M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Elmi-texniki tərəqqi və ekologiya



Yüklə 0,71 Mb.
səhifə80/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   76   77   78   79   80   81   82   83   ...   154
felsefe

Elmi-texniki tərəqqi və ekologiya məsələsinə diqqətimizi yönəltmək məqsədəuyğundur. Ətraf mühitin pisləşməsində yalnız elmi-texniki tərəqqini günahlandıran russoist konsepsiyadan fərqli olaraq bu gün biz əmin oluruq ki, yüksək texnologiyanın tətbiqi ekoloji cəhətdən olduqca əlverişlidir və müasir cəmiyyətdə müasir texnikanın tətbiqinə daha çox üstünlük verilir. İndi alimlər hazırladıqları layihələrdə gələcək işlərinin ekoloji xarakterinə diqqət yetirirlər, cəmiyyət son vaxtlar özünün təbiətlə olan münasibətinin daha çox qayğısına qalır, təklif olunan layihələrin ekoloji cəhətdən əlverişli olub-olma­ması ön plana keçirilmişdir. Son vaxtlar ekoloji problemin həllində elmi-texniki tərəqqinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Məsələ ordadır ki, yeni elmi-texniki nailiyyətlər artıq ətraf mühitə dəyən ən minimal ziyanı belə aradan qaldırmaq üçün olduqca vacibdir. Elmin və texnikanın inkişafı ekoloji problemin həlli yolunda xeyli irəliləyişə nail olmağa imkan vermişdir. İrəliyə doğru getmək, dünya və insanı - onun istehsal, əmək fəaliyyətini, həyat tərzini, şüurunu (o cümlədən ekoloji) dəyişdirmək - bəşəriyyət qarşısında dayanan ekoloji problemi həll etməyin perspektivləri budur. Müasir insan təbiətlə harmonik münasibəti inkişaf etdirməli, təbiətin inkişafındakı prosesləri başa düşməli, ondan ağılı istifadə etməli, təbiəti daha da zənginləşdirməlidir.
Müasir dövrün tələblərindən biri də xalqlar arasında ümumi insani dəyərlərə söykənən münasibət yaratmaqdır. Ətraf mühitin qorunması naminə dövlətlər, müxtəlif ictimai təşkilatlar arasında bağlanan razılaşmalar, nüfuzlu beynəlxalq təşkilatların ekoloji problemlə bağlı həyata keçirdiyi tədbirlər, müasir dünyada baş verən dəyişik­liklərin elmi cəhətdən araşdırılması ekoloji ziddiyyətin tənzimlənməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdəndir. Eyni zamanda qeyd etmək lazımdır ki, qlobal ekoloji problemi ölkələrin və xalqların qeyri-bərabər inkişafı şəraitində həll etmək lazım gəlir. Axı bu ölkələrin və xalqların sağlam həyat şəraiti yaratmaq sahəsində imkanlar eyni deyildir. İnkişaf edən ölkələrin bu problemi həll etmək üçün kifayət qədər ictimai şəraiti və vacib olan elmi-texniki imkanı yoxdur, ancaq onların kifayət qədər böyük təbii ehtiyatları var. İnkişaf etmiş ölkələr isə yüksək iqtisadi və elmi-texniki imkana malikdir, lakin onların təbii mühiti istehsal fəaliyyətinin artması nəticəsində əlverişli olmayan vəziyyətə düşmüşdür. Deməli vahid ekoloji problemin həlli müxtəlif cür qoyulur: inkişaf etməkdə olan ölkələr üçün - ekoloji baxımdan əsaslandırılan inkişaf, inkişaf etmiş ölkələr üçün isə inkişafın ekoloji əsaslara söykənərək aparılması. Bundan başqa təbii şəraitin idarə olunması yalnız onun ehtiyatlarında nizamlı istifadəni nəzərdə tutmur - əsas məqsəd adamlar üçün əlverişli sağlam həyat tərzi yaratmaqdır.
Yaranmış ekoloji böhrandan çıxmaq üçün müxtəlif yollar təklif olunur. Bu yaranan vəziyyətdən çıxmaq üçün təklif olunan yollardan bəzilərinə nəzər salaq.
Birincisi, sənaye istehsalının ətraf mühitə vurduğu ziyanı azaltmağa imkan verən müasir texnikanın işlənib hazırlanması və onun həyatda tətbiqi. Bu texnologiya istehsal vaxtı tullantıların miqdarını xeyli azaldacaqdır - bu xüsusən metallurgiya və kimya sənayesində daha vacibdir.
İkincisi, müasir dövrdə bərk (kömür) və ya maye (mazut) yanacaqla işləyən bütün istilik elektrik stan­siyaların qaz yanacağına keçirilməsidir. Bu cür elektrik stansiyaların sayının tədricən azaldılması və alternativ enerji mənbəyindən istifadə olunan elektrik stansiyalarının işə salınması: Günəş, su külək enerjisindən istifadə olunması.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin