KTU-10A markalı yem paylayıcı. Bu maşının əsas vəzifəsi iribuynuzlu qaramal fermasında yemləri daşıyıb paylamaqdır. Onun vasitəsilə yemi yay düşər-gələrində, gəzinti meydançalarında və paylama məsafəsi 2 m-dən az olmayan pəyələrdə tərtib etmək olar. Bu halda tövlədə axurların hündürlüyü 750 mm-dən çox olmamalıdır. Bu maşın traktora qoşulmaqla xırdalanmış yaşıl kütləni, silosu, xırdalanmış qaba yemi və müxtəlif nəmli yem qarışığını paylayır. O, paylanacaq yemi axurlara bir tərəfdən və ya hər iki tərəfdən boşalda bilir. Lazım gəldikdə silos kütləsini xəndəyə boşaltmaq, paylama məsafəsi aralı olan axurlara yemi tökmək üçün əlavə təchizat qondarılır. Yempaylayıcı MTZ tipli traktorlarla aqreqatlaşır (şəkil 1.1).
Yempaylayıcı hərəkət hissəsindən, uzununa daşıyıciları olan kuzadan, pay-layıcı qurğudan, intiqaldan, tormoz qutusudan və elektrik avadanlığından ibarətdir.
Yem paylayıcının hərəkət hissəsi arxa və qabaq çərçivəsindən ibarət olub, dörd təkər üzərində qurulub. Çərçivələr şarnir birləşməsi üzərində qurulub ki, o da relyefdən asılı olaraq öz vəziyyətini dəyişə bilir.
Şəkil 1.1. KTU-10A yempaylayıcı:
1 - kuzovun döşəməsi; 2 - arxa bort; 3 - yan bort; 4 - əlavə bort; 5 - mühafizə lövhələri; 6 - yan tərəf; 7 - biterlər bloku; 8 - qabaq bort; 9 - alt yeşiyi; 10 - köndələn transportyor; 11 - kardan valı; 12 - tormoz qurğüsu; 13 - hərəkət hissəsi;14 - arxa fənər və dönmə ğöstəricisi.
Kuzovun oturacağı metal karkasdan və taxta döşəmədən ibarətdir. Kuzovun döşəməsində iki ədəd sonsuz zəncir ötürməsi üzərində metal tamasların qaynaq edilməsindən əmələ kələn daşıyıcılar yerləşdirilmişdir. Paylayıcı qurğu 3 ədəd biterdən, eninə əsas və köməkçi daşıyıcıdan ibarətdir. Biterlər kuzovun qabaq hissəsinə bərkidilmiş sürüşkən yastıqlarda fırlanır. Biterlər arasında yemin keç-məsi üçün ara məsafə olur. Eninə daşıyıcı biterdən yemi qəbul edərək onu əlavə daşıyıcıya və ya birbaşa axura ötürür. Əlavə daşıyıcı aparan və aparılan val ilə birlikdə çərçivənin özünə birləşdirilir. İntiqal hissəsi teleskopik valdan, konusvari reduktordan, paylayıcı biterlərdən, eninə, uzununa və ehtiyat daşıyıcılardan ibarətdir.
İş prinsipi. Yem paylayan tövləyə daxil olduqdan sonra traktorun gücayırma valı işə salınır. Paylayıcı yem keçidi ilə hərəkət edərək yemi bir və ya iki tərəfdən axurlara paylayır.
Uzununa daşıyıcı irəli hərəkət edən zaman onun üzərində yerləşən yem biterə verilir. Biterlər fırlanaraq yem qatını eninə daşıyıcılara verir və o da öz növbəsində eninə daşıyıcılar vasitəsi ilə axurlara paylayır. Uzununa daşıyıcının intiqalı xırxıra mexanizmi vasitəsilə işə düşür. Xırxıra mexanizmi daşıyıcının hərəkət sürətini böyük diapazonda dəyişir və yemin paylanmasını nizamlayır. Aşağı biterin valı bir dövr etdikdə ştok bir addım hərəkət edir, dilçə xırxıra tə-kərinə ilişərək onu lazımi qədər döndərir. Habelə xırxıra təkəri uzununa daşıyı-cının valı üzərində sancaq vasitəsilə oturularaq onu irəli hərəkət etdirib yemi biterlərə ötürür. Əgər örtüyü irəli sola döndərsək, o xırxıra təkərinin dişlərinin bir hissəsini örtəcək və dilçə onu kiçik bucaq altında döndərəcək, daşıyıcı çox irəli hərəkət edərək, çox miqdarda yem paylanmaya gedəcəkdir. Yemin paylanması zamanı traktorun hərəkət sürəti 1,67 və ya 2,85 km/saat olmalıdır. Traktorun və uzununa daşıyıcının sürətini dəyişməklə yemin paqon metrə verilməsini dəyişmək olar. Belə ki, bir tərəfli paylanmada bir paqon metrə 1 - 30 kq, ikitərəfli paylanmada isə 4 - 72 kq-a qədər nizamlamaq olar.
RSP-10 qarışdırıcı yempaylayan maşının vəzifəsi yem rasionunda olan komponentləri qəbul etmək, nəql etdirmək, qarışdırmaq və alınmış yem qarışığı-nın fermada bərabər paylamaq, habelə açıq sahədə müxtəlif yükləyicilərə yüklə-məkdir.
RSP-10 maşını kuzovdan, çərçivədən, aşağı şnekdən, yuxarı şneklərdən, bo-şaldıcı transportyor siyirtmədən, təknədən, işçi orqanlarından, intiqaldan, hərəkət edən hissədən, tormoz sistemindən ibarətdir.
Paylayıcı-qarışdırıcı 1,4 t sinfinə malik olan traktorlara aqreqatlaşdırır, hərə-kəti traktorun güc ötürücü valından alır. Maşına bir nəfər qulluq edir.
Üstünlüyü: maşın eyni zamanda yempaylayıcıdan və yem qarışdırıcıdan ibarətdir.
TBK-80A markalı yempaylayan. Bu maşının vəzifəsi iribuynuzlu qaramal tövləsində bütün nəzərdə tutulan yemləri (konsentrat yemdən başqa) paylamaqdır. O, uzunluğu 80 m-ə qədər olan tövlələrdə tətbiq oluna bilər. Maşın kürəkəli trans-portyordan, intiqaldan, dartı stansiyasından, yem novundan və elektrik avadanlığından ibarətdir.
Kürəkli transportyor lövhəli zəncirdən, ayrı-ayrı lövhələrdən və ağac kürəklərdən ibarətdir. Ağac kürəklər hər 640 mm-dən bir zəncirin üzərinə bərkidilir.
Yem axuru ağac bölmələrindən ibarət olub, onun dib hissəsinə kürəkli daşıyıcı yerləşir. Hər ağac dayağın üzərinə inəklərin bağlanması üçün həlqə bərkidilmişdir.
İntiqal stansiyası transportyorun kürəklərini hərəkətə gətirmək üçün istifadə olunur, o, aşağı və yuxarı çərçivə üzərində yerləşən elektrik mühərrikindən iba-rətdir. Aşağı çərçivəyə kürəkli transportyorun aparan valı bərkidilmişdir, hansına ki hərəkət zəncir ötürməsi vasitəsilə reduktordan ötürülür.
Yem bunkeri yemləri qəbul edərək onu hərəkət edən transportyora ötürmək üçün istifadə edilir.
Dartı stansiyası zənciri tarım vəziyyətdə saxlamaq üçündür. O, çərçivədən, bunkerdən və tarımlayıcı ulduzcuqdan ibarətdir.
Elektrik avadanlığı: elektrik şkafından, son elektrik açarından və iki ədəd idarəetmə düyməsindən ibarətdir.
Yempaylayıcının qondarılması və işə hazırlığı aşağıdakı kimi yerinə yetirilir. Yempaylayıcı tövlənin ortasında və ya divara tərəf kənarlarında qondarılır. Kənarlarda qondarılarkən divardan minimum məsafə 800 mm olmalıdır. Yığıl-mazdan əvvəl maşının hissələri təmizlənməklə bərabər, paylayıcının alt hissəsi 10-15 sm dərinlikdə torpaqla örtülür, intiqal hissəsi isə betonda düzəldilir. Bundan sonra yem axurları, kürəkli transportyor, elektrik avadanlığı və avtomatik suvarı-cılar qondarılır.
İş prinsipi: paylanacaq yem traktora qoşulan paylayıcılar və ya əl ilə qəbul bunkerinə boşaldılır. Bundan sonra maşın işə salınır və yem bunkerdən kürəklər vasitəsilə tutularaq axurun içərisi ilə sona qədər nəql etdirilir.
Yem sona çatan kimi elektrik açarı dairəni açaraq yemin paylanmasını dayan-dırır. Maşın təkrar işə salınmazdan əvvəl onun döşəməsi yem qalığından təmiz-lənməlidir.
TBK-80B markalı yempaylayan. Bu maşının vəzifəsi iribuynuzlu qaramal tövləsində mayevari yemlərdən başqa bütün yemləri paylamaqdır. O, axurdan, zəncirli-lentalı transportyordan, elektrik intiqalından, dartıcı stansiyadan, yüklə-yici bunkerdən və elektrik avadanlığından ibarətdir. Zəncirli kürəkli transportyor birbaşa axurun içərisində quraşdırılır. Transportyorun hərəkət hissələri zəncir vasitəsilə intiqal stansiyasından alır. Yükləyici bunker və dartı stansiyası transpor-tyorun digər tərəfində yerləşdirilmişdir.
Zəncirli-lentalı transportyor zəncirdən, eni 500 mm olan lentadan, yükləyici bunkerdən, intiqal və dartı stansiyasından ibarətdir.
İntiqal stansiyası elektrik mühərriki, sonsuz vint reduktoru və çərçivədən ibarətdir.
Dartı stansiyası zəncirin tarımlığını nizamlayır. Dartı stansiyasının çərçivə-sinə qəbul bunkeri bərkidilmişdir. Qalıq yemin keçməsi üçün bunkerin arxa divarı şarnirli hazırlanmışdır.
Yem təknəsinə ağacdan hazırlanmış dəst axurlar daxildir.
Elektrik avadanlığı: elektrik şkafından, son elektrik açarından, iki idarəetmə düyməsindən ibarətdir. Düymələrdən biri yükləyici bunkerin yanında, digəri isə idarəetmə şkafının yan divarında yerləşdirilmişdir.
İş prinsipi aşağıdakı kimi yerinə yetirilir. Yempaylayıcıya yem KTU-10, RMM-6 markalı mobil tipli yempaylayıcılar vasitəsi ilə verilir. Əl ilə yükləmədə axurlar dolduqdan sonra yemin verilməsi dayandırılır, əmək sərfi isə artır, kürəkli transportyor son elektrik açarı vasitəsilə dayandırılır. Zəncirli-lentalı transportyoru geri hərəkət etdirməklə qalıq yem onun daxilindən təmizlənir.
Texniki qulluq. Gündəlik texniki qulluqda aşağıdakı işlər görülür: trans-portyorun üzərində başqa əşyaların olmaması, zəncirin və transportyorun tarım-lılığı, hissə və birləşmələrin bərkliyi, elektrik intiqalının vəziyyəti, qoruyucu səthlərin etibarlığı yoxlanılır.
Fasiləli texniki qulluqda (H 16, H 02) aşağıdakı işlər görülür: gündəlik texniki qulluqdakı bütün işlər, transportyorun yağlanması, yastıq birləşmələrinin yoxlanması, reduktordakı yağın miqdarının yoxlanması kürəkli transportyorun sıradan çıxan zəncirlərinin dəyişdirilməsi. Reduktordakı yağ boşaldılır, dizel yana-cağı və ya neftlə yuyulur, yenidən doldurulur.
Birtərəfli KLO-75 (şəkil 3.2) və ikitərəfli KLK-75 lentli yempaylayıcı maşın-ların əsas vəzifəsi paxlalı və dənli bitkilərin xırdalanmış yaşıl yarpaq gövdələrini, qarğıdalını, küləşi, habelə silosu, senajı, doğranılmış kökümeyvəlini və tərəvəzi, yem qarışığını paylamaq və axurdakı yem qalığını yığmaqdır.
Paylayıcılardan bütün zonalarda yerləşən həm açıq, həm də bağlı saxlanma şəraiti olan heyvandarlıq binalarında istifadə edilir (şəkil 1.2).
1.2. KLO-75 axur daxilində qondarılan yempaylayan:
1 - elektrik intiqalı; 2 - kürək; 3 - lent; 4 - sivirici; 5 - tros.
Yempaylayıcının poladdan hazırlanmış lentası kərpic axurda yerləşdirilir. Yem paylayıcılar intiqal stansiyasından, polad lentadan, dartıcı kanatdan, hərəkət edən arabacıqdan, tullayıcı kürəkdən, idarəetmə düyməciyindən ibarətdir.
İntiqal stansiyasının markası NİP-Q-5,5-64/22 və elektrik mühərrikinin gücü isə 5 kVt-dır, yağlama nöqtələrinin sayı-15, nizamlama nöqtələri 8 ədəddir. Yem lentanın üzərinə mobil tipli KTU-10 markalı yempaylayıcılara verilir.
RKS-3000M yempaylayıcı aqreqat. Yempaylayıcı əsasən donuzçuluq fermalarında xırdalanmış quru, şirəli və nəmliyi çox olan yemləri paylamaq üçün istifadə olunur.
Yem paylama çərçivəsinin uzunluğu 72,84 və 96 m olmaqla, 3000 baş donuza yem paylamaq imkanına malikdir. Bu aqreqata bir nəfər şəxs qulluq edir. O, bunker dozatordan, yükləyici transportyordan, yem paylayan və elektrik avadanlıqlarından ibarətdir.
Bunker-dozator vəzifəsi hazır yem kütləsini qəbul etməklə, onu bərabər layda paylayıcıya ötürür. O, çərçivədən, transportyordan, yanlıq və hərəkət intiqalından ibarətdir. Bunkerin daxilində yerləşən plankalı transportyor və boşaldıcı şnek intiqal vasitəsi ilə hərəkəti elektrik mühərriyindən alır. Transpor-tyorun addımı 100 mm olan iki ədəd qapalı zəncir ötürməsindən ibarətdir. Həmin zəncirlərin üzərinə xüsusi plankalar bərkidilir ki, onlar birləşdirilən zaman bir birinə örtürlər, o da həmin lövhələr arasında yemin qalmasına imkan vermir.
Bunker dozatorun texniki səciyyəsi aşağıdakı kimi verilmişdir:
Məhsuldarlığı, t/saat………………………………..5 -10
Kütləsi, kq………………………………………… 1400
Qabarit ölçüləri,mm:
Uzunluğu………… ... ... ... ... ... ... ... ... ... ... ... ... ..5570
Eni………………………………………………….2850
Hündürlüyü…………………………………………1430
Transportyorun zəncirinin sürəti, m/dəq…….. ... ... 0,37 - 0,51
Elektrik mühərriyinin tələb etdiyi güc, kVt …………3
Dövrlər sayı, döv/dəq……………...……………… ..1460
Yem yükləyici transportyor - paylanılacaq yemi bunker dozatordan qəbul edərək yemi paylayıcıya ötürür. Onun çərçivəsi dörd hissədən ibarət olur, digəri ilə birləşir. Çərçivənin üzərində elektrik mühərriyi aralıq valı, aparıcı val, aparıcı val isə transportyorun alt hissəsində qondarılmışdır.
Transportyor hərəkəti elektrik mühərriyindən aralıq val vasitəsilə addımı 38 mm olan zəncirlə ötürür.
Yükləyici transportyorun texniki səciyyəsi
Məhsuldarlığı, t/saat………………………………..5-10
Kütləsi,kq…………………………………………..360
Qabarit ölçüləri, mm:
Uzunluğu……………………………………………9000
Lotokların eni……………………………………… 300
Kürəklərin hündürlüyü……………………………...50
Zəncirin hərəkət sürəti, m/saat……...…………… ...0,4
Tələb etdiyi güc, kVt………………………………...222
Dövrlər sayı, döv/dəq……………………...……… ..1430
Yem paylayıcı bərabər miqdarda və bütün axurlarda eyni vaxtda yemi payla-maq üçün istifadə olunur.
O, intiqal, tamarlayıcı stansiya, axurlar, paylayıcı forma, hərəkət ötürücü zəncir və novdan ibarətdir.
İntiqal hissəsi elektrik mühərriki və reduktordan ibarət olub, maşının çərçivəsi üzərinə bərkidilmişdir. Onun zəncirinin tarımlığı xüsusi vintlər vasitəsi ilə yerinə yetirilir.
Axur-yem paylayıcının əsas hissələrindəndir. Hər komplektə iki kənar axurlar və orta axurlar daxildir. Yem paylayıcı platforma axurları tərəfindən diyircəklər üzərində oturdulmuşdur.Platformanın ortasında iki ədəd diyircək kənar platformalarda yerləşmişdir.
Yem paylayanın texniki xarakteristikası
Məhsuldarlığı, t/saat……………………………........ 5-10
Axurların sayı………………………..……… ... ... ... 52 və ya 64
Qabarit ölçüləri,mm:
Uzunluğu…………………………………... ... ... ... ...65436-79836
Eni…………………………………………………... .906
Hündürlüyü………………………………………….. 795
Platformanın hərəkət sürəti, m/san………………. .....0,46
Tələb etdiyi güc, kVt …………………………………3
Dövrlər sayı, döv/dəq………………………………. ...1460
Kütləsi, kq…………………………………...…… ... ...4170
Maşını hərəkətə gətirici stansiya qaynaq çərçivəsindən, elektrik mühərri-kindən, reduktordan, ulduzcuqdan, son keçiricidən ibarətdir.
Yem paylayıcı platformaya hərəkət elektrik mühərrikindən pazvari qayış ötürməsi vasitəsi ilə verilir. Pazvari qayışın tarımlığı elektrik mühərrikinin yerini dəyişməklə yerinə yetirilir.
RKS-3000M aqreqatının tərkibinə 26-32 seksiya daxildir. Arabacıq otura-caq, dayaqlardan və küncdəmirlərdən ibarətdir. Bunker dozator əsasən yanlıqlar-dan, kronşteyndən, dayaqlardan, dayaq taxtalardan ibarətdir.
Paylayıcı platforma ayrı-ayrı lövhələr yığımından ibarətdir. Platformalar biri digəri ilə kronşteyn və oxlar vasitəsi ilə yığılmışdır. Oxlar rolikdən geydirilmiş-dir. Paylayıcının əvvəlində və sonunda qoşqular əlavə olunmuşdur. Paylayıcı plat-formanın uzunluğu yem paylayıcının uzunluğunun yarısına bərabərdir.
Kürəkli yuxarı qaldıran mexanizm-ştanqdan, yaylardan və roliklərdən iba-rətdir.
Ştanklar biri digəri ilə boltlar vasitəsi ilə əlaqələnir. Ştanqların yerinin dəyiş-məsi o zaman olur ki, paylayıcı platformanın qoşqusu sona çatmış olsun. Roliklər qoşqunun üzərində hərəkət edərək öz oxu ətrafında fırlanır, ştanqı bir tərəfdən di-gər tərəfə nəql etdirir.
2. Peyinin təmizlənməsinin mexanikləşdirilməsi.
Heyvan saxlanılan tövlələrin daxilindən peyinin təmizlənməsi ən ağır zəh-mət tələb edən işlərdən biridir. Hazırda peyinin təmizlənilməsinin 70-75% qədər mexanikləşdirilmişdir. Heyvanların saxlanma şəraitindən asılı olaraq peyinin töv-lədən təmizlənməsi (şəkil 1.5, cədvəl 1.15).
-mexaniki,
-hidravliki,
-pnevmatik
daşınmaları ilə aparılır. Mexaniki üsulla peyini təmizləmək üçün TSN-2, TSN-3, OB, TSN-160, US-15, TS-1 və s. transportyorlardan istifadə edilir.
TSN-2 ərsinli transportyorun əsas vəzifəsi peyini tövlədən təmizləmək və eyni zamanda nəqliyyat vasitəsinə yükləməkdir. Təmizləyici ərsinli zəncirdən, intiqal stansiyasından, maili yükləyici təknədən, döndərmə diyircəyindən və sek-torundan, habelə elektrik avadanlığından ibarətdir. Zəncir ştamplanmış bəndlər ən, ərsinlərdən və dayaqdan ibarətdir. Bəndlər birləşərək uzunluğu 5520 mm olan seksiyalar əmələ gətirir. Ərsinlər arası məsafə 460 mm-dir. Maşını hərəkətə gəti-rən intiqal stansiyasıdır. Bu birləşmiş çərçivədən, reduktordan, ərsinləri təmiz-ləyən mexanizmdən, qayış ötürməsindən və örtükdən ibarətdir. Ərsinləri təmizləyən mexanizm transportyorun intiqal ulduzcuğu tərəfindəki kronşteynlə birləşdi-rilmişidir. Fundamentə bərkidilmiş yükləyici təknə dayaq çərçivəsinə dirənən yığma konstruksiyasını təşkil edir. Təknənin yuxarı hissəsinə intiqal staniyasının nizamlayıcısı bərkidilmişdir, hansı ki, zəncirin dartı qurğusu adlanır.
Şəkil 1.5. Peyinin təmizlənilməsinin texnoloji
sxemlərinin növləri.
Döndərici diyircəklərin əsas vəzifəsi zəncirin hərəkət istiqamətini dəyiş-məkdir. Onları peyin kanalının döngələrində quraşdırırlar. Elektrik avadanlıqların gücü 4,5 kVt olan elektrik mühərrikindən, maqnit işə buraxıcısından, düyməli idarəetmə sistemindən və elektrik intiqalından iğarətdir.
İş prinsipi. Ərsinli transportyor aşağıdakı qaydada işləyir. Transportyoru işə salmazdan əvvəl malabaxan döşəmədən peyini birbaşa peyin kanalına tökür.Sonra transportyor 15-20 dəq müddətində işlədilir. Ərsinli zəncir peyin kanalındakı peyini əhatə edərək daşıyır və maili yükləyici kanal vasitəsilə qoşquya doldu-rur.
Nizamlamaları. Transportyoru işə salmazdan əvvəl zəncirin tarımlığını yox-lamaq lazımdır. Zənciri döndərici sektorla aparıcı ulduzcuq arasında yerləşən dartıcı tərtibatla tarımlayırlar. Sonra kanalda başqa əşyalar olmadığını yoxlayıb, transportyoru işə salmaq lazımdır.
TSN-3,0B peyintəmizləyən. Bu transportyorun TSN-2-dən əsas fərqi on-dan ibarətdir ki, burada bir-birindən asılı olmayan mailli və üfiqi transportyor var-dır. Üfiqi transportyorda ərsinlər arası məsafə 1000 mm, maillidə isə 500 mm-dir. Zəncir ayrı-ayrı ştamplanmış halqalardan yığılmışdır. Üfüqi transportyorun hərəkət sürəti 0,19 m/s, mailli transportyorunku 0,72 m/s-dir.
TSN-160 ərsinli peyintəmizləyən. Peyintəmizləyən 160 m uzunluğunda olan dairəvi hərəkət edən zəncirdən ibarətdir. O, heyvandarlıq binalarında peyini təmizləyib nəqliyyat vasitəsinə yükləyir.Təmizləyici 2 ədəd sərbəst daşıyıcıdan (üfiqi və mailli) və idarəedici qutudan ibarətdir (şəkil 3.6).
Şəkil 1.6. TSN-160. Kürəkcikli transportyorun ümumi ğörünüşü:
1-üfüqi transportyor; 2-mailli transportyor; 3-idarəetmə şkafı; 4- üfüqi transportyorun intiqalı; 5- tarımlayıcı qurğu; 6-zəncir; 7- döndərmə qurğusu.
Cədvəl 1.15.
Peyin təmizliyiciləçrin texniki səciyyəsi
Göstəricilər
|
TSN-
2,0
|
TSN-2,0B
|
TSN-3,0B
|
TSN-160
|
TS-1
|
US-15
|
Məhsuldarlağı, t/saat
|
8-ə qədər
|
4,5-5,7
|
4-5,5
|
4,5
|
10
|
2
|
Daşıyıcının zəncirinin uzunluğu, m:
|
|
|
|
|
|
|
Üfiqi hissənin
|
200
|
170
|
170
|
160
|
96
|
170
|
Mailli hissənin
|
-
|
6,815
|
13,7
|
13
|
-
|
-
|
Zəncirin addımı, mm
|
115
|
115
|
125
|
80
|
-
|
-
|
Daşıyıcının zəncirinin hərəkət sürəti, m/san
|
|
|
|
|
|
|
Üfiqi
|
0,17
|
0,19
|
0,20
|
0,18
|
0,15
|
0,04
|
Maili
|
0,17
|
0,72
|
0,72
|
0,72
|
-
|
-
|
Əərsinlərin arası, mm
|
|
|
|
|
18000
|
Bir ərsin
|
Üfiqi hissənin
|
460
|
920
|
1000
|
1120
|
20000
|
-"-
|
Mailli hissənin
|
460
|
460
|
500
|
640
|
-
|
-
|
Ərsinin ölçüləri,mm
|
290 x50
|
290 x50
|
250 x56
|
285 x56
|
1200 x710 x400
|
1750 x150
|
Peyin kanalının ölçüləri,mm
|
|
|
|
|
|
|
Taxta tikintisiz
|
-
|
-
|
320 x120
|
-
|
-
|
-
|
Peyinin yüklənmə hünd., m
|
2,5
|
2,18
|
2,8
|
2,65
|
-
|
-
|
Elektrik mühərrikinin gücü, kVt
|
|
|
|
|
|
|
Üfiqi hissənin
|
4,5
|
4
|
4,0
|
4,0
|
3
|
1,1
|
Mailli hissənin
|
-
|
1,5; 0,2
|
1,5
|
1,5
|
-
|
-
|
Daşıyıcının kütləsi, kq
|
|
|
|
|
|
|
Üfiqi hissə
|
2556 ümumi
|
2730 ümumi
|
1485
|
1410
|
1500
|
2024
|
Maili hissə
|
-
|
-
|
534
|
480
|
-
|
-
|
Xidmət edənlərin sayı
|
1
|
1
|
1
|
1
|
1
|
1
|
Üfiqi daşıyıcı. TSN-3,0B daşıyıcısından dairəvi bölməli yakor tipli, kürəkli zəncirindən, döndərici, özü nizamlayıcı qurğudan və intiqaldan işə salınan elektrik mühərrikindən, iki pilləli silindriki reduktordan (ötürmə ədədi i =38,86) və beş pazvari qayış ötürməsindən ibarətdir.Mailli daşıyıcı, üfüqi daşıyıcı kimi zəncir və kürəkdən, metal təknədən, döndərici qurğudan, istinad dayağı, dartıcı vintvari qurğudan və intiqaldan, mühərrikdən, iki pilləli silindrik reduktordan (ötürmə ədədi i =27,85) ibarətdir.
TS-1 ərsinli-ştanqalı daşıyıcı. TS-1 daşıyıcı donuz tövləlrində peyini çıxarmaq üçün işlədilir. Onu tövlədə torlu peyin kanalında yerləşdirirlər. Daşıyıcı-dan habelə donuz damı və inək tövləsindən peyini anbara daşımaq üçün də istifadə etmək olar. TS-1 daşıyıcısı işçi hissədən istiqamətləndirici və saxlayıcı diyircəklərdən və intiqal stansiyasından ibarətdir. İşçi orqan ştanqalar vasitəsilə birləşən ərsinli arabacıqdan ibarətdir.
İstiqamətləndirici ərsinli arabacıqlar hərəkət edən çuxurun dibinə bərki-dilmişdir. Saxlayıcı və istiqamətləndirici diyircəklər poladdan hazırlanır. Onlar sürüşkən yastıqlarda quraşdırılır.
İş prinsipi. Peyin zonasından peyin yuyularaq və ya təmizlənərək xəndəyə tökülür. Ərsinli arabacıqlar xəndəkdə peyini hərəkət etdirərək onu peyin qəbul-ediciyə və ya peyin anbarına daşıyır.
US-15 və ya US-50 markalı ərsinli qurğu. US-15/250 stasionar, əks təsirli hərəkət edən qurğudur. Qurğu boksda və qarşıda boks üsulu ilə saxlanan qaramal tövləsinin peyin keçidindən peyini yığmaq üçün işlədilir (şəkil 1.7). US-15 qurğusu zəncirli konturdan, döndərmə və dartıcı qurğudan, intiqal stansiyasından və ərsinlərdən ibarətdir.
Heyvanlar bokslarda dincəlir və yemlənir. Onlar keçidlərdə gəzdiklərinə görə peyinin əsas hissəsi keçidə tökülür. Keçidin eni 1,8-dən 3 m-ə qədər, dərinliyi isə 10-15 sm olur. Ərsinli zəncir irəli və geri hərəkət edir. Sağa hərəkət etdikdə ərsinlər ötürülür, sola hərəkət etdikdə isə açılaraq kanaldakı peyini bina-dan xaric edir.
Şəkil 1.7. US-250 skreperli peyin təmizləyici:
1-hərəkət stansiyası; 2-zəncir; 3-ərsin; 4-döndərici.
US-15 qurğusunun tətbiqi peyin təmizlənməsində əmək sərfini azaldır və heyvanların təmiz saxlanmasını təmin edir. Dairəvi hərəkət edən daşıyıcılara nis-bətən US-15 qurğusunun metal tutumu az və etibarlılığı çoxdur.
Hidravliki üsulla peyinin təmizlənməsi. Bunlardan birbaşa yumanı, boru vasitəsilə, öz axımıilə və novlu çökdürücü sistemini göstərmək olar. Birbaşa hid-ravliki yuma üsulunda peyin su vasitəsilə yuyularaq peyin qəbulediciyə axıdılır. Bu üsulda bir inəyə sutkada 50 litr, ana donuza isə l litr su sərf olunur. Sir-kulyasiyalı sistemdə peyin şirəsi peyin qəbuledicidə çökür. Təmizlənmiş hissəsi yenidən peyini yumaq üçün istifadə edilir. Bu su sərfiyyatını 2-3 dəfə azaldır.
Özü axımlı sistemdə fasiləsiz olaraq peyin, peyintoplayıcı kanala tökülür, qrup şəklində saxlanma üsulunda tətbiq edilir. Bu sistemdə kanalın quruluşu novlu çökdürücü sisteminki kimi olub kanalın qurtaracağına 120-150 mm hündürlü-yündə çıxarıcı aralıq dayaq qoyulur ki, bu vaxt kanalı boşaltmazdan qabaq, aralıq dayaq hündürlüyündə kanala su tökülür, sonra aralıq şiber açılır. Peyin öz axımı ilə şirə toplayıcı quyuya axıb tökülür.
Novlu çökdürücü sistem. Bu sistem inəklər qrup şəklində döşənəksiz sax-landıqda tətbiq olunur. Belə üsulda hər bir uzununa kanalın eninə kanala tökülən yerində arakəsmə şiberlər qoyulur. Peyintoplayıcı kanal istismara buraxıldıqda 5-10 sm hündürlüyündə kanala su buraxılır. Kanal dolduqdan sonra arakəsmələr açılır, peyin kütləsi eninə kanala tökülür. Kanal boşaldıqdan sonra arakəsmə bağlanır, təzədən su əlavə edilir.
Pnevmatiki üsulla peyinin daşınması. Pnevmatiki UPN-15 qurğusu tövlə-dən peyini peyin anbarına daşımaq üçün istifadə edilir. 0,2 ədəd VU-318 markalı kompressordan, həcmi 8 m olan ressiverdən, həcmi 3 m olan peyintoplayıcıdan, hava borusu və peyin borusundan ibarətdir.
İşə başlamazdan əvvəl peyin təmizləyiciyə 0,6 m su töküb, sonra ərsinli daşıyıcı vasitəsilə peyinlə doldururlar. Klapanı bağlayıb, bağlayıcını açırlar və ressiverdən həmişə hava vurulur. Sıxılmış havanın təsirindən peyin boru vasitəsilə peyin anbarına axıdılır. Peyin anbarı tövlədən 500 m aralıqda yerləşir. Qurğunun texniki səciyyəsi aşağıdakı kimidir:
Peyin toplayıcının həcmi, m3 …………………………..3
Sistemdəki havanın təzyiqi, atm …………………….....8
Peyin borusunun daxili diametri, mm………………......150
Qurğunun məhsuldarlığı, t/saat………………………....15
Elektrik mühərrikinin gücü , kVt…………………….....19
3. Binaların havalandırılması.
Heyvan və quşların sağlamlığına və onların məhsuldarlığının artırılmasına ciddi təsir edən faktorlardan biri də onların zootexniki, baytar-sanitar nöqteyi-nəzərdən düzgün saxlanmasıdır. Onların xarici mühitlə əlaqəsində orqanizmləri üçün tələb olunan əsas göstəricilərdən biri mikroiqlimdir. Bu kəmiyyətin tələb olunan səviyyədə olması heyvan və quşların məhsuldarlığını 20%-ə qədər artır-mağa imkan verir. Mikroiqlim dedikdə havanın fiziki və kimyəvi xassələri nəzər-də tutulur ki, bunlar da orqanizm üçün ən lazım olan göstəricidir. Mikro-iqlimə temperatura, nəmlik, havanın kimyəvi tərkibi, sürəti, çirkliliyi, ionlaşması və s. daxildir.
Heyvan saxlanılan binaların mikroiqlimin fəslindən, heyvanların saxlanma üsullarından, daxildə yerinə yetirilən texnoloji proseslərin xüsusiyyətindən, bina-ların layihələrindən, işıqlanmanın növündən, heyvanların növü və tərkibindən, onların yaş xüsusiyyətlərindən, döşəmə materialının tərkibindən və s. Göstərici-lərdən asılıdır.
Əsas göstəricilərin tələbata uyğunsuzluğu nəticəsində heyvan orqanizminə mənfi təsir göstərməklə maddələr mübadiləsini pozur, beləliklə də onların xəstə-lənməsinə və məhsuldarlığın azalmasına səbəb olur. Bu göstəricilərin xüsusiy-yətlərini aşağıdakı kimi izah etmək olar.
Temperatur hər heyvan üçün müəyyən hüdud daxilində olmalıdır. Kənd təsərrüfatı heyvanlarının əksər növləri saxlanan binaların maksimal temperaturu 200C-dən artıq olmamalıdır. Binanın temperaturunun çox olması orqanizmə əks təsir göstərərək onun ətraf mühitə verdiyi istiliyin qarşısını alır, yem normasından az istifadə olunur və beləliklə də məhsuldarlıq azalır. Əksinə, temperatur nəzərdə tutulan normadan aşağı olduqda ətraf mühitin qızdırılmasına istilik miqdarı çoxa-lır, heyvanlar nəzərdə tutulduğundan çox yem qəbul edir. Vahid məhsula düşən yem sərfiyyatı çoxalır. Digər tərəfdən temperaturun azalması heyvanların xəstə-lənməsinə səbəb olur.
Nəmliyin normaya uyğun olmaması heyvan orqanizminə və binadaxili avadanlıqların vaxtından əvvəl sıradan çıxmasına şərait yaradır. Belə ki, nəmliyin çox olması heyvan bədəninin tərləməsinə və bunun nəticəsində cüzi küləkləmə nəticəsində xəstələnməyə səbəb olur. Heyvandarlıq binaları üçün optimal tempe-raturda nisbi rütubətin optimal qiyməti 50-60% olmalıdır. Binadaxili avadan-lıqların isə sürətlə korroziya uğrayaraq tez sıradan çıxmasına səbəb olur. Təcrübə göstərmişdir ki, bu vəziyyətdə 10-15 il istismar olunmağa imkanı olan, ava-danlıqlar 1-2 il müddətində sıradan çıxır.
Orqanizmə təsir edən əsas göstəricilərdən biri də havanın kimyəvi tərkibi, o cümlədən karbon, ammonyak, kükürd qazlarının olmasıdır. Həmin qazların nəinki, heyvan orqanizminə, habelə orada işləyən adamlara da mənfi təsir göstərir. Karbon qazı suda tez həll olunduğundan o heyvanların göz qişalarından, burun, boğaz nahiyələrindən qıcıqlanmasına, xəstələnməsinə səbəb olur. Ammonyak qazı isə heyvan və insanın vərəm xəstəliyi ilə xəstələnməsinə səbəb olur.
Havanın fiziki xassələrinə daxil olan sürətin də müəyyən hüduddan artıq olması orqanizmə mənfi təsir göstərir. Havanın sürətinin çox olması bədənin tez soyumasına və heyvanın xəstələnməsinə gətirib çıxarır və əksinə az olmasının da mənfi təsiri ondan ibarətdir ki, hava dəyişən zaman havanın çirkabının təmiz-lənməsi ləng yerinə yetirilir.
Bu göstəricilərlə yanaşı bina daxilində maşın və avadanlıqların işləməsi nəticəsində əmələ gələn səsdir. Səsin artıq olması heyvanları narahat edir, onların saxlanma rejimini pozur, iştahını pisləşdirir və s. Bu hal əsas yem paylandıqda, peyin təmizləndikdə, sağım və digər işlərin yerinə yetirilməsi zamanı əmələ gəlir.
Heyvan və quş binalarında mikroiqlim normaları aşağıdakı 1.18. cədvəldə verilmişdir.
Cədvəl 1.18.
Heyvan və quş binalarında mikroiqlim normaları
Tikintilərin adı
|
Binaların daxili tempera-turaları, 0 K
|
Nisbi rütubət,
%
|
Qazların miqdarı,
L/m
|
Heyvanın sürəti, m/s
|
|
|
Optim.
|
Minim.
|
|
CO2
|
NH3
|
|
İnək tövləi:
Bağlı saxlanma
Bağsız saxlanma
|
281
278
|
279
276
|
85
85
|
2,5
2,5
|
0,5
0,5
|
0,5
0,5
|
Cavan heyvan saxlanılan binalar
|
279
|
277
|
85
|
2,5
|
0,5
|
0,5
|
Buzov saxlaılan binalar
|
283
|
278
|
85
|
2,5
|
0,5
|
0,5
|
Sağım zalı
|
288
|
-
|
70
|
-
|
-
|
0,5
|
At tövləsi
|
|
283
|
85
|
3,0
|
0,5
|
0,5
|
Donuz tövləsi:
|
|
|
|
|
|
|
Ana donuz tövləsi
|
285
|
279
|
65-75
|
2,5
|
0,5
|
0,3
|
Kökəltmə donuz tövləsi
|
279
|
275
|
75…80
|
2,5
|
0,5
|
0,3
|
Qoyun tövləsi
|
282
|
276
|
80
|
3,0
|
0,5
|
0,5..1,0
|
Qoyun tövləsi (ana)
|
288
|
276
|
70
|
2,5
|
0,5
|
0,5
|
Havalandırma üç cür ola bilər:
-təbii (öz axımı ilə),
-məcburi
-kombinə edilmiş (qarışıq).
Təbii üsulda binaların havalandırılması havanın təzyiq fərqinə görə öz axımı ilə yerinə yetirilir. Bu halda xaricdə olan havanın təzyiqi və temperaturdan fərq-lənməlidir. Əgər hər iki mühitdə göstərilən parametrlər bərabər olarsa, bu üsul özünü doğrultmur.
Məcburi üsulda bina daxilindən havanın dəyişdirilməsi ventilyatorların (havalandırıcıların) köməyi ilə yerinə yetirilir. Bu üsulun baha başa gəlməsinə baxmayaraq, binanın daxilindəki havanın əsas göstəricilərini standarta uyğun saxlamaq ehtimalı daha çox və dəqiq olur.
Kombinə edilmiş üsulda hər iki havalandırma növündən istifadə olunur və bəzi hallarda bina daxilindəki havanı qızdırmaq üçün kaloriferlər tətbiq olunur.
MÜHAZİRƏ № 7
SÜDÜN SAĞILMASI VƏ ONUN İLKİN EMALI
P L A N
1. Sağım maşınları.
2. Südün ilkin emalının mexanikləşdirilməsi.
G Ə N C Ə 2017
1. Sağım maşınları.
Maşınla sağım adamların işini yüngülləşdirir və əmək məhsuldarlığını yük-səldir. Heyvanların saxlanılma sistemindən və tətbiq edilən sağım qurğularından asılı olaraq əl ilə sağıma
Şəkil 1.1. Sağım qurğusunun sxemi:
1-elektrik mühərriki, 2-qayış ötürməsi-nin örtüyü, 3-vakuum nasosu, 4-vakuum boru kəməri, 5-vakuum balon, 6-vakuum təmizləyici, 7-hava kranları, 8-vakummetr, 9-sağım stəkan-ları, 10-kollektor, 11-süd şlanqı, 12-vakum şlanqı, 13-sağım vedrası, 14-pulsator, 15-mağistral şlanq, 16-vakuum nasosun xaricetmə borusunun yağ yığıcısı.
nisbətən əmək sərfini 2-5 dəfə azaltmaq mümkündür, bu da işçi qüvvəsinə olan tələbi azaldır. Hazırda ferma və komplekslərdə maşınla sağım, müxtəlif sağım qurğularının tərkibinə daxil olan seriyalı sağım aparatlarının köməyi ilə aparılır (şəkil 1.1., 1.2).
Maşınla sağım xüsusi aparatlar vasitəsilə yerinə yetirilir. Həmin aparata aşağı-dakı hissələr daxildir: seyrəklik yaradan qurğu vakkum nasos, vakuum nizamlayıcı, mərkəzi kəmər xəttində vakuum dəyişməsini nizamlayan vakuum-balon, hava kranı vasitəsilə sağım aparatı ilə əlaqələnən vakuummetr, pulsator, kolektor, sağım stə-kanları, sağım vedrələri və ya süd kəməri (şəkil 1.1., cədvəl 1.1).
Cədvəl 1.1. Sağım qurğuların texniki xarakterizəsu
Aparatların markası
|
Taktların nisbəti,
%-lə
|
Pulsla-
rın
sayı
|
İşçi vakuum mm/civə sütunu
|
Sağım müddəti, dəq.
|
Sağımın sürəti, l/dəq.
|
|
|
|
|
|
Ümumi vaxtı
|
Maşından sonra əl ilə sağım
|
|
DA-3M (üçtaktlı)
|
Sorma-57, Sıxma-10, İstirahət- 33
|
60
|
380-400
|
4,4-4,6
|
0,6-1,3
|
0,90
|
"Volqa" (üçtaktlı)
|
Sorma-64, Sıxma-11 İstirahət-25
|
60
|
380-400
|
6,0-5,5
|
0,6-1,1
|
1,05
|
"Stimul"
(iikitaktlı)
|
Sorma-67 Sıxma-33
|
60-80
|
330-400
|
4,7
|
0,5
|
1,17
|
"İmpulğs"
(ikitaktlı)
|
Sorma-50
|
50-55
|
360-380
|
-
|
-
|
-
|
DA-2 "Mayqa"
(ikitaktlı)
|
Sorma-67
|
80-100
|
360-380
|
3,8-4,8
|
0,9-1,2
|
1,05
|
Hazırda buraxılan sağım aparatları iki və üçtaktlıdır. İkitaktlı aparatda sorma və sıxma, üçtaktlıda - sorma, sıxma və istirahət taktları olur.
Sağım aparatları iş prosesində heyvanın orqanizmi ilə bilavasitə kontaktda olaraq və ona müəyyən təsir göstərərək yelindən südün çıxarılmasını və sağım qab-larına yığılmasını təmin edir. Sağım aparatının icraedici orqanı yelinin əmcəklərinə taxılan komplekt sağım stəkanları heyvanın yelini ilə sıx kontaktda olur. Qalan mexanizmilər sağım stəkanlarının iş rejimini təmin edir. İş rejimi maşınla sağımın gedişində heyvan orqanizmində gedən fizioloji proseslərə daha çox uyğun gəlmə-lidir. Beləliklə, sağım aparatına verilən əsas tələblərdən biri -aparatın heyvanın fərdi fizioloji xüsusiyyətinə tam uyğunluğudur. Təcrübədə bu cür aparatın yaradılmasında bir sıra çətinliklərlə qarşılaşılır. Onlardan biri heyvanların əsas sisteminin müxtəlif reaksiyası və süd vəzilərinin qeyri-bərabər fəaliyyətidir.
Süd, inəyin yelinin süd vəzilərində sağımarası vaxtlarda əmələ gəlir. O, süd-verimi harmonunun -oksitosunun təsiri altında süd vəzi əzələsinin yığılması ilə yara-nan artıq təzyiq altında süd vəzi alveollarından yelinin süd boşluğuna keçir. Oksito-sun yelinin əmziklərində əsəb qurtaracaqlarının reaksiysia kimi baş beyinin hipofiz-lərindən heyvanın qan damarları sisteminə daxil olur. "Südün buraxılması" adı ilə məlum olan hadisə baş verir. Südü yelin boşluğundan çıxarmaq üçün əmcək sfin-kterinin müqavimətini dəf etmək lazımdır. Buna əl ilə sağımda əmcəyin kanalından südü sıxıb çıxarmaqla, maşınla sağımda isə sağım stəkanının yelini əmcəkaltı boşlu-ğunda yaradılan lazımi seyrəkləşdirmə hesabına nail olunur. Südün buraxılmasına imkan yaradan süd verimi hormonu-oksitosinin təsir müd-dəti müxtəlif heyvanlarda eyni deyildir. 3-6 dəqiqədən sonra yelin əzələləri boşalır və südün alveollardan yelin boşluğuna daxil olması kəsilir. Sağım stəkanlarının inəyin əmcəklərinə vaxtında taxılmasının və çıxarılmasının təmin edilməsi çox vacibdir. Bununla südün daha tam sağılmasına nail olunur və heyvanın sağlamlığı qorunur. Sağım aparatı stəkanlarının yelinin əmcəyinə geyindirilməsi gecikdiril-dikdə oksitosinin təsir etdiyi dövrdə süd vəziləri alveollarından çıxmağa macal tapmır və sağım tam olmur. Tam sağımlama süd vəziləri məhsuldarlığının azalmasına və yelinin xəstələnməsinə (mastitə və s.) gətirib çıxarır. Sürünün məhsuldarlığının saxlanılması və artırılması üçün inəklərin daha tam sağılmasına nail olmaq lazımdır. Bu məqsədlə əməyin düzgün təşkili və sağım texnikasının tətbiqi daha böyük əhəmiyyət kəsb edir.
Tədqiqatlar göstərir ki, sağım aparatı ilə inəyin fizioloji xüsusiyyətləri, eləcə də onların qarşılıqlı iş şəraiti arasında əlaqə vardır. Bu cəhət maşınla sağılmanın müvəf-fəqiyyətini, yaxud uğursuzluğunu müəyyən edir. Maşınla sağılmaya xarici amillər də: münasib sağım şəraiti, zərərli qıcıqlandırıcıların olmaması, masaj və s. də müxtəlif təsir göstərir.
Sorma taktında stəkanların əmcəkaltı və divarlar arası kamerasında atmosfer təzyiqi əmələ gəlir. Yaranın təzyiq fərqinin təsiri nəticəsində rezin corab neytral vəziyyət aldığına və inəyin əmcəyinə heç bir qüvvə təsir etmədiyinə görə qan döv-ranı bərpa olunur.
Pulsatorun vəzifəsi vakuum nasosun yaratdığı sabit vakuumu dəyişkən vaku-uma çevirməkdir ki, bunun da nəticəsində taktlar əmələ gəlir. Pulsatorun 4 kamerası vardır:
I - sabit vakuum;
II - dəyişən vakuum;
III - atmosfer;
IV - dəyişən vakuum - atmosfer kameralarıdır.
II və IV kameraları kiçik en kəsiyinə malik olan kanal vasitəsilə nizamlamaq olar. IV kamera II və III kameralardan rezin membranla, II və I kameralar isə bir-birindən klapan vasitəsi ilə ayrılır. Rezin membran həlqə ilə klapanın gövdəsinə birləşdirilmişdir. Pulsatorun avtomatik işləməsi üçün membranın diametri II Kame-ranın deşiyindən və bağlayıcı klapanın diametrindən böyük olmalıdır.
Kollektor pulsatorun yaratdığı dəyişkən vakuum sağım stəkanlarına ötürmək-lə istirahət taktını təşkil edir və stəkanlardan südü qəbul edərək sağım vedrələrinə və ya süd kəmərinə ötürür. Kollektor 4 kameradan ibarətdir:
I - sabit vakuum;
II - dəyişkən vakuum;
III - atmosfer;
IV - dəyişkən vakuum kameralarıdır.
Kollektorun IV kamerası pulsatorun kameraları isə ayrı-ayrılıqda sağım stəka-nının uyğun əmcəkaltı və divarlararası kameraları ilə əlaqələnir. Kollektorun IV kamerası rezin membranlı, I və III kamerası isə rezin klapan (II) vasitəsilə bir-birin-dən ayrılır. Eyni çubuq üzərində yerləşən həmin membran və klapanların diametrləri müxtəlifdir. Membranın diametri 40, klapanların diametrləri isə 22 mm-dir.
Üçtaktlı sağım aparatında taktların gedişi aşağıdakı kimidir: pulsatorun IV kamerasında atmosfer təzyiqi olduqda pulsatorun klapanı membranla birlikdə aşağıya düşüb, I və II kameraları əlaqələndirilir, eyni zamanda II kameraya atmosfer təzyiqi verilməsinin qarşısını alır. Beləliklə, vakuum pulsatorun I və II, sonra isə kollektorun IV kamerasına, buradan da vakuum stəkanının divarlararası kamerasına ötürülür. Kollektorun I kamerası sağım vedrəsi və ya süd kəməri ilə əlaqələndiyindən, yara-dılan seyrəklik kollektorun II kamerasına, oradan da stəkanın əmcəkaltı kamerasına verilir.
Stəkanın hər iki kamerasında vakuum yaradıldığından sonra sıxma taktı baş-layır. Pulsatorun IV kamerasında hava olduğuna görə rezin membran II kame-raya möhkəm oturur. IV kamerada olan hava kanal vasitəsi ilə II kameraya daxil olur. Beləliklə, membrana təsir edən yuxarı istiqamətlənmiş qüvvənin qiyməti azalır və nəticədə IV kamerada seyrəklik artır. Elə an gəlir ki, membrana təsir edən yuxarı istiqamətlənmiş qüvvə klapan vinti ağırlığından çox olur, bunun nəticəsində rezin membran neytral vəziyyətə gəlir və özü ilə birlikdə klapanı da yuxarı qaldırır. III kamerada olan atmosfer havası pulsatorun II kamerasına, oradan kollektorun IV kamerasına, nəhayət stəkanların divarlararası kamerasına, oradan kollektorun IV kamerasına nəhayət stəkanların divarlararası kamerasına ötürülür.
Stəkanın əmcəkaltı kamerasında heç bir dəyişiklik baş vermədiyindən burada seyrəklik olur. Rezin corab xaric tərəfdən atmosfer təzyiqinin, daxilindən isə vaku-um təsir ilə sıxılır, beləliklə, əmcəyi də sıxır. Bu proses sıxma taktına aiddir.
Kollektorun IV kamerasına daxil olan hava klapanın tarazlığını pozur. Sorma və sıxma taktları zamanı kollektorun III kamerasında atmosfer təzyiqi olduğundan klapan yuxarı qalxır. Ona görə ki, klapanın membranının en kəsik sahəsi onun rezin klapanının en kəsik sahəsindən çoxdur. Belə ki, kollektorun IV kamerası atmosferlə dolu rezin membrana müəyyən qüvvə ilə təsir edir. Həmin qüvvə aşağı yönəlmiş olur. Bunun təsiri nəticəsində klapan aşağı düşür, onun ikinci çiyni aralandığından, kollektorun III və II kameraları əlaqələnir, atmosfer kollektorun III kamerasından II kameraya, oradan da stəkanların əmcəkaltı kamerasına ötürülür. Bu zaman stəkan-ların divarlararası kamerasında sıxma taktından yaranan atmosfer təzyiqi dəyişilmiş qalır. Rezin corab neytral vəziyyət alır və inəklərin əmcəyində istirahət taktı bərpa olunur.
DA-3M markalı sağım aparatı. Sağım aparatı 4 ədəd stəkandan, kollektordan və başqa avadanlıqlardan ibarətdir. Sağım stəkanları aliminium materialından hazır-lanmış gövdədən, rezin corabdan, birləşdirici həlqədən, süd və vakuum boruların-dan ibarətdir. Sağım stəkanlarını yığarkən aşağıdakı işləri görmək lazımdır:
1. Metal həlqə rezin coraba geydirilməli və elə edilməlidir ki, rezin corabın ucu metal həlqədən 5-7 mm-dən çox kənara çıxmasın.
2. Süd borusuna rezin coraba geydirilməli və əl ilə dartılaraq yerinə oturdul-malıdır. Süd borusunun genişləndirilmiş hissəsi kilzə geydirilməli, çıxıntı his-səsi kilzədən 2-3 mm kənara çıxmalıdır.
Kollektor: kövdə, qapaq, metal çubuq, istiqamətverici, membran, həlqə, xamut və vintdən ibarətdir. Kollektorun kövdəsində 4 ədəd süd borucusu vardır. Həmin borucular rezin boru vasitəsi ilə sağım stəkanlarının əmcəkaltı kamerası ilə, kol-lektorun yuxarı gövdəsində yerləşən 4 ədəd borucuq isə divarlararası kamera ilə əlaqələnir.
Sağım stəkanları əmcəkdən düşərkən onu avtomatik olaraq dayandırmaqdan ötrü borucuqların ucları maili kəsilmişdir. Kollektorun aşağı olan borucuq sağım vedrəsinin qapağı ilə əlaqələnir. Həmin boru vasitəsi ilə inəkdən sağılan süd sağım vedrəsinə verilir. Pulsatorda yaradılan dəyişkən vakuum rezin boru vasitəsi ilə inək-dən sağılan süd sağım vedrəsinə verilir. Kollektorun üzərində qondarılan xamut onun hissələrinin bir-biri ilə möhkəm əlaqələnməsinə imkan yaradır.
Pulsator gövdə, qapaq, metal çubuq və klapan, membran, nizamlayıcı vint, şay-ba və oturacaq hissəsindən ibarətdir. Pulsator aşağı gövdəsində yerləşən iki ədəd borucuq üçlük vasitəsi ilə vakuum borusu ilə əlaqələnir. Yuxarıda yerləşən borucuq-dan orada olan hava, aşağıdakından isə sağım vedrəsindəki hava pulsatora sorulur. Pulsatorun yuxarı gövdəsində yerləşən borucuq isə kollektorun IB kamerası ilə əlaqələnir. Onun daxilindəki rezin membranın qalınlığı I-1,5 mm, diametri isə 59-59,5 mm olur. Havaburaxıcı deşiklərin diametri 2,5 mm-dir. Klapan çubuğunun gedişi 0,6-0,8 mm-ə bərabərdir. Əgər pulsator 14 mm civə sütunu təzyiqində işləyirsə, onda o, düzgün yığılmışdır.
Maşının əsas hissələrindən biri də sağım vedrəsinin qapağıdır. O, sağım vedrələrinnin hermetik bağlanmasını, onun və kollektorun daxilində vakuum yaran-masını təmin edir. Qapağın yuxarı hissəsində tutacaq qondarılmışdır ki, bu da kollektorla birlikdə sağım stəkanlarını yerləşdirməyə imkan verir. Çanağın pulsator oturan hissəsində əks-klapan yerləşir. İş zamanı pulsator və sağım vedrəsindən hava sorulduqda klapan yuxarı qalxır və havanın normal sorulmasına imkan yaradır. Əgər boru kəmərlərində vakuum aşağı düşürsə, klapan öz ağırlığı ilə aşağı düşür və havanın sorulmasını dayandırır. Əks-klapan südün çirklənməsinin də qarşısını alır.
Kollektordan verilən südün vedrəyə axması üçün, qapaq üzərində borucuq yerləşdirilmişdir. Həmin borucuq əl kranı vasitəsilə idarə olunur. Həmin kran eyni zamanda sağım stəkanlarının inəyin əmcəyindən çıxarılmasını asanlaşdırılır. Qapa-ğın vedrə üzərində kip oturması üçün rezin araqatı qoyulmuşdur.
"Volqa" sağım aparatı. Bu aparat DA-3M sağım aparatının təkmilləşdiril-miş formasıdır. Burada olan avadanlıqlar tamamilə DA-3M dəki avadanlıqlara oxşardır. Ancaq sadə membran tipli pulsator və sağım stəkanlarının konstruksi-yasında müəy-yən dəyişikliklər edilmişdir. Pulsator gövdədən, qapaqdan, şayba ilə birlikdə çubuq-dan, membranadan, klapandan, nizamlayıcı qurğudan ibarətdir. Pulsatorun işini yax-şılaşdırmaq və konstruksiyasını sadələşdirmək məqsədilə sabit vakuum kamerası əks-klapan kamerasından ayrılmışdır. Lakin hər iki kamera kanal vasitəsi ilə vakuum borusu ilə əlaqələnir. Pulsatorda klapan rolunu çubuq üzərində geydirilmiş rezin həlqə yerinə yetirir.
Başqa aparatlardan fərqli olaraq burada sağım stəkanının alt hissəsində müşa-hidə üçün şüşə borucuq, bundan əlavə sağım stəkanlarının işini dayandırmaq məq-sədilə rezin boruların üzərində xüsusi sıxıcı qondarılmışdır.
DA-2 "Mayqa" sağım aparatı. DA-2 "Mayqa" sağım aparatı əsasən pulsa-tor, sıxıcı, süd və vakuum boruları, kollektor və sağım stəkanlarından ibarətdir. Sağım stəkanlarının quruluşu bütün buraxılan rezin corablardan istifadə etməyə imkan yara-dır. Sağım stəkanlarını yığmaq üçün çubuqdan istifadə olunmalıdır. Sağım aparatında DA-3M-in rezin corabından istifadə olunmalıdır. Sağım aparatında DA-3M-in rezin corabından istifadə etmək lazım gəldikdə yuxarı başlıq çıxarılmalıdır.
Sağım aparatının kollektoru iki kameralı olub, iki rezin boru vasitəsi ilə əlaqə-lənir. Kollektorun gövdəsi poladdan hazırlanmış, aşağı hissəsinə isə borucuğu olan paylaşdırma qondarılmışdır.
Aparatın pulsatoru membran tipli dörd kameralıdır. Pulsator əsasən qapaq, göv-də, nizamlayıci vint aparatı, klapan, diffuzor, şayba, membran, qayka və Kamera-lardan ibarətdir. Pulsatorun bütün hissələri plastik kütlədən hazırlanmışdır. Pul-satorun gövdəsində yerləşmiş xüsusi hava süzgəci onu tozdan qoruyur.
Aparatda sorma taktı aşağıdakı kimi gedir. Pulsatorun klapanı yuxarı vəziyyətdə olur. V və II kameralar vasitəsilə sağım stəkanlarının divararası Kameralarına ötürülür, beləliklə, stəkanın hər iki kamerasında vakuum yaranır. Bu halda rezin corab düz vəziyyət alır və inəyin əmcəyindən süd sorulmağa başlayır. Pulsatorun III kamerasında atmosfer təzyiqi altında I kameranı bağlayır, bununla da sorma taktı qurtarır.
Sıxma taktında atmosfer, kalibrli deşik vasitəsilə pulsatorun IB kamerasına verilir və pulsatorun membranına, eyni zamanda klapan təsir göstərərək I və II kameraları əlaqələndirir. Buradan atmosfer sağım stəkanlarının divarlararası kamera-sına ötürülür. Bununla da sıxma taktı başa çatır.
"Stimul" sağım aparatı. "Stimul" sağım aparatı birkameralı sağım stəka-nına malik olub, ikitaktlı iş prosesində işləyir. Sağım iki sorma və istirahət taktları vasitəsilə yerinə yetirilir (taktların nisbəti 2:1 kimidir).
Bu aparat üçtaktla DA-3M aparatı əsasında hazırlanmış, yalnız stəkanlarda və kollektorda müəyyən dəyişiklikllər edilmişdir.
Birkameralı sağım stəkanları şəffaf materialdan hazırlanmışdır. Bu stəkanlarda sorucu rezin corablar əvəzinə büzməli corablar qondarılmışdır. Kollektorun qapaq hissəsi DA-3M-dən borucuqla fərqlənir.
Kollektorun və pulsatorun iş prinsipi DA-3M və "Volqa" aparatının iş prin-sipinə bənzəyir. Sorma taktında sağım stəkanında vakuum yaranır, bu zaman büz-məli rezin corablar sıxılaraq əmcəkdən südü sorur. Stəkan yuxarı qalxdıqda əmcək stəkanın konusvari hissəsinə təsir edir. Bu zaman sorucu deşik açılır və südün ax-masına imkan yaranır. Bundan sonra sağım stəkanına hava daxil olur, südün axması dayandırılır. Rezinin büzməli hissəsi genişlənir və əmcəyin ucu stəkanın konusvari hissəsindən çıxır. Beləliklə, istirahət taktı başlanır.
"Stimul" sağım aparatının başqa aparatlardan üstünlüyü ondan ibarətdir ki, buradan sorucu rezin corablar yoxdur. Məlumdur ki, həmin corablar baha başa gəlir və 3-4 həftədən sonra xarab olur sıradan çıxır. Büzməli soruculardan isə 6-8 ay istifadə edilə bilər. Bu aparatlarda sağım tələb olunmur.
Sağım dəzgahının hissələri aşağıdakılardır:
Vakuum-kəmər yaradılmış seyrəkliyi sağım aparatlarına, yuyucu və dezin-feksiya edici dəzgahlara ötürmək üçündür. Vakuum-kəmərin üzərində vakuum-ba-lon, vakuum-nizamlayıcı, vakuum-kranları, kondensatın ixrac üçün və s. əsas his-sələr yerləşdirilir.
Vakuum nasos, sağım aparatında və borularda seyrəklik yaratmaq üçündür. Oraya, vakuum-balon vasitəsilə vakuum-kəmərlər arasında, elektrik mühərrikini əsas hissələrdən təcrid edən polietilen boru yerləşdirilir.
Vakuum nasosun iş prinsipi aşağıdakı kimidir: rotor üzərində açılmış 4 pazvari yarıqlı tekstolitdən hazırlanmış 4 ədəd pər yerləşdirilmişdir. Rotor hərəkət edən zaman pərlər mərkəzdən-qaçma qüvvəsinin təsiri altında gövdənin daxili səthinə sıxılır. Rotor gövdə daxilində eksentrik yerləşmişdir. Odur ki, iki pər arasında olan həcm bir-birinə bərabər deyildir. Bunun nəticəsində də fırlanarkən təzyiq fərqi yaranır, sistemdə olan artıq hava pərlər vasitəsilə kənara ötürülür.
Vakuum-nasosu hərəkətə gətirmək üçün elektrik mühərrikindən istifadə olunur. Bunlar yarımmufta vasitəsilə bir-biri ilə əlaqələnir. Yarımmuftanın arxa tərəfində nasosu soyutmaq məqsədilə ventilyator yerləşdirilmişdir. Nasosun sorucu borusu yağ balonu ilə əlaqələnir. Yağ həmin balondan seyrəkləşdirilmiş hava ilə birlikdə nasosa daxil olaraq, onun hissələrini yağlayır.
Yağ balonu aşağı və yuxarı boğazcıqlar və orta silindrik hissədən ibarətdir. Boğazcıqlar sorucu vəzifəsini yerinə yetirir. Xarici borucuğa yağ tökülür. Yağ balo-nunun yuxarı başlığında yağ tökmək üçün istifadə edilən hava klapanı, aşağı his-səsində yağı boşaltmaqdan ötrü dozator qoyulmuş, balon xaricində isə onun sərfiy-yatına nəzarət etmək üçün müşahidə şkalası qondarlımışdır. Həmin müşahidə şkalasının bir bölgüsü 5 q yağa müvafiq gəlir. İynənin köməyi ilə yağ sərfiyyatını nizamlamaq mümkündür.
Vakuum nizamlayıcı sağım maşınlarında işçi vakuumu sabit saxlamaq üçün-dür. Müəyyən edilmişdir ki, inəklərin normal sağılması üçün vakuumun miqdarı 360-400 mm civə sütununun səviyyəsindən yuxarı olması inəyin əmcəyində müxtə-lif xəstəliklərin əmələ gəlməsinə, aşağı olması isə sağım sürətinin azalmasına və stəkanların inəyin əmcəyindən düşməsinə səbəb ola bilər. Vakuumun sabit saxlanıl-ması şərti refleksiya bir mühitə uyğunlaşdırılmaqla inəyin yaxşı süd verməsinə imkan yaradır. Vakuum-nizamlayıcı əsasən, gövdə, klapan və yükdən ibarətdir. Na-sos işləyərkən boruda seyrəklik yaranır, əmələ gəlmiş vakuumun təsiri ilə klapan və yük hissəsinə şaquli istiqamətləndirilmiş qüvvə təsir edir. Əgər həmin qüvvənin qiyməti yükün ağırlığından çoxdursa klapan yuxarı qalxır və xaricdən daxilə atmosfer havası dolur; bu qüvvə az olduqda isə klapan daima bağlı olur ki, bu da vakuumun normal səviyyəyə çatmasına imkan yaradır. Hazırda üç rejimli vakuum-nizamlayıcıdan geniş surətdə istifadə edilir.
Dostları ilə paylaş: |