M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Determinasiya əlaqələri. Determinizm prinsipi.-



Yüklə 0,71 Mb.
səhifə59/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   55   56   57   58   59   60   61   62   ...   154
felsefe

Determinasiya əlaqələri. Determinizm prinsipi.-Determinizm - bütün hadisələrin qanunauyğunluğu və səbəbiyyət əlaqəsindən asılı olduğu haqqında nəzəriyyədir. Fəlsəfi idrakda sanballı (əsas) rol determinizm prinsipinə məxsusdur. Bu prinsipə əsasən, real təbii, ictimai və psixoloji hadisələr və proseslər determinasiya olub, yəni (onlarla şərtlənən) müəyyən səbəblərin fəaliyyəti nəticəsində yaranır, inkişaf edir və məhv olur. Hadisələrin səbəbiyyətinin və qanunauyğunluqlarının qəbul edilməsi dünyanın materialist anlayışının və elmi idrakının əsasında yerləşir. Determinizm prinsipinindən iimtina etmək varlığın tamam başqa şəklinə gətirir ki, bu vaxt hər şey, hətta “möcüzə” də mümkündür. Bu cür dünyada hadisələr arasındakı əlaqələrin səmərəli izahı, gələcəyin elmi proqnozu, baş verən hadisələrdə ağlın hərəkəti mümkün deyildir. Determinizmin müasir anlaşılması səbəb - nəticə əlaqələri və qanunauyğunluqları haqqında baxışların uzun tarixi inkişafın nəticəsində – təşəkkül tapmışdır.


a) Səbəbiyyət əlaqələri. Səbəbiyyət prinsipi.
Praktiki təcrübə, müşahidə, daha sonra isə elmi tətqiqatlar göstərdi ki, bir çox hallarda dünyada baş verən dəyişikliklərin, hadisələrin mənbəyini müəyyən etmək mümkündür - bu özü də başqa hadisəyə səbəb olur. Onlardan birincisini səbəb, ikincisini isə nəticə adlandırdılar. Dediklərimizi qrafik sxemdə ifadə etmək olar.

S - N
S - səbəb N - nəticə


Sxemdə göstərilir ki, səbəb - nəticə əlaqəsi səbəbdən tö­rəyən nəticəyə doğru istiqamətdə gedir. Deməli, səbəb və nəticə - assimetrikdir (uyğunsuzdur), onlar arasında münasibət geri qayıtmazdır - o, nəzərdə tutulur ki, səbəb heç də hər şeyi deyil, yalnız müəyyən, ona müvafiq olan nəticəni doğurur. Deyək ki, üzüm çiyidindən üzüm tənəyi yetişir, qanqal toxumundan isə qanqal. Bu sxem – bunu sadə səbiyyətin sxemi adlandıraq - praktiki olaraq, eyni vaxtda fəaliyyət göstərən çoxlu səbəbi əhatə edən daha mürəkkəb səbəb münasibətlərinin əsasına xidmət edir. Bu cür qarşılıqlı münasibətin qrafik modeli aşağıdakı kimidir.
Bir sıra səbəblər çoxsaylı, uzun inkişaf edən nəticə törədir; məsələn, fəlakətli kor - təbii bəlalar: tufan, zəlzələ, 1945-ci ildə baş vermiş Xirosimadaki atom bombasının partlaması və s.

“Domino təsiri” adlanan səbəb - nəticə əlaqəsi tipi genış yayılıb - burda bir səbəb bütöv bir nəticələr zənciri törədir; bu uzun sıraya düzülmüş dominonun birinin düşməsi ilə hamısı ardıcıl olaraq düşür:



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin