Çıxış siyahısında sənədlərin relevantlığa görə nizamlanması tapılan sənədlərdə sorğunun sözlərinin sayına görə aparılır. YAHOO-nu məhdud axtarış imkanlı sadə ənənəvi sistemlər sinfinə aid etmək olar. SNAP sistemində olduğu kimi, burada da sorğuda sözün əvvəlində «+» və «-» işarələrindən istifadə etmək olar. YAHOO-nun fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, sorğuda göstərilən sözlər və ya frazalar tapılmadıqda, o, GOOGLE sisteminin indeksinə müraciət edir və lazımi sözləri və ya frazaları sənədlərin özlərində axtarır. Daha məzmunlu axtarış üçün sorğuda «t:» və «u:» işarələrindən istifadə etmək olar.
Sözün əvvəlində göstərilmiş «t:» işarəsi axtarışın yalnız səhifəinin və saytın başlığında, «u:» işarəsi isə axtarışın yalnız saytların ünvanlannda apanlmasını göstərir.
Məsələn, «u: eko» sorğusuna görə URL ünvamnda «eko» sözü olan sənədlər tapılacaq, məsələn: www.business- marketinq.az/html/eko.html.
OİNGO (www.oingo.com) sistemi sözü adi simvollar ardıcıllığı kimi qəbul edən bir çox axtarış sistemlərindən fərqli olaraq, sözlərin mənalarını «başa düşür». İlkin axtarışda sorğunun sözlərinə digər sistemlərdə olduğu kimi, simvollar ardıcıllığı kimi baxılır. Axtarış nəticələri iki siyahı ilə ekrana çıxarılır: tapılan WEB-saytların siyahısı və kataloqun bölmə- lərinin siyahısı. Uyğun düyməni basmaqla açılan üçünçü siyahı- da isə sorğudakı sözün bütün mənaları əks etdirilir. Əgər seçilmiş mənaya görə axtarış nəticələri istifadəçini qane etmirsə, o, sorğunu dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən axtarış apara bilər.
OINGO-da sorğu dili demək olar ki, yoxdur. Təkcə «+» işarəsindən istifadə etmək olar. Bu halda həmin sözün sənəddə mütləq olması tələb edilir. Əgər OINGO verilmiş sorğuya görə öz kataloqunda heç bir şey tapa bilmirsə, o, ALTAVİSTA sisteminin indeksinə müraciət edir.
NORTHERNLIGHT (www.northernlight.com) sistemi mahiyyətcə ALTAVISTA sistemindən az fərqlənir. Burada da həcmi ALTAVISTA-dakından az olmayan avtomatik indeksdən istifadə edilir. Bəs onda niyə müxtəlif axtarış sistemləri yaradılmışdır? Bəlkə bir güclü sistem yaradılaydı və hamı ondan istifadə edərdi?
Təəssüf ki, bu cür güclü və hamını qane edən edən sistem yoxdur. Mövcud olan hər bir axtarış sisteminin üstünlüklərin və çatışmazlıqları var. Bundan əlavə, heç bir axtarış sistemi INTERNET-lə ayaqlaşmır. INTERNET-də yerləşdirilən informa- siya resurslarının həcmi hər ildə azı iki dəfə artır və hətta ən
güclü axtarış sistemlərinin indekslərindəki sənədlərin sayını INTERNET-dəki sənədlərin ümumi sayına nisbəti get-gedə azalır. Maraqalı cəhət ondan ibarətdir ki, ən böyük axtarış sistemlərinin indeksləri çox az kəsişirlər. Yəni bir axtarış sistemi vasitəsilə tapıla bilməyən informasiyanı digər sistemlərin köməyilə tapmaq olar.
Dostları ilə paylaş: |