M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


təlabatlar, yəni insanın öz varlığının müəyyən xarici şəraitinə ehtiyacı, təlabatın təzahürü və dərk olunması forması kimi maraqlar



Yüklə 0,71 Mb.
səhifə86/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   82   83   84   85   86   87   88   89   ...   154
felsefe

təlabatlar, yəni insanın öz varlığının müəyyən xarici şəraitinə ehtiyacı,

  • təlabatın təzahürü və dərk olunması forması kimi maraqlar;

  • müəyyən impuls kimi stimullar vardır. Hər bir fəaliyyət özündə güman olunan məqsədi, vasitəni, nəticəni və fəaliyyət prosesinin özünü birləşdirir.

    Deməli onun ayrılmaz xarakteri dərk olunmadır. Şüurlu şəkildə qarşıya qoyulan məqsədin əsası dəlillər, maraqlar, ideallar, dəyərlər sahəsindədir. Bu nöqteyi-nəzərdən cəmiyyət şüurlu qrup halında qarşılıqlı fəaliyyət, kollektiv fəaliyyət mübadiləsi dünyasıdır.
    Fəaliyyət gedişində insan başqa adamlarla müxtəlif, çoxsahəli münasibətə girir. Bu vaxt fəaliyyət gedişində yaranan münasibət onun zəruri ictimai forması kimi çıxış edir. Ümumiyyətlə, adamların istənilən qarşılıqlı fəaliyyəti labüd olaraq ictimai xarakter kəsb edir. İctimai münasibətləri fəaliyyət prosesində ictimai qruplar, eyni zamanda onların daxilində yaranan qarşılıqlı fəaliyyət və qarşılıqlı əlaqə forması kimi müəyyən etmək olar. Bir halda ki, bu münasibətlər – həm maddi, həm də mənəvi – yüksək səviyyədə mücərrədliyə malikdirlər, onlar onu istehsal və təkrar istehsal edən adamların iradə və şüurlarından asılı olmayan obyektiv reallıqdır.
    Həm fəaliyyət, həm qarşılıqlı fəaliyyət, həm də ictimai münasibət ilk növbədə çoxsahəli ölçülərdə sabit həyat təminatına yönəlmişdir, yəni cəmiyyətin və onu təşkil edən insanların fəaliyyət göstərməsi üçün zəruri və kifayət edən şəraitin yaradılması və onun sonrakı inkişafının təmin edilməsini nəzərdə tutur. Bura adamların əsaslı təlabatlarının – fizioloji, təhlükəsizlik və sabitlik, hansısa qrupa olan məhəbbət və mənsub olması, qəbul olunması, özünü təsdiqi bilik və başa düşülməsi, estetik durumunun təmin olunması daxildir. Burada olan ilk iki təlabat ilkin (anadangəlmə), sonrakılar isə ikinci – (mənimsənilmiş) hesab olunur. Həm də təlabatların yüksəlməsi sanki birincinin (aşağı)ikinciyə (aliyə) keçməsi kimi görünür. Hər bir səviyyənin təlabatları fərd üçün yalnız o vaxt aktual olur ki, əvvəlki təlabatlar ödənilmiş olsun. Bu dominant prinsipidir, yəni bu an hökmranlıq edən təlabatdır.


    Mədəniyyət keçmiş nəslin təcrübəsini, ənənələrini, biliyini, dəyərlərini toplayır, bunun hesabına tarixi tale ilə birləşən adamların şüur və davranışında sosium üçün dəyər - əhəmiyyət kəsb edən nümunələr yaranır. Bununla çoxsaylı icmalar, birliklər və təsisatların həlqəsi arasında təbii əlaqə yaranır. Mədəniyyət özünü yaradıcı, həyat quruluşu amili, ictimai novasiya mənbəyi kimi göstərir, sistemli inkişafa tonallıq və xarakter verir. Mədəni prosesin məzmunu kimi insanın öz inkişafı çıxış etdi­yindən mədəniyyət faktiki olaraq subyektin ictimailəşməsi üsulu kimi çıxış edir.

    Yüklə 0,71 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   82   83   84   85   86   87   88   89   ...   154




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin