M. İ. MƏMMƏdov m.Ü. Orucova


Informаsiyаnın ötürülmə sürətlərinin müqаyisəsi. Işıq



Yüklə 2,47 Mb.
səhifə13/39
tarix11.02.2020
ölçüsü2,47 Mb.
#102062
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

Informаsiyаnın ötürülmə sürətlərinin müqаyisəsi. Işıq


300000 km/sаn sürətilə yаyılır. Kаbeldахili elektrik siqnаlının ötü- rülməsi üçün də sürət işıq sürəti ilə müqаyisə olunur və onа bərа- bərdirsə 100% (və 1) kimi qeyd olunur. Bu kəmiyyət informа- siyаnın ötürülməsinin sürəti əmsаlı аdlаnır. Məs., əgər çаrpаz cütlü kаbelin ötürmə əmsаlı 65% göstərilirsə bu sürətin 300000 * 0,65 olduğu deməkdir. Kаbel istehsаlçılаrı bir qаydа olаrаq ötü- rülmə sürətini sаtış sənədlərində göstərirlər. Bu sürrətin qiymətini bilməklə kаbeldə siqnаlın irəli-geri gedib-qаrıtmаsı üçün sərf olunmuş vахtdаn istifаdə etməklə ölçmələr аpаrmаq olаr.

2.3. Lokаl kompüter şəbəkələrinin kommunikаsiyа qurğulаrı

Lokal şəbəkələr məhdud coğrafi ərazidə, məsələn bir mərtəbə və ya bina hüdudunda işləmək üçün yaradılmışdır. Lokal şəbəkələr fərdi kompüterləri öz aralarında elə birləşdirirlər ki, onlar printer- lər və fayllar kimi şəbəkə resurslarına daxil ola bilsinlər. Qonşu şəbəkə qurğuları faktiki olaraq fiziki daşiyıcı ya kabel vasitəsilə bir-birilərilə birləşdirilirlər. Lokal şəbəkələrdə tipik qurğular kimi təkrarlayıcılardan (repeater), körpülərdən (bridge), konsentrator- lardan (hub), çeviricilərdən (switch), marşrutlaşdırmalardan (router) və şluzlardan (gateway) istifadə olunur.


Təkrarlayıcılar (repiterlər)


Bu qurğular siqnalların səviyyəsini bərpa edir və onların ünvanlarını ya verilənlərini dəyişdirmədən, siqnalı paylamaqla, onu bir seqmntdən digər seqmentə ötürür. Təkrarlayıcılar paket- lərin filtrasiyasını yerinə yetirməyib, ancaq şəbəkənin yerləşmə oblastını zəif siqnalların səviyyəsini bərpa etmək sayəsində geniş- ləndirir . Bu da o deməkdir ki, bir təkrarlayıcıdan istifadə edilməsi sayəsində şəbəkə seqmentlərini birləşdirməklə, vahid şəbəkə əldə etməyə imkan yaranır.

Körpülər


Bu qurğular da həmçinin siqnalın səviyyəsini bərpa edir, lakin

təkrarlayıcılar ilə müqayisədə bunlar daha intellektualdırlar. Kör- pü kadrdan MAC-ünvanı və ya siqnalı qəbul edənin aparat ünva- nını oxuya bilir siqnal qəbul edənin lokal seqmentə (yəni kadrın gəldiyi seqmentə) qoşulub-qoşulmadığını təyin edir. Əgər-xost- qəbuledici lokal seqmentə qoşulmuşsa, o zaman körpü kadrı inkar edir. Əks halda isə körpü kadrı şəbəkənin digər bütün seqmentlə- rinə göndərir. Şəkil 2.10-da lokal şəbəkədə körpünün tətbiqi gös- tərilmişdir.





Şəkil 2.10. Lokal şəbəkələrin körpülər vasitəsilə birləşməsi

“Ethernet” topologiyalı lokal şəbəkənin seqmentləşdirilməsin- də təkrarlayıcının əvəzinə körpünün tətbiq edilməsi sayəsində (çünki körpü heç də seqmentin bütün trafikini çevirmir) istifadə- çinin buraxma zolağını artırmaq mümkündür. Lakin burada da gizli gecikmənin 20-30% artma ehtimalı vardır ki, bu da kadrların emalı və filtrasiyası ilə əlaqədardır. Bundan başqa, körpü bütün qoşulmuş seqmentlərə enli yayımlı kadrları ötürdüyü üçün, burada bütün şəbəkə boyunca yayılan enli yayımlı “tufan” baş verə bilər. Bu halda enli yayımlı paket qapalı seqmentdə ifrat yüklənmə yaranana qədər yol boyunca hərəkət edəcək.




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin