M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə88/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   84   85   86   87   88   89   90   91   ...   154
felsefe

Həyatın əsas sahəsi sistem kimi cəmiyyətin ünsürləridir və müəyyən keyfiyyət bütövlüyü, öz mövcudluq və inkişaf qanunları olan həyatın digər sahələri ilə qarşılıqlı əlaqədə olan sistemaltı kimi təzahür edir. Başqa sözlə desək, həyatın əsas sahəsi cəmiyyətin ünsürləri, obyektiv mövcud olan digər sahələrlə əlaqədə olan hissələridir.
İqtisadi sahə özündə istehsalı, bölgünü, mübadiləni və maddi nemətlərin istehlakını birləşdirir. Onun əsas ünsürləri məhsuldar qüvvələr – adamlar; əmək aləti və əmək predmeti; maddi – predmet fəaliyyəti; mənəvi – ideoloji əsaslar (məqsəd, niyyət, proqram), eyni zamanda əmək prosesində adamların münasibətidir. Bu sahə həyat – istehsal mexanizmi, iqtisadi məkan kimi çıxış edir, burada təsərrüfat həyatı təşkil olunur, onun sahələri inkişaf etdirilir. Burada cəmiyyətin çoxsaylı subyektlərinin maraqları cəmləşir, qarşılıqlı fəaliyyət nəticəsində - qurulma və ya əməkdaşlıq - cəmiyyətin iqtisadi həyatının dinamikası həyata keçir.
Cəmiyyətin ictimai həyatı orada fəaliyyət göstərən bütün qrupların, onların qarşılıqlı fəaliyyətinin bütöv məcmusudur. Bu cür qruplara, icmalara (müxtəlif əsaslar və ölçülərlə götürülən) xalqları, millətləri, sinifləri, təbəqələri, stratları, kastaları, sosial – demoqrafik və peşə qruplarını, əmək kollektivlərini; qeyri-formal qurumları və s. aid etmək olar. Bu sahədə həyat, məişət, istehsal şəraiti; səhiyyə, təhsil, sosial müdafiə və təminat problemləri; ictimai ədalətə riayət olunması; etnik, milli, sosial – sinfi və qrup münasibətləri kompleksinin nizama salınması ilə bağlı qarşılıqlı fəaliyyət həyata keçirilir.
Siyasi sahə də bir bütövlükdür, onun məzmununu subyektlərin qarşılıqlı fəaliyyəti təşkil edir – burada məqsəd subyektlərin marağının hakimiyyət, dövlət quruluşu, hüquq və azadlıq prinsipləri əsasında həyata keçirilməsidir – bunun üçün əvvəlcədən hazırlanan ictimai texnologiyalar və tətbiq proqramlarından istifadə olunur. Bu sahənin elementləri kimi siyasi institutlar (dövlət, təşkilatlar, partiyalar), siyasi və hüquqi normalar (konsti­tusiya, qanunlar, nizamnamələr), siyasi müna­sibətlər və fəaliyyət, siyasi şüur çıxış edir. Bəzi cəmiy­yətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində bu sahənin rolu böyükdür və yerdə qalan sahələr üzərində hökmranlıq edir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin