M. İ. MƏMMƏdov m.Ü. Orucova



Yüklə 2,47 Mb.
səhifə2/39
tarix11.02.2020
ölçüsü2,47 Mb.
#102062
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

İnternetin qısa tarixi

Internetin (qlobal şıbəkələrin) yaranması kompüterləri çox geniş informasiyaya açılan pəncərəyə çevirdi. Bu isə “geniş infor- masiya dünyası” hipergeniş məkan” anlayışlarının yaranmasına səbəb oldu. İnternetin geniş yayılması çox vacib sosial problemi – müxtəlif ölkələrdə və qitələrdə, böyük şəhərlərdə və ucqarlarda yaşayan insanlar arasında “informasiya qeyribərabərliyi” proble- mini həll etmiş oldu. Internetin inkişafı tam mənada insan siviliza- siyasının tarixində “informasiya yönümlü cəmiyyətin” yaranması mərhələsinə keçildiyini deməyə əsas verdi.

İnsanlar hər gün telefon şəbəkəsindən istifadə edir, dünyanın müxtəlif nöqtələri ilə informasiya mübadiləsi edir. Kompüter şəbəkələri də bu mənada bir texnoloji inkişafdır.

İlk atom bombasının sınağı, yerin birinci (ilk) ikinci sünii peyklərinin buraxılması ABŞ-nı elmi texniki tədqiqatların güclın- dirilməsini stimullaşdırdı. Buna əsas səbəblərdən biri keçmiş SSRI



dövlətinin başçısı, SSRİ Kommunist Partiyasının birinci katibi N.Xruşşovun BMT tribunasından dünyanı, xüsusilə də ABŞ-ı atom silahı ilə təhdid etməsi oldu. 1957-ci ildə ABŞ müdafiə nazir- liyi yeni strukturlu bölmə - Layihələrin Perspektiv Tədqiqatı Agentliyi (Advanced Research Projects Agency – ARPA) yaratdı. ARPA-nın əsas vəzifəsi mərkəzi idarəetmə olmadan kompüter- lərin bir birinə qoşulması metodlraını işləmək idi. Bu isə şəbəkənin bir hissəsi sıradan çıxdıqda digər hissəsinin müstəqil işləməsini təmin etməli idi. Dünyada ilk kompüter şəbəkəsi olan ARPANET bu agentlik tərəfindən quruldu.



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin