M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Sosial fəaliyyətin strukturu. Fəaliyyət -



Yüklə 0,71 Mb.
səhifə96/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   92   93   94   95   96   97   98   99   ...   154
felsefe

Sosial fəaliyyətin strukturu. Fəaliyyət - ətraf aləmə fəal münasibətin xüsusi insan formasıdır – onun məzmununu bu dünyanın məqsədyönlü mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. Bu məzmun sosial fəaliyyətin əsas struktur elementləri ilə reallaşır, o sadə fərdi formada olur, yəni insanın şeylərlə və ya digər adamlarla qarşılıqlı fəaliyyətində özünü göstərir. Hətta ən sadə sosial fəaliy­yətin yarandığı əsas elementlər hansılardır?
İstənilən sosial fəaliyyətin strukturunda birinci element, istənilən fəaliyyətin mühüm və zəruri amili insan, adam, fərdlərdir. İnsansız heç bir sosial fəaliyyət mümkün deyildir. O bu fəaliyyətin fəal tərəfi, onun subyektidir. Ona görə adamlar subyektdirlər ki, onların fəaliyyəti bu və ya digər obyektə istiqamətlənmişdir. Sosial fəaliyyətin ikinci elementi fəaliyyətin obyekt­ləridir. Yalnız şeylər yox, həm də adamlar bu cür ola bilərlər – həkim, müəllim, bəzi digər peşə nümayən­dələrinin fəaliyyəti belədir. Bununla belə bu səpkidə çox vaxt digər tip obyektlər – şeylər çıxış edirlər, onlar öz növbəsində iki qrupa ayrılırlar. Onlardan biri – alət və maddi istehsal vasitələri, digəri isə - mənəvi istehsal alətləridir – onların arasında kompüter, qələm, yazı maşınları daha çox əhəmiyyət kəsb edirlər. Başqa sözlə desək, fəaliyyət obyektlərinin bu qrupuna bütün şeylər - onun köməyi ilə adamlar ətraf mühiti dəyişir, onu öz təlabatlarına uyğunlaşdırır – daxildir.
Daha bir obyekt qrupu vasitələrdir, onlar şeylər qədər insan fəaliyyəti üçün zəruridir, lakin onların şey, maddi xarakterləru yoxdur. Fəaliyyətin bu obyektləri o qədər özünəməxsus, orijinaldır, şeylərdən fərqlidir ki, sosial fəaliyyətin strukturunu nəzərdən keçirərkən onları adətən xüsusi üçüncü komponent kimi ayırırlar. Bu jestlərin dili, səs və yazı nitqi məlumatlardır – onlar müxtəlif kağız və elektron daşıyıcılarda, kitablarda, lentlərdə, disketlərdə əks olunur. Bu simvollar, işarə­lərdir. Şeylər kimi onlar da istənilən insan fəaliyyəti üçün zəruridir. Bizim şüurumuza təsir edən simvollar və işarələr fərdi fəaliyyətdə məqsədyönümlüyü təmin edir. Kollektiv fəaliyyətdə isə onu razılaşdırır. Əgər fiziki şeylər bila­vasitə insanın ətraf aləmə uyğunlaşmasına xidmət edirsə, simvollar onun üçün bu məsələnin həllini yüngülləşdirir.
Sadaladığımız sosial fəaliyyətin üç elementindən əlavə, dördüncü, zəruri element də vardır. Bu sosial fəaliyyətin göstərilən əsas amilləri arasındakı əlaqə, münasibətlərdir. Təcrübə göstərir ki, nəzərdən keçirilən üç elementin – adamlar, şeylər, simvollar – mexaniki yığımı onlar arasında əlaqə, qarşılıqlı fəaliyyət olmasa nə sosial fəaliyyəti, nə də bütölükdə sosial həyatı yaratmırlar. Məhz buna görə adamlar, şeylər, simvolar arasındakı möhkəm, dəfələrlə təkrarlanan əlaqənin – tədricən həm fərdi fəaliyyət səviyyəsində, həm də sosial qrup və bütün cəmiyyət səviyyəsində yaranan əlaqənin ictimai həyat üçün istisna əhəmiyyəti vardır.
Beləliklə istənilən insan fəaliyyətinin dörd elementi vardır – adamlar, fiziki şeylər, simvollar və onlar arasındakı əlaqə. Onların təkrar istehsalının zəruriliyi çoxplanlı ictimai sistemin baza sistemini yaradan ictimai fəaliyyətin əsas tiplərini yaradır. Sadə sosial fəaliyyətin dörd əsas elementinə müvafiq olaraq ictimai fəaliyyətin dörd tipi, sahəsi ayrılır: maddi, mənəvi, nizamlayan, və ya idarə edən, xidmət fəaliyyəti, bəzən məhdud mənada humanitar və ya sosial adlanır. Bütün bunlar istənilən insan fəaliyyəti üçün zəruri şəraiti təmin etməklə eyni zamanda bütövlükdə cəmiyyətin həyat fəaliyyətinin ilkin şərtini yaradır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin