MÜHAZİRƏ № 4
KÖKÜMEYVƏLİ, DƏNLİ VƏ VİTAMİNLİ OT UNUNUN
HAZIRLAYAN MAŞINLAR
P L A N
1. Kökümeyvəliləri hazlrlayan maşınlar.
2. Dənli yemləri hazırlayan maşınlar.
3. Vitaminli ot unu hazırlayan maşınlar.
G Ə N C Ə - 2017
1. Kökümeyvəli yemləri hazırlayan maşınlar
Məlum olduğu kimi kökümeyvəli hazırlayan maşınlar vəzifələrinə görə yuyan, yuyan-doğrayan və doğrayanlardan ibarətdir. Yuyan maşınlar işçi hissə-lərinə görə diskli, şnekli və barabanlı olur. Bunların içərisində geniş tətbiq olunanı şnek tipli kökümeyvəli yuyan və doğrayanlardır. İKS-5M (şəkil 2.12) maşını kökümeyvəlini yuyur, doğrayır və nəqliyyata yükləyir. Bu, iki variantda buraxılır: birinci açıq bunkerli, digəri bağlı. Aqreqat bunkerdən, şnek daşıyıcıdan, doğrayıcıdan, su təknəsindən, su nasosundan və hərəkət ötürücü mexanizmdən ibarət-dir. Qəbul təknəsinin həcmi 3 m3 olub bir yük maşının kökümeyvəli tutumu-na bərabərdir. Təknənin alt hissəsində metal qəfəs yerləşdirilmişdir ki, bu da çir-kabın təmizlənməsinə imkan yaradır. İstifadə olunmuş çirkab və suyun kənara axıdılması üçün təknənin yan divarında örtük yerləşdirilmişdir. Şnek daşıyıcısı üfiqi səthə nəzərən 450 bucaq altında yerləşdirilib diametri 400 mm, uzunluğu 3290 mm-ə bərabərdir. Maşın gücü 1,5 kVt olan elektrik mühərriki ilə hərəkətə gətirilir. Xırdayıcının rotorunun tələb etdiyi güc 7,5 kVt-dır. Maşının işi aşağıdakı kimi yerinə yetirilir. İşin əvvəlində maşının işçi hissələri yoxlanılır və nizamlama işləri
Şəkil 1. İKS-5,0 M kökümeyvəli yuyub doğrayan:
1-bunker; 2-şnek; 3-işə salıcı aparat; 4-şnekin intiqalı; 5-sonsuz vint reduktoru; 6-şnekin ulduzcuğu; 7-şnekin xırdalayıcının elektrik mühərriki; 8 - istiqamətverici; 9-daraqlar; 10 - xırdalayıcının elektrik mühərriki;11-təmizləyici qəfəs; 12- nasos; 13-15-su təknəsi.
yerinə yetirilir. Sonra bunkeri kökümeyvəli ilə doldurulur. Bunkerin aşağı hissə-sində su olduğundan kökümeyvəli islanır, bu da onun təmiz və keyfiyyətli yuyul-masına səbəb olur. Bunkerdən yem şneklə daşınıb onun kövdəsinin üst tərəfində yerləşdirilən püskürücü vasitəsi ilə müəyyən təzyiqlə su püskürülüb kökümeyvəli torpaqdan təmizlənir. Təmizlənmiş kütlə doğranma kamerasına ötürülərək lazım olduqda doğranılır. Fərdi işləmə prinsipinə malik olanlardan ən geniş tətbiq olunanı İKM-5 aqreqatıdır. Bu kökümeyvəlini daşdan təmizlədikdən sonra yuyub doğrayır. O, iki rejimdə işləyir və doğrayıcı diskin 500 və 1000 fırlanma tezliyi vardır. Birinci rejim donuzlar, ikinci rejimi qaramal üçün tətbiq olunur. Bu aqreqat vannadan, şaquli şnekdən, xırdalayıcıdan, kürəkli transportyordan və elektrik mü-hərikindən ibarətdir. Kürəkli daşıyıcı bunkerin alt tərəfində 450 bucaq altında qondarılır.
Şnekin vəzifəsi kökümeyvəlini daşdan təmizləyib, yuyub doğrama kamera-sına ötürməkdir. Şnek valının başlanğıc tərəfin-də vint qondarılmışdır ki, bu da su-yun cərəyan etməsinə imkan yaradır. Şnek gücü 2,2 kVt olan elektrik mühərriki ilə hərəkətə gətirilir. Doğrayıcı diametri 400 mm olan aşağı və yuxarı disklərdən ibarət olub, iki ədəd vertikal və dörd üfüqi bıçaqlar bərkidilmişdir. Kəsici disk iki sürətə malik olan və gücü 7,5 kVt-lıq A102-62-12/6 elektrik mühərriyi ilə hərəkətə gətirilir.
Maşının işi aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə su borusunun ventili açılıb təknəyə su verilir. Kökümeyvəli TK-5B transportyoru ilə qəbul bunkerinə verilərək valın üzərinə qondarılan pərin sirkulyasiyası ilə yaranan suyun köməyi ilə torpaqdan təmizlənir. Kökümeyvəlinin içərisində olan daş öz ağırlığı ilə kürək-li transportyora daxil olub və oradan kənar olunur. Tam torpaqdan təmizlənmə-miş kökümeyvəli şneklə daşınıb ikinci dəfə yuyulur, sonra doğranma kamerasına ötürülür.
Yaşıl kütləni və kökümeyvəlini xırdalamaq üçün "Volqar-5A" aqreqatından istifadə olunur. Maşın kəsici barabandan, ikinci mərhələdə doğrayıcıdan, itiləyici qurğudan, sıxıcı və yemverici transportyordan və elektrik mühərriyindən ibarətdir. Kəsici baraban iki diskdən ibarətdir. Diskin üzərinə vint istiqamətində altı ədəd qısa ölçülü bıçaqlar bərkidilmişdir. İkinci kəsici aparat və onun, üzərinə birləş-dirilmiş şnekdən ibarətdir. Hərəkətdə olan bıçaqla hərəkət etməyən arasında nor-mal aralıq boşluğu 0,5 mm qəbul olunmuşdur. Elektrik mühərrikindən hərəkət digər işçi hissələrə zəncir ötürməsi vasitəsi ilə yerinə yetirilir.
Maşının iş prinsipi belə yerinə yetirilir: yem transportyorun üzərinə bərabər layda tökülür. Sıxıcı transportyor müəyyən qədər sıxdıqdan sonra kəsici aparata verir. Bıçaqlar həmin yemi 80 mm uzunluqda xırdalayır. Yemin xırdalanma uzun-luğu və bıçaqlar arasında məsafə nizamlayıcıların köməyi ilə yerinə yetirilir.
Bu məqsəd üçün istifadə olunan maşınların texniki xarakteristikası aşağıdakı kimi verilmişdir (cədvəl 1.1).
Cədvəl 1.1.
Kökümeyvəli yemləri hazırlayan maşınların texniki xarakteristikası
Əsas göstəricilər
|
İKS-5M
|
İKM-5
|
Volqar-5A
|
Məhsuldarlığı t/saat; kökümeyvəli xırdaladıqda
|
5-8,8
|
5…7,5
|
8…10
|
Küləş və ya ot
|
|
|
0,8…1,0
|
Yaşıl kütlə
|
|
|
5
|
Elektrik mühərriyinin gücü, kvt
|
9
|
10,5
|
25
|
Xırdalanmış kütlənin qaldırılma hündürlüyü
|
1,9
|
2,05
|
0,3
|
Qabarit ölçüləri mm
|
|
|
|
Uzunluğu
|
4100/3700
|
2200
|
2400
|
Eni
|
2600/1800
|
1360
|
1330
|
Hündürlüyü
|
2900
|
2850
|
1350
|
Kütləsi, kq
|
1250/1200
|
900
|
1175
|
İşçilərin sayı
|
1
|
1
|
1-2
|
Qeyd: Kəsrin sürətindəki rəqəm 1-ci modifikasiyaya, məxrəcdəki rəqəm 11 modifikasiyaya uyğun gəlir.
2. Dənli yemləri xırdalayan maşınlar.
Dənli-qüvvəli yemləri xırdalayan maşınlar universal və fərdi olmaqla iki yerə bölünür. Universal maşınlar həm dənli yemləri, həm də qaba, sulu-şirəli yemləri xırdalamaq imkanına malikdir. Bunlardan ən çox istifadə olunan KDU-2 aqreqatıdır. Bu maşının gücü 30 kVt olan elektrik mühərriyi və ya traktorun güc-ayırıcı valından hərəkəti ala bilər.
Maşının ümumi görünüşü aşağıdakı şəkildə də verilmişdir (şəkil 1.1, cədvəl 1.2).
Dənli yemləri xırdaladıqda bıçaqlar və yemverici transportyor işdən çıxarılır. Dənli yem, bunkerdən nizamlayıcı örtük vasitəsi ilə verimi nizamlanaraq maqnit tutucular arasından keçirilib metal qırıntılarından təmizləndikdən sonra xırdalayıcı barabana ötürülür. Baraban üzərində yerləşən çəkiclər iti zərbə ilə yemi dekanın üzərinə çırparaq onu lazımi ölçüdə xırdalayıb ələkdən keçirir. Xırdalanmış kütlə havalandırıcının köməyi ilə siklona ötürülür. Siklonda onun sürəti azaldıqdan ağır kütlə kisələrə doldurulur. Püfə isə toztutana daxil olur.
Qaba yemləri xırdaladıqda bıçaq və yemverici transportyor işə qoşulur. Yem transportyorun üzərinə tökülür, o yemi maili sıxıcı transportyor vasitəsi ilə sıxdıq-dan sonra kəsici bıçaqların arasına ötürülür və müəyyən ölçüdə xırdaladıqdan sonra lazımi yerə verilir.
Sulu şirəli yemləri xırdaladıqda maşında müəyyən qədər dəyişiklik olur. Belə ki, xırdalayıcı aparatın gövdəsinin qapağı
a
b
Şəkil 2. a) KDU- 2,0 universal yem xırdalayıcısı:
1-xırdalayıcı aparat; 2-ventilyator; 3-dənli yem bunkeri; 4-yemverici şlyuz; 5-siklon; 6-yemötrən pnevmatik boru; 7-qalıq yemi ötürən pnevmatik boru; 8-süzğəc; 9-yüklənməni ğöstərən cihaz; 10-xırdalayıcı baraban; 11-yemverici transportyor; 12-elektrik mühərriki; 13-çərçivə; 14-kipləşdirici transportyor.
b) KDU-2 xırdalayıcısının sxemi:
1-xırdalayıcı baraban; 2-dəyişdirilən şadara; 3- şadara arxası kamera; 4-tullama lyuku5-taxma tullama boğazcığı 6 -xırdalayıcı ukameranın qapağı; 7-maqnit separatoru ; 8-səpələnən yemlər üçün çalov (unker); 9-su üçün qısaboru; 10-kəsicı baraban; 11-sıxlaşdırıcı transportyor;12-qidalandırıcı (verici) transportyor; 13-hava qəbulu qısaborucu; 14-çərçivə; 15-elektrik mühərriki; 16-ventilyatorun qısaborusu; 17-deka; 18-əkskəsən lövhə.
Cədvəl 1.2. Dənli yemxırdalayıcıların xarakteristikaları
Maşının markası, əsas gös tiəricilər
|
KDM-2
|
KDU-2
|
Aİ-DDR
|
Aİ- DDR
|
DM
|
DDM
|
DM- 440U
|
AI-5D2-M
|
Məhsuldarlı-ği,t/s
|
2-2,5
|
2-2,5
|
8,5-9
|
5,0
|
3
|
7
|
2,5
|
0,6-1,5
|
Rotorun ölçüləri, mm: Diametri Eni
|
500
410
|
500
410
|
630
588
|
640
353
|
500
353
|
980
410
|
450
-
|
500
70
|
Çəkiclərin sayı
|
90
|
90
|
144
|
96
|
72
|
160
|
288
|
60
|
Çəkiclərin sürəti m/s
|
71
|
71
|
100
|
67
|
77
|
76
|
67
|
75
|
Rotorun fırlanma tez-liyi,dövr/dəq.
|
2700
|
2700
|
2950
|
2940
|
2970
|
1470
|
2925
|
2910
|
Tələb etdiyi güc, kVt
|
30
|
20
|
100
|
40
|
22
|
55
|
13
|
7,5
|
Qabarit ölçüləri, mm: Uzünlüğü
Eni Hündürlüyü
|
2465
1130
3185
|
2800
1660
2975
|
2250
1050
2490
|
1885
1050
2490
|
1640
888
1360
|
1980
1440
1685
|
1380
690
640
|
750
1070
1330
|
Kütləsi (elektrik mühəriksiz), kq-la
|
955
|
1300
|
2100
|
1500
|
1085
|
1960
|
241
|
450
|
açılıb, xəlbir çıxarılır, onun yerinə yemi boşaltmaq üçün boru qondarılır. Borunun qapağı açılıb dən təknəsinin siyirtməsi bağlanılır. Maşını işə salıb yemi daşıyıcı-nın üzərinə tökülür. Yem buradan doğrama kamerasına verilərək lazımi ölçüdə xırdalanır. Orada xırdalanmış yem çəkiclər vasitəsi ilə çıxarış borusundan xaric olunur.
KDM-2-dən xırdalayanın, KDU-2- dən fərqi yalnız dənli yemlər xırdala-maqdan ibarətdir. Qaba yemləri xırdalamaq üçün istifadə olunan yemverici daşı-yıcı və bıçaqlar yoxdur.
Çəkicli dən xırdalayanlardan biri də, DM -fərdi iş prinsipinə malik olan maşındır. Bu da dənli yemləri, cımıxı və kombi-kormanın başqa komponentlərini xırdalamaqdan ötrüdür. O gövdədən, elektrik mühərrikindən, rotordan, sağ və sol örtülər qapaqdan, çəkiclərdən və ələkdən ibarətdir.
3. Vitaminli ot ununun hazırlanmasının mexanikləşdirilməsi
Vitaminli ot unu hazırlayanlara AVM- 0,4; AVM- 0,4A; AVM- 0,65 və AVM-1,5 aqreqatları aiddir. Bunların vəzifəsi yaşıl yem kütləsindən vitaminli ot unu əldə etməklə bərabər taxıl, yem çuğundurunu və s. yemləri qurutmaqdır. Bu maşına iki və ya üç nəfər şəxs qulluq edir. Maşının hissələrinə çərçivə, yanacaq aparatı, burulğan kamerası, quruducu baraban, transportyor, dəyirman, elektrik idarəedici qutu, yemin hərəkət etdirilməsi üçün boru, dozator və yemi kisələrə bölüşdürən daxildir. Quruducu baraban üç ədəd silindrdən ibarət olub, onun daxi-lində yemin hərəkət etdirilməsi üçün kürəklər qondarılmışdır. Daşıyıcı, yaşıl yem kütləsini quruducu barabana vermək üçün istifadə olunur. O, çərçivədən hərəkət ötürücüdən aparan və aparılan barabanlardan, biterlərdən və sonsuz lent ötürmə-sindən ibarətdir.
Texnoloji iş prinsipi aşağıdakı kimi yerinə yetirilir: əvvəlcə yanma kamera-sına maye yanacaq sorularaq hava ilə qarışıb işçi qarışığı hazırlanır. Həmin işçi qarışığı elektrik şamı vasitəsilə alışdırılır. İsti hava barabanın sonunda qondarılmış hava soran vasitəsi ilə sorularaq quruducu barabanda yaş kütləni qurudur. Yaşıl yem kütləsi sorulmuş havanın təsiri ilə hərəkət etdikcə lazımi qədər qurudulur. Sonra baş burulğan kamerasına ötürülərək əsas hissə çəkicli yem xırdalayana, isti hava isə burulğan kamerasının digər tərəfindən xaric olunur (şəkil .14).
Şəkil 3. AVM-1.5 aqreqatının texnoloji iş prinsipinin sxemi:
1-qidalandırıcının növu; 2-konveyerin növu; 3-şnek; 4-transportyor; 5-forsunka; 6-odluğun ventilyatoru; 7-odluq; 8-quruducu baraban; 9-ventilyator; 10-siklon; 11-un siklonu; 12-şnek; 13-torbalar;14-ventilyator; 15-xırdalanayıcı; 16-dayaq intiqal diyircəkləri.
Xırdalayıcıya verilən qurudulmuş yem, un halına salınaraq kiçik siklonlara ötürülür, oradan isə dozatorlar vasitəsi ilə eninə paylayıcı şnekə verilir, oradan isə kisələrə doldurulur. Yaşıl yem kütləsini quruducu barabana yükləmək üçün KTU-0 K mobil tipli yempaylayıcı aqreqatdan istifadə olunur.
Maşının əsas hissələrinin quruluşu və iş prinsipi aşağıdakı kimidir.
Ocaq və onun yanacaq aparatı yaşıl yem kütləsini qurutmaqdan ötrü istifadə olunur. O, gövdə, yanma kamerası, izolə edilmiş kərpiclər, ön divar, arxa divar, boşaldıcı nov və müşahidə aynasından təşkil olunmuşdur. Peçin arxa tərəfində boru qondarılmışdır ki, həmin boru qurtarma kamerası ilə əlaqələnir. Yanacaq aparatı forsunkadan, ventilyatordan, fotoelementdən, elektromaqnit və qoruyucu klapanlardan, nasosdan, filtrdən, qızdırıcıdan, monomentr və termometrdən ibarətdir. Havalandırıcı havanı xaricdən soraraq forsunka tərəfindən püskürülən yanacağın tozlanmasına imkan yaradır, AC 1/2 elektromaqnit klapanı yanacağın sərfiyyatını sorulan havanın temperaturundan asılı olaraq nizamlayır. Qoruyucu klapan yanacaq aparatının əmələ gələn təzyiqdən qoruyur.
Quruducu aparatda yaşıl yem kütləsi qurudularaq sorucu burulğan kamerasına ötürülür. Qurucu apparat gövdədən və çərçivədən ibarətdir. Onun güc qurğusu isə elektrik mühərrikindən, variatordan, zəncirli yarım muftadan, muftalı zəncirdən, aparan ulduzcuqdan, barabanın intiqalının zəncirindən, hərəkət ötürücü vərdənə-lərdən, tarımlayıcı ulduzcuqlardan ibarətdir. Zəncir ötürməsi və tarımlayıcı xüsusi örtük vasitəsi ilə örtülmüşdür. Xarici və daxili lövhələr polad vərəqələrdən hazırlanmışdır. Barabanın daxilində bir neçə ekranlar qondarılmışdır. Ekranların arasında pərlər yerləşdirilmişdir. Quruducunun daxilində material həm mexaniki və həm də pnevmatik qurğunun köməyi ilə hərəkət etdirilir.
Yaşıl kütləni yükləyən qurğu iki daşıyıcıdan ibarətdir. Onlardan biri zəncirli kürəkli maili daşıyıcıdan, digər isə şnek daşıyıcısından ibarətdir. Hər iki daşıyıcı bir ədəd elektrik mühərriki vasitəsi ilə hərəkətə gətirilir. Yaşıl yem kütləsi verən daşıyıcı, elektrik mühərrikindən, reduktordan, variatordan, zəncirli yarım mufta-dan, valikdən, zəncir ötürməsindən, maili daşıyıcının intiqalından, şnekin intiqa-lından və tarımlayıcı ulduzcuqlardan ibarətdir. Yaşıl kütləni verən mexanizm ayrı-lıqda elektrik mühərriyi vasitəsi ilə hərəkətə gətirilir. Tullayıcının güc qurğusu elektrik mühərriyindən, universal reduktordan, zəncir ötürməsindən ibarətdir. Maili konveyer dayaqlardan, yükləyicidən, aparan və aparılan ulduzcuqların valından, qoruyucu örtükdən, yastıqlardan və zəncirlərdən ibarətdir. Şnek örtük-dən, vintdən silkənən yastıqlardan ibarətdir.
Çəkicli yem xırdalayan yuxarı gövdədən, ona birləşən pnevmatik borulardan, aşağı gövdədən, boşaldıcıdan, rotordan, dəyişirilən ələklərdən, çərçivə və elektrik mühərrikindən ibarətdir. Elektrik mühərriki rotora elastiki mufta vasitəsi ilə birləşir. Rotorun valı yastıqlar üzərində fırlanır. Rotora dayaq həlqələri, daxili həlqə-lər, çəkiclər və çubuqlar daxildir.
Dozator və kisədolduran ümumi bir elektrik mühərrikindən ibarət olub, universal reduktordan, aparan və aparılan ulduzcuqlardan, zəncir və yarım muf-talardan ibarətdir. Dozator gövdədən, rotordan təşkil olunmuşdur. Dozatorun vəzifəsi pnevmadaşıyıcı vasitə ilə verilmiş kütləni havadan ayırır. Dozatorun kipliyi, rezin həlqələr vasitəsi ilə nizamlanır. Rotor silkələnən yastıqlar üzərində oturur. Kisə dolduran bünövrədən, gövdədən, şnekdən və hərəkət edən lövhə-lərdən ibarətdir. Şnekin gövdəsi əsas beş ədəd boğazcıqlardan ibarətdir, bunlara kisələr bərkidilir.
Baş burulğan kamerası, baş qurudulmuş kütlədən havanı ayırmaqla onu bərabər layda xırdalayıcıya ötürür. Dozator aşağı və yuxarı gövdələrdən, rotordan, kipləşdiricidən və güc qurğusundan ibarətdir. Rotorun intiqalı elektrik mühər-rikindən və universal reduktordan ibarətdir. Reduktorun valı rotorun valı ilə zən-cirli yarımmufta vasitəsi ilə əlaqələnir.
Baş burulğan kamerasında yem kütləsi ilə quruducu hava biridigərindən ayrılır. O,silindirik və konusvari bölmələrdən, pəncərələrdən ibarətdir. Burulğan kamerasının silindrik olan hissəsində spiralvari başlıq yerləşmişdir. Baş ventil-yator işlənmiş qazın xaric olunan borusunun üzərində yerləşdirilmişdir. O, gövdə-nin, bünövrədən, çərçivədən, rotor və güc qurğusundan ibarətdir.
Havalandırıcının rotorunun valı rolikli yastıqlar üzərində fırlanır. Elektrik mühərriyinin valı ventilyatorun valı ilə birbaşa elastiki mufta vasitəsi ilə birləşir. Qurudulmuş kütlənin hərəkət etdirilməsi üçün istifadə olunan pnevmatik daşıyıcı baş burulğan kamerasının dozatoru, xırdalayıcı, burulğan kamerası və pnevmatik ventilyator ilə əlaqələnir. Bu sistemin əsas vəzifəsi qurudulmuş kütləni baş burulğan kamerasının alt hissəsindən sormaq, pnevmatik daşıyıcının burulğan kamerasını yükləmək, xırdalayıcıya verməklə onu boşaltmaqdan və həmçinin kisə doldurana ötürməkdən ibarətdir. Pnevmatik daşıyıcının ventilyatoru gövdədən, çərçivədən, rotordan sorucu boğazcıqdan ibarətdir. Ventilyatorun hərəkət ötürmə mexanizmi elektrik mühərriyi vasitəsi ilə hərəkətə gətirilir.
Rotor elektrik mühərriyinin valı üzərində qondarılır. Pnevmatik daşıyıcının burulğan kamerası havanı daşıyan materialdan ayırır. O, boğazcıqdan, silindrik hissədən və konusvari hissədən ibarətdir.
Yaşıl kütlənin qurudulma texnologiyası (2.5 saylı cədvəldə göstərilmişdir) barabanın giriş hissəsindəki temperaturdan, verilən yaşıl yemin nəmliyindən asılı olaraq nizamlanır. Giriş hissəsində istilik aşağıdakı kimi olmalıdır.
Cədvəl 1.3. Yaşıl kütlənin nəmlikdən asılı olaraq qurudulma temperaturu
Göstəricilər
|
Nəmlik, %
|
Qurutma temperaturu, oC
|
Paxlalı bitkilər
|
72-75
|
500-700
|
Yonca
|
72-75
|
650-700
|
Yaşıl ot
|
72-75
|
500-700
|
Qara yonca
|
72-75
|
400-600
|
Əgər yaşıl yem kütləsi yağışlı havada tədarük edilirsə, onda onu yuxarı temperaturda qurutmaq lazımdır. Havanın ən yüksək temperaturası 950 0C-yə qədər qaldırıla bilər. Yüksək temperaturda qurğu sıradan çıxmaqla bərabər, qurudulan kütlə öz tərkibini itirə bilər. Havanın temperaturu loqomer termometri vasitəsi ilə ölçülür. Bu da xüsusi boru içərisində yerləşdirilib yanma kamerasında yerləşdirilər. Havanın temperauru yanacağın verilməsindən asılı olaraq nizamlanır. Çıxışda temperatur elə nizamlanmalıdır ki, materialın qurudulmasında nəmlik 10-12%-ə çatmış olsun. Çıxışda temperaturun çoxaldılması materialın çox qurul-masına səbəb olmaqla onun keyfiyyətinin azalmasına səbəb ola bilər. Çıxışdakı temperaturun 110-150 0C-də olması məsləhət görülür. Burada temperatur mono-metrli termometr vasitəsi ilə ölçülür. Temperaturanın nizamlanması yaşıl yemin nəmliyi və ya buxarılması vasitəsi ilə yerinə yetirilir. Əgər temperatur yüksələrsə, onda verilən yaşıl yem kütləsinin sürətini artırmaq lazım deyil və əksinə olarsa, sürəti azaltmaq lazımdır.
Qurutmanın məhsuldarlığı girişdə və çıxışda olan temperaturdan, yemin nəmliyindən asılıdır. Nə qədər yemin nəmliyi çox olarsa, maşının məhsuldarlığı da müvafiq sürətdə azalacaqdır.
Yemin nəmliyini aşağıdakı kimi hesablamaq lazımdır.
G = (2.127)
burada yemin nəmlik faizi; qurudulmuş yemin nəmliyi; G daxil olan yemin kütləsi, kq-la; G quru yemin kütləsi, kq.
Yemin keçid sürətini yemin nəmliyindən asılı olaraq barabanın 3 döv/dəq sürətlə fırlanmasını təmin etmək lazımdır. Yemi qurudan zaman onu xırdalamaq məsləhət görülür. Əgər yem qalındırsa, onu xırda ölçülərdə, nazik olanda isə uzun ölçülərdə xırdalamaq lazımdır. Daha kiçik ölçülərdə xırdalamaq üçün çəkicli xırdalayıcıdan istifadə olunur. Xırdalanmış kütlə 10-12% nəmlikdə uzun müddət saxlana bilər. Bu zaman o, tutumu 20-30 kq olan kisələrdə saxlanılır. Həmin kisələrin tayalarının hündürlüyü 3-4 m ola bilər.
Maşının texniki xarakteristikası
Maşının uzunluğu, mm 5186
Hündürlüyü, mm 2430
İşçi təzyiqi, kq/sm2 2,8-4
Forsunkaların sayı, ədəd 1
Kütləsi, kq 6080
Yaşıl yemi verən daşıyıcının tələbetdiyi
güc, kVt 2,2
Zəncirin sürəti, m/dəq 1,02-7,5
İşçi eni, mm 1450
Maksimum işçi uzunluğu, mm 6700
Materialın eni, mm 90-130
Mailik bucağı 38
Biterin tələb etdiyi güc, kVt 1,1
Biterin tipi barmaqlı
Biterin fırlanma tezliyi, döv/dəq 1500
Barmaqların sayı, ədəd 29
Biterin diametri, mm 850
Şnekin diametri, mm 400
Şnekin uzunluğu, mm 4410
Kütləsi, kq 3250
Barabanın tələb etdiyi güc, kVt 5,5
Dövrlər sayı, el.müh 1500
Roliklərin gedişlərinin sayı 4
Barabanın fırlanma tezliyi döv/dəq 12
Roliklərin diametri, mm 380
Dayaq roliklərin sayı, ədəd 4
Xarici diametr, mm 2290
Çərçivənin uzunluğu, mm 2500
Quruducu barabanın uzunluğu, mm 9050
Kütləsi, kq 8470
Baş ventilyator
Fırlanma tezliyi, döv/dəq 1500
Sorucu deşikliyin diametri, mm 888
Pərlərin sayı, ədəd 24
Rotorun oxunun hündürlüyü 1390
Qabarit ölçüləri, mm:
Uzunluğu 2950
Eni 2000
Hündürlüyü 2150
Kütləsi, kq 1820
Xırdalayıcı
Növü çəkicli
Tələb etdiyi güc, kVt 55,0
Fırlanma tezliyi, döv/dəq 3000
Dozatorun uzunluğu, mm 460
Çəkiclərin sayı, ədəd 36
Ələyin diametrləri, mm 3,3…6,4
Kütləsi, kq 1280
Kisə dolduran
Tələb etdiyi güc, kVt 1,1
Fırlanma tezliyi döv/dəq 1500
Şnekin uzunluğu, mm 3000
Şnekin diametri, mm 350
Aynaların sayı 5
Çəkicli dozatorla birlikdə, kq 552
Dostları ilə paylaş: |