M. İ. MƏMMƏdov m.Ü. Orucova



Yüklə 2,47 Mb.
səhifə25/39
tarix11.02.2020
ölçüsü2,47 Mb.
#102062
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

OSİ modeli


Standartlaşdırma üzrə Beynəlxalq təşkilat (İSO) şəbəkə pro- tokolları üzrə dünyada qanunverici orqandır. Bu təşkilat tərəfindən açıq tipli çoxlu sayda protokolların əsası kimi OSİ baza modeli


İbrahim-zadə T.İ., Sərdarov Y. B. Müasir kompüter şəbəkələri (mühazirələr kursu, İ cild), İnternet resursu 16

yaradılmışdır. Bu model şəbəkədə qarşılıqlə əlaqə qaydalarını təyin edir və hal-hazırki vaxta qədər protokollar ailəsinin mü- qayisəsi üçün ən məşhur vasitə kimi istifadə edilir.

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür:



  1. Fiziki səviyyə- Physical Layer;

  2. Kanal səviyyəsi - Data Link Layer;

  3. Şəbəkə səviyyəsi - Network Layer;

  4. Nəqliyyat səviyyəsi -Transportation Layer;

  5. Seans səviyyəsi - Session Layer;

  6. Təqdimetmə səviyyəsi - Presentation Layer;

  7. Tətbiqi səviyyə - Application Layer

Qəbul edən kompüter məlumat paketini alt səviyyədən üst səviyyələrə doğru ötürür. Hər bir səviyyə qarşı tərəfdə əlavə olunmuş həmin səviyyənin məlumatını oxuyur və pozur. Özünə aid məlumatı təmizləyib paketi bir üst səviyyəyə ötürür. Modelə görə hər bir səviyyə özündən əlavə üç səviyyə ilə işləyir. Bu üç səviyyə alt və üst səviyyələr və qarşı tərəfdəki eyni səviyyədir. Məsələn, Nəqliyyat səviyyəsindəki TCP protokolu, təbii olaraq bir üst səviyyədən aldığı məlumatı bir alt səviyyəyə ötürür (məlumat göndərilməsi) və ya alt səviyyədən gələn məlumatı üst səviyyəyə ötürür (məlumat alınması). Ancaq gələn məlumat paketləri əksikdirsə, təkrar göndərilməsi lazım olan məlumat paketini qarşı tərəfdəki eyni səviyyəyə bildirmə vəzifəsini yerinə yetirir. Eyni formada kanal səviyyəsi məlumatı üç səviyyə üçün işləyir.

Aşağıda OSİ modelində paket üzərinə əlavə olunan məlu- matların digər kompüterdə uyğun laylarda oxunub paketdən götürülməsi təsvir olunmuşdur. Bu şəkil sizə müəyyən qədər OSİ modelini yaddaşınızda canlandırmağa yardımçı olacaqdır.

Burada 7, 6, 5-ci səviyyələrin funksiyaları proqramlarla təmin üst laylarıdır. Bu üç səviyyə TCP modelində uygulma səviyyəsi olaraq tək bir səviyyədir. Digər 4. 3. 2. və 1. səviyyələr isə alt sə- viyyələr olaraq adlandırılırlar. Bu səviyyələrin funksiyalarını şə-

bəkədən istifadə edilən kompüter və digər cihazların aksessuar- larının proqramları təmin edərlər.

Qeyd olunan bu yeddi səviyyəli OSI modeli iki bölmədə tədqiq edilir: Transportation'>Application Set və Transportation Set.



Application Set (tətbiqetmə komplekti) 5,6,7 səviyyələrdən təşkil olunur proqramlarla bağlı bölmədir. Əsasən proqram şək- lində olur. Modelin ən üstündəki tətbiqetmə səviyyəsi istifadəçiyə ən yaxın olan səviyyədir. Transportation Set (ötürmə komplekti) 4,3,2,1 səviyyələrdən ibarətdir və məlumat mübadiləsi ilə vəzifə- ləndirilib. Fiziki və digər məlumat ötürmə səviyyələri həm proq- ram, həm şəbəkə kartı ilə işləyirlər. Fiziki səviyyə fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın səviyyədir. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir.


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin