M üəllifdən


Məmmədəmin Rəsulzadə 1884



Yüklə 4,22 Mb.
səhifə18/38
tarix01.01.2022
ölçüsü4,22 Mb.
#103270
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

Məmmədəmin Rəsulzadə 1884


Məmmədzadə Mirzə Bala 1898

Üzeyir Əbdül Hüseyn oğlu Hacıbəyov 1885



Xəlil Rza Ulutürk 1938

XÜRRƏMİ

İ slamın yaranmasından bir neçə əsr qabaq Azərbaycan zərdüştiliyin mərkəzinə çevrilmiş, bu dinin ən müqəddəs mə'bədləri burada salınmış, maqlar-zərdüştilərin kahinləri burada yaşamışlar. Buna görə də IX əsrin başlanğıcında sonradan xalq rəhbərinə və böyük bir sərkərdəyə çevrilən sadə kəndli Babəkin başçılığı ilə qalxan üsyanın əski inamların bərpası tələbləri ilə islama qarşı şüarlar altında başlaması heç də təəccüblü sayılmamalıdır.


Babək əl-Xürrəminin doğum tarixi dəqiq mə'lum deyil, lakin dolayı mə'lumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Lakin orası da mümkündür ki, o, islamı yalnız zahirən, üzdə qəbul etsin. O vaxt can vergisindən qurtulmaqdan ötrü çoxları belə edirdilər. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna mə'ruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşaqla Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır. Babəkin anası uşaqlarını dolandırmaqdan ötrü varlı evlərində dayəlik edir. Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Onun ömrünün bu mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə bir rəvayət yazır: "Bir dəfə Babək evə gec gəlir və bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığı inəklərin arasında tamamilə çılpaq vəziyyətdə yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrü gəlib və onun taleyində çox qanlar axacaq."


Bir neçə il sonra o, dəvələrə qulluq etməyə başlayır. Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coqrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək dəvəçiliyi də buraxaraq Təbrizə gedir. Burada xürrəmilərin tə'limi ilə tanış olur, ölkənin islamlaşdırılması prosesini öz gözləri ilə görür. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır. Bu qayıdış onun həyatında çevriliş edir. Balaca dəvəçi həsən böyük xalq sərkərdəsi Babəkə çevrilir.


Bilalabad yaxınlıqındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb gəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacaqını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə də'vət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Mavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini və'd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.


Bəzz qalasının adı tarixə Babəklə bir yerdə düşsə də, onun harda yerləşməsi alimlərdən ötrü hələ də müəmmalıdır. Hazırda ən qənaətləndirici ehtimal akademik Bünyadova məxsusdur. Onun versiyasına görə, Bəzz qalası Ordubaddan şərqdə, şimalda Araz çayı ilə cənubda Əhər arasındakı ərazidə Qaradağ vilayətində yerləşirdi.


Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda təkcə Cavidanın və yoldaşlarının deyil, həm də onun xanımının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən arvadı döyüşçülərin hamısını toplayaraq, onun vəsiyyətini bu sözlərlə çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu kecə ölməliyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o sizin yardımınazla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Məzdəkin tə'limini bərpa edəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq." Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabaqı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, cağ ikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: -mən bu kecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lə'nət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". Qadın əmr etdi ki, bir öküz gətirib kəssinlər, dərisini soyub yerə sərsinlər, onun üzərinə bir qab şərab və çörək tikələri qoysunlar. Bütün bunlar ediləndən sonra o, hamını bir-bir çağıraraq, dedi: "Ayağını dərinin üzərinə qoy, bir tikə çörək götür, şəraba batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Sonra ziyafət başladı. Üç dəfə içdilər, Cavidanın dul arvadı xoş qoxulu otları götürüb, Babəkə verdi. Onların nigah mərasimi belə keçdi. Bu 816-cı ildə baş verdi.


Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə qeyri-müsəlman adı olan Babək adını götürür. Hələ Babəkdən də qabaq xürrəmilər ərəblərlə və zorən islamlaşdırma siyasəti ilə mübarizəyə başlamışdılar. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.


Xürrəmi dini zərdlüştilik və məzdəkizmin ehkamları üzərində qurularaq, qaranlıq və işıq, xeyir və şər timsalında iki qüvvə arasında əbədi mübarizə getdiyini iddia edirdi. Akademik Bünyadovun sözləri ilə desək, "Babək bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştilik və məzdəkiliklə əlaqədar qayda-qanunların bərpasına can atmışdı." Müsəlman salnaməçiləri xürrəmilər haqqında müsəlmanların qəzəbini doğuran hər cür şey yazmışlar. Misal üçün onların dediklərinə əsaslansaq, xürrəmilər bir tərəfdən zərdüştilikdəki kimi qan qohumları ilə nigaha girir, o biri tərəfdən isə ailəni rədd edərək, qadınlardan ümumi şəkildə istifadə edirdilər. Guya onlar bütün vaxtlarını şən musiqi altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfəraini yazır: "hər iki cinsdən olan babəkilər ildə bir gecö o dağda musiqi və mey məclisinə toplaşıb, pozğun işlər görərdilər. Sonra çıraqları söndürüb, püşklə bəxtlərinə düşən qadınları yataqlarına salardılar." Bu məsələyə toxunan akademik Bünyadov qeyd edir ki, "iyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış xürrəmiləri şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil."


Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq, islamı məhv etmək və əcdadlarının dinini bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və cənub -şərqə -Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər. Bütün bunların nəticəsində 20 il ərzində Babəkin tərəfindən 200 min adam öldürülür, 10 minə qədər əsir alınır.


Babəkin belə asanlıqla uğurlar qazanmasında xilafətdaxili vəziyyətin stabil olmaması da az rol oynamır. İş burasındadır ki, xəlifə Harun ər Rəşid öldükdən sonra vəsiyyətinə görə, onun böyük arvadı Zibeydədən olan oğlu Əmin taxta çıxarılmışdı. Xilafətin şərq əyalətləri isə xəlifənin anası fars olan digər oğlu Mə'munun ixtiyarına verilmişdi. Elə ilk günlərdən qardaşlar arasında gərgin mübarizə gedirdi. Mübarizədə Mə'mun qələbə qazanır. Lakin Mə'munun apardığı fars təmayüllü siyasətə qarşı çıxan Əmin tərəfdarları da dinc oturmurlar. Nəhayət, Mə'mun ərəblərin maraqlarını nəzərə alaraq, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirdikdən sonra çəkişmələrə son qoyulur və yalnız bu vaxtdan e'tibarən o, xilafətin daxili işləri ilə məşğul olmaq imkanı qazanır.


Mə'mun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Mə'mun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Mə'mun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Mə'munun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Mə'mun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi tə'yin edir və eyni zamanda Ermənistan və Azərbaycan hakimliyini də ona verir. Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzzə doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əskərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik." Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.


Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı tə'lim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Mə'mun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ermənistan və Azərbaycan hakimi tə'yin edir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə kirməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı. Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.


Bağdad bu hadisədən sarsılır. İste'dadlı sərkərdə itirilmiş, 150 minlik ordu məhv olmuş, 30 mindən çox adam öldürülmüşdür. Ərəb ordusu çoxdandı ki, belə məğlubiyyətə uğramamışdı. Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. Mə'mun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.


Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Xürrəmilik yayılan yerlərdə ərəblərə qədərki qayda-qanunlar bərqərar edilir. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər. Gecələr Bəzzdən musiqi sədaları yüksəlir. Xürrəmilər hətta ən ağır günlərində belə oxuyub-oynamalarından qalmırlar.


Görünür, Bəbəkin xarakteri də onun rahat nəfəs aldığı bu mərhələdə dəyişir. O, özünü yoldaşlarının fövqünə qaldırır, ən qorxulusu isə bu idi ki, ərəb silahının qüdrətinə istehza ilə yanaşaraq, öz qüvvəsinə həddən artıq qürrələnir, çoxsaylı döyüşlərdə ona uğurlar gətirmiş partizan müharibəsi taktikasından da imtina edir. Artıq qeyd olunduğu kimi, Babəkin birinci arvadı Cavidanın dul qadını idi. Tarixi mənbələrə əsasən, sonra o, Sünik knyazı Vasakın qızına evlənir. Zamanımıza gəlib çatan rəvayətlərə görə, onun başqa arvadları da olub. Belə ki, Bəzzdən aparılanlar arasında guya Babəkin də arvad-uşağı vardı. Bə'zi əlyazmalar onun 7 oğul, 3 qız atası olduğunu qeyd edir, digər mənbələrsə Babəkin 17 oğlu və 23 qızından bəhs edirlər. İki qardaşından da yazırlar. Bu qardaşlardan birinin adı Abdullah, o birininki Müaviyə imiş.


833-cü ildə xəlifə əl-Mə'mun öz taxtına qardaşı əl-Mö'təsimi əyləşdirərək, dünyadan köçür. Qardaşına qoyduğu vəsiyyətdə Mə'mun yazırdı: "Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."


Mö'təsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. 0, başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Bəbəkin də ordusunda türklər az deyildi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mö'təsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.


Mö'təsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mö'təsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ən'ənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin tə'lim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.


Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Kəndlilər daha onun ilahi mənşəyinə inanmır və ev-eşiklərinə dağılışırlar. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən iste'dadlı və çevik sərkərdələrdən birini-Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda onu Azərbaycan, Ermənistan, Arran, Muğan və Cibəl hakimi tə'yin edir. Afşin öz mənşəyinə görə iranlı kübarlardan idi və rəsmi olaraq, islama itaət edirdi. Lakin hadisələrin sonrakı gedişi də göstərdi ki, həqiqətdə o, öz əcdadlarının zərdüşti dininə inanır və vətəni İranı ərəb zülmündən qurtarmaq arzusu ilə yaşayırdı. Hökumət qoşunlarının əvvəlki təcrübələrindən çıxış edən Afşin lap əvvəldən düzgün mövqe tutaraq, Bəzz qalası ətrafında yaradılmış mühasirə həlqəsini yavaş-yavaş daraltmaq qərarına gəldi. Baxmayaraq ki, bir çox orta əsr və çağdaş tarixçilər onun bu ləngliyini Bizansla, yaxud Babəkin özü ilə ittifaqda xilafətə qarşı çıxmaqdan ötrü vaxt udması kimi qiymətləndirirlər.


836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir. Başqa bir dəfə seçilən ərəb sərkərdəsi Buğa əl-Kəbirə Afşinin dediyindən çıxaraq, Babəklə özü döyüşmək qərarına gəlir. İlk qarşılaşmada uğur Babəkin üzünə gülür. Lakin bu da özündən müştəbeh Buğaya dərs olmur və Babəklə yenidən üzləşmək ümidi ilə qala ətrafında hərəkətini davam etdirir. Babəki axtarmaqdan yorulan Buğa bir dəfə yolda gecələməli olur. Bir neçə minlik dəstəsini bir yerdə yerləşdirə bilməyən Buğa qoşunu iki hissəyə bölür. Babək isə bu zaman onları müşahidə edirdi. Səhərə yaxın Buğanın yorğun qoşunu yatışandan sonra o, iki tərəfdən hücuma keçir. Yarıyuxulu ərəb döyüşçüləri vahiməyə düşür, çoxları qorxudan özlərini qayalardan atır. Afşinin qardaşı ağır yaralanır, Buğa isə özünü dağın ətəyində dayanmış atına güclə çatdırır.


Qışın axırına doğru Mö'təsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türklər İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Babəkin vəziyyəti çətinləşir. 0, Roma imperatoru Feofilə məktub göndərir: "Ərəblərin şahı ixtiyarında olan bütün qoşununu, hətta saray əyanlarını da mənim üstümə göndərib. Əgər onun üzərinə hücuma keçə bilsən, indi heç kim sənin qarşında dayanmaz." Məktubu alan kimi Feofil xilafətə qarşı hərbi əməliyyata başlayır. Lakin xəlifə Bizansla müharibədə müvəqqəti uğursuzluqlarına baxmayaraq, Azərbaycandan bircə əskəri də geri çəkmir. Rumlular üzərində qələbə çaldıqdan sonra isə Afşinə məktub yazaraq, ondan qarşısında qoyulmuş vəzifəni yerinə yetirməsini tələb edir: "Allah rumluları öz imanlı bəndələrinin qabaqından qaçmağa məcbur etdi. Təhlükə sovuşdu. Sən isə Babəkin məsələsinə əncam çək və işini tezliklə qurtar," Bu tə'limatı alan Afşin özünün Bəzz qa-lası yaxınlığındakı düşərgəsinə qayıtmaq qərarına gəlir.


Babək ən təcrübəli sərkərdələrindən Adsini on minlik dəstəsi ilə Afşinin yolunu kəsməyə göndərir. Adsin düşmənin qüvvələrini qiymətləndirmir, tam məğlubiyyətə uğrayaraq, Bəzzə qayıdır. Qalaya doğru irəliləyən düşməni saxlamağa daha bir cəhd gəstərilir, yenə nəticə vermir. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür.


Bəzz xürrəmi ən'ənələrinə uyğun şəkildə əvvəlki qaydada yaşamağında idi. Yenə də oradan ətrafa musiqi sədaları yayılırdı. Şənlik məclisləri gecə yarıya qədər davam edir, hərdən də xürrəmilər qaladan çıxmağa cəhd göstərirdilər. Bu cəhdlərin hamısı Babək üçün uğursuz nəticələnir. Lakin Cəfər ibn Dinarın qalaya hücumu da uğursuz olur. Və bu hücumun qarşısını alan Babək qələbəyə ümidini artırır. 0, cəsur bir addım atmağa qərar verir. Bu əməliyyatın baş tutacaqı təqdirdə Afşinin bütün qoşunu məhv edilməli idi. Afşinin növbəti hücumundan qabaq Babək Adsinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Adsinin gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Adsinin dəstəsi məhv edilir, özü isə ölür.


Babək döyüşü qaladan seyr edirdi. O, türklərin və könüllü dəstələrin qalaya yaxınlaşdığını görüncə, vəziyyətin çıxılmazlığını anlayır. Müəyyən qədər vaxt udmaq məqsədilə "aman" istəyir. Özü də yazılı aman kağızına xəlifənin özünün imza atmasını tələb edir. Afşin razılıq verərək, paytaxta çaparlar göndərir. Bundan istifadə edən Babək tacir libası geyinərək, Arrana qaçır və oradan Bizansa keçmək istəyir. Afşin Babəkin qaçmasını eşidib, 837-ci ilin 26 avqustunda qalaya daxil olur və onun kökündən uçurulması əmrini verir. Qalada ağlagəlməz miqdarda qənimət olduğunu görən Afşin xəlifədən gizlin onun əksər qismini öz vətəninə göndərir. Sonradan tarixçilər bu haqda yazacaqdılar: "Bu var-dövlət möhtəşəm İran dövlətinin bərpa olunması, yaxud Afşinin çarlıq, yaxın adamlarının isə hakimlik edəcəyi müstəqil Mavərənnəhr dövlətinin yaranması üçün başlıca fond olmalı idi."


Xəlifədən "aman" alındıqdan sonra Afşin Babəkin oğlunu bu kağızla atasının yanına göndərmək istəyir. Oğlan qətiyyətlə razılıq vermir. Onda Afşin xəlifənin kağızını əsirlərin biri ilə göndərmək istəyir. Onlar da bir nəfər kimi Babəkin müstəqil xarakterli bir adam olduğunu bildiklərindən bu təklifi rədd edirlər. Afşinin cavabında deyirlər: "Ey əmir! Bizim heç birimiz onunla üzbəüz gəlmək istəməz. Sən onu tanımırsan, bizsə yaxşı tanıyırıq." Və doğrudan da əsirlərin biri Afşinin əskərinin müşaiyəti ilə kağızı Babəkə yetirəndə o, qəzəblə deyir: "Sən kimsən ki, mənə köpəkdən aman gətirməyə cür'ət edirsən?" Və qılıncını sıyırıb, onun başını kəsərək, gətirdiyi kağızı oxumadan onun sinəsinə sancır.


Babəkin yanında cəmisi beş adam qalmışdı: qardaşı Abdullah, anası, arvadı, qoşun başçısı Müaviyə və bir xidmətçisi. Meşələrdən, dağlardan, keçilməz cığırlardan keçərək, Bizans tərəfə irəliləyirlər. Uzun əzab-əziyyətdən sonra onlar yorğun-arğın Səhl ibn Sumbatın malikanəsinə çatırlar. Babəkin yaxşı vaxtlarında onlar dostluq etmişdilər və buna görə də indi ora gəlmişdi. Səhl ibn Sumbat Babəkə bu ağır vaxtı onun yanında qalmasını təklif edir və onu öz sədaqətinə inandırır.


Bu arada Səhl ibn Sumbat artıq Afşindən namə almışdı ki, burada da Babəkin əvəzində az qala milyon dirhəmə yaxın mükafat boyun olunurdu. Sumbat öz şansını əldən buraxmamaq üçün hər şeyi edir. O, Afşinin üstünə çapar göndərib Babəkin yerini bildirir. Afşin mə'lumatın səhihliyini yoxlamaqdan ötrü Babəki üzdən tanıyan bir adamı Səhlin yanına göndərir. həmin şəxs aşpaz adı ilə Babəkin qaldığı otağa girir və xəbərin səhihliyini təsdiq edir. Bundan sonra Afşin Babəki təhvil almaq üçün Səhlin malikanəsinə iki minlik dəstə göndərir. Səhl xahiş edir ki, Babəki malikanədən kənarda həbs etsinlər. Qoy onu kimin satdığından xəbər tutmasın. O, bir ov təşkil edir, Babəki və qardaşı Abdullanı ov zamanı tuturlar. Hər ikisini Afşinin iqamətkahına gətirirlər. Səhl böyük məbləğdə mükafat və hədiyyələr alır, eyni zamanda vergidən azad edilir. Tomara M. belə yazır: "Bu vaxtdan e'tibarən Fələstindən çıxmış, sonralar Ermənistan, Abxaziya və Gürcüstana çarlar bəxş etmiş Baqrat uşağının-Səhl ailəsinin ulduzu parlayır."


Afşin əsirlərlə birlikdə paytaxta yollanır. Şəhərin girəcəyinə 30 km qalmış Mö'təsimin oğlu Harun və xəlifə sarayının əyan-əşrəfi onun qarşısına çıxır. Onlar Afşini mükafatlandırır və Babəkin faciəsinin son pərdəsinin oynanmasına başlayırlar.


Babəkə və qardaşına çarlara layiq, mirvarilərlə işlənmiş, qiymətli daş-qaşlarla bəzənmiş libaslar geyindirirlər. Babəki Hindistan çarının Mə'muna hədiyyə etdiyi nəhəng boz filin, Abdullahı isə Baktriyadan gətirilmiş dəvənin üstünə mindirirlər. Filin də, dəvənin də üstünə ipək və zərxara parçalar salmışdılar. Samirəyə uzanan yolun hər iki tərəfində bayram libası geyinmiş, bayraqları dalğalanan süvari və piyada dəstələri düzülmüşdü. Babək yol boyu düzülmüş bu karnaval əskərlərinə baxaraq, dodağının altında hey deyinirdi: "Gör nə bədbəxtəm ki, bu itlərin hamısını gəbərdə bilmədim." Nəhayət, təntənə karvanı xəlifənin sarayına çatır. M. Tomara yazır: "Bütöv bir şəhəri xatırladan saysız-hesabsız saray tikililəri qiymətli xalçalarla döşənmişdi. Sarayın həyətində yüzlərlə şir qızıl zəncirlə bağlanmışdı. Zallarda xəlifənin silahlara qurşanmış şəxsi qvardiyası, yeddi min ağ qul və yeddi yüz saray əyanı yerləşdirilmişdi. Divarlarda on minlərlə qızıla tutulmuş silah və sürsat asılmışdı. Afşin sarayın qarşısında atından düşdü. Babək filin üstündən düşdü və əsirləri onun ardınca apardılar. Onlar sarayın ən məşhur zalından keçdilər: burada mərmər hovuzun düz ortasında on səkkiz budaqlı bütünlüklə qızıldan düzəldilmiş ağac ucalırdı. Budaqlarda qızıldan tökülmüş quşlar oturmuşdu və bunların gözlərinin yerində qiymətli daşlar parıldayırdı. Nəhayət, onlar müstəsna dərəcədə nadir və qiymətli xalı-xalçalarla döşənmiş taxt zalına girdilər. Mö'təsim taxtında qürurla əyləşmişdi. Onun cağ tərəfində ali qazi Əhməd ibn Əbi Duad, sol.tərəfində baş xacə dayanmışdılar. Xəlifənin qarşısında "qətl dərisi" çəkilmiş və cəllad əmrə müntəzir dayanmışdı. Qətllər köhnə qaydada-xəlifənin gözü qarşısında həmin bu dərinin üzərində həyata keçirilirdi. Afşin yaxınlaşanda xəlifə onu öz yanındakı şərəfli yerlərdən birində əyləşdirdi. Sonra Babəki taxtın qarşısına gətirdilər.


Babəkin Nudnud adlı bir cəlladı vardı. Afşin onu da o biri əsirlərlə birlikdə paytaxta gətirmişdi. Mö'təsim Babəkin və qardaşının boynunu vurmağı ona həvalə edir. Babəkin paltarını çıxarıb lüt soyundururlar. Cəllad əvvəlcə onun cağ qolunu kəsir, bu qolu ilə onun üzünə bir neçə şillə vurur, sonra sol qolu ilə də eyni cür rəftar edir. Sonra hər iki qıçını da kəsirlər. Babəkin bədəni qan içində çırpınır. Bundan sonra onun qarnını yarır, lap axırda isə başını vururlar. Onun cəsədini dirəyə mıxlayaraq, Samirənin kənarında hamıya göstərirlər. Hətta şəhər dağılandan sonra da uzun müddət bu yerə "Babəkin çarmıxı" deyirdilər. Babəkin başını əvvəlcə Bağdadda körpünün üstünə qoymuşdular, sonra isə üsyan qaldırmaq istəyən Xorasan əhlinə görk olmaqdan ötrü oraya göndərdilər. Abdullah da eyni ssenari ilə Bağdad əhalisinin gözü önündə e'dam olundu.


Afşin şöhrətinin zirvəsindədir. Onun şərəfinə ən yaxşı şairlər şe'rlər yazırlar. Xəlifə ona mükafat olaraq, iyirmi milyon dirhəm pul verir. Afşinin oğlu Həsəni məşhur türk sərkərdələrindən Aşnasın qızı Utruca ilə nişanlayırlar. Bəylə gəlini xəlifənin özü bütün əyanların gözü qarşısında şəxsən təbrik edir. Lakin Afşinin şan-şöhrəti xəlifəni və onun yaxın əhatəsini ehtiyatlandırır. Onu Babəklə gizli əlaqələr saxlamaqda, bütlərə pərəstiş etməkdə, "imperiyanı ərəblərdən alıb, Xosrovun vaxtındakı kimi bərpa etmək məqsədilə" sui-qəsd hazırlamaqda ittiham edirlər. Onu mühakimə edir, lakin orduda və xalq arasında məşhurluğundan ehtiyatlanaraq, e'dam etmirlər. Afşin öz "əcəli" ilə həbsxanada, acından ölür.


Babəkin başçılığı ilə kəndli üsyanı indiki Avropa dövlətlərinin ərazisinə bərabər olan geniş bir ərazini əhatə etmişdi. İyirmi il ərzində o,özünün qeyri-adi sərkərdəlik və təşkilatçılıq bacarığı sayəsində nəhəng bir kəndli dövləti yaratmış və burada insanları azad və xoşbəxt etmək istəmişdi

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812 Şəki - 1878 Tbilisi) - Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir.

1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüş, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdir, 1825-ci ildə anası ilə Şəki*yə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tbilisiyə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.



1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. Axundzadə "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.

Axundzadə bədii yaradıcılığına şerlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).

Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

Həyatı



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin