M ü h a z I r ə №1 heyvandarliq fermer təSƏRRÜfatinin istehsalat prosesləRİ p L a n



Yüklə 2,73 Mb.
səhifə16/16
tarix20.05.2018
ölçüsü2,73 Mb.
#51021
1   ...   8   9   10   11   12   13   14   15   16

2. Yem sexinin texnoloji hesabatı.

Ferma və ya kompleksin illik yemə olan tələbatı hey­vanların sayından, tərki-bindən və yem rasionundan asılı olaraq təyin edilir. Yem rasionu heyvanın nö-vündən, məhsuldarlığın­dan, habelə yerləşən zonadan asılı olaraq seçilir.

Hər bir növ yemə olan tələbat aşağıdakı düsturla təyin edilir.

Rs=n1m1+n2m2+…+nnmn=, kq/sut (2.1)

Burada: ni - ayrı-ayrı qrup heyvanların sutkalıq yem tələbatı, kq; mi - ayrı-ayrı qrupdan olan heyvanların sayıdır.

İllik yemlərə olan tələbat aşağıdakı düsturla təyin edilir.

Pq =Psl tlR+Psz t3 R, kq (2.2)
Burada: PslPsz qış və yay dövrlərində sutkalıq yemlərə olan tələbatdır, kq; tlt3 - uyğun olaraq qış və yay dövrlərinin uzunluğudur (gün). Bizim respublika üçün qış dövrünün uzunluğu 150 qəbul edilir; R yemləri saxlama və daşıma zamanı itkiləri nəzərə alan əmsaldır (qüvvəli yem üçün R=1,01; kökümeyvəlilər üçün R=1,03; silos üçün R=1,1; yaşıl yem üçün R =1,05).

Sutkalıq yemlərin miqdarı təyin edildikdən (cədvəl 2.2) sonra ayrı-ayrı yemləmə vaxtında lazım olan yemlərin miqdarını bilmək üçün sutkalıq yem qrafi-ki qurulur. Qrafiki qurmaq üçün aşağıdakı cədvəldə ayrı-ayrı yemlərin müəyyən vaxt-da verilmə faizləri göstərilmişdir.

Bu faizlərə əsasən yemlərin miqdarı təyin edilir və sutkanın müəyyən vaxt-larından yem sərfi qrafiki qurulur. Yük qrafiki aşağıdakı kimi qurulur.

Cədvəl 2.3. Hər bir yemləmədə sutkalıq yemlərin paylanma faizi



Yemlərin adı

1 yemləmə

II yemləmə

III yemləmə

Qaba yemlər

50

-

50

Sulu-şirəli yemlər

30

40

30

Qüvvəli yemlər

35

35

30


Yemlərin hazırlanması, texnoloji xəttin seçilməsi və əsaslandırılması. Yemin hazırlanma texnologiyası təsərrüfatın şəraitindən, zootexniki tələbatlardan, yemlərin hazırlanma və emalı üsullarından asılıdır.

Heyvandarlıq fermalarında istifadə olunan maşınlarla yemin mexaniki, istilik, bioloji və biokimyəvi emalı aparılır.

Texnoloji əməliyyatı layihələndirmək üçün ilk növbədə bütün yemlərin emalı üçün texnoloji sxem çəkilir və maşınlar seçilir.

Yemlərin emal olunma sxemi qeyd olunduğu kimidir. Texnoloji xətlərin məh-suldarlığının və avadanlıqların texnoloji hesabatına imkan yaradır. Texnoloji xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir:



Wtl = , kq/saat (2.3)

Burada t texnoloji xəttin işləmə müddəti, saat; növbə­dən istifadə əmsalıdır.

Texnoloji xəttin məhsuldarlığı birbaşa hazır yemin saxlanma vaxtından asılı-dır. Zootexniki tələbata görə xırda­lanmış kökümeyvəli 1,5-2,0 saat müdətində saxlanılır. Onda kökümeyvəlinin emal edən texnoloji xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir.

W1tl = , kq/saat (2.4)

Burada n kökümeyvəlinin sutkada paylanma sayıdır, n=3.

Qüvvəli yemin hazırlanması, texnoloji xəttin məhsuldar­lığı aşağıdakı düsturla təyin edilir
W2tl = , kq/saat (2.5)

Burada ts2 - bir dəfədə maksimum miqdarda yemin hazırlanmasına sərf olunan vaxtdır.

Əgər qaba yem quru halda verilirsə, onda texnoloji xəttin məhsuldarlığı
Wztl = , kq/ saat (2.6)

Burada Psz sutkalıq quru halda verilən yemin miqdarı nəzərə alan əmsaldır. Əgər yemin hamısı quru şəkildə veri­lirsə, onda Pc=1 olur.

Qaba yem pörtləndikdə onun məhsuldarlığı
Wztl = , kq/ saat (2.7)

olar.


Burada Pc pörtlənmiş halda verilən yemin miqdarını nəzərə alan əmsal; Pv qaba yemi nəmləndirmək üçün lazım olan suyun miqdarı (1 kq qaba yemi nəmləndirmək üçün 1-1,5 l su sərf edilir. Onda: Pv=Psz(1-1,5) olur); ttc qaba yemin pörtlənmə zamanı prosesə sərf olunan vaxtdır,saat; Z qaba yemin pörtləndirilməsində proses-lərin sayıdır.

Pörtlədilmə vaxtı


Ttc=tz+tzs+t2 , saat (2.8)
Burada tz maşının yüklənmə vaxtı, saat; tzs qaba yemin pörtlədilmə vaxtı, saat; tv hazır yemin boşaldılma vaxtıdır, saat.

Çox komponentli yemlər hazırladıqda yem qarışdırıcı xəttin məhsuldarlığı aşağıdakı düsturla təyin edilir:



W5tl = (2.9)

Burada qarışığı daxil olan komponentlərin sutka­lıq miqdarıdır.



=P1+P2+…+Pn (2.10)

tts qarışdırma vaxtı (tsiklə), saat; Z tsikillərin sayıdır.

Zootexniki tələbata görə yem qarışığının nəmliyi aşağı­dakı düsturla təyin edilir


W = (2.11)
Burada q rasionda olan ayrı-ayrı komponentlərin kütləsi, kq; h hər bir kom-ponentin nəmlik əmsalı; Gb suyun kütləsi, kq; Gk buxarın kütləsidir, kq.

Nəmlik əmsalı qüvvəli yem üçün 0,14; kökümeyvəli üçün 0,82; silos üçün 0,65; qaba yem üçün 0,16; yaşıl yem üçün 0,75; üzsüz süd üçün 0,91-dir.

Sənaye tullantıları hazırlayan texnoloji xəttin məhsuldar­lığı
Wtx = (2.12)
Burada sənaye tullantıların qeyri-bərabər veril­məsini nəzərə alan əmsal; q bir heyvana sutkada verilən tullantının miqdarı, kq; m heyvanların sayı; R yemlərin sayı (R=2…3); t zootexniki tələbata görə tullantının hazırlanma vaxtı­dır(san/t, t=3600…7200 s).

Texnoloji sxemə görə maşın və avadanlıqlar seçilir. Hər bir marka maşının sayı aşağıdakı düsturla təyin edilir.


n = (2.13)
Burada Wm seçilmiş maşının məhsuldarlığıdır, kq/saat.

Bundan sonra hər bir maşının faktiki işləmə müddəti təyin edilir.


t = , saat (2.14)

Yemlərin hazırlanmasında texnoloji əməliyyatlar, yem­lərin yüklənməsi və sexə daşınmasından başlanır. Daşımaq üçün qoşqular və yempaylayıcılardan istifadə edilir. Nəqliyyat aqreqatının məhsuldarlığı aşağıdakı düsturla təyin edilir.


Wts = , kq/saat (2.15)
Burada Vk kuzanın həcmidir, m3 ; kuzanın dolmasının nəzərə alan əmsalıdır (=0,75…0,85); yemin sıxlığıdır; kq/m3 ;

ts = tn +tgl+tv +txx (2.16)
Burada tn yükləmə vaxtı, saat; tdl yüklə birlikdə hərəkət vaxtı, saat; tv boşaltma vaxtı, saat; txx boş gediş vaxtı, saat.

Nəqliyyat aqreqatlarının sayı aşağıdakı kimi təyin edi­lir:


n = (2.17)
Burada Wtl nəqliyyat aqreqatının məhsuldarlığıdır, kq/saat.

Daşınmış sexdə bunkerə doldurulur. Həmin bunkerin həcmi


Vn = (2.18)

Burada n yem paylanmasını nəzərə alan sutkaların sayı (süd üçün n=1, kökümeyvəli üçün n=1,3, quru ot üçün n=2…4, qarışıq yem üçün n=3…6); R bunkerin həcmindən istifadə əmsalıdır (R=0,7…0,75 mexaniki üsulla; R=0,8…0,9 əl ilə boşal­dıqda).

Avadanlığı elə seçmək lazımdır ki, ondan sonrakı maşı­nın məhsuldarlığı əvvəlkindən 5…8 dəfə artıq olsun.

Yem sexinin sahəsi bir neçə üsulla təyin edilir. Layihə üçün keçidləri nəzərə alan əmsaldan istifadə edərək


Fn = (2.19)
alarıq. burada: f1 maşın və avadanlıqların altında qalan sahə, m2; r istehsalat sahəsinin doldurulmasını nəzərə alan əmsaldır (r=0,3…0,4).

Sutkalıq suya tələbat


Qor sut= ng, m3 (2.20)

Burada n quru halda olan yemlərin kütləsi, kq; g yem sexinin sutkalıq suya olan tələbatıdır, l/kq, Yem sexinin su normasına olan tələbat aşağıdakı kimidir:

1 kq hesabına qüvvəli yem üçün 1…1,5 l;

donuzlar üçün yem qarışığı 0,5…1,0 l;

qaba yem üçün 0,1…0,8 l.

Yem sexinin sutkalıq su sərfi aşağıdakı kimi olur:


Qsaat= (2.21)
Burada sutkalıq qeyri-müntəzəmlik əmsalıdır, =2…4 qəbul olunur.

Sutkalıq isti suya olan tələbat


Q2 = (2.22)
Burada Gcl sutkalıq yemə əlavə olunan suyun miqdarı, m3; tq isti suyun temperaturu, 0S; tci qarışdırılan suyun temperaturudur, 0S; txx soyuq suyun tem-peraturudur, 0S;

Qış dövründə sərf olunan buxarın miqdarı aşağıdakı for­mula ilə təyin edilir.



Q=Qyem+Qbina=qnPc+qopV (2.23)
Burada qn xüsusibuxar sərfi, kq/kq; qop binanın qızdı­rıl­ma­sına sərf olunan buxarın miqdarı, kq/m3; V binanın həcmidir, m3

V=Fnh (2.24)

Burada h binanın hündürlüyüdür, h=4…5 m.




Şəkil 2.1. Sutkalıq iş qrafiki və saatlar üzrə elektrik

enerjisi sərfi qrafiki


Yem sexində istehsalat prosesləri üçün buxar sərfi nor­ması (kq) a aşağıdakı kimidir: 1 kq kökümeyvəli üçün 0,15…0,20; 1 kq qüvvəli yem üçün 0,20…0,25; 1 kq qaba yem üçün 0,30…0,35; 1 kq suyu 870 S qədər qızdırmaq üçün 0,20…0,25; 1 saat ərzində 1 m3 binanı qızdırmaq üçün 0,50…0,75.

Saatlıq su sərfinə və buxara görə borunun diametrini təyin edə bilərik.



Dt=2 (2.25)

Burada Qt isti suya olan hesabat sərfi, m3/san; V suyun hərəkət sürətidir, m/s (xaricdə borudakı suyun sürəti V=0,4…1,4 m/san; daxildə V=1…1,75 m/san).

Sutkalıq elektrik enerji sərfi
Esut=(N1t1+N2t2+…+Nntn)R (2.26)

Burada: Ni yem sexində olan maşınların ümumi gücü, kVt; ti ayrı-ayrı maşınların işləmə müddəti, saat; R maşınların işə düşməsinin sayıdır.

Elektrik enerjisi, su və buxar sərfini saatlar üzrə bərabər bölmək üçün sutkalıq iş qrafiki və saatlar üzrə elektrik enerjisi sərfi qrafiki qurulur (şəkil 2.1).

Avadanlığın quraşdırılmasına tələbat və istehsalat sahələrinin hesablan-ması. İstehsalat xətti avadanlığının quraşdırılması aşağıdakı ardıcıllıqla aparılır. Əvvəlcə yığım sxemi və çertyoju tərtib olunur, sonra xəttin avadanlığının quraş-dırılması üçün lazım olan istehsalat sahələrinin müəyyən olunmasına başlanılır.

Yığım sxemi və çertyoju. Layihənin yığım hissəsinə məsləhət görülən əsas tələblər ondan ibarətdir ki, o kifayət dərəcədə hərtərəfli işlənilmiş olsun, xəttə (ob-yektdə) texnoloji avadanlığının montajını az əmək və material sərf etməklə yüksək keyfiyyətlə iş görülmüş olsun. Layihənin bu hissəsinin tərkibinə boru çəkiliş sxemi, istilik vermək və ventilyasiya, işıqlandırma və güc şəbəkəsi, həmçinin fundamentin çertyoju, xəttin əsas və yardımçı avadanlığının yerləşdirilməsi sxemi daxildir. Yığım və çertyoj sxeminin bağlanılma həcmi, boru çəkilişinin möhkəmliyini, divarların düzgünlülüyünü və s. göstərir.

Texnoloji avadanlıq üçün nominal bağlanma həcmində icazə verilən dəyiş-kənlik = 25 mm, boru altı anker boltları üçün 10 mm qəbul olunmuşdur.



Xəttin istehsalat sahələrinin yerləşməsi. Xətti əhatə edən ümumi sahə - sahələrdən, maşınların tutduğu yerlərdən, dayaqlarin, bunkerin nəzarət aparatlarının və idarənin, həmçi­nin giriş, gediş meşə çəpəri, avadanlıqların təhlükəsizliyinin saxlanılmasından və s. ibarətdir (şəkil 2.3).

Təxmini və nəzərdə tutulmuş hesabat layihə tapşırığının işlənilməsi zamanı aparılır. Sahədə maşınların yerləşdirilməsi üçün xəttin istehsalat sahəsi Se düsturu ilə hesablanır.




Şəkil 2.3. İribuynuzlu malqara yem sexləri üçün texno­loji

avadanlığın sutkalıq iş qrafiki



Se=, m2 (2.27)

Burada R=0,3…0,4 istehsalat sahələrinin doldurulma əmsalı; S xətdə maşın və avadanlıqların tutduğu sahənin cəmi.

Yardımçı tikintilər üçün anbar, məişət tikintiləri, labo­rotoriyalar, və s. Sahələr uyğun normalar üzrə təyin olunur. İstehsalat və köməkçi sahələrin sahəsini qəti olaraq təyinində modelləşdirilmiş üsuldan, 1:100 yaxud 1:200 istifadə etməklə, kartonu kəsməklə maşının konturu (üstdən görünüşü) təyin olunur. Beləliklə maşının yastı modeli yaradılır. Bundan sonra millimetrov kağızın üzərində maşının modeli yerləşdiri­lir. Xəttin konstruktiv texnoloji sxeminin işlənilməsinə uyğun olaraq işlərin ardıcıllıqla aparılmasına cavab verən maşınların daha məqsədyönlü yerləşməsini tapmaqdan, həmçinin texniki təhlükəsizliyini və orqanların yanğından qorunması tələblərini ödəməkdən ibarətdir. Bu, xətdə texniki avadanlıqların yerləş­dirilməsi tələb olunan istehsalat sahələrini düzgün tapmağa imkan verir. Həcmi modelləş-dirmə üsuluda məlumdur. Bu əsasən çox etajlı istehsalat tikintilərində istifadə olu-nur.

3. Suyun, buxarın, elektroenergiyanın xərclənməsinin hesablanması və sut-

kalıq qrafikin tərtibi.

Suyun həcmini təyin edəndə, sutka ərzində normaya uyğun olaraq layihələşdi-rilən fermaya, istehsalat məntəqələ­rinə, xəttə, yaxud yaşayış bölməsinə verilən su-yun miqdarı hesablanılır.

Tələbatı ödəmək üçün su məsarifi texniki tələbatı və yanğını söndürmək üçün təsərrüfatda tələb olunan su ilə təmi­nat, yaxud layihələşdirilən məntəqədə yerli şərait nəzərə alınmaqla hesablanılır.

Məsarif olunan suyun orta sutqalıq həcmi Qort.sut. aşağı­dakı düsturla hesablanır


Qort. sut=q1m1+q2m2+…+qnmn , l/sutka (3.1)
Burada q1, q2 , … orta sutqalıq su məsarifi; m1, m2, … bu növbedicilərin sayıdır.

Su çəkilən istifadəlik yükü Qsaat aşağıdakı düsturla hesablanır


Q saat = , l/saat (3.2)

Burada =2…4 suyun sutkalıq qeyribərabərlik seçilmə əmsalıdır.

Suyun məsafiri və ehtiyatı "Kənd təsərrüfatı müəssisə­lərində və yaşayış yer-lərində layihə tikintisində yanğına qarşı norma" təlimatı - BSN-01-58 aparılır. Layi-hələndirilmədə daxili suvermədə şəbəkə kondinsator xətti ilə süd və vakuum - kəmər, elektrokabel və s. əlaqələndirilməlidir.

Təsərrüfatda qış dövründə buxar məsarifi yaya nisbətən bir qədər yüksəkdir, nəinki yayda.

Texniki ehtiyacda buxar məsarifi qışda istilik üçün əlavə olunur. Ona görə istixanalarda buxar yükü məsarifində işin qış şəraiti nəzərə alınmalıdır. Sutkalıq bu-xara tələbat Rsut istiliyə sərf olunan və texnoloji ehtiyaca sərf olunan R cəmləşdirilir.
Rsut = R ot + R , kq (3.3)
Binanın isidilməsi və texnoloji proseslərdə buxara tələ­bat aşağıdakı disturla hesablanır (cədvəl 7.3)

Pot= Ri Qi , kq (3.4)

Burada Ri buxarın məsarifi, kq/kq; Qi işlənilməkdə olacaq məhsulun çəkisi və binanın həcmi; kq yaxud m3

Südün qızdırılması və pasterizə olunması da xüsusi düsturda hesablanır.
Cədvəl 3.1. Bir sıra işlərdə buxarın məsarifi


İ ş i n n ö v ü

Buxarın sərfi; kq

Yem və süd sexində 1 m3 tikintinin qız-dırıl­ması

0,5 - 0,7

Bir süd flyaqasının buxar verilməsi

0,2 - 0,25

Süd boru sisteminin sterifləşdiril-məsi

25 – 50

1 kq kökümeyvəlilərin pörtlədilməsi

0,16 - 0,18

1 kq küləşin pörtlədilməsi

0,30 - 0,35

1 litr suyun isidilməsi 280-dən 3000 K

0,20 - 0,25

İstilik hesabatı və texnoloji ehtiyac üçün məlumat əsasında buxarın sutkalıq qrafiki çəkilir. Bu qrafikə daxil edilir - maksimum saatlıq yük n maks, qazanda buxarın isitmə sahəsi S1



S1 = (3.5)

Burada nkotl qazançanın buxar məhsuldarlığının xüsusi çəkisi (məişətdə qazanxanada təzyiq) 0,07Mn/H2 nkotl=20…24 kq/m2 saat müəyyən sahənin isinməsi və işçi təzyiqinə əsaslanaraq və zavodun katoloqundan istifadə edəcək buxar QAZ axananın tip və markası seçilir.

Fermaların istehsalat xəttindəki bütün maşınlar elek­tromühərriklər tərəfindən hərəkətə gətirilir. Energiya sərfi üzrə onlar tələb olan gücə, bərabərlik dərəcəsi və elektrik enerjisinin sutkalıq məsarifinin həcminə görə xarakterizə olu­nur. Sutkanın saatları üzrə elektrik yükünün düzgün bölüş­dürmək və məntəqənin daxili iş qayda-sına əlaqələndir­mək üçün, texnoloji avadanlıq və elektroenerjiyə tələbatı üzrə sutka-lıq qrafik tərtib olunur.

3.1. saylı şəkildə 800-1000 başlıq qaramal üçün yem­hazırlayan sexin iş qrafiki nümayiş etdirilir.




Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin