M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Varlıq və idrakın ziddiyyəti. Dialektik inkar-



Yüklə 0,71 Mb.
səhifə68/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   64   65   66   67   68   69   70   71   ...   154
felsefe

Varlıq və idrakın ziddiyyəti. Dialektik inkar- Hadisələri tam başa düşmək üçün öz imkanlarını yaradıcı mübahisə, dialoq incəsənəti kimi açan dialektik fikir tədricən predmetlərin başqa predmetlərlə, hadisələrlə, proseslərlə mü­rəkkəb daxili və xarici əlaqəsinin məcmusunu, onların inkişafını, dəyişməsini, dərk etmək üçün əvəzsiz vasitəyə çev­rildi.
Dialektikanın “məhək daşı” ziddiyyət oldu. Keçmişin qiymətli dialektik fikrini qəbul edən materialist dialektikada predmetlər, hadisələr, proseslər onların əks tərəfi, meylləri ilə vəhdətdə dərk olunur. Əksliklərin ayrılmış (xüsusiləşmiş) müəyyən edilməsi natamam, birtərəfli, qarşılıqlı surətdə bir - birini tamamlamasını tələb edən kimi qiymətləndirilir. Varlığın və idrakın dialektik ziddiyəti haqqında prinsipila müddəa (fikir) əksiliklərin vəhdəti və mübarizəsi qanunu adı aldı. Dialektik ziddiyyətin təbiəti inkarı inkar qanunu adı almış digər qanunauyğunluqla da ayrılmaz bağlıdır. Təhlil göstərir ki, mahiyyət etibarı ilə bu eyni bir dialektik qanunauyğunluğun kəsiyidir, aspektidir.
Dialektika və məntiqi ziddiyyət - ziddiyyətin hərfi mənası bir sıra predmetlər haqqında danışılanda, fikir söylənəndə yaranan kəskin fikir ayrılığıdır. Danışıq zamanı (məslə­hət­lə­şəndə, şahidlərin ifadəsində, riayzi sübutlarda, nəzəri nəti­cələrdə) bir - birinə zidd olan fikirlər yarana bilər ki, onların biri digərini inkar edir. Tutaq ki, bir şahid deyir ki, müttəhim ölüm vaxtı cinayət yerindı olub, digəri isə deyir yox. Bu hər iki fikir həqiqi ola bilməz. Bunun və o birinin eyni (A və ya qeyri-A) vaxtda təsdiq edilməsi məntiqdə zəruri yalan kimi qiymətləndirilir. Aristotelin fikrincə, öz - özünə zidd olan fikir həqiqi ola bilməz, ona görə ki, dərk olunan varlıqda ziddiyyət mümkün deyildir.
Hər hansı bilik sahəsinin inkişafının müəyyən mərhə­ləsində alimlər ziddiyyətlə qarşılaşırlar, onu həll etmək isə yalnız elmin sonrakı tərəqqisi ilə mümkündür. Məsələn, biologiyada lap qədimdən növlərin dəyişilməzliyi haqqında ideya hakim idi ki, bu ideya tamamlanmış ifadəsini XVIII əsrdə K.Linneyin təlimində tapdı. Bununla belə palentoloji salnamələrdə heyvan və bitkilərin formalarının dəyişməsi haq­qında fikirlər aşkar edilirdi və bu faktlar fundamental ideyalara zidd oldu. Əvvəlki baxışlarla əlaqəni qıran nəticə Ç. Darvin tərəfindən irəli sürüldü: növlər təbii seçmə nəticəsində də­yişirlər. Bu o vaxtkı biologiyanın əsas ziddiyyətlərinin (anti­nomiyanın) həllinə gətirib çıxartdı. Ancaq bir ziddiyyətin - problemin həlli yenisini ortaya çıxardırdı: F. Cenkis Darvinə göstərdi ki, onun təbii seçməsi mütləq (labüdən) təkamülün tam dayanmasına gətirib çıxardacaq, belə ki, bir sıra ardıcıl kəsişmədə irsi əlamətlərin qarışması baş verir ki, bu da onların nəsildə “əriməsinə” aparır. Yeni antinomiya (eyni dərəcədə düzgün hesab edilən iki qanun, müddəa, prinsip, kateqoriya arasında ziddiyyət) yarandı ki, bunun həllini irsi əlamətlərinin diskretliyini göstərən Q. Mendel irəli sürdü. Ziddiyyətlərin aşkar edilməsi elmin əsas ideyalarının inkişaf perspektivlərini açan idrakı vəziyyəti axtarıb tapmağa imkan verir.
İdrakın antinomluğunu XX əsr elminin inkişafı da göstərir. Mikroaləmin öyrənilməsi onun korpuskulyar – dalğavari dua­liz­mini qəbul etməyin zəruriliyin səbəb oldu ki, bu da başlıca olaraq makroskopik anlayışların mikroobyetlərə məhdud tətbiqi ilə şərtlənirdi. N. Bor bununla bağlı təkmilləşdirmək (tamamlamaq) prinsipini formulə etdi. Məlum oldu ki, “fiziki reallığa” nə dalğavari, nə də korpuskulyar xassələri aid et­məkdə düz mövqe tutmuruq - onlar yalnız makroskopik müşa­hidə və təsvirdə yaranır. Yeni idrakı vəziyyət mikroaləm fizikasının - yeni anlayışların tətqiqi ilə elementar hissəciklər nəzəriyyəsinin qurulması - sonrakı inkişafının zəruriliyini göstərir. Kosmologiyada (sonlu və sonsuzluğun anatomiyası) və bir sıra başqa elmlərdə də oxşar vəziyyət yaranmışdır.
Antinomiyaların müəyyən edilməsi və onların həlli - dialektik təfəkkürün xarakterik xüsusiyyətidir. Bir halda ki, bu cür antinoniyalar formal məntiqlə qadağan olunan ziddiiyyətli mülahizələr (A və qeyri - A) formasında qeyd olunur, o vaxt buna dialektika və formal məntiqin antoqanizmi kimi baxılır. Ancaq onda dialektikanın yalnız sağlam insan düşüncəsinə deyil, həm də elmə qarşı duran bir şey olar. Deyilən misallar təsdiq edir ki, rasional idrakın bütün mərhələlərində dialektika və məntiq birgə fəaliyyət göstərirlər. Bəs məntiqi ziddiyyət?
Biliklərin dilaektik inkişafı prosesində onlar bilik - nəticə kimi çıxış etmirlər (bu halda dialektika məntiqi tərbiyədən (ədəb, nəzakət) məhrum olardı). Anatomiya (eyni zamanda aporiya, paradoks, dilemma) – öz həllini tələb edən problemin qoyuluşunun kəskin formasıdır. Bu cür məntiqi ziddiyyətlər elmi idrakın inkişafında onun hərəkətverici qüvvəsi, onun mənbəyi, onun motivi kimi çıxış edir. Formal - məntiqi ziddiyyət sistemin inkişafının bu mərhələsində qəbul edilmiş anlayışlar bir sıra hadisələri təsvir etmək üçün tətbiq edilə bilməzliyini göstərməkdə siqnal kimi çıxış edir. Antinomiya – bu və ya digər elmlərdə olan konseptual – (insan ağlında ümumi təsəvvürlərin mövcud olduğunu qəbul edən orta əsrlər fəlsəfi cərəyanı) aparatın tətbiqinin natamamlığı və məh­dudluğu haqqında xəbər verən problemlərdir, onun sonrakı təkmilləşməsinin daxili stimulu kimi çıxış edir.
Idrakda yaranan antinomiyanı öz - özünə dialektik ziddiy­yətlə eyniləşdirmək (oxşatmaq) olmaz. Dialektika – zidiy­yət­lərin üst - üstə yığılması metodu deyildir. Məntiqin qaydalarına riayət edilməməsi nəticəsində dialektika sofistikaya çevrilə bilər, formal məntiqi təfəkkür isə dialektikaya riayət etməsə metafizikaya çevrilər. Dialektikanın işi - ziddiyyətləri aşkar etmək və həll etməkdir. Antinomiya – problemlərinin həll edilməsi elmi biliklər struturunda dərin keyfiyyət dəyişiklikləri ilə, elmi inqilabları xarakterizə edən hadisələrin prinsipial yeni, daha dərin anlaşılmasına çıxmaqla bağlıdır. Beləliklə antino­miya – problemləri - idarkın mərhələlərinin böhranlı “məntə­qəsidir”. Onlar bütövlükdə idrakın, dialektik hərəkətinin anıdır, bütün yeni ziddiyyətlərin aşkar edilməsi və həlli prosesidir. Antinomiya probleminin həlli hələ antik dövrdə (yaradıcı dialoq şəraitində) kəşf edilən ümumi ritmə (ahəngə) tabedir. Hegel vaxtilə bu ritmi triada: tezis - antitezis - sintez sxemində təqdim etmiş, ona “inkarı inkar” adı vermişdir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin