1899-1904-cü illər – Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır.
1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü. Bakı şəhərinə köçmüş. Ədəbi-publisistik fəaliyyətə başlamışdır.
1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır.
25 yanvar, 1908-ci il– Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası.