İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin sertifikasiyası, yaradılması və istifadəsi sahəsində xüsusi qaydalar
Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır.
İnformasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi razılıq əsasında həyata keçirilir.