M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Əhali artımını ictimai inkişafın əsas qüvvəsi hesab



Yüklə 0,71 Mb.
səhifə76/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   72   73   74   75   76   77   78   79   ...   154
felsefe

Əhali artımını ictimai inkişafın əsas qüvvəsi hesab edən nəzəriyyələr yaranmaqda olan burjuaziyanın qeyri-istehsal təbəqələrə zadəganlara və ruhanilərə qarşı mübarizədə ideologiyasını ifadə edirdi. O dövrdə bu cür ideyalar müəyyən
Yer kürəsinin əhalisi öz tarixi ərzində həmişə artan sürətlə getmişdir. Əgər bizim eranın I əsrində Yer kürəsinin əhalisi 300 milyon nəfər idisə, 1965-ci ildə bu rəqəm 3 milyard 280 milyona çatdı. Otuz il sonra, 1995-ci ildə Yer kürəsinin əhalisi 5 milyardı keçdi. XX əsr ərzində əhali 3 dəfə artmış və hal- hazırda 6 milyarda çatımşdır. Yer kürəsində əhalinin yaşaması üçün qəbul edilən imkan, BMT-nin hesablamalarına əsasən 10-12 milyard ola bilər. - İndiki inkişafla Yer kürəsində XXI əsrin ortalarında əhalinin sayı bu rəqəmə çatacaqdır. Əhali artımını saxlamaq üçün təklif olunan tədbirlərdən biri də Cənub ölkələrində ailələrin planlaşdırılması ilə bağlı proqlamların qəbul edilməsidir. - hər ailə üçün iki-üç uşaq normal hesab olunur. Bu ölkələrdə əhalinin məşğuliyyət və mədəniyyət səviy­yəsinin yüksəldilməsi inkişaf etmiş ölkələr tərəfindən onlara göstərilən köməyin artırılması planlaşdırılmış proqramın tərkib hissəsidir. Əhali artımı probleminin müsbət həll edilməsi həm də cəmiyyət və təbiətin qarşılıqlı münasibətinə, təbii sərvətlərin qorunmasına yaxşı təsir edəcəkdir. Əgər bütövlükdə cəmiyyəti, demo­qrafık sistemi götürsək, onda ailə həyatına insan həyatının təkrar istehsalı mövqeyindən baxmaq olar ki, bu da demo­qrafıyanın (yunan sözü olub demos - xalq və qrapho - yazıram mənasını verir) predmetini təşkil edir. Demoqrafiya əhalinin təkrar istehsalını («ölüm-doğum» dünyasını), onun dinamikasını, miqrasiyasını, demoqrafık vahid kimi ailəni və s. öyrənir.
İnsan və təbiətin qarşılıqlı fəaliyyəti məsələsini «coğrafi mühit» «ətraf mühit, «biosfera», «neosfera» anlayışlarını, eyni zamanda onların əlaqələrini aydınlaş­dırmadan təhlil etmək mümkün deyildir.
Coğrafi mühit - bitki və heyvan aləmi, su, torpaq, Yerin atmosferi - cəmiyyət həyatının, ilk növbədə, istehsal prosesi sahəsinə cəlb olunan təbiətin hissəsidir. O, cəmiyyət həyatının ən müxtəlif tərəflərinə və ilk növbədə, maddi istehsalın inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Təbiətin müxtəlifliyi lap çoxdan insan əməyinin bölün­məsinin (ovçuluq, balıq tutmaq, əkinçilik, maldarlıq, faydalı yeraltı qazıntılar və s.) təbii əsası olmuşdur. Təbii mühitin özünüməxsusluğundan insan fəaliyyətinin konkret istiqamətləri, xüsusi ilə də müxtəlif ölkələrdə və konti­nentlərdə istehsalın bu və ya digər sahələrinin inkişafı asılıdır. Konkret coğrafi mühitin bu və ya digər xalqın tarixi inkişafına təsiri şübhəsizdir, eyni zamanda bu təsir olduqca müxtəlifdir. İstehsal üçün əlverişli təbii şəraitin olduğu yerlərdə hər hansı kənd təsərrüfatı məhsulunun istehsalı üçün 6-7 saat sərf etmək lazım gəlir (Bolqa­rıstanda, Türkiyədə). Eyni zamanda əlverişli olmayan iqlim şəraitində bunun üçün 20 və ya 30 saat sərf etmək lazım olur. Bu fərqlər cəmyyətin inkişafının ilkin mərhələsində, təbiət predmetlərinin yenidən hazırlanması onların bilavasitə hazır şəkildə istifadə olunması ilə müqayisədə çox az faiz təşkil etdiyi vaxtda, xüsusi ilə hiss olunurdu. Aydındır ki, Yer kürəsinin müxtəlif ərazilərində kifayət qədər yaxşı olmayan və əlverişsiz iqlim şəraiti ictimai inkişafı xeyli ləngitmişdir.
İnsan cəmiyyətinin həyatında ətraf mühit mühüm əhəmiyyət kəsb edir. Bu coğrafi mühitə nisbətən daha geniş anlayışdır. Ətraf mühit anlayışına Yerin üst qatı ilə yanaşı həm də Yerin altı, eyni zamanda insan fəaliyyətinə düşən Günəş sisteminin müəyyən hissəsi daxildir. Ətraf mühitin strukturuna təbii və süni ətraf mühit daxildir. Təbii atraf mühit deyərkən təbiətin cansız və canlı hissəsi - geosfera və biosferası nəzərdə tutulur, yəni, elə maddi sistem nəzərdə tutulur ki, o insandan kənarda və ondan asılı olmayaraq yaranmış və mövcuddur, eyni zamanda müəyyən vaxt keçdikdən sonra onun fəaliyyətinin obyektinə çevrilə bilər. Kosmik texnologiyanın inkişafı ilə bu obyektlər sırasına Günəş sisteminin müəyyən hissəsi də daxil olmuşdur. Ona görə də bu inkişaf edən sistemdir və onu əvvəllər olduğu kimi coğrafi mühitə daxil etmək olmaz. Marks təbii ətraf mühitə iki qrup hadisələri daxil etmişdir: həyat vasitələrinin təbii mənbəyi (vəhşi bitkilər, meyvələr, heyvanlar və s.) və əmək predmeti olan təbii zənginliklər (kömür, neft, sudan və küləkdən alınan enerji və s.). Cəmiyyətin inkişafının ilkin mərhələlərində adam­lar üçün birinci qrup daha çox əhəmiyyət kəsb edirdi. Lakin sonralar, məhsuldar qüvvələrin inkişafı ilə bu maraq ikinci qrupa keçdi, məhz ikinci qrup istehsalın, eyni zamanda cəmiyyətin inkişafı üçün mühüm şəraitlərdən birinə çevrildi.
Biosfera bütün canlıların fəaliyyət sahəsidir. O, həm canlı orqanizmi, həm də onların məskunlaşdığı sahəni Yerin üst qatını, suyu, atmosferi əhatə edir. Biosfera öz mövcudluğu və inkişafı dövründə yalnız Yerin üst qatını deyil, həm də planetin öz strukturunda da böyük dəyişikliyə səbəb olmuşdur. O eyni zamanda kosmosla da sıx bağlıdır. Biosfera nəzəriyyəsinin öyrənilməsinə, onun cəmiyyətə və təbiətə olan təsirinin araşdırılmasına rus alimi V.İ.Vernadski böyük diqqət yetirmişdir. Təbii təbiət mənbələrinin və zənginliklərinin təbii ətraf mühitin əsas hissələrinin mənimsənilməsi və yenidən qurulmasının insan üçün müsbət hal olması şübhəsizdir. Bu, ilk növ­bədə, cəmiyyətin maddi və mənəvi dəyərlərinin yük­səlməsi, yüksək həyat səviyyəsinin təmin olunmasıdır. Bütün bunları insan təbiətdən götürmüşdür - bu ya bilavasitə, ya da yenidən qurulmuş formada olmuşdur. Məhz bununla təbiətin insan həyatında onun həyat fəaliyyətinin əsası kimi əhəmiyyəti açıq şəkildə təzahür edir. Əgər insan özü də nə isə yaratmasaydı, nə isə özünə məxsus olan bir şey qurmasaydı o ağıllı hesab olunmazdır. İnsanın təbii yaşayış mühiti ilə qarşılıqlı fəaliyyəti yalnız təbii komponentlərlə deyil, həm də istehsalın inkişafı ilə müəyyən olunur.
Bu istehsalın mühüm nəticəsi süni yaşayış mühitinin yaradılmasıdır ki, Marks bunu «ikinci təbiət» adlan­dır­mışdır. Süni ətraf mühitinə insanların yaratmış olduqları hər şey daxildir: bura ən müxtəlif, rəngarəng predmetlər, eyni zamanda insanların süni seçim yolu ilə yaratdıqları bitkilər və heyvanlar daxildir. Cəmiyyətin inkişafı ilə süni yaşayış mühitinin insan üçün əhəmiyyəti də durmadan artır. İndiki zamanda iri şəhərlərsiz, evlərsiz, maşınsız, zavodsuz və s. olmayan insan cəmiyyəti təsəvvür etmək çətindir.
İnsan yalnız müəyyən ictimai münasibətlər siste­mində yaşaya və fəaliyyət göstərə bilər. Bu ictimai münasibətlər müəyyən maddi şəraitdə həyata keçir, bura həm də insanların yaratdığı süni yaşayış mühiti də daxildir. Cəmiyyətin inkişafı ilə süni yaşayış mühitinin rolunun artmasını göstərən faktlara nəzər salaq: insan tərəfindən yaradılan cansız predmetlər və canlı orqa­nizmlər texnokütlə adlanır. Təbii şəraitdə mövcud olan, hələ insan əli dəyməyən canlı orqanizm isə biokütlə adlanır. Hesablamalar göstərir ki, müasir bəşəriyyətin yaratdığı texnokütlə bir il ərziııdə 1013-1014 təşkil edir, biokütlə isə yalnız 1012-dir. Buradan belə nəticə çıxır ki, bəşəriyyətin artıq indi təbii mühitdən on dəfələrlə, yüz dəfələrlə məhsuldar olan süni yaşayış mühiti yaratmışdır. Buna həm də insanın texniki təsir imkanlarını da əlavə etsək - bütöv geoloji strukturu dəyişən, nəhəng su anbarları yaradan, atmosferi dəyişən, hətta Yerin işıqlan­masını təmin edən gücünü də əlavə etsək insanın imkanlarını aydın görə bilərik. Bu gedişlə süni yaşayış mühiti təbiini ötüb keçir, onu udur. Lakin təbii yaşayış mühiti yalnız insanın həyat fəaliyyətinin maddi şəraiti və istehsalın başlanğıc obyekti olmayıb, həm də müəyyən estetik və əxlaqi münasibətlərin obyektidir. Əgər Marksın sözləri ilə desək, təbiətlə insanın yalnız fiziki deyil, həm də mənəvi həyatı bağlıdır. Biz vəhşi təbiətin gözəlliyindən parklarda əkilən güllərin gözəlliyindən aldığımız zövq qədər zövq alırıq. Biz əvvəllər insanların qorxduqları heyvanları seyr etməkdən zövq alırıq; biz nəhayət təbiətin qorunması qarşısındakı cavabdehliyimizi duyuruq. Ona görə də təbiət haqqında danışarkən biz nəzərə almalıyıq ki, insanın təbiət qarşısında daşıdığı məsuliyyət böyükdür. İnsanın təbiətə münasibəti yalnız istehsal prosesi ilə məhdudlaşmır, burada insan qəlbinin dərinliklərində sirli qalan bir sıra münasibətlər də vardır. Tarixən təbiətin şərh olunmasında mədəniyyətin inkişafının müəyyən səviyyəsi və onun əsasında dayanan ictimai münasibətlər öz əksini tapmışdır. Ona görə də təbiətin fəlsəfi mənasının müzakirə edilməsi yalnız təbiət və istehsalın deyil, həm də estetik. əxlaqi, ictimai münasibətlərin, təbiətin qiymətlən­diril­məsinin qarşılıqlı əlaqəsinin təhlilini tələb edir. Süni yaşayış mühitinin həcminin - genişlənməsi dinamikası, onun ətraf mühitə təsiri bu gün hamını narahat edir. Cəmiyyət və insanın təbiətə böyük, artmaqda olan təsiri V.İ.Vernadskinin noosfera haqqında təlimində öz əksini tapmışdır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin