M üəllifdən


Əkinçi qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr



Yüklə 4,22 Mb.
səhifə12/38
tarix01.01.2022
ölçüsü4,22 Mb.
#103270
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

Əkinçi qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr


Beləliklə, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. Nəhayət, Həsən Bəy Zərdabinin 50 illik yubleyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.

==============================================================================Nəcəf bəy Vəzirov - Azərbaycan dramaturgiyasının inkişafında onun ideya – estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan görkəmli şəxsiyyət. Bütün içtimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən bu sənətkar ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal – patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.



Həyatı Şakir Ulubəyli
(Bozqurdlar Vadisi)

Azərbaycan Bozqurdları http://www.youtube.com/watch?v=MkKN20X31sA



M i l l ə t ç i l i k


Birinci kitab

Müəllifdən
Səkksən altı yaşlı,el şairi,qəlbi vətən eşqi ilə döyünən, şeyirlərində türk millətim, müstəqill Azərbaycan dövlətim deyib, vətəni vəsv eliyən atam Məhərrəm Mahinin xeyir duası ilə “Bozqurdlar Vadisi” kitabını yazdım. Qırx il qabaq mən əsgər olanda mənə həsr etdiyi şeyirin misralarında mənə verdiyi əmrin hökmü ilə bu ağır missiyanın həyata keçirilməsinə qərar verdim.
İndi ellər oğlusan,

Məndən uzaqlardasan.

Vətənin keşiyində

Çətin sınaqlardasan.

Mən tək dayandım sənin

Keşiyində bir zaman,

Sənsə Azərbaycanın

Keşiyində durmusan.


Sən qəhrəman əsgər ol,

Ellərin xoşhal olsun,

Vətənin duz çörəyi

Qoy sənə halal olsun.


Oğlum Turana və millyonlarla Azərbaycan Türk millətçisinə ərməğan edirəm.

Yüzlərlə Azərbaycan Türk ziyalısı kimi mən də həyatımı millətimin yolunda bir millətçi türk kimi qurban deyirəm.

Yalnız millətimin qarşısında diz çöküb, onun var olması üçün TANRIMDAN dualar dilədim.Mənim üçün müqəddəs varlıq millətimin maddi və mənəvi dəyərləridir.

Öncə millət, sonra din və siyasət.

Öyündüyümüz Ulu millətimizin keçmişi ilə, qürur duyacağımılz gələcək üçün fəaliyyət göstərmək, milli dəyərlərimizin əsgəri olmaq,onun keşiyində durmaq, onu müasirləşdirmək, dünya düzəninə uyğunlaşdırmaq.

Millətəimizin bütün keçmişi bizimdir, qürur gətirəni də utanc verənidə.

Biz var idik, varıq, var olacağıq.

TANRI dünyaya ədalətin bərpasını Ulu Türk millətimizin zəkası ilə bərqərar olacağını buyurdu.

Mərkəzi Türkiyyə olmaqla Turan ittifaqı,

Turan Parlamenti, Mədəni birlik, İqtisadi birlik, Kömrük birliyi,Sərhədlərin birgə qorunması, Müdafiə ittifaqı,.

Hədəfimiz Turandır.
Bu gun dünyada qurulan sistemlər,aparılan siyasət, savaş qaydaları,sərvətlərin bölünmə metodları, Türkün zəifləməsinə, Türk dövlətlərinin birləşməsinin əlehinə, Ulu Türk millətinin bütövləşməsinin əksinə yönəlmişdir.

Etnik qurupları daxildən silahlandırıb, Türk dövlətlərinin qüdrətini sarsıtmaq bizə qarşı yönəlmiş əxlaqsız siyasətin ən təhlülkəli istiqamətidir. Avropa birliyinə daxil olmağa on illərdir imkan verməmək, qonşu dövlətlərlə siyasi münasibətlərin nizamlanmasına maneçilik törətmək bütün türk dünyasına qarşı yənəlmiş məkrli siyasətdir.

Bəs biz, dünyaya hökm edən türklər, bu düşmən güclər qarşısında geri cəkiləkmi?

Əsal. Bozqurdlar heç vaxt geri çəkilməzlər.

Bütöv Azərbaycan, Şimallı Cənublu birləşib bir dövlət,sonra isə Türkiyə ilə konfedarativ əsaslarla ittifaq yaratmaq.

Bozqurdların yaxın hədəfi budur.

Hədəf Turandır.

Hiyləyə hiylə ilə, tələyə tələ ilə, riyakar siyasətə ikaiqat riyakarlıq, təzyiqlərə təzyiq, savaş istəyənlərə savaşla cavab vermək, millətçi dünyagörüş ilə səbr və təmkinlə, zəkanın və idrakın gücü ilə ali məqsədə döğru cəsarətlə irəli.


“Azərbaycan Bozqurdları” (Bozqurdlar vadisi) ,TÜRK millətçi dünyagörüşünün mahiyyəti haqda, yazılmış kitabdır. Azərbaycan Türk millətçiliyinin əsaslarını əhatə edəcək iki kitabdan birincisidir.
Birinci kitab tamamlanmış,hissə-hissə TURAN strateji araşdırmalar mərkəzinin turansam orq saytında dərc edilmişdir.Haliyyədə çap olunmaq üçün nəşriyata təqdim olunmuşdur. Onun yüksək səviyyədə tərtibatı və dizaynı, həm elektron variantı, səsli, musiqi ilə, həm kitab variantının millətimizə layiqli bir səviyyədə ərsəyə gətirilməsi ULU millətimiz qarşısında olan borcumuzun kiçik bir ödənci olardı.

Bunun üçün türk millətçi iş adamlarının köməyinə ehtiyacımız var.

Bizimlə həmrəy olan əqidədaşlarımı, və Bozqurd adını müqəddəs bilənləri mənimlə əlaqə saxlamaq üçün bu ünvanlara müraciət etmələri rica olunur.

Tel: (994 50) 622 30 42 bozqurd.sh@mail.ru



www.shakirulubey.azersayt.com
Hörmətlə Şakir Ulubəyli. Yazıçı politoloq.


Birinci bölüm

“Bozqurd” Türk millətinin xilas, qurtuluş və azadlıq rəmzidir.
Tarix boyu Türk millətinin ən ağır, çıxılmaz məqamlarında hər bir türkün qan yaddaşından əzəmətli bir varlıq doğulur bu Bozqurdur.
Kommunist ideoloqları nəinki Bozqurd, hətta türk adının deyilməsini bizə qadağan etmişdi.1920 ci ildən qabaq nələr olduğu haqda heç bir məlumat ala bilmirdik. Bizim tariximiz, miliyətimiz, dövlətçilik ənənələrimiz, tam məxfi olaraq KQB arxivlərində gizlədilirdi.

1986 –ci ildə milli oyanış hərakatı,başlandı və milli mənəvi dəyərlərin üzərinə çəkilmiş qalın qara pərdə yavaş –yavaş qaldırılmağa başlandı.

1989- cu ildə başlayan Milli Azadlıq hərakatı, Azərbaycan Xalq Cəbhəsi adı ilə təşkilatlamağa başladı.

Bu anı, Azərbaycan türkləri sanki min ilidiki gözləyirdi. İllərlə kommunist-represiya rejiminin xofundan susmuş insanlar, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularının nəslindən qalanlar, 1937 ci ildə represiya edilmiş ailələrin övladları, Qazağıstan çöllərinə sürgün edilmiş insanlar sanki azad olacaqları günün çoxda uzaqda olmadığını hiss edirdilər.

Siz yetmiş il sovet zindanında hər an öldürüləcəyi qorxusu ilə təhdid edilən bir insanın, pıçıltı ilə “Azadlıq” deyib hönkür-hönkür ağladığını görmüsünüzmü. DTK- nın qorxusundan soyadını dəyişmiş hansı nəsildən olduğunu gizlətmiş, yaşlansada öz gözəlliyini, zədəganlığını, nəcibliyini saxlamış bir xanımın mən Zenalabdin Tağıyevin, Nəsibbəy Yusifbəylinin,Məmmədəmin Rəsulzadənin, Şəmsi Əsədullayevin nəslindənəm, deməsi, sonrada öz səsindən xoflandığını görmüsünüzmü?
Milli Azadlıq hərəkatının ən güclü vaxtlarında sanki qan yaddaşımdan, bir ad beynimdə dolanırdı. Bu şüraltında bəlkədə məndən qabaqkı nəsillərin minillik yaddaşından gəlib mənə çatmışdı. Sovet İmperiyası kimi türkün qanına susamış qanicən bir rejimlə vuruşan əsl Azərbaycan türkünün qan yaddaşında BOZQURD oyanmalıidi.

Kommunist təbliğatına görə Bozqurd terrorist bir təşkilatdır və onun hətta adını çəkmək cinayətdir. Daşnaksütun, Asala, və digər buna bənzər erməni beynəlxalq terror təşkilatları, ULU TÜRK MİLLƏTİMİZİN ən böyük dahilərini terror edərək öldürənlərə teror damğası vurmurdu. Amma BOZQURD Türk millətini kommunist rejimindən müdafiə edəndə terrorçu olurdu.

Mən cəbhənin üzvülərini yanında Bozqurd adı çəkəndə, bəziləri yan –yörəsinə baxırdıki birdən eşidən olar.

1990 –cı ildə qanicən sovet ordusu vətənimizə basqın edərək artıq bir əsrdə ikinci dəfə ölkəmizi işğal elədi.Yüzlərlə vətəndaçımız tankların altında qalıb həlak oldu, minlərlə insan yaralandı.

1990-cı il yanvar faciəsi qurbanlarının matəm gününün səhərisi Bozqurd təşkilatının yarandığını,Mən, Namizəd bəy, Mirfazil,Güloğlan elan etdik.


Mən bir bəyanat hazırladım, bu yanvar faciəsini hazırlayanlar, və həyata keçirənlər haqda nifrət dolu bir hayqırtı idi. Son cümləsi isə belə idi- Əgər, tərkibi erməni daşnaklarından ibarət olan işğalçı sovet qoşunları təcili respublikanı tərk etməsə...............

Biz bu bəyanatın üzünü çıxardıb şəhərin hər yerinə yaydıq.Rus ordusu daxilində bu vərəqələr çaxnaşma, və xof yaratmışdı. İşğalçı ordu belə bir təşkilatın varlğını ağlına gətirə bilməzdi.

Gecə ikən Bakıya daxil olan saqqallı erməni muzdurlarından ibarət terrorçular, hadisənin səhərisi ÖLKƏNİ TƏRK EDİB GETDİLƏR.

Fövqəladə vəziyyət rejimi bir neçə il davam elədi .İşğalçı ordu yerli nökərlərinin köməyi ilə xalqımızın inamını sarsıtmağa çalışırdı. Sanki onlar bizim mübarizə əzmimizi qırıb, sonradan ərazilərimin işğalı üşün zəmin hazırlayırdılar.

Yanvarın 20-sində Azərbaycanı işğal etmiş milliyətləri nəmalum olan ordunun əsgər və zabitləri xalqımıza divan tuturdular.Gecə ikən Bakı şəhərinə tanklar, btr, bmp deyilən ağır texnika ilə dörd yandan hücuma keçən qırmızı ordu qarşısına çıxan hamını məh edirdi.Evlərə,binalara,atəş açaraq şəhərdə eləbir vəhşət törətmişdilər ki, hələ bu günə qədər heç bir millətə qarşı bu rəzalətə rast gəlinməmişdi.Bu həmin gecə ilə bitmədi, fövqəladə rejimin aylarla davam etdiyi dövr ərzində komendant saatı tədbiq edildi və axşam saat 11-dən səhər saat 8-dək heç kimin küçəyə çıxmaq iztiyarı yox idi.

Bax elə bu müddətdə əsl rəzalət başlayırdı, ən ağlasığmaz cinayətlər törədilirdi işğalçı ordu tərəfindən. KQB- nin yerli stukaç-satqınları təfindən bələdçilik etməklə evlərə və məhlələrə soxulur, Xalq Hərəkatı üzvlərini axtarmaq bəhanəsi ilə əllərində aftomatlarla silahlanmış onlarla vəhşi ova çıxırdı. Komendant saatından da əlavə gözlərinə bir qədər xoş gəlməyən adamları komendaturaya aprır, ordakı zirzəmilərdə səhərə qədər işgəncə veriridilər. Vəzifəli, imkanlı, pullu adamları tutub, Xalq Cəbhəsinə yardım etməklə suçlayıb qorxudaraq,var dövlətlərini, qızıl briliyantlarını,qiymətli antikvar əşyalarını əllərindən alırdılar.

Azərbaycan xalqını təhqir edir, alçaldır,və onun hətda sovet sistemində belə qoruduğu Milli qürurunu əzirdilər. Həmin yanvar günlərində yenicə yaradılmış təşkilatın Bozqurdlarından biri qaniçən əsgərlərdən birini alladıb ayaqyoluna aparıb onu diz çökdürüb başını pisliyin içinə soxanda o yalvararaq deyirmiş ki, bizi bura gətirəndə dedilər ki, sizi Əfqanıstana aparırıq.

Otuz ninə yaxın Xalq Cəbhəsinin nümayəndəsini həbs etdiilər, onların böyük bir hissəsini Rusiyaya və digər Respublikalara apardılar , minlərlə xalq hərəkatının üzvü işdən çıxarıldı. Sovet imperiyasını lərzəyə gətirmiş. dünyanın ən qaniçən diktaturasını silkələmiş Azərbaycan Xalq Hərəkatını dağıtmaq üçün Azərbaycani işğal etsələrdə öz məqsədlərinə çatmadılar.

Çünki Azərbaycan Xalq Cəbhəsi elə Azərbaycan xalqının özü idi.
1989-cu iln yayından təşkilatlamağa başlayan Xalq Cəbhəsinin işində fəal iştirak etmiş və bir siyasi təşkilatın formalaşmağında təcrübə toplamışdım. Həmin illər Sovet hökümətinin başçısı M.S.Qorboçovun aşkarlıq siyasəti xalqın siyasi işlərdə fəallığını artırmışdısada Azərbaycanda kommunust rejiminin sovet qanunları hələdə qüvvədə idi və hakimiyyətdə olan bürokratlar heç də bu aşkarlıq siyasətinin tərəfdarı deyildilər. Onlar Xalq Cəbhəsinin təşkilatlamığına maneçilik törədir bizi izləyir və həbs edirdilər.Minlərlə fədəkar insan heç bir təmənna güdmədən , sovet represiya maşının dan, KQB-nin cəza dəstələrindən, sovet-kommunist sisteminin əsarətdə saxladığı millətlərin içərisində yetişdirdiyi satqınlarından ,milisdən qorxmadan, çəkinmədən Calq Cəbhəsinin təşkilatlanmağında iştirak edirdilər. *

Yadıma gəlir həmin dövrdə 1989-cu illərin axırlarında artıq Ermənistandan Türklər öz evlərindən zorla çıxarılırdılar və onlar Bakıya gəlməyə başlamışdı.Onların bir hissəsi Bakının ətrafında Mehdiabad qəsəbəsində məskulaşmağa başlamışdı.Onlardan müraciət daxil olmuşdur ki KƏNDƏ Xalq Cəbhəsini təşkilatını yaratmaq istəyirik.

Onların nümayəndəsi öz maşını ilə şəhərə gəlib o vaxt Baksovet- Bakı şəhər icra hakimiyyətində işləyən Rövşən bəylə məni kəndə apardı .Bu fədəkar, heç bir təmənnası olmayan nəndən 10 yaş böyük, təcrübəli savadlı bir inqilabşı idi Rövşən bəy. İxtisasca tikinti mühəndisi olan uzun illər metro tikintisində işləmiş bu cəsur adam heç kimdən qorxmadan çəkinmədən çağırılan hər yerə gedir orda Xalq cəbhəsinin təşkilatlanmağında misilsiz əmək sərf edirdi.Biz Mehdiabada daxil olanda mərkəzi meydan deyilən kolxoz binasının qabağında yüzlərlə insan yşğılıb bizi gözləyidi. Binaya yaxın yerləşmiş tribunada çıxış etmək üçün hər bir şərait hazırlanmışdı. Biz tribunaya qalxanda meydandakı insan seli hərəkətə gəlib bizi alqışladılar. Baxmayaraq ki, bundan qabaq Rövşənlə bir neçə müəssisədə biz birlikdə Xalq Cəbhəsinin özəklərini yaratmışdıq. Lakin açıq ərazidə bu qədər geniş və coşqu ilə, birinci dəfə idi rastlaşırdım. Bizi danışmağa imkan verməyərək alqışlayır, şuarlar səsələndirirdilər.Tədbirin ən gur məqamında eyni vaxtda yeddiyə qədər minik maşını sürətlə meydana tərəf gəldilər. Bu maşınlar dövlət məmrlarına məxsus maşınlar idi.Abşeron rayonunun bütün vəzifə sahibləri burda idi .Polis rəisi, dtk, ispolkom, və digər məmurlar nə baş verdiyini anlamayaraq qoxu ilə tribunaya yaxınlaşırdılar. Camaat onların bizə yaxınlaşmağına imkan vermədilər .İspolkomun sədri olan qadın daha çox cənfəşanlıq edirdi. Heç kim meydanı tərk edib getmir və məmurların hərəkətinə qəzəblə təpki göstəriridilər.Polis rəisi bizi kolxoz sədrinin kabinetinə dəvət etdi. Onlar yəqin fikirləşirdilər ki, hamı dağılışıb gedəcək və onlar bizi həbs edib polis idarəsinə aparıb orda öz üslublarında sorğu sual edəcəklər. Biz kabinetə daxil olanda artıq orda ona yaxın vəzifəli şəxs oturmuşdu.İlk danışan ispolkomun sədri qadın qışqırq-qışqıra,

- Siz kimsiniz ə, qudurmusunuz, kim sizə ixtiyar verib ki, bizdən icazəsis rayona gəlib burda ictimai qaydaları pozasınız o bir nüddət ağzı köpüklənə -köpüklənə hədyanlar yağdıraraq danışdı.

Sonra polis rəisi və digərləri qayda qanunları bizə izah edib bizim həbs olunduğumuzu elan edib bizimlə getmələrini tələb etdilər.Rövşən bəy onlara sakit- sakit təmkinin pozmadan bütün məsələləri izah edib heç bir qanunsuz iş görmədiyimizi onlara başa salmağa çalışsada xeyri olmadı .

Elə bu vaxt meydana yığışmış camaatdan elə bir hayqırıq səsələri gəldi ki, binanın bir neçə şüşəsi sındırıldı və biz oturduğumuz otağın qapısı zorla açildı. Bizi ora dəvət etmiş təşkilatçılar icəri daxil oldular,İspolkomun sədri qorxusundan otağı tərk eləyib maşınına oturub aradan çıxdı. Mehdiabad camaatı dedilər ki-

- Əgər onlar sağ-salamat şəhərə qayıtmasa camaat kolxoz binasını dağıdacaqlar.Onlar polisi kolxoz binasından çıxmağa qoymadılar. Bizi gətirən dolubədənli qaraynız hündürboy oğlan qaz-24 maşını ilə bizi gizli yollarla şəhərə gətirdi və evimizə qədər bizi yola saldı.

Belə hadisələr hər gün bizim başımıza gəlirdi.Sonralar mən artıq xeyli təcrübə toplayıb peşəkarlaşmıdım. Müəssisələrə ,idarələrə,institutlara, rayonlara tək gedirdim və orda təşkilatın nizamnaməsinə uyğun özək yaradıb onun protokolunu Xalq Cəbhəsinin təşkilat şöbəsinə verirdim.

İndi Respublikada çox məhşur olan siyasi təhlilçi, jurnalist Rauf Mrqədirovda Xalq Cəbhəsini təşkiltlanmağımda fəal iştirak edib mənə köməklik göstərirdi.

Səbail rayon o vaxt 26-lar rayonu ərazisində elə bir zavod, fabrik, müəssisə, muzey, institut idarə yox idiki mən və mənimlə fəliyyət göstərən bəylər orda Xalq Cəbhəsinin özəyini təşkil etməyək .

Sonralar Respublikada vəkil kimi məşhurlaşan Namizəd Səfərov, hal hazırda Xalq Cəbhəsi Partiyasının məclis sədri Həsən Kərimov və Milli Məclisin üzvü, millət vəkili Fəzail Ağamalı, və fədəkar qadın Dilşad xanımla birlikdə milli Azadlıq hərəkatının təıkilatlanmığında həyatlarını belə qurban verməyə hazır olan onlarla fədai öz üzərlərinə düşən bu müqəddəs missiyanı həyata keçirirdilər.

Bir dəfə yarım hərbi, bir başa Moskvaya tabe olan gəmi təmiri zavodunda təşkilat yaratmaq üçün məni dəvət etdilər.İndi məhşur siyasi analitik olan Rauf Mirqədirovada qərargahda idi.Onu da apamağımı təkid etdi.Mən ona bu işlərin çox təhlükəli olduğunu, başıma nə gələcəyini bilmədən heç nədən çəkinmədən gedirəm . O çox xahiş etdi və biz birlikdə həmin zavoda getdik. Bizi zavodun qarşısında qarşıladılar. İrmiyə qədər zavod işçiləri içində qadınlarda var idi. Təbi ki, bizi icəri buraxmadılar və belə bir tədbirin burda keçirilməsini qeyri mümkün olduğunu dedilər. Mən zavod rəhbərliyinə bəyan elədim ki, onda təşkilatın yaradılmasını elə zavodun qarşısında elan edəcəm və burda iclas keçirdəcəyik.Zavod rəhbərliyindən bir nəfər gəlib bizi direktorun kabinetinə dəvət etdi.Biz içəri daxil olduq .Direktor yaşlı bir rus mujiki idi Müharibə veteranı dolu bədənli hündürboy bir kişi idi. O rus dilində danışmağa başladı, mən isə Türkcə. O çox çalışdı ki, mən rusca ona cavab verim, baxmayaraq ki, rusca bilirdim, lakin onu məcbur etmək istəyirdim ki, bu millətin çörəyin yeyisiniz amma dilini öyrənmək istəmirsiniz.

Rauf bir neçə dəfə istədi ki, rusca ona cavab versin lakin mən ona öz dilimizdə danışmağı məsləhət bildim. Sonra mənim dediklərimi tərcümə etdilər, və mən bu rus mujikini inandıra bildim ki, Qarboçovun özü bu yenidənqurmanı, aşkarlığı elan edib.

Sanra o bizə akt zalında bu tədbirin keçirilməsinə şərait yaratdı.

*******

Bu bir fenomenal ictimai siyasi və tarixi hadisə idi. Sanki biz yetmiş il sovet rejiminin əsarətində yaşamamışdıq, yetmiş il bizə Türk sözünü işlətməyi, türk musiqisinə qulaq asmağı, qadağan etməmişdilər.Azərbaycan Demokratik Cümhuriyyətini üç rəngli bayrağını meydana gətirilən günü insanların üzündə olan ilahi sevinci görmək bir ömür yaşamq qədər əzəmətli idi. Göz yaşlarını saxlaya bilməyən 70-80 yaşlı, babalar nənələr var idi hansı ki onlar Demokratik Cümhuriyyətin yaranmasının şahidi olmuşdular.

Dünyaya səs salmış və digər millətlərində milli oyanışına təkan vermiş Azərbaycan Milli Azqdlıq hərəkatının başında sonralar Azərbaycan respublikasının Prezidenti olmuş Əbüllfəz Elçibəy idi.Mən onunla ilk dəfə Azadlıq meydanında Xalq Cəbhəsinin rəsmən elan olunduğu mitinqdə, tribunada görüşdüm. Baxmayaraq ki, onu kənardan çox görmış və bu cəsarətli insana həsəd aparmışdım. Mən tribunaya yaxınlaşdım, mühavizəçiyə Əbülfəz Elçibəylə görüşmək istəyirəm dedim.O bəyə yaxınlaşıb nə isə dedi və o, tribunanın bizə tərəf hissəsinə gəldi və biz əl tutub görışdük.Biz sanki min illərdi bir-birimizi tanıyırdıq. Çünki eyni bir kodun daşıyıcıları olan milliyətçilər idik.O gülümsünərək, sadə səmimi, dağma səslə,

- Bəy salam, necəsən.

Bu böyük dahi bir şəxsiyyətin bu qədər sadə və mehribanlığı, mənə cəsarət verdi,-

- Bəy mən iş yerində artıq Xalq Cəbhəsini özəyin yaratmışam, istəyirəm mənə Səbail- əvvəllər 26-lar adalanan rayon ərazisində rayon şöbəsini yaradılmasına səlahiyyət verəsiniz.

-Çox gözəl. Mən indi Fəzail Ağamalıya deyərəm siz birlikdə bu işi görün.

Mən Əbülfəz Elçibəy haqda, dünyasını dəyişəndən sonra bir psixoloji portret etyud yazdım, və fikirləşdim ki, 1988-ci ildə başlamış Milli Azadlaıq Hərakati haqda yazasan və o böyük dahi haqda ayrıca bir bölüm ayırmayasan bu mən tərəfdən sayqısızlıq olardı. O hərakat haqda danışan da Etibar Məmmədov,İsa Qənbər, Rəhim Qazıyev,Zərdüşt Əlizadə, Pənah Hüseynov, Nəcəf Nəcəfov, Mehdi müəllim,Nemət Pənahov, Fəazail Ağamalı,və onlarla hərakat liderləri var idi ki, onlar haqda yazılmalı və deyilməlidir.

Və bu gün 2010 cu ildə mən bu kitabı yazmağa baılayanda hiss etdim ki, Azərbaycan siyasətində və müxalifət qüvvələri arasında Əbülfəz Elçibəy kimi bir dühanın yeri görsənir.


ƏBÜLFƏZ ELÇİBƏY.

“O,cəmiyyəti narahat edə biləcək qədər nəhəng və sadə insanlar pleyadasına məxsus idi”.

Xarici aləmin gerçəkliyi ilə ali mərtəbədə qərar tutmuş Ata-Allah təcəssümü, “İdeal mən”, ruhun daimi enerji mühərriki olan “Libido” qaynayıb daşan arzular , niyyətlər, istəklər, zövq, ləzzət, həvəs, əyləncə, tələb, şəhvət, təəşüq, səfa, maraq, meyl, şövq, könül,intim quyğular və şəhvani ehtirasların insanı lərzəyə gətirməsi, yerinə yetirmək üçün növbəyə düzülmüş, xarici aləm, reallığın qanunları, sosial gerçəklik, əxlaqi-bioloji, hüquqi, sosial normalar, obyektiv, psixoloji reallıq tərəfindən həyata keçirilməsi, gerçəkləşdirilməsi, uzlaşdırılması, yönəldilməsi,sublimasiya edilməsi,realizəsi mümkün olmayanda, maddi imkanlar da buna bir maneə olanda insan öz daxilindəki böyük bir kainatı hansı səviyyədə və necə idarə edirsə sakitləşdirirsə, barışdırırsa, sahmana salırsa, rahatlandırırsa, mənsub olduğu cəmiyyətdə də həmin nizama uyğun səviyyədə, mərtəbədə, təbəqədə, qrupda qərar tutur.

Öz daxili kainatlarını, öz günəş sistemlərini yüksək səviyyədə, fundamental özül üzərindsə nizamlaya bilən insan cəmiyyət üçün kamil insan hesab olunur.

Millət belə insanların köməyi ilə milli mənəvi dəyərlər sisteminə qovuşur, öz ruhi dünyalarını mənəvi qida ilə təmin etmiş olur.

Tarixin elə mərhələləri olur ki, ruhi aparatı təchiz edən idealoji və dini mahiyyət dəyişiləndə, həm fərdlərin, həm də ümuminin ruhi aparatında müvəqqəti olaraq boşluq yaranır.

Subyektin “İdeal Mən”ini daima təravətli saxlayan milli dəyərlərə qayıdış bu dövlərdə baş verir.

Və bunun üçün elə şəxsiyyətlər lazımdır ki, o savadlı, ağıllı, ən ümdə isə keçmiş, millətin tarixi haqda, milli azadlıq mübarizələri və azadlıq uğrunda canını fəda etmiş şəxsiyyətlər haqda zəngin məlumata malik olsun.

Həm də bu gün mübarizə meydanına atılan insanlar ilə tarixi şəxsiyyətlər arasında körpü olsun.

Bu şəxsiyyətlərdən biri də Əbülfəz Elçibəy idi.

Mənə elə gəlir ki, Əbülfəz bəy Azərbaycan türklərinin bütün tarixi boyu olub və olacaq dahilərinin ən sirli və müəmmalısıdır.

Adi insanlarda psixi-ruhi aparatın dərinliyində yerləşən “Şüuraltı” ilə ən yüksəkdə yerləşən “İdeal Mən” arasında olan məsafə çox uzun olamasına baxmayaraq , “Şüuraltı”dan gələn hər hansı bir arzu, istək, tələbin, “İdeal Mən”ə çatdırılmasında minlərlə maneə və çətinliklər yaranır.

Lakin Elçibəyin “Şüuraltı”sı-yəni “qeyri-şüuri” sfera ilə “İdeal Mən”i-sosial şüuru arasında məsafənin ölçüyə gəlməz dərəcədə uzun olmasına baxmayaraq sanki Elçibəyin “İdeal Mən”i onun zəngin “Şüuraltı”sı kimi təmiz , pak idi. “İdeal Mən” həm ali səviyyədə, həm təbii idi
Və ona görə yüz min insana təklif edilən mübarizə və qələbə modeli saf və həyati idi.

Elçibəy bəlkə də prezident olmaq istəmirdi.Yalnız özü üçün yox, yüz min ümidsiz, bədbinliyə qapılmış insanın qələbə çalması, azad olması, hakimiyyətə gəlməsi üçün qələbə çalmaq istəyirdi.

Və o mübarizə aparırıdı, milli azadlıq hərəkatının lideri oldu, hakimiyyətə gəldi, prezident oldu. Sonra isə minlərlə müəmma və sualı cavabsız qoydu və bütün bunları zamanın öhdəsinə buraxdı.

1.Onun “Mən”i kommunist ideologiyasının ən parlaq dövründə formalaşmağına baxmayaraq, “İdeal Mən”in və “şüuraltı” sferanın möhtəşəmliyi onun “Daxili Mən”inin bakirəliyini qoruyub saxlamışdı.

Belə ruhi aparata malik insanlar millət üçün əvəzsiz , düşmən üçün isə ən təhlükəli subyekt hesab olunur.

Zahirən sadə , mülayim, bir qədər sadəlövh, daxilən isə zəngin mili yaddaşa-arxivə malik Elçibəy yüz min insana Millətin azadlığı,Azərbaycan dövlətinin müstəqilliyinin fundamental əsasa malik sadə modelinin ortaya qoydu.

Daxili “Mən”i, “Şüur”u ideoloji təcavüzə məruz qalmamış yüz min insan bu modelə sahib çıxdı.

Hərəkat ruhu pak türklərin çiyinləri üzərində möhtəşəm qüvvəyə çevrildi.

Əbülfəz bəy bir fenomen idi və təbii ki, bu sirri o, bizə aça bilməyəcək,bundan sonra onun haqqında yazılanlar da tam mənası ilə bu müəmmanı bizə izah edə bilməyəcək.

Lakin bir onu qətiyyətlə deyə bilərəm ki, onda ilahi bir qüvvə var idi.Onunla təmasda olan hər bir adam onun mistik qüvvə ilə əhatə olunduğunu hiss etməmiş olmazdı.

Bu qüvvə müsbət, birləşdirici,bütövləşdirici, səbrli,təmkinli olmaq kimi keyfiyyətlərə malik idi.

2. O, mübarizə aparmaq ,millətin azadlığı uğrunda çarpışmaq üçün doğulmuşdu.

Ona görə də o, mübarizə müstəvisində nəhəng bir türk cəngavəri idi.

Hakimiyyət kürsüsündə gücsüz və köməksiz idi.

Əbülfəz bəyin xarakteri ümumtürk xarakterinin ortaq nöqtəsi idi, mübarizə əzmi ona ruh verirdi, yaşadırdı, o böyüyürdü, güclənirdi.

Hakimiyyətdə kiçilirdi, sıxılırdı.

Ona öz müstəvisində-mübarizə meydanında qalib gəlmək mümkün deildi.

Onu hakimiyyətə gətirmək lazım idi, gətirib məhv etmək.Ən barışmaz rəqibləri belə onun prezident olmasına çalışırdı.Özləri kənarda, pusquda durub yetmiş il ərzində yaratdıqları dövlət bataqlığında onu batırmaq üçün.

O, bağban idi, milli azadlıq mübarizəsi üçün hələ uzun müddət cavan fidanlar yetişdirilməliydi.

O sufi idi, azadlıq dərvişi idi, o, azadlıq uğrunda mübarizə aparırdı, hakimiyyət uğrunda yox.

O, hakimiyyətə sahib olmaq deyil,milləti hakimiyyətə sahib etmək istəyirdi.

Elçibəy təklikdə böyük bir ordu qədər güclü idi.

Böyük bir orduya malik olanda zəif və köməksiz idi.

O, millətlə bir yerdə olanda həm millət güclü idi, həm də özü.

Çünki Əbülfəz bəy üçün Millət ata qədər müqəddəs, qüvvətli,adil,ədalətli, ideal bir varlıq idi.Onları bir-birindən ayırıb, min illər boyu yığılıb qalmış, həll edilməmiş problemlərlə birgə üz-üzə qoymaq lazım idi.

Qoca millət öz oğlunu prezident kürsüsünə çıxarmışdı və bütün problemlərin ən qısa müddətə həllini tələb edirdi.

Əbülfəz bəy millətin özününki idi, doğma idi.

O, prezident idi, lakin heç bir etiket qaydalarına sığmayan azad dövlət başçısı idi.

O yaxşı prezident olduğunu millətə sübut etmək üçün imic-meykerlər qrupu, psixoloqlar, ekstrasenslər, falçılar, şarlatanlar, peşəkar yalançılar və ixtisaslı məddah sürüsü saxlamadı.

O, kommunist hakimiyyəti zamanı foemalaşdırılmış böyük bir sistemə malik fahişə və sutenyorlar vasitəsilə cəmiyyətə qorxu, xof təlqin etmədi.

Çox qəribə olsa da o, zəif cəhətlərini, eyiblərini hətta prezident olanda da gizlətməyə səy etmədi.

O, hamıya izah etmək istəyirdi ki, mən də sizin kimi adi insanam, nə imamam, nə peyğəmbərəm və mən təkbaşına milləti bu fəlakətdən çıxara bilmərəm.

Böyüklük Millətə məxsusdur və bir milləti özünü xilas etmək üçün mübarizə aparmırsa, heç kim onu xilas edə bilməz.

Lakin illər uzunu kommunist abı-havasında formalaşmış insanlara, gecə yerini batırıb, səhəri iynə-dərmanın gücü ilə qurultayda çıxış edən birinci katibə səcdə qılmağı necə unutdurmaq olardı.

Elçibəy təbii insan idi və bu təbiilik o qədər geniş mahiyyət kəsb edirdi, öz ruhi dünyasında olan zəngin arzuların ən naqisi ilə ən dahiyanə arzunu bir-birilə necə barışırdırırdısa, kollektivdə, təşkilatda və cəmiyyətdə də həmin missiyanı fövqəladə qabiliyyətlə həyata keçirirdi.

3. Millli azadlıq hərəkatında intizamlı mühəndislərlə, ziyalılarla, fəhlələrlə yanaşı yeyib-içən, kefqom, pul qazanan kişilərin, evdar, namuslu qadınlarla yanaşı sərbəst qadınların da iştirakı mümkündür və burada qeyri-ailik yoxdur.

Hətta qəribə olsada o dövrdə dustaqlar və yaxud cinayət etmiş şəxslər imperiyadan azad olmağımız üçün milis və prokurorlardan daha fəal iştirak edirdilər.

Elçibəyin ilahi gücü onda idi ki, sadə, adi bir vətəndaşla dövlət və hökumət başçısı arasında olan min kilometrlik məsafəni bir addımlıq, rəiyyət-bəy, qul-ağa,dehqan-xan psixologiyasını darmadağın elədi və sübut etdi ki, millət öz hüququnu dərk etsə qanuni prezident seçə bilər.

Lakin hər bir millət seçdiyi prezidenti axıradək qorumağı bacarmalıdır.

Əbülfəz bəy hakimiyyətə gələn yolda və hakimiyyətdə olduğu müddətdə xalqa böyük bir ideoloji baza yaratdı, rəqiblərinə, düşmənlərinə, onu hakimiyyətdən uzaqlaşdıranlara isə danışmağa külli miqdarda mövzu verdi.

Əbülfəz bəy ətrafında onu aldatmaq istəyənlərə həmişə imkan yaradırdı, son nəticədə həmin kələkbazların başı kəndirə keçəndə dərk edirdilər ki, səhv ediblər.

Zorla onun prezident olmasına rəvac verənlərə sözlə başa sala bilmədisə, sübut etdi ki, həyatda elə məsələlər var ki, onun həll etmək mümkün deyil və ya onu etmək lazım deyil.

Milləti atası qədər sevən bir insanı, millətin fanatikcəsinə sevdiyi insanı prezident seçmək olmaz.O, milləti azad etmək, öz milli hüquqlarına qovuşdurmaq, milli şərəf və ləyaqətinə malik etmək, cəmiyyətdə barış, demokratiya yaratmağa qadir milli demokrat idi, millətçi idi.

Lakin sərkərdə deyildi.

O, yaşatmaq, yaratmaq, barışdırmaq missiyasını həyata keçirmək üçün doğulmuşdu.

Öldürmək, dağıtmaq, qan tökmək onun ruhuna tamamilə zidd idi.

Elçibəyə milliyyətçi demək olardı, o həm də dünyəvi siyasətçi idi.

Ən çox ona uyğun olan ad isə milli demokrat adı idi və bu yalnız onun siyasətində təzahür etmirdi.

Demokratiya onun üçün yaşam tərzi, fəaliyyət prinsipi, münasibətlər sistemi idi. Azərbaycanda demokratik əxlaqa, tərbiyəyə və mədəniyyətə malik siyasətçi idi.

Elçibəy türk millətinin siyasi həyatında diri ikən daş heykələ dönmüş bir neçə türk azmanından biri idi. Ona heykəl qoyulsa ən çox yad edilən ünvanlardan biri olmasına şübhə etməyin.

Onun gözlərinə diqqət yetirmisinizmi?Diqqətlə baxın.

Qan içində boğulan bir millətin qəmi, kədəri var o gözlərdə.Qorxu, xofla bərabər azadlıq deyilən ən şirin arzu var bəbəklərində.

Azad edə bilmədiyi torpaqların nisgili,əzilən, hüququ tapdanan millətin iztirabı var gözlərində.

Min illər boyu azadlıq istəyən bir türkün başına gətirilən faciələrə, işgəncələrə, fəlakətlərə qələbə çalmış ilahi nur var Elçibəyin üzündə.

Elçibəy bir daha doğulmayacaq.O türk millətinin azadlığı uğrunda təmənnasız mübarizə aparıb şəhid olan bəlkə də sonuncu Bozqurdlardan idi.

Lakin minlərlə Elçibəyçi doğulacaq.

Mən isə Millətçiyəm.Sadə, hikkəsiz, təmənnasız bir Azərbaycan türkü.

Yaş odunları yağışlı havada yandırmağa çalışan, gözləri tüstüdən yaşarmış tənha Bozqurd.

Bu mənim Əbülfəz Elçibəyin ruhuna ərməğan etdiyim kiçik bir xatirə idi.

Bir neçə vaxtan sonra biz BOZQURD adında bir müəssisə yaratdıq. Ordunun nəzarəti altında, Fövqəladə rejim dövründə bu bizim fəaliyyət göstərməmiz üçün çox vacib idi , həm qərərgahımız var idi,həm də bizim hər hansı bir siyasi təşkilat yaratmağımızı pərdələyirdi.

Lakin bu bir əzəmətli bir yolun başlanğıcı idi. Bu bir milətçi Türk partiyasının yaranmasının əsası qoyulurdu.

Kommunist rejiminin ən sərt, hərbi rejimin atəşi altında biz bir iqtisadi təşkilat pərdəsi altında partiyanın Türk milli mənəvi dəyərlər sistemi üzərində müasir Türk millətçi partiyasının ideloji bazasını yaradırdıq.


Türklük, millətçilik, haqqında bizdə o qədər az bilgi var idi ki, bu bir möhtəşəm təşkilatın yaranmağına kifayət etmidi. “Sam izdat” deyilən nəşriyatlarda çap olunmuş və üzü köçürülməkdən oxunmaz hala gəlmiş yzılardan, Sabir Rüstəmxanlının Ömür kitabından. Ziya Göyalpın “Türkçülüyün Əsasları” kitabının əlyazmasından və əldə yazılmış materiallardan əlavə QAN yaddaşımızdan süzülüb gələn milli düşüncələrimizin bizdə oyatdığı əsrarəngiz duyğularla TARİXİN ən Əzəmətli millətinin ULU Türk millətinin cövhərini təşkil edən Azərbaycan Türklərinin syasi partiyasının məramnəməsini yaradırdıq.

Ikinci bölüm.

Mənim Azərbaycan Xalq Cəbhəsi haqda geniş məlumat verməyimin əsas səbəblərindən biri budur ki, BU GÜNƏ QƏDƏR, Azərbaycan Türklərinin siyasi həyatında, Azərbaycan Xalq Cəbhəsi kimi ikinci bir möhtəşəm təşkilat olmyıb.Və bu gün Azərbaycan siyasi həyatında təsiredici gücə malik təıkilatların ,siyasi partiyaların rəhbər lərinin əsas hissəsi Xalq hərəkatının liderləri və aparıcı qıvvələridir. Ona bir ictimai siyasi univerisitet də demək olar, siyasi məktəbdə,azadlıq uğrunda mübarizənin beşiyi də, azadlıq inqilabının təkanverici qüvvəsi də, syasətin ata ocağıda.

Yüzlərlə kitablar yazılcaq, o dövrü doğru dürüst tədqiq etmək üçün tədqiqat əsərləri yazılacaq, lakin hər dəfə yeni faktlar və sirlər aşkarlanacaq. Mənim həmin günlərdə gördüklərimi,yaddaşımda saxladıqlarımı çox az adamlar görüb və bilir.Mən uzun müddət başqalarının dedikləri birtərəfli fikirləri eşitdim, birini qaralayıb,digərinə ağ günə çıxardan yarımçıq fikirləri oxudum. Sanki kimisə yuxarı qaldırmaq üçün, təbliğ etmək, tərifləmək üçün kimisə, təhqir etmək lazımdırmı?

Təsəvvür edirsinizmi, eyni millətə mənsub, müxtəlif təşkilatların nümayəndələri, öz sədrlərini tərifləmək üçün mütləq qaydada, digər təşkilatın sədrini müqayisə subyekti seçib ,onları qarşı-qarşıya qoymalıdır. Bu sovet kommunist sisteminin ideoloji təbliğat müxanizminin bir forması idi, və bəziləri bu xəstəlikdən qurtula bilməyiblər.Bəzən Azərbaycan Türkünə düşmən olan millətlərin təbliğat metodlarını, öz üzərimizdə elə təcrübədən keçirdirik ki, yad millətlər bizə “əhsən” deyir.

Bu gündə 2010 cu ildə. Seçki ilində,təbi fəlakətlərin tüğyan elədiyi bir zamanda, maliyyə krizisinin iqtisadi sistemi çökdürdüyü və digər minlərlə problemin olduğu bir zamanda muxalifət- iqtidar, müxalifət –müxalifət, iqtidar –iqtidar, oliqarx məmurlar öz aralarında, və digər quruplar arasında gedən konfliktlərin təhlililini aparandan sonra bu qənaətə gəlirsən ki,bu heç də bu gün yaranan ziddiyətlər deyil, bunun çox dərin kökləri var.


Sovet imperiyasını lərzəyə salan Azərbaycan Xalq Cəbhəsinin təşkilatlanma dövrünün birinci mərhələsinin başa çatmasına az qalmış, yəni 1989-cu ilin sonlarında təşkilatın daxilində, əsası artıq Xalq Cəbhəsinin idarə heyyəti daxilində baş verən fikir ayrılığının, yavaş-yavaş aşağı strukturlara keçmə prosesi başladı.Syasi fikir ayrılığı,və bunu müdafiə edən idarə heyyətinin üzvləri, sonra isə bu cərəyanlara və liderlərə rəğbət bəsləyən aşağı strukturlar və yüz minlərlə cəbhə üzvü.

Bu iki, hələ tam formalaşmamış siyasi xəttin biri, milli azadlıq hərəkatı, digəri isə , demokratik hərəkat tərəfdarları kimi adlandırılmağa başlanmışdı.

Hər iki xətdin arxasında bir neçə idarə heyyətinin üzvü dayanırdı.

Yuxarıdan başlayan bölgü aşağı strukturları, bəzən butöv rayon təşkilatını əhatə edirdi.Mən bu parçalanma faktorunun arxasında kimlərin, hansı ideoloqların, hansı təşkilatların dayandığını dəqiq deyə bilmərəm, ancaq güman etmək olar ki, Azərbaycanın müstəqilliyini istəməyən bütün qüvvələr, impeiyanın xüsusi xidmət orqanları bu təxribatda fəal iştirak edirdi. Bu nəhəng, əzəmətli bir təşkilat o qədər böyümüşdü ki. onu idarə etmək də olduqca cətin idi.

Bir əhvalat yadıma düşdü və o, mənə fikrimi tamamlamağa imkan vermədiyi üçün onu yazım sonra qaldığım yerdən başlayaram.

Hüseyn adlı Xalq Cəbhəsinin fəal üzvlərindən biri, gəlir Elçibəyin yanına deyir ki, filankəs KQB- yə işləyir.



  • Elçibəy buna diqqətlə baxıb soruşur,- sən bunu dəqiq bilirsən?

  • Bu da qayıdır ki, bəli bəy dəqiq bilirəm.

  • Bəy yenə buna diqqətlə baxıb deyir, -

  • Hardan bilirsən?Sən KQB- də işləyirsən?

  • Hüseyn diksinir, başlayır kəkələməyə,....

  • Əbülfəz bəy deyir ki, mən inanmıram o harasa işləyir. Amma sən özün hara işlədiyini dedin.

Mən bu əhvəlatı ona görə danışdım ki, bu virus kim tərəfindənsə Xalq Cəbhəsinin üzvləri arasına atılmışdı və kim-kimə xöş gəlmirdi, kimsə bir qədər savadlı, təhsilli, təşkilatı işləri jüksək səviyyədə bacarırdı, tez bir neçə nəfər təxribatçı ona bu damğanı vururdu.1990 –cı ilin axırlarında bu cür ziddiyətlər kulminasiya nüqtəsinə catmışdı.

İdarə heyyətinin üzvlərindən , Sosial demokratik Partiyasının sədri olmuş Zərdüşt Əlizadə ilə indi məhşur Hüquq müdafiəçisi Leyla Yunusla birgə Xalq Cəbhəsinin tərkibində Sosial demokratik qrupu yaradılması təklifi qəzəblə qarşılandı. Və onlara qarşı təbliğat maşını işə düşdü və belə şaiə yaymağa başladılar ki, bunlar cəsusdular, hər ikisi KQB-yə işləyir və Xalq cəbhəsini parçalmağa çalışırlar.

Əslində isə bunların hər ikisi yüksək intelek sahibi. O dövr üçün yetgin siyasi xadimlər idi, sadəcə siyasi hadisələrə fəqli bucaq altından baxırdılar.

Leyla Yunusovanın rusdilli olması, Türk dilində yaxşı danışa bilməməsi, Zərdüşt Əlizadənin də siyasətçiyə zərər gətirən həddən artıq kəskin fikir bildirməsi ona çox ziyanlar gətirdi.

İdarə heyyətinin üzvlərinin fikir ayrılıqları, rayon şöbələrinin də işinə mane olmağa başladı, rayon idarə heyyətinin üzvüləridə qruplaşmağa başladı, və yerli özəklərdə bu minvalla parçalndılar.

Azərbaycan Xalq Cəbhəsinin ən parlaq simalarından biri Etibar Məmmədov, , Rəhim Qazıyev(sonralar müdafiə naziri oldu), və idarə heyyətininən ən gənc üzvü əfsanəvi Nemət Pənahov Milli Azadlıq tərafdarı kimi bu cərəyanı müdafiə edirdilər.

Körkəmli siyasi xadim, Musavat partiyasının sədri İsa Qəmbər, bu gün ciyasi arenada cəngəvərcəsinə mübarizə aparan Pənah Hüseynov,Hikmət Hacızadə( bu gün günahsız yerə həbsə atılan Adnan Hacızadənin atası) və digər üzvlər isə Demokratik Hərəkat tərəfdarıları idi.

Ən qəribəsi isə o oldu ki, digər xətt tərəfdarlarına radikal, diktaturaya meylli , epitetlərl yapışdıran denokratik xətt tərəfdarları 1992 –ci ildə hakimiyyətə gəldilər, sonradan başa düşdülər ki, Milli Azadlıq mərhələsi başa çatmamış demokratik islahatları həyata keçirmək mümkün deyildi. Bu fikri qətiyyətlə deyirəm, təcrübəsiz, dövlət işində səriştəsiz insanlar , dövləti və milləti həddən artıq çox sevmələrindən asılı olmayaraq çox böyük uğur əldə edə bilməzlər.

Sönradan bu uğursuzluğu yüz yerə istiqamətləndirməkdənsə, ehtiraf etmək lazımdır ki, hətda Xalq Cəbhəsinin bütün qüvvələrindən , Milli azadlıq hərəkatının üzvülərindən belə istifadə edilmədi.

Mənə də çox vaxt cəbhənin üzvləri irad tuturdular ki, sən çox sərtsən, ciddi sən , diktator qaydalarına üstünlük verirsən.

-Əfəndim ulu bir türk milləti qanicən bir imperiyanın əlində yüzillərdir qan ağlayır mən , bu millətin azadlıq nübarizəsini aparan millətçi bir türk necə demokrat olum.

-Yüz illərdir pusquda durub, imperiyalar yarananda, dağılanda bu hakimiyyət boşluğundan istifadə edib torpaqlarımı zəbt edən erməni daşnaklarının vətənimə müharibə elan edirsə mən necə demokrat olum.

- On minlərlə türk, əzəli Türk torpağı olan Ermənistan ərazisindən vəhşicəsinə qovulan , öldürülən,bir zamanda mən necə demokrat olum.

--İmperiyanın orduları hələdə ərazilərimizdə ikən mən necə sülhpərvər olum.

Bəli mən sərt xətt tərəfdarı idim, mən başımıza gələn fəlakətlərin günahını bizə düşmən kəsilən qüvvələrdə görürdümsə, özümüzdədə çox çatışmamazlıqlar hiss edirdim. Laqeyidlik, intizamsızlıq, hadisələrə məsuliyyətsizliklə yanaşmaq meyləri var idi, düşməni öz içində axtarmaq, şaiələrə meyllilik, məsəslərə səthi yanaşmaq, bəzən isə biganəlik.

Ən dəhşətlisi isə gərgin anlarda özünü itirmək.

Deməli hakimiyyətə daha radikal, sərt xətt tərəfdarları gəlib, tarixin bizə verdiya şansdan yararlanaraq, Emənistan adlanan qondarma respublikanı yer üzündən silib atardı, sonra siz demokratik ideyaları həyata keçirərdiniz.

Mən müəllim ailəsində böyümüşdüm, atam türk dili və ədəbiyyatı dərsi deyirdi. İctimai və siyasi cəhətdən yetgin, geniş dünyagörüşə malik savadlı bir türk olan atam bizi həm svadlı həmdə intizamlı bir övlad kimi böyütməyə çalışırdı.

Yaşayış tərzi hərbçilərə xas olan sərt, , həmdə yüksək bədii ruha sahib idi. Dünyanı anlamağa başlayan andan bizim evdə sözdən, şeyrdən,dövlət, millət,vətən, haqqında gözəl fİkirlərdən qiymətli heç nə olmazdı.Nə kommunist partiyasına üzv oldu, nə onun şəninə şeyir yazdı. Müəllim məvacibi ilə dolanan böyük bir ailədə böyuyən mən elə o vxtlardan sovet sisteminin bizim xarakterimizə ögey, olduğunu anlamağa başlayırdım.



Əslən Baharlı mahalından olan babaları,19-cu əsrin sonlarında köç edib indiki Qubadlı- Zəngilan ərazisində məskunlaşırlar. Ucqar bir kəndə körpə ikən atasını itirmiş, yalnız ana himayəsində olan bu Azman Türk kişisi , bütün çətinliklərə baxmayaraq, təhsil alıb müəllim kimi fəaliyyətə başlayıb həmin rayonlarda düz altmış il müəllim işləmiş, Yazıçılar birliyinə üzv olmuş, altı kitab müəllifi , el şairi Məhərrəm Mahi bu gündə 86 yaşında Bakı şəhərində yaşayır yaradır.

Ana tərəfim isə İstambul ətrafında yaşamış oxtar tayfalarından olan nəsildəndir,babalarım ordan köç edib indiki Azərbaycan ərazilərinə gəlmişlər. Bəzi o nəsildən olan qohumların araşdırmalarından məlum olmuşdur ki, bu oxtarlar çox cəsur döyüıçü tayfasından olmuşdur. Anam bizə çox vaxt türk sözləri işlədən də biz o sözləri birinci dəfə eşitdiyimizdən, o bizə onları izah edərdi, pendirə- penir, qara rəngə siyah deyərdi, və yüzlərlə indi bizim az-az işlətməyə başladığımız türk sözlərinin çoxunu biz hər gün eşidirdik.

Millətçilik mənim ruhumda və qanımda idi. Anadan olduğum bölgə sağı İran, arxa tərəfdə isə mənfur ermənilər, bizim əraziləri mənimsəyib, respublika yaratmışdılar. Mən hər gün milli mənliyimizin kimliyi haqda bu və digər formada ermənilərdən –siz türksünüz- deyib bizə nifrətlə baxmaqlarının şahidi olurdum. Evimizin yanından keçən qatar hər gün ermənistana gedər, və bizdə bəzi ticarət işləri ilıə əlaqədar Kapan adlanan şəhərə gedərdik. Onların bir başqa , bizim isə tamamilə başqa millət olmağımızın fərqini mən lap uşaqlıqdan anlamağa başlamışdım.Dil fəqi, din adət ənənə, musiqi, geyim tərzi, qadın və qızlarının açıq- saçıqlığı, sifət quruluşları, başlarının arxasının yastı olması, hiyləgər və məkrli baxışları milli müxtəlifliyin əsas elementləri idi

Onların həm özlərindən, həm də evlərindən gələn üfunətli qoxu bu millətin nə qədər iyrənc olduğuna bir sübut idi. Adətən bizim türk evlərindən təzə bişirilmiş təndir çörəyinin iyi gələrdi, onların evindən isə sarımsaq və badımcan tutmasının tünd iyi hər yanı başına götürərdi.Anam ordan alınıb gətirilən ərzaq məhsullarına heç gözünün ucu ilə də baxmazdı, mundardı deyib ərzaqların yeyildiyi boşqabları suyun altında dəfələrlə duruluyar və astaca salavat duası oxuyardı.

Rayondan Bakıya gələndə isə, elə qatardaca rus soldatlarının kobuluqla bizdən sənədlərimizi tələb etmələrinə heç dözə bilmirdim. Dəfələrlə onlarla savaşmış, onların nəzakətli davranmaqlarını tələb etmişəm. Öz vətənimizdə, öz torpağımızda biz sanki kiminsə nəzarəti altında hərəkət edirdik.Qatarın pəncərəsində Arazın o biri sahilinə baxarkən eyni bizim kəndlərin evləri kimi və bizim yaşayışımıza oxşar yaşayış tərzini müşahidə edirdik. Lap uşaqlıqdan biz eşidirdik ki, həmin kəndlərdə burdan köçmüş çoxlu ailəllər var, hətda bəzi ailələr iki yerə parçalanıb, yarısı orda , yarısı burda yaşayır.

Bütün bu hadisələr bizim milli kimliyimiz, vətənimizin bölünməsi,sərhəd məftilləri, rus soldatlarının ədalı davranışları mənim yeniyetməlik dövründə milli şüurumun formalaşmağına təkan veriridi. Rüs əsarətindən azad olmaq, ermənilərdən üstün olmaq, bölünmüş vətənin birləşdirilməsi ideyaları sonralar milli azadlıq hərəkatının təməl prinsiplərinə çevrildi.
Damarlarımdan axan Türk qanı heç bir haqsızlığa, ədalətsizliyə, dözmür, əsarətə qarşı üsyan püskürürdüm.

Dünyanın ədalətli milləti olan Türklər nə özlərinin haqqının tapdalanmağına dözər, nə də başqasının haqqını yeyərlər. Mənim qan yaddaşımdan süzülüb gələn Türklük məramı siyasi mübarizənin əsas prinsiplərinə çevrilirdi. Genetik kod daşıyıcısı olan insanlar, yüz il əsarətdə qalsalarda, onların şüurundan məlumatları silib atsalar da, qan yaddaşına, şüuraltina toxuna bilmirlər. Və günlərin bir günü, necə sovet dövləti çökəndə millətin qan yaddaşından bir Türklük oyandı, mən də Türk Dünyəvi Partiyasının məramnaməsini qan yaddaşımım köməyi ilə yazıb başa çatdırdım.

*********

Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy isə hər iki xətti müdafiə edənlərin fikirlərinə hörmətlə yanaşır, və müdrikcəsinə təşkilatın dağılmaması üçün əlindən gələni edirdi.

Ayrı ayrılıqda qurultay keçirən hər iki xətt tərəfdarı öz tərəfdarlarını toplayıb hər kimin nəyə qadir oduğunu bir –birinı sübut edəndən sonra 1990-cı il yanvar ayının birinci ongünlüyündə birləşdirici qurultay keçirərək bir daha xalqın inamını özünə qaytardı və əzəmətini nümayiş elətdirdi.

Əbülfəz Elçibəyin Elmlər Akademiyasında keçirilən qurultayında bir fikri həmin hadisələr də yetkinləşmiş siyasətçilərə verilən ən dəyərli qiymət idi .

---Əvvəllər Həm Etibar həm də İsa siyasətdə gənc idilər, onları idarə etmək asan idi , indi isə onlar böyüyüblər, yetginləşiblər,ona görə mənim üçün indi bəzi çətinliklər yaranır.

Əbülfəz bəy təcrübəli analitik idi ,ictimai siyasi prosesləri dərindən bilirdi,Azərbaycan Xalq Cəbhəsini bətnindən onlarla siyasi partiya və hərəkatın yaranacağınıda bizdən qabaq bilirdi.

Mən bu sətirləri yaza-yaza qurultayın yekun qərarını gözləyən yüz minlərlə insanın necə təlaş keçirdiyi gözlərimin qabağına gəlir və elə küçədəcə soruşurdular ki, nə oldu, birləşdilərmi.

Çox qəribədir ki, bu birləşmə prosesi nə qədər ki, biz varıq, bu daima ən aktual fikir kimi bizi müşayət edəcək.


Min illik tarixi yükü üzərinə götürmüş Azərbaycanı azadlığına qovuşduracaq inqilab qatarı yerindən tərpənmişdi və heç bir imperiya ordusu onun qarşısında davam gətirə bilmədi.
********

Bu hadisələrdən on gün keçməmiş qanlı yanvar hadisəsi baş verdi.Bu nəidi faciə idi, qanlı olay idi , imperiyanın bizi cəzalandırmaq cəhdi idi, əliyalın xalqa qarşı soyqırım idi.Bəlkədə bu fikirlərin hər birinin cavabını yanvar deyiləm bu hadisəni mahiyyətindən çıxartmaq olar. Biz yəni Azərbaycan xalqı və onun yadrosunu təşkil edən türk milləti azad olmaq, müstəqil dövlət qurmaq istəyirdik. Yüz illərlə bizi əsarətdə saxlayıb sərvətlərimizi talayan imperiya buna imkan verərdimi?.

Amma bu məqamda neçə illərdir məni narahat edən bir fikri indi burda yazmaq istəyirəm.

1918 –ci illə 1992-ci ili bəzən müqayisə edib belə nəticəyə gəlirəm ki, hər iki vəziyyətdə biz mübarizə aparıb azad oduq, müstəqil dövlət yaratdıq, çox qısa zamanda xalq üçün misilsiz işlər görüldü. 1920 –ci ildə yenidən işğal edib bütün rəhbərləri, hökümət nümayəndələrini, siyasətçiləri, təfəkkür sahiblərini,intelektuaları, millətin ən aparıcı hissəsini məhf etdilər.

Ya azad olmaq üçün mübarizə etməlisən, yada köləliyi qəbul etməlisən.
Türk kölə ola bilməz, əgər o kölədirsə Türk deyil demək.
Onsuzda sovet imperiyasında qorxudulub sarılıq xəstəliyinə düçar elədiyi xalqı yenidən yüz minlərlə ordunu üstünə yeritmək və onu qanına qəltan etmək və bir də gözünün odunu almaqla susdurmaq. Lakin millət bu cinayəti törədənlərin üstünə yeriyirdi.

Mən Milli İstiqlal Partiyasını lideri Etibar Məmmədov haqqda, onun Mili Azadlıq hərəkatında rolu barədə geniş yaza bilərəm.

Lakin yüz kitab yazılsa belə Yanvar hadisəsinin qurbanlarının yas mərasimini təşkil edib, Fəxri xiyabanın məhz İndiki yerdə ,yəni əvvəllər Kirov deyilən, ondan qabaq isə elə şəhidlər xiyabanı adlanan yerdə salınmasını məsləhət bilən məhz o olub.
*******

Etibar Məmmədov, Sovet imperiya ordusu Azəərbaycana vəhşicəsinə basqın edəndə bəzi demokrat bəylərin harda olduğu bilinməyəndə gizli yolla imperiyanın baş şəhəri Moskvaya qəzəblə hücum çəkən və imperiyanın ürəyinə türk qılıncını saplayan ən cəsur Azərbaycan Bozqurdlarından biridir.

*******

Səbail rayonunun Icrayyə komitəsinin sədri Əli Mamedov, Raykomun birinci katibi Vəli Məmmədov ( sonralar o dövlət rəhbərləri ilə vertolyot qəzasında şəhid oldu),və Etibar Məmmədovun səyi nəticəsində Şəhidlər xiyabanı məhz indiki yrdə salındı.Çox qəribədir ki, bu vətənpərvər insanların hər üçünün babasının adı Məhəmməd idi.


19- zu gecəsi mən Xalq Cəbhəsini Səbayil şöbəsinin , sonralar Azdlıq qəzetini redaksiyası yerləşən binada idim.Rəşid Behbudov teatrına bitişik bina.Hadisə baş verəndən sonra, dünyanın bütün informasiya agentliklərinə məlumatlar burdan verilirdi, Azadlıq radiosunun əfsanəvi aparıcısı,rəhbəri,Mirzə Xəzərə,Amerikanın səsi radiosuna, və digər agentlikləri rabitə nazirliyinin cəbhəçiləri bizimlə calaşdırırdılar. Şəhərdə nələr baş verirdisə əhali bizə məlumatlar verirdi.Bir neçə gündən sonra qərərgahlara basqın edildi və o vaxt dövlət məmurları olan lakin qəlbi Xalq hərəkatı ilə döyünən Əli Mamedov, Vəli Məmmədov kimi vətənpərvər insanların köməyi ilə qabaqcadan məlumatlandırıldığımız üçün oranı tərk elədik.

Ən ağır dövr başladı. Biz demək olar ki, küçələrdə əsgərlərlə üz-üzə fəaliyyət göstəriridik. Qəzəbdən hər an əsgərə hücum edib ,boğazından yapışıb, sən burda nə edirsən? – soruşmaq istəyirdik.

Bura mənimdir, mənim ölkəmdir, mənim ulu türk yurdumdur,sən rus donuzunun burda nə işi var soruşmaq istəyidim.Lakin hər tində, hər iki yüz metrdə nəzərat məntəqələri (postlar) qurulmuşdu, tank və ona yaxın əsgər keşik çəkirdi.

O vaxt Azərbaycan kommunist Partiyasının mərkəzi komitəsinin iclası keçirildi və orda qeyd olundu ki,Xalq Cəbhəsinin radikal qanadına mənsub olanlar şəhərdə hakimiyyət qıvvələrinə öz vəzifələrinin yerinə yetirilməsinə imkan verməmiş, Iğtişaşlar törətmiş, qanunları pozmuş, cinayətlər etmiş və sovet ordusuda əmin amanlığı bərpa etmək üçün Bakı şəhərinə daxil olmuşdur.

Bu qərar sovet imperiya ordusunun məğlub edə bilmədiyi Xalq Cəbhəsinə qarşı əxlaqsız hücumun başlanğıcı oldu.Kənardan heç bir təsir etmək gücünə malik olmayan kommunist rejimi bizi cəbhəçiləri radikallara və demokratlara bölüb bir birimizı qarşı qoydu.

Etibar Məmmədovun Moskvada aktiv mübarizə apardığı vaxt idarə heyyəti adından, Əbülfəz Elçibəyin xəbəri olmadan, bir məktub göndərilmişdir.O məktubdan sonra onu həbs elədilər, burda isə təqib və həbslərin ikinci dalğası başlandı, radikalları, milli azadlıq hərəkatının tərəfdarlarını həbs elədilər.

Səbail rayon şöbəsinin idarə heyyətinin gizli yığıncağında, Xalq Cəbhəsinin idarə heyyətinin üzvü Vurğun Əyyubov eyni Mərkəzi komitəsinin qərarlarına uyğun tezisləri səsələndirəndə mən dəhşətə gəldim.Əyyubovun qətiyyətlə səsələndirdiyi—Radikal qüvvələri oz tərkibimizdən uzaqlaşdırmalıyıq, Cəbhəni təmizləməliyik.Bu mənə hərdən göstərilən sovet kinolarında bolşeviklərin iclaslarını xatırlatdı, ordada xalq düşmənlərini təmizləməliyik, fəhlə kəndli höküməti qurmalıyıq.
Məni həmin iclasdan bir neçə gün sonra həbs elədilər. Babası yüzbaşı olmuş, Müzəffər kişinin Bakı şəhərində gecə qondu adlanan məhəllədə, mənə verdiyi bir otaqlı mənzilimdə həbs etdilər. Axşam qaranlıq düşəndə özümın belə güclə tapdığım, ünvanı bəlli olmayan bu qarışıq məhəllədə məni necə tapmışdılar hələ bu gündə mənə qaranlıq qalıb.

Mənzil istismar idarəsinin işçisi ilə , sahə müvəkkili, bir KQB müstəntiqi. Iki milis və əli aftomatlı rus soldatı.Mən ayağa durdum paltomu çiynimə atdım heç nə olmayıbmış kimi onlarla küçəyə çıxdım. Kücədə maşın dayanmışdı və bir neşə silahlı əsgər də maşında idi.

Biz Səbail rayin polis idarəsinə gəldik, kabinetlərin birinə daxil olduq və əyləşdik. Axşam saat on olardı.Otaqda bir mülki geyimli müstəntiq idi, ona polkovnik deyə müraciət edirdilər, milis işçiləri tez-tez ondan nəsə soruşurdular, o otaqdan çıxanda bir milis mayoru qalırdı otaqda. O, mənim davranışımdan,təmkinli oturuşumdan xoşu gəldiyindən yavaşca qulağıma pıçıltı ilə dedi ki, - nə soruşsalar qısa cavab ver.

Mənə onsuzda cavab verməli, heç bir sual yox idi.Mən Millətimin azadlığı uğrunda mübarizə aparan bir Türkəm, bu mənim həyat tərzimdir. Əgər millətin azadlığı yolunda şəhid olaramsa bu böyük bir şərəf olardı.

Müstəntiq qayıtdı və biz siqaret çəkə - çəkə düz iki saat bir- birimizə baxa-baxa susduq.O, yenidən otaqdan çıxdı və yarım saatdan sonra əlində iki stəkan çay geri qayıtdı və biz çay içib yenidən susub bir-birimizə baxırdıq.

Mənum saqqalım mənə əsl inqilabçı körkəmi vermişdi,bu qədər səbrli olmağım isə, bu rus polkovnikində çılğın cənublu təsəvvürünü alt –üst etmişdi. Gecə saat üçə yaxınlaşanda o darıxmağa başladı.Psixoloji mübarizədə mən ona qalib gəlməyə başlayırdım. O fikirləşirdi ki, bu həbs olunub, amma özün elə aparır ki, eləbil o məni həbs edib.Bu qədər qürurlu, ləyaqətli, məğrur bir Türkün qarşısında imperiyanın KQB-sinin polkovniki əsəbləşməyə başladı. Kağızları qarşısına qoyub yazmağa başlayanda gecə saat dörd idi. Bu psixoloji təzyiqin bir formasıdırki,gecə saat dördə qədər gərginlik altında saxladığı müttəhimi sorğu-suala tutub istədiyin almaq. Elə ilk sualdan onin əsəbiliyi bir azda artdı, və o, bir neçə sual verəndən sonra ayağa qalxdı, diqqətlə mənə baxdı və dedi;

-Mən sizi kameraya salmağı ləyaqətimə sığışdırmıram,baxmayaraq ki, bu bütün qanunlra ziddir, stulları düzün və burda yatın. Yazı stolunun bir tərəfində beş stulu o düzdü, qarşı tərəfdə beş stulu da mən düzüb uzandım və poltomuda üstümə saldım və rahatca yatdım.

Səhər ayıldıq, və o məni bir kabinetə gətirib başqa müstəntiqə həvalə etdi. Bizim milislər onların işinə qarışmırdılar,yəni qarışmağa cürət etmirdilər, hətta milis idarəsinin rəisi belə heç bir səlahiyyətə malik deyildi.

Mənə nə qədər sual verdilər, nə qədər sualı təkrar-təkrar verdilər bunları hesablamaq qeyri mümkün idi. Səhər yeməyi yemədən mən bir neçə müstəntiqin təxminən minə qədər sualına cavab verməli oldum. Onlar məni əsəbləşdirib,normal halımdan çüxartmağa çalışsalarda, mən onların bu hiyləsinə cavab olaraq, səbr və təmkinlə onların Xalq Cəbhəsi haqda fikirlərini alt-üst edirdim.Bir Ukraynalı müstəntiqin isə mən danışdıqca necə qürur hissi keçirdiyini, lakin bunu büruzə verməmək üçün yalandan əsəbləşməyini və əlini stola çırpıb ukrayna dilində nəsə deməyi heç yadımdan çıxmır.

Günortaya yaxın, mən həbs olunanda bizdə olan qardaşım Xəyalin vasitəsi ilə xəbər tutmuş, Namizəd Səfərov (vəkil), Həsən Kərimov( hal-hazırda AXCP-məclis sədri) və Fəzail Ağamalı( deputat) gəldilər.Mən onlara təcili buranı tərk etməyi məsləhət bildim.Çünki bu məsələni bir azda böyüdə bilərdi.Həsən Kərimov milis rəisinə dediki bilirsən də bu kimdi, bu bəy olmasaydı səni çoxdan cinayətkarlar məhf eliyərdi, çünki o qədər haqsız iş görmüsünüz ki,ara qarışanda adamın ayağına düşüb yalvarırsınız.

Rus müstəntiqləri ilə işləyən bir yerli mayor rütbəli milis işçisi var idi Nazim ismayılov, onu əvvələr də tanıyırdım. Bir neçə ay qabaq cəbhə üzvləri bir neçə cinayətkarı tutub qərərgaha gətirmişdilər, mən onda milis şöbəsinə zəng etdim ki, bir nümayəndə gəlsin, onda bu milis gəlmişdi.

O, xeyli rus müstəntiqlərini başa saldı, nəyisə izah etdi.Sonra ispolkom Əli Mamedov gəlib onlara hətda hədiyyə də gətirmişdi Xeyli izahat verdi

Axşam saat doqquza yaxın məni azad etdilər və mən bunun bir hiylə olduğunu bildim.Mən səhərdən izlənməli, kimlərlə görüşüb, nə addımlar atacağımş müəyyənləşdirib, faktlar toplayıb həbs etsinlər.

Mən gecə ikən təqiblərdən qurtulmaq üçün və digər yoldaşlarında həyatına təhlükə törənməsin deyə, həyat yoldaşım, siyasi mübarizələrdə keçən həyatımın yoldaşı,fədəkar insan Zərnişan xanımla və qırxı təzə çıxmış qızım Gövhərtacla birlikdə Sumqayıt şəhərinə yerləşdik.

*******

Siyasi mübarizə isə davam edirdi,Cəbhənin daxilində süni yaradılmış bu radikal –demokrat qarşıdurması fövqəladə vəziyətdən, komendat rejimindəndə daha əzabverici idi. Qarşılıqlı ittihamlar kulminasiya həddinə gəlib çatmışdı. Həqiqətən Cəbhə daxilinə salınmış peşəkar KQB agenlərinin fəaliyyəti ilə qızışdırılan bu konflikt, bəzilərinin sayıqsızlığı,sayəsində o, zaman üçün ən təhlükəli, təşkilta ən ağır zərbə vuran bir fəaliyətə çevrilmişdi. İndi bunu açıqlaya bilərəm ki, burda millətçi türklərə qarşı, bir ayrı seçkilikdə öz rolunu oynayırdı.,

Belə mənasız mübarızənın əhmiyyətsizliyinin dərk edərək, müstəqil partiya yaratmaq ideyası yarandı.

1990- cı ilin yayında artıq bu istiqamətdə işləməyə başladım.


********

Gözlərimin qarşısında bir mavi dəniz dalğalanırdı, bu Rus imepriyasını darmadağın edən, SSRİ-ni lərzəyə salan TÜRK milləti idi.. Türk atlarının kiışnərtisindən əsrlərdir özünə gəlməyən Avropa və bu gündə Türk millətini Avropa birliyinə yaxın qoymur.


TÜRK BİRLİYİ YARADILMALIDIR.


Bütün türk dövlətlərinin birliyi. Düşmənlərimizin bütün cəhdlərinə baxmayaraq, içimizə salınmış xarici güclərə arxalanan speratçılara aman vermədən bütün türk dövlətlərinin iqtisadi, mənəvi birliyinə nail olmaq lazımdır.

**********

Bozqurd müəsisəsi 1990-cı il noyabrında bizim səkkiz ay sərasər çalışmağımzın nəticəsində yarandı. Biz möhür aldıq, bankda hesab açdıq. Və düz Azadlıq meydanının yüz metrliyində azadlıq prospektində ofis yeri kiraladıq. Heç kimdə şübhə yaratmadan , fövqəladə vəziyyətdə, komendat saatının tədbiq edildiyi bir vəziyyətdə türk millətçi təşkilatlnı yaradırdıq

Fabrikdən alınmış malları ofisin girəcəyinə qəsdən yığmışdıq ki, bura gəlib gedən kənar şəxslər belə bizim əsas fəaliyyətimizdən xəbər tuta builməzdi.Bizdən əlli metr aralı sarı rus kücükləri tankın yanında nəzarət məntəqəsində gecə-gündüz keşik çəkirdilər.Təşkilatın bütün üzvləri müəssisənin işçiləri idi. Əvvəllər Xalq cəbhəsində siyasi təcrübə keçmiş bəylər belə şəraitdə heç bir əlavə izahat verilmədən sərbəst işləyirdilər.Təşkilatın iclasları hər altıncı gün saat on birdə başlayırdı. Əsas mənim adətən gecələr və iş yerində yazdığım məramnamənin bəndlərinin müzakirəsi idi.


*********

Mən Türk milləti haqda olan yazılardan Türkçülük haqda olan bilgiləri çeçməli,Türkçülük haqda olan bilgiləri sistemləşdirib Millətçiliyə,Millətçiliyi isə siyasiləşdirib, ona təşkilatı forma verib, ictimai –siyasi proseslərin hərəkətverici qüvvəsinə çevirməli idim.

Tarix boyu Türklərin bəşəriyyətə verdiyi əvəzsiz töhvələri tarix kitablarında oxuyub qürurlanmaqla kifayətlənmiyib,onu müasir dünyanın siyasəti ilə səsələşən məzmuna salıb onu millətin bu gün ki, milli azadlıq mübarizəsinin mahiyyətinə daxil etmək vacib idi.

Millətin cəngavərliyi, qəhrəmanlığı haqda hiss və duyğuları, millətin formalaşmağında istifadə etməklə, dinamik bir millətçi partiyanın fəaliyyət prinsiplərinə çevirmək missiyasını yerinə yeritmək lazım idi.

Göydə Tanrım, yerdə millətim deyib min illər bundan qabaq, Göytürklərin, Hunların Avropaya döğru başladıqları tarixi yürüşlərin əzəməti və ULU Türk Ruhunun bələdçiliyi ilə yola çıxdım.

Mən tək deyildim, arxamda, Metenin, Atilanın,Teymurləngin,Atatürkün və onlarla Türk sərkərdəsinin, minlərlə Türk alim və ziyalısının Müqəddəs Ruhları dayanmışdı.

20-əsrin ən böyük duhaları, Boqurd cəsarətli , Məmməd Əmin Rəsulazadə, Əlibəy Hüseyzadə, Əhməd bəy Ağaoğlu və onlarla türk millətçilərinin ruhu

bizə xeyr-dua verirdi.

*******

Məmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olan, türkçü, millətçi , Bozqurddur.


1991-ci il Azərbaycan xalqının həyatına fövqəladə hadisələrlə zəngin bir il oldu.Rus İmperiyası çökməyə başlamşdı. Həm işğal etdiyi respublikalarda milli oyanış başlamışdı, həm də rusiyanın daxilində millətçilər Rusiyanın müstəqilliyi haqda fikirlər səsləndirməyə başlamışdı.

Azərbaycan Milli Azadlıq hərəkatın qarşısı alınmaz bir qıvvəyə çevrilmişdi.

1991 ci ildə mən Dünyəvi Bozqurd Partiyasının məramnaməsini tezislər şəklində yazıb başa çatdırmış və təşkilat üzvülərinin müzakirəsinə vermişdim.

Türkçülük, millətçilik bütün dövrlərdə ən çətin və təhlükəli bir fəaliyyət olub.Nəinki ermənilər, ruslar, farslar, hətda bizim xalqın nümayəndələri olan etnik qruplarda bu məramlı partiyaların fəaliyyətindən yanlış olaraq özlərinə qarşı təhlükə hiss ediblər.Baxmayaraq ki, bizim doğmalarımız olan bu etnik qruplar, türklər tərəfindən daima sevgi ilə əhatə olunublar, onların öz təşkilatları olub, lakin türklərə aid bir qəzet, partiya yaranan kimi əndişələniblər.Yanlış və min Yanlış.

*******


Türkün millətçiliyi heç bir millətə qarşı yönəlməmişdir,çünki o böyük və əzəmətlidir.Türkün millətçiliyi ona qarşı gələn güclərin qarçısını almaq üçün səfərbərlikdir.

Türkün millətçiliyi saflaşmaqdır, öz məninə qayıdıb güc almaqdır, qüsurlardan təmizlənməkdir, durulmaqdır,inkişaf etməkdir.

********

Azərbaycan xalqı azad olmaq istəyirsə, onun istinad nöqtəsi nə ola bilər?

Kim bu suala cavab verə bilər.Azərbaycanda yaşayan azsaylı xalqlarında , etnik quruplarında bir cavabı ola bilər.

Türklük, Türkçülük, Türk millətçiliyi.

Millətin məğrurluq duğularını oyatmaq üçün tarixdən bizə gələn faktların içərisindən türklüklə əlaqəsi olamayan bir imperatorluq, bir dövlət qurumu, bir ictimai siyasi hadisə ,önəmli bir qəhrəmanlıq dastanı, bir qələbə əfsanəsi varmı?

Yoxrur.


Azərbaycanda türklərlə doğma qardaş kimi yaşayan digər xalqların, etnik qurupların, azsaylı xalqların, türklərin bu azadlıq mübarizəsində nə qədər fədakarlıqla iştirak etdiyinin mən şahidi olmuşam, Onların ziyalıları dəqiq bilirdilər ki, Azərbaycan Türkü öz azadlığına qovuşmaq üçün mübarizəyə qalxmasa, digərləri heç bir fəaliyyətdə buluna bilməzlər.Indinin özündə də Azərbaycan xalqının əsasını təşkil edən Azərbaycan Türkləri həm ərazilərimizi düçməndən azad etmək üşün digər etnik qruplar və az saylı xalqlarla çiyin-çiyinə mübarizə aparırlar.

Xarici düşmənlər, əsas farslar Türk millətçiliyindən ona görə qorxurlar ki, İran dövləti Türk dövləti olmaqla orada otuz milyon Türk yaşayır və tezliklə onlar öz dövlətlərini qurub bizimlə birgə Büöv Azərbaycan dövlətini yaradacağıq.



Rusiya Türk millətçiliyindən qorxur, çünki,ərazilərimizi işğal etməkdə ermənilərlə bilavəstə iştirak edib, və indi də torpaqlarımızın işğalda qalmasına şərait yaradır.Bizi nəzarətdə saxlamaq, Müstəqill inkişafımıza mane olmaqla bizim Cənubi Azərbaycanla birləşib qüdrətli dövlət yaradıb Türkiyə ilə konfedarativ dövlət qurmağımızın qarşısını alır.

Ermənilərin yuxusuna ərşə çəkən türk xofu o qədər güclüdür ki, Azərbaycanda baş qaldıran istənilən millətçi hərəkat oğru milləti, fürsətgir,satqın, namərd qonşunu vahiməyə salır. Ona görə bütün bu bizim zəifliyimizi özlərinin nəin ki, hərbi doktirinalarının əsas qayəsi, bütün ədəbiyyat, təlim, əxlaq, və təbliğatlarının əsas məramı kimi illərdir, nəsilbə-nəsil tədris edirlər.

Biz isə çox vaxt öz millətçiliyimizdən qürur duymaq əvəzinə, sanki çəkinirik Həmin yuxarıda sadaladığım qonşu dövlətlər, daxilimizdə olan bəzi nümayəndələrindən istifadə etməklə bizim Türlk millətçiliyimizi gözdən salmağa çalışırlar. Lakin özləri “skinxertlər” “dasşnaklar”, və islam korpusu adı ilə din pərdəsi altda, orda yaşayan Türkləri milli ayrıseçkiliyə məruz qoyub kütləvi mənəvi terrora məruz qoyurlar.

Biz millətçi olmaqdan çəkinməməliyik. Hər bir insan mənsub olduğu millətin milli mənəvi dəyərlərini müdafiə etməyə, digər millətlərində mənəvi dəyərlərindən istifadə edib ona hörmət və ehtiram göstərməlidir.

Bəs mən bir Türk millətçisi niyə öz millətimin kültürünü, tarixini, ədəbiyyatını, bütün maddi və mənəvi dəyərlərini sevən də, bundan qürur duyanda, niyə bu başqalarına toxunmalıdır. Məgər mən başqalarının öz millətini az və çox sevməsindən bu qədərmi əndişələnirəm ki, onlar da bundan xoflanırlar.

Yox cənablar, Dünyaya hökm edən Türk milləti yüz yerə bölünərək o qədər də qürurlu olmayan bir vəziyyətə gətiriliblər.

Avropanın bütün millətləri öz millətçiliyini artıq dövlət siyasəti halına gətirdiyi halda, biz özünü müdafiə sisiteminin əsas qidaverici faktoru olan millətçiliyi sanki dördüncü və beşici sırada unutmağa başlamışıq.

Dünya hələdə ulu Türk millətinin hökmünün unutmayıb və özlərini sanki qorumaq üçün, bizi müxtəlif üsullarla öz Millətçilik duyğularımızdan kənarlaşdırıblar.

Hər bir millət hansısa dinə etiqad edir.Çox qəribədir ki, Azərbaycan Türklərinin ərazisini bir neçə yerə bölən düşmənlər, dindədə bizi iki yerə bölüblər.

Hər bir millət etiqad etdiyi dinin tərkibində belə, öz təriqətini yaradaraq öz milli təəsübkeşliyini qoruyub saxlayıb. Yalnız biz türklərdən başqa. Biz onlarla təriqət yaradıb daha da bölünmüş, və olduqca mürəkkəb hala gəlmişik.

Ermənilər və yəhudilər və onlarla millət var ki, dinə öz ana dillərində etiqad edirlər.Dindarlıq həmin millətlərdə elə millətçilik və dövlətçiliklə birləşdirilərək bir istiqamətdə, millətin azadlığı, dövlətin qüdrətlənməsi, və millətin inkişafına xidmət edir.

Mən çıxış yolu kimi yeganə bir müqəddəs yolu məsləhət bilirəm , bu Türkçülük və millətçilikdir.
***

1991- ci ildəki bütün hadisələri təsvir etsəydim, biz əsas məqsəddən kənara çıxar və məqsəd və məramımızı çatdıra bilməzdim, ona görə mən rəsmi qaynaqlarda çap olunmuş bəzi hadisələr xronoloji ardıcıllıqla qeyd edərək, digər hadisələr haqda yazım.






Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin