M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Təbiət fəlsəfi düşüncənin predmentidir



Yüklə 0,71 Mb.
səhifə74/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   70   71   72   73   74   75   76   77   ...   154
felsefe

10 Təbiət fəlsəfi düşüncənin predmentidir
Təbiət fəlsəfi düşüncənin predmeti kimi sosial fəlsəfənin ən aktual problemlərindən biridir. «Təbiət» anlayışı ən geniş anlayışlardandır. Təbiətin hadisələri və obyektləri - bu həm uzaq ulduzların işığı, həm ən xırda elementar hissəciklərin qarşılıqlı şəkildə bir-birinə keçməsi, həm də geniş okeanlar və ona söykənən meşələr və çəmənliklər, böyük çaylardır. Bu həm də Yer üzərindəki həyatın sonsuz müxtəlifliyidir. «Təbiət» anlayışına bütün mövcudluq, bütün Kainat daxildir və bu mənada o materiya anlayışına yaxındır: demək olar ki, təbiət elə materiyadır, onun formalarmın bütün müxtəlifliyi ilə birlikdə götürülən materiyadır. Lakin çox vaxt bu anlayış daha məhdud və nıüəyyən mənada işlədilir və insan və bəşəriyyətin mövcudluğunun təbii şəraitinin məcmusu kimi qəbul olunur. Təbiətin öyrənilməsi onun cəmiyyətlə qarşılıqlı münasibəti aspektində aparılır. Hələ bir neçə onilliklər əvvəl onlar arasındakı real qarşılıqlı əlaqə çox vaxt bir tərəfli xarakter daşıyırdı. Bəşəriyyət yalnız təbiətdən götürür, onun ehtiyatlarını istismar edir və belə hesab edirdi ki, təbii zənginlik sonsuz və əbədidir. Ən yaxşı halda bu qarşılıqlı əlaqə poetik xarakter daşıyırdı:insan təbiət gözəlliyindən zövq alır, ona qarşı hörmət və məhəbbətlə yanaşmağa çağırışdan uzağa getmirdi. Bütövlükdə isə bəşəriyyət emosional çağırışdan uzağa getməmişdir. Cəmiyyətin mövcud olması və inkişafı üçün təbiətin nə dərəcədə əhəmiyyət kəsb etməsini anlamaq hələ formalaşmamışdır. Bu gün cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi problemi sırf nəzəri məsələ səviyyəsini keçmiş, gündəlik, lıəlli tələb olunan problem səviyyəsinə gəlib çatmışdır və bu problemin həllindən bəşəriyyətin gələcəyi asılıdır.
Hər hansı anlayışın mənasını daha yaxşı anlamaq üçün bu anlayışı ona əks olan anlayışla birlikdə təhlil etmək lazımdır. «Təbiət» anlayışına gəldikdə isə, oııa əks olan «mədəniyyət» anlayışıdır. Mədəniyyət deyərkən, insan tərəfindən mənimsənilənlər, düzəldilənlər, dəyiş­dirilənlər, təbiət deyərkən isə, insana qarşı dayananlar, insandan asılı olmayaraq, öz əsasları və qanunları ilə mövcud olanlar başa düşülür. Mədəniyyət sanki insan tərəfindən yenidən dəyişdirilən təbiətdir, bu mənada insan fəaliyyətinə isə, təbiətin, təbii olanı mədəni, süni olana dəyişdirilməsi kimi baxmaq olar. Təbiətin bu cür yenidən dəyişdirilməsinə dünyada mövcud olmağın insan üsulunun məğzi daxildir. İnsan öz fəaliyyətində sanki özünü təbiətə qarşı qoyur; lakin eyni zamanda o həm də «ana - təbiətin» bir hissəsi və ondaıı törəmədir. İnsan təbiətlə yaşayır. bu o deməkdir ki, təbiət onun bədənidir, o ölməmək üçün öz daimi ünsiyyət prosesində onunla olmalıdır. «İnsanın fiziki həyatı kimi onun mənəvi həyatı da təbiətlə sıx bağlıdır» deyimi o deməkdir ki, təbiət özü-özü ilə qınlmaz bağlıdır və insan onun bir hissəsidir. İnsan üçün təbiət yalnız onun mövcudluğunun təbii şəraiti, yaradıcı, qurucu fəaliyyəti üçün sahə deyildir. Bu münasibətin əsasında insan və təbiətin münasibətlərinin digər formaları yaranır və inkişaf edir. Bu dərketmə münasibətidir - müasir cəmiyyətdə ilk növbədə təbii elmlər (təbiət haqqında elmlər) formasında həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu xeyir, gözəllik, gəlir və buna oxşar anlayışlarla ifadə olunur. Nəhayət, müasir dünyada öz tarixində ilk dəfə olaraq insan təbiətin bu və ya digər hissəsini qorumaq üçün cavabdehliyi öz üzərinə götürür - bu sahələr onun praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar qüvvələrin inkişafı ilə o daha da genişlənir.
İnsanlar tarixən öz şəxsi mənafe və istəklərini hər şeydən üstün tutmuş, öz maddi təlabatlarının ödənilməsi üçün lazım gələndə ən müqəddəs hesab olunanları belə tapdalamaqdan çəkinməmişdir. İnsan üçün məqsəd hesab olunan münasibətlərdən biri də onun təbiətə olan münasibətidir və təəssüf ki, bu münasibətlərin lazım olan səviyyədə qurulmaması yalnız ayrı-ayrı adamlar üçün deyil, bütövlükdə bəşəriyyət üçün olduqca qorxulu vəziyyət yaratmışdır. Bu güıı hər birimizin sabahı, bütöv­lükdə bəşəriyyətin gələcəyi, bu münasibətlərin tənzim­lənməsindən, onun qaydaya sahnmasından asılıdır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin