M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə108/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   104   105   106   107   108   109   110   111   ...   154
felsefe

Cəmiyyətin siyasi həyatı bir sıra elmlər, o cümlədən politologiya, siyasi sosiologiya, siyasi psixologiya, eyni zamanda fəlsəfə tərəfındən öyrənilir. Fəlsəfə bütün siyasi hadisələrin, onların qarşılıqlı fəaliyyətinin mahiyyətini dərk etməyə cəhd edir. Bu fəlsəfənin siyasətin fəlsəfəsi adlanan sahəsinin tədqiqat predmetidir.
«Hakimiyyət», «siyasət» kateqoriyalarının fəlsəfənin «azadlıq», «ədalət», «bərabərlik», o cümlədən milli, sinfi, ümumbəşəri kimi əsaslı kateqoriyaları ilə qarşılıqlı müna­sibətinin aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Cəmiyyətin siyasi həyatını şərtləndirən amillər-Siyasətin ən mühüm və daha qədimi problemi - hakimiyyət problemidir. Siyasət və hakimiyyətin qarşı­lıqlı münasibəti dialektik xarakter daşıyır. Hakimiyyət, bir tərəfdən, siyasətin həyata keçirilməsi vasitəsi kimi çıxış edir, digər tərəfdən isə, onun ilkin əsasıdır. Maks Veber düzgün olaraq göstərmişdir ki, siyasət istər dövlətlər arasında, istərsə də dövlətin daxilindəki ayrı-ayrı adamların hakimiyyətdə iştirak etmək və ya hakimiyyət bölgüsünə təsir etmək cəhdidir. Ağalıq və tabelik müna­sibətinin qurulması, yəni adamlar arasında asılılıq müna­sibətinin yaranmasının özü elə hakimiyyətdir. Nəticədə hakimiyyət insanı iradəsinin əksinə olaraq fəaliyyətə məcbur edir.
Hər bir ağıllı qurulmuş dövlətdə hakimiyyətin üç qanadı: qanunlar qəbul edən qanunverici, qəbul olunmuş qanunlar əsasında idarəçiliyi həyata keçirən icraedici, qanunlara riayət olunmasına nəzarət edən və ədaləti həyata keçirən məhkəmə – fəaliyyət göstərir. Hakimiyyətin bir qanadının digərindən kifayət qədər müstəqilliyi təmin olunmayan dövlətdə istibdad yaradır. Qanunverici hökumət ola bilməz, çünki birinci qanun verir, ikinci isə ona tabe olur. Nə qanunverici, nə də icraedici məhkəmə ola bilməz: onlar yalnız hakimləri təyin edirlər.
Qanunvericilərin fəaliyyətinin başlıca məqsədi öz xalqının normal, sakit və imkan daxilində ədalətli həyat şəraitini təmin etməkdir. Əgər qanunverici hakimiyyət dövlətin ümumi irdəsinin ifadəsidirsə, icraedici haki­miyyət - bu iradəni həyata keçirən mexanizmdir.
Azad dövlətdə qanunverici orqan verdiyi qanunlara necə əməl olunmasını izləyir. İcraedici orqan isə öz fəaliyyətinə görə onun qarşısında hesabat verməlidir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin