliyinin keyfiyyətə keçməsi qanunun adını alan ən ümumi qanunauyğunluğu gördü.
Keyfiyyət və xassə-Dünya cürbəcürdür, müxtəlifdir. O, insanın qarşısında eyni cür predmetlərin yığını kimi deyil, müxtəlif xassələri olan çoxlu predmetlər, hadisələr, proseslər kimi dayanır. Hər bir predmet nə isə bir deyil, bir sıra xassələrə malikdir və buna görə də bir deyil, çoxlu, müxtəlif xarakteristikası var.
Hadisələr əhəmiyyətli (çox mühüm, zəruri) və əhəmiyyətsiz olur. Tutaq ki, işgüzar nöqteyi - nəzərdən adamın gözünün rəngi, boyu, onun geyim stili əhəmiyyətli deyil: əhəmiyyətli odur ki, o necə mütəxəssisdir, onun peşəkarlığı yüksəkdir, yox­sa aşağıdır. Bu və ya digər səbəbə görə əhəmiyyətli xassəsini itirən predmet sadəcə olaraq yeni vəziyyətə keçmir, başqa predmet olur. Məsələn, qəzaya uğrayan təyyarə maşınlıqdan çıxıb metala çevrilir.
Həm də spesifik (xüsusi, nəzərə çarpan, səciyyəvi) və qeyri – spesifik xassələri də fəqrləndirirlər. Atom çəkisinin müəyyən əhəmiyyəti həmin (bu) kimyəvi element üçün spesifikdir, çəki isə ümumiyyətlə cazibə qüvvəsi sahəsində yerləşən hər hansı maddi cismin xarakteristikası üçün spesifikdir. Verilmiş (bu) hadisəyə xas olan spesifik xassələri çox vaxt əlamətlər və ya simptomlar adlandırırlar. Onlar bu cür əlamətləri olmayan (cinayət şəraitində barmaq iləri və s.) predmetləri başqa predmetlər arasında tapmağa imkan verir. Predmetin bir sıra xassələri dəyişilə bilər, onları əldə edə və itirə bilər. Ancaq ayrılmaz xassələr də var. Fəlsəfədə onu atributlar adlandırırlar. Belə ki, predmet məkan, zaman, hərəkət, xaraktersiz ağla batan deyildir. İnsan şəxsiyyəti üçün atribut xassə yaddaş hesab olunur. Yaddaşını itirən adm onunla birlikdə insan simasını itirir. Eyni zamanda aktual və potensial xassələri də fərq­ləndirirlər. Aktual verilmiş (bu) vaxt həyata keçir və müşahidə olunur. Potensial xassələr (onları dispozisiya adlandırırlar) sanki gizli xarakterdədir və tədricən bu predmetin başqası ilə müxtəlif qarşılıqlı təsirində aydınlaşır, açılır. Elektrik ötürü­cülüyü, ərimə qabiliyyəti, insan həssaslığı və.s kimi xassələr məhz bu cür aşkar olunur.
Predmetlər – bu xassələrin meaxniki yığımı və ya sadəcə cəmi deyil, onların qarşılıqlı əlaqəsi, vəhdətidir. Məhz ona görə də predmetlərin dərk olunması fikrin güclənməsini–onların müxtəlif təzahürünün təhlilini tələb edir. Predmetin xassə­lə­rinin möhkəm (sabit) məcmusu fəlsəfədə keyfiyyət anlayışı ilə ifadə olunur. Müxtəlif predmetlərin çoxluğu isə keyfiyyət müxtəlifliyi kimi xaraterizə olunur. Xassə predmetlərin bu və ya başqa tərəflərinin, xüsusiyyətlərinin - onların başqa pred­metlərlə münasibətində özünü - göstərməsi kimi biruzə verir.
Hər bir predmet çoxüzlüdür (hərtərəflidir, genişdir). O, başqa predmetlərə və adamlara müxtəlif tərəfləri ilə dönə, başqa predmetlərlə müxtəlif əlaqəyə girə, insan təcrübəsində müxtəlif cür istifadə oluna bilər. Leninin stəkan haqqında söylədiyi misalı xatırlayaq. Stəkan - su içmək üçün qabdır, eyni zamanda o başqa məqsədlər üçün də istifadə oluna bilər: həndəsədə silindir nümunəsi kimi, ev təsərrüfatında yemək məhsullarını ölçmək üçün və s. Başqa predmetlərlə də vəziyyət belədir. Onlara müxtəlif nöqteyi - nəzərdən, müxtəlif aspektdən baxmaq olar. Predmetlərdə müxtəlif aspektləri görmək bacarığı - özü də bu vaxt onların vəhdəti haqqında təsəvvürləri itir­mədən - vərdiş tələb edir. Dialektika eyni bir hadisəyə elastik, incə, hərtərəfli yanaşmağı öyrədir. Xassələrin oxşarlığı və müxtəlifliyi keyfiyyətcə eyni tipli və müxtəlif tipli predmetlər, hadisələr proseslərin mövcud olmasını müəyyən edir. Keyfiyyət deyərkən, predmetlərin başqa predmetlərlə əlaqəsi və müna­sibəti sistemində onların bütöv, inteqral (ayrılmaz sürətdə birləşən) xarakteri (onun xassələrinin vəhdətini) başa düşülür.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin