M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə77/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   73   74   75   76   77   78   79   80   ...   154
felsefe

«Noosfera» (hərfi mənası-əql sahəsi) terminini ilk dəfə 1927-ci ildə E. Lerua, sonra isə P. Teyyar de Şarden istifadə etmişdir. Vernadskinin özü noosfera haqqında təlimin əsas ideyalarını artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın qlobal yenidən qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann təbiətə təsirinin prespektivləri, onların qarşılıqlı münasibətlərinin tezliklə harmonikləşməsinin zəruriliyi təhlil olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan müxtəlif yanaşmalar haqqında demək olar ki, noosfera biosferanın və bütün planetin mövcud olmasının yeni mərhələsidir, bu vaxt insanın şüurlu fəaliyyəti, Əqli biosferanın təka­mülündə yalnız həlledici amil olmayıb, həm də eyni zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortə­biiliyi əvvəllər zəif nəzarət olunan məhsuldar qüvvələrin inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama salır. Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və biosferanın imkanları ilə ölçülür. Biosfera və sivilizasiya müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid bütövün tamı kimi, bir-birini tamam­layan, bir-birinə kömək edən bir orqanizm kimi qəbul olunmalıdır.
Coğrafi determinizm və geosiyasət məsələsinə də aydınlıq gətirmək vacibdir. Təbiətin cəmiyyətə təsir səviyyəsi o qədər yüksəkdir ki, bu sosiologiyada bütöv bir istiqamətin - coğrafi determinizmin yaranması üçün əsas olmuşdur. Onun tərəfdarları belə güman edirdilər ki, insan cəmiyyətinin inkişafı ona müxtəlif coğrafi amillərin həlledici təsiri ilə müəyyən olunur. Bir çox mütəfəkkirlər - Platon, Aristotel, Bokl, L.Meçnikov, Ritter və başqaları bu istiqamətə üstünlük vermişlər. Məsələn, Bokl, Monteskye, Reklyu belə heab edirdilər ki, xalqların inkişafi, ilk növbədə, yerli landşaft (Yer səthinin forması), torpaq, iqlim, qida ilə müəyyən olunur. Fransız alimi Ş.Mon­teskyenin dedikləri olduqca xarakterikdir: «İsti iqlimin xalqları qocalar kimi cəsarətsiz, ürəksiz olurlar, soyuq iqlimin xalqları isə cavanlar kimi cəsarətli, igid olurlar». İngilis alimi Q.Bokl Hindistanda qulçuluğun olmasını hindlilərin psixikasına təsir edən müvafiq isti iqlimlə izah edirdi. Çox güman ki, bu deyimdə şişirdilmə halı, bəlkə də siyasi sifariş (həmin vaxtlarda Hindistan Böyük Brita­niyanın müstəmləkəsi olmuşdur) öz rolunu oynamışdır. Ancaq bu cür xarakteristikalarda həm də təbiətin ayrı-ayrı adamların və etnik qrupların davranışına, psixikasına təsiri ilə bağlı sərrast müşahidələr də öz rolunu oynamışdır. Müxtəlif ölkələrin inkişaf tarixini və xalqların etnik özünəməxsusluğunu diqqətlə təhlil edərək xalqların bu və ya digər təbii iqlim şəraitindən asılılığını qeyd etməmək olmaz. Coğrafi amilin, əhalinin etnik xüsusiyyətlərinin cəmiyyətin inkişafına təsirini nəzərə almaq zəruridir. Bu cəmiyyətdə öz siyasətinin təbii xüsusiyətlərini nəzərə almaqla onu daha effektli qurmağa imkan verir. Ancaq coğrafi amilləri mütləqləşdirmək olmaz. Başqa işlərdə olduğu kimi elmdə də ifratçılıq yalnız ziyan gətirir.
İnsanı və kosmos problemi ilə bağlı bəzi müha­kimələri nəzərinizə çatdırmaq istərdi. Cəmiyyət və təbiətin qarşılıqlı fəaliyyəti haqqında danışarkən biz əsasən bir planetin yerinin miqyasına əsasən fikir söyləyirik. Lakin, dediyimiz kimi, «təbiət» anlayışı geniş mənada maddi aləmin bütün obyektlərini əhatə edir. Bəşəriyyət və kosmosun əlaqəsi uzun əsrlər ərzində filosoflar tərəfindən ən yaxşı halda, məcazi mənada, elmi hipotez və fərziyyələr səviyyəsində qiymətləndirilmişdir. Bu müha­kimələr əsasən «İnsan - Yerin oğlu, Kosmosun uşağıdır» tipli humanist xarakterdə olmuşdur. Kosmosun və ona daxil olan hər şeyin, o cümlədən, ətraf mühitin və bəşəriyyətin vəhdəti haqqında məsələnin öyrənilməsi XX əsrdə astronomiya və astrologiya sahəsindən fəlsəfəyə, eyni zamanda praktiki kosmonavtika və astronavtikaya keçdi. Alimlər çoxdan Günəşin fəallığındakı özünəməxsus izlərə (ləkə, onu üzərində şölələnən alova), protuberansa (Günəş səthi üzərində közərmiş qaz kütlələri)) diqqət yetirmişlər. Tədqiqatlar göstərmişdir ki, bu fəallıq öz növbəsində dünya məkanındakı elektromaqnit və digər titrəyişlərlə bağlıdır. Rus alimi A.Z.Çijevski astrono­miyaya yə tarixə dair çoxsaylı elmi tədqiqatlar apararaq Günəşin və onun fəallığının Yerdəki bioloji və ictimai proseslərə əsaslı təsiri haqqında nəticə çıxarmışdır. Buradan da kosmik qüvvələrin və cəmiyyətin real qarşılıqlı təsirinin olması nəticəsini çıxarmaq olar. Orijinal mütəfəkkir, məşhur rus şairləri A.Axmatova və N.Qumi­leyein oğlu L.N.Qumilyev etnogenez (xalqların mənşəyi) problemi ilə fəal məşğul olmuşdur. O, etnogenezin konkret coğrafi mühitdən birbaşa asılılığı məsələsini təhlil etmişdir. Bu mühit də öz növbəsində Günaş sisteminin - Qalaktikanın bir hissəsinin tərkibinə daxil olan Yerin biosferasının fraqmentidir.
Beləliklə, insan və cəmiyyət Kainatın tərkib hisəsi olub mikroaləmin (insan) və makroaləmin (kosmos) ierarxik uyğunlaşmasının ümumi zəncirində mövcuddur. L.Qumilyev passionar konsepsiyasının üzərində çox işləmişdir. Alimin fikrincə etnosların əmələ gəlməsi və sonrakı inkişafı bir çox təbii, o cümlədən, kosmik amillərdən (Günəş fəallığından, maqnit sahəsindən və s.) çox asılıdır. Etnosların inkişafını başlıca olaraq orada xüsusi adamların fovqəlenerjiyə malik olan, qarşıya qoyduqları məqsədə, hətta bu məqsəd xəyal kimi görünsə belə dəf edilməyən cəhdlər göstərən - passionarların olması müəyyən edir. Passionarların məhz fəallıqları, fəaliyyətlilikləri, Qumilyevin fikrincə, xalqların həyatında başlıca tarixi hadisələrlə izah olunur. Passionarlar kütləyə passionar induksiyası vasitəsi ilə təsir edirlər. Passionarların özlərinin fəaliyyəti isə landşaftla, tarixi zamanla və kosmik amillərlə (bir növ coğrafi, daha dəqiq isə kosmik determinizmi ilə) sıx bağlıdır. Təbiət və cəmiyyətin qarşılıqlı münasibətindəki ziddiyyətlərə də diqqət yetirmək yaxşı olardı.
İnsanların təbiətə olan münasibətlərinin dəyişmə­sindən bəşəriyyətin sabahı çox asılıdır. İnsanın, cəmiy­yətin təbiətə münasibəti fəlsəfənin mühüm problemi olmuş və bu gün də olaraq qalır. İnsan tarixi və təbiət tarixinin qarşılıqlı əlaqəsi və qarşılıqlı şəkildə şərtlən­məsinin başa düşülməsi, tarixi proseslərin ekoloji komponentlərinin dəqiq hesabatı - tarixin elmi anlaşıl­masının əhəmiyyətli tərəfidir. Maddi istehsal, bütövlükdə cəmiyyətin bütün həyatı müəyyən təbii şəraitdən asılıdır. Əgər sistemin müasir təsnifatından istifadə etsək onda cəmiyyəti açıq sistem adlananlar sırasına daxil etmək olar; cəmiyyət təbiətdən qida məhsulları götürür, istehsal vasitələri hazırlamaq üçün xammal alır, oradan istehsalın və ictimai həyatın inkişafı üçün konkret amillər kimi çıxış edir.
Ekologiya, müasir qlobal ekoloji problemlər və onların həlli yolları:
İnsanın təbiətdən, təbii ətraf mühitdən asılılığı bəşər tarixinin bütün mərhələlərində olmuşdur, lakin o heç vaxt daimi olmamış dialektik ziddiyyət şəklində dəyişmişdir. Bir tərəfdən, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə, insanın təbii yaşayış mühiti ilə qarşılıqlı münasibətinin necə olması ilə onların yaratdıqları «ikinci təbiət» daha sıx istifadə olunurdu, insan özünü təbiətdə kortəbii baş verən hadisələrdən qorumalı olurdu. Geyimin təkmilləşdirilməsi, istiləşdirilən və süni şəkildə soyudulan mənzillərin yaradılması, seldən qoruyan torpaq bəndlərin, seysmik cəhətdən dözümlü binaların tikilməsi - bütün bunlar və bir çox digər tikililər yalnız yaşayış üçün əlverişli şərait yaratmır, həm də Yer kürəsində yeni ərazilərin, indi isə hətta kosmosun mənimsənilməsi sahəsində xeyli işlər görülməsinə gətirib çıxardı. İnsanın təbiətdən asılılığını zəiflədən bu proseslərlə yanaşı məhsuldar qüvvələrin inkişafı ilə digər meyllər də sıx bağlı idi. İnsanın fəaliyyət orbitinə durmadan artan yeni proseslər cəlb olunur, insanın təbiətdən istifadəsi genişlənir, onun ətraf təbiətlə əlaqələri daha da rəngarəng olur. Tutaq ki, dəmirdən istifadə etməyi öyrənən insanlar təbiətlə qarşılıqlı münasi­bətlərində öz qüdrətlərini kəskin şəkildə artırmışdırlar. Bununla yanaşı vaxt keçdikcə sivilizasiyanın öz inkişafı planetdə olan dəmir fılizi ehtiyatlarından, onların axtarışından və istifadəsindən asılı vəziyyətə düşür. Digər bir nümunəyə nəzər salaq. Kömur və neft uzun illər yalnız sırf yanacaq-enerji ehtiyatı kimi istifadə olunmuşdur, yəni sadə dillə desək onları yandırmışlar. Lakin sonralar insanlar kömür və nefti yandırmaqla yanaşı, həm də onlarda xeyli sayda istifadə olunan məhsullar əldə etməyə başladılar. - belə ki, müasir neft kimyası səkkiz mindən çox müxtəlif təyinatlı məhsul növü əldə edir. Bu cür nümunəni sonsuz sayda artırmaq olar və onların hər biri insanın təbiətdən getdikcə artan asılılığını göstərəcəkdir. Bizim günlərdə bu asılılıq çox vaxt olduqca dramatik şəkildə aşkar olunur. belə ki, təsərrüfat fəaliyyəti üçün zəruri olan bir çox ehtiyat növlərinin tətbiq olunma miqyası, eyni zamanda bəşəriyyətin yaşaması rçün ondan istifadə olunması planetdə olan bu ehtiyatların tükən­məsinə gətirib çıxartmışdır. Mütəxəssislərin hesablamaları göstərir ki, iqtisadi inkişafın bu gün mövcud olan meylinin saxlanılması, bu ehtiyatlardan istifadənin artması ona gətirib çıxardacaq ki, yaxın on il ərzində onların əksəriyyətinin ehtiyatı tükənəcəkdir. Deməli, yalnız insan təbiətdən asılı deyildir, həm də təbiət insandan, onun fəaliyyətinin miqyasından, forma və istiqamətindən asılıdır. İnsan ətraf mühitə olduqca mənfi təsir göstərir. Bütün dünyada sənaye istehsalının genişlənməsi, eyni zamanda mövcud çox tullantılı texnologiyaya əsaslanan istehsalın artımı insan və təbiət, cəmiyyət və onun yaşayış mühiti arasındakı qarşılıqlı münasibəti olduqca böhranı bir səviyyəyə çıxarmışdır. Bəşəriyyətin mövcudluğunun özü üçün təhlükə ilə bağlı məsələ tam kəskinliyi ilə qarşıya çıxmışdır - təbii ehtiyatların tükənməsi və insan həyatı üçün təhlükə yaradan yaşayış mühitinin çirklənməsi qorxusu hamını narahat edir. İnsan və cəmiyyət arasındakı münasibətdə yaranan məhz bu ziddiyətlə ekoloji problemin mahiyyəti müəyyən olunur.
Təbii ehtiyatlardan öz gücünü getdikcə artıran texniki vasitələrdən istifadə etməklə geniş istifadə edən insan öz sivilizasiyasının inkişaf şəraitini və bioloji növ kimi öz inkişafını xeyli yaxşılaşdırmışdır. Ancaq təbiəti «fəth edən» bəşəriyyət öz həyat fəaliyyətinin təbii əsaslarını əhəmiyyətli dərəcədə laxlatmışdır. Məlumdur ki, məsələn, son 500 il ərzındə insanın iştirakı ilə Yer kürəsini örtən meşələrin 2/3 hissəsi məhv edilmişdir. Biosferaya ən güclü təsir XIX əsrin sonlarından başlayaraq, xüsusən də, XX əsrdə vurulmuşdur - sənaye istehsalının genişlənməsi təbiətə vurulan zərbə hesabına aparılmışdır. Bir tərəfdən bunlar əhəmiyyətli dərəcədə xeyir gətirmişdir. Son 100 ildə bəşəriyyət enerji ehti­yatlarını min dəfə artırmışdır. İnkişaf etmiş ölkələrdə məhsul və xidmətin həcmi hər 15 ildən bir iki dəfə artır və bu vaxtın aşağı düşməsi meyli özünü göstərməkdədir. Lakin bununla yanaşı təsərrüfat fəaliyyətinin tullantıları da müvafıq olaraq iki dəfə çoxalır, bu da ətraf mühiti, atmosferi, su mənbələrini, torpağı korlayır. Müasir istehsal təbiətdən 100 ədəd mal götürüb onun yalnız 3-4 dənəsini istifadə edir, yerdə qalan 96 ədəd tullantı şəklində yenidən təbiətə atılır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin hər bir sakini il ərzində təbiətdən təqribən 30 ton mal götürür, onun yalnız 1-1, 5 faizi istehlak forması kəsb edir, qalanı isə yenidən təbiətə atılır, bu isə çox vaxt bütövlükdə təbiətə görülməz dərəcədə ziyan vurur. Nəticədə biosferanın özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür, o, insanın atdığı tullantıdan artıq özünü təmizləyə bilmir. Bütün bunlar Yer kürəsi ətrafında karbon qazı təbəqəsinin yaranmasına gətirib çıxarmışdır yaxın gələcəkdə bizim mavi səma görünməz hala düşə bilməsi təhlükəsi qarşısındadır: enerji balansının pozulması, temperaturun tədricən istiləşməsi bu gün məhsuldar hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla örtülü okeanlarda buzun əriməsi nəticəsində suyun səviyəsinin qalxması sahil ölkələrin və şəhərlərin suyun altında qalması təhlükəsi ilə üzləşə bilər. Oksigen balansının pozulması təhlükəsi, Dünya okeanın çirklənməsi kimi meyllər ekoloji problemlərin qlobal xarakter daşıdığını göstərir. Bütün bunlar adamların sağlamlığına mənfı təsir göstərir, onların əməyinin məhsuldarlığı aşağı düşür yaradıcılq fəallığı zəifləyir, torpaqların məhsuldarlığını saxlamaq üçün kapital qoyuluşunun miqdarının artırıl­ması, su mənbələrinin təmizlənməsi zəruri hal kimi qarşıya çıxır. Ətraf mühitin çirklənməsi, ayrı-ayrı dərmanlara dözümlü olan mikrobların artması, qəbul edilən qidanın ekoloji cəhətdən təmiz olmaması insanlara mənfı təsir göstərir. Nəticədə anadangəlmə çatışma­mazlıqlarla doğulan uşaqların sayı durmadan artır, irsi xəstəliklər çoxalır, xronoloji xəstəliklər, mənşəyi məlum olmayan xəstəliklər baş alıb gedir. Ekoloji böhranın artması buna bais olan insanların özləri üçün daha acınacaqlıdır. Vəhşi heyvan və bitki növlərinin bir çoxunun məhv olması, xəstə doğulan uşaqların sayının durmadan artması ekoloji problemi kəskin şəkildə qoy­muşdur.
Ekoloji problemə yanaşma, bir tərəfdən, onun kompleks və qlobal xarakter daşıdığını görməyə imkan verir. Digər tərəfdən isə konkret ictimai kontestdən icti­mai, texniki və mədəni tərəqqi ilə bağlı onun mənşəyini və mahiyətini görməyə imkan verir. Bu cür yanaşma istər nəzəri, istərsə də praktiki münasibətlər kimi ağllı realizm mövqeyini təsdiq edir, elmi cəhətdən əsaslandırılmış fəaliyyətə sövq edir, ekoloji problemi həll etmək üçün bütün qüvvələrin birləşdirilməsi zəruriliyini yaradır. Unutmaq lazım deyil ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti tarixi xarakter daşıyır və ictimai inkişafın gedişində bu qarşıhqlı münasibətin formaları, miqyası və meyli dəyişir. Maddi istehsal, insan fəaliyyəti insanlann yaşayış şəraitinə həm müsbət, həm də mənfi təsir göstərir. Ona görə də insanın ekologiyası, onun ətraf mühitə təsiri vacib problemə çevrilir, müstəqil əhəmiyyət kəsb edir, bununla belə onun həllinin açarı ictimai amillərin təhlilində, bu amillərlə şərtlənən istehsalın özünəməx­susluğundadır. Ekoloji problemin sırf elmi və texnoloji tərəfləri ilə yanaşı onun ictimai-iqtisadi, siyasi, o cümlədən beynəlxalq hüquqi tərəflərini qeyd etməklə bu problemin ictimai, mədəni, ideoloji, etnik-humanist, nəhayət estetik tərəflərini də nəzərə almaq vacibdir. Məhz bunlar ekoloji problemin kompleks araşdırılmasını tələb edir. Bu tərəflərin hər biri özlüyündə öz həllini tələb edən böyük problemdir. Ancaq bu problemin hər birinin ayrılıqda təhlili və ya vahid ekoloji problemin ayrı-ayrı tərəflərinin araşdırılması hər vaxt bu və ya digər ümum­fəlsəfi mövqeyinin yaranmasına gətirib çıxarır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin