Маэистратурайа гябул иля баьлы



Yüklə 468.85 Kb.
səhifə1/3
tarix24.06.2018
ölçüsü468.85 Kb.
  1   2   3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

FÖVQƏLADƏ HALLAR VƏ HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” KAFEDRASI





Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı”



fənni üzrə test sualları

BAKI – 2015

Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı” fənnindən



TEST SUALLARI

1. Məhsul istehsal etməyən obyektdə işin dayanıqlığı nəyə deyilir?

A) Obyektin fövqəladə hallarda öz funksiyalarını yerinə yetirməsi bacarığına deyilir.

B) Fövqəladə hallar zamanı nəqliyyat obyektinin dayandırılmasına deyilir.

C) Təbii fəlakətlərdə öz funksiyalarını bacarmamağa deyilir.

D) Müasir silahlara qarşı tədbirlərin görülməsinə deyilir.

E) Fövqəladə hallarda tikinti materialları istehsal etməyinə deyilir.
2. İşin dayanıqlığının yüksəldilməsi nədən ibarətdir?

A) Obyektin məhz bu qabiliyyətinin və imkanlarının artırılıb müvafiq normativ sənədlərin tələbləri səviyyəsinə çatdırılmasından ibarətdir.

B) Obyektin işinin qəzasız dayanması.

C) Obyektdə qəza zamanı binaların bərpası.

D) Obyektlərin layihələndirilməsi zamanı zəlzələnin nəzərdə tutulması.

E) Obyketdə mühəndis tədbirləri yerinə yetirir


3.İşin dayanıqlığının yüksəldilməsi hansı tədbirlərdən ibarətdir?

A) Mühəndis-texniki, texnoloji və təşkilatı tədbirlərdən.

B) Mühəndis tədbirlərdən

C) Mühafizə tədbirlərdən

D) Enerji təchizatı tədbirlərdən

E) Texnoloji tədbirlərdən


4. İşin dayanıqlığının yüksəldilməsi tədbirlərinin məqsədi nədir?

A) Qəzaların qarşısını almaq, itki və zərəri azaltmaq, fövqəladə halların aradan qaldırılmasına şərait yaratmaq, pozulmuş istehsal prosesinin bərpasına imkanı əldə etmək, işcilərin və onların ailə üzvlərini normal həyat şəraiti ilə təmin etmək.

B) Obyektdə yanğınları söndürmək.

C) Obyektdə zərər çəkənlərə ilk tibbi yardım göstərmək.

D) İstehsal prosesini dayandırmaq.

E) İşçiləri köçürmək


5. Mühəndis-texniki tədbirlər nədən ibarətdir?

A) Obyektdəki binaların, qurğuların, avadanlıq və kommunikasiyaların zədələyici təsirlərə davamlılığın artırılması.

B) Obyektin idarə olunması.

C) Obyektdə işçilərə fərdi mühafizə vasitələrinin paylanması.

D) Obyektdə mühafizə qurğularının tikilməsi.

E) İşçilərin köçürülməsi.


6. Texnoloji tədbirlərdə nə nəzərdə tutulur?

A) İkinci zədələyici amillər yaranması ehtimalının azaldılması məqsədilə texoloji rejimin dəyişdirilməsi nəzərdə tutulur.

B) İşçilərin köçürülməsi.

C) Dağılmış sexlərin bərpası.

D) Kommunikasiyaların təmiri.

E) Avadanlıqların quraşdırılması.


7. Obyektdə işin dayanıqlığı üzrə neçə cür plan tərtib edilir?

A) İki cür plan (sülh və müharibə dövrü üçün).

B) Yanğın təhlükəsi vaxtı üçün .

C) Zəlzələyə qarşı.

D) Müharibə dörvü üçün.

E) Sülh dövrü üçün.


8. Mühəndis texnki tədbirlərin həcmi və xarakteri nədən asılıdır?

A) Obyektin vacibliyindən, təhlükələrin yarana biləcək yerindən, fəhlə və qulluqcuların sayından və digər şərtlərdən.

B) Obyektdə olan xammaldan.

C) İşçilərin ailə üzvlərinin sayından.

D) Obyektdə binaların sayından.

E) Obyektin ölçüsündən.


9. Obyektdə işin dayanıqlığının yüksəldilməsi yolları hansılardır?

A) İşçilərin mühafizəsi; Obyektlərin ən vacib elementlərinin möhkəmləndirilməsi; Maddi texniki təchizatın dayanıqlığının artırılması; Obyektin idarəetmə sisteminin etibarlılığının yüksəldilməsi;-İkinci zədələyici amillər törəməsi ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlər; istehsalın bərpa edilməsi üçün hazırlıq.

B) Obyektin yeyinti məhsullarla təchizi; işçilərin ailə üzvlərinin köçürülməsi; obyektin işinin dayandırılması.

C) Obyektdə planın qurulması; Obyektdə xilasetmə işlərinin aparılması; Obyektdə işçilərin sayının azaldılması.

D) Obyektin idarəedilmə məntəqəsinin ərazidən kənarda yerləşdirilməsi; obyektin işinin dayandırılması; işçilərin mühafizə qurğularında yerləşdirilməsi.

E) Mühafizə qurğularının tikilməsi; yanğınların söndürülməsi; iş prosesinin dayandırılması.


10. İşçilərin mühafizəsi üçün görülən təşkilatı tədbirlər hansılardır?

A) Əhalinin köçürülməsi, fərdi mühafizə vasitələri işlətməsi, təhlükələr barədə xəbərdarlıq və davranış qaydalarının öyrədilməsi.

B) İşçilərin mühafizə qurğularnda yerləşdirilməsi.

C) Sexlərdə iş prosesini dayandırmaq.

D) Obyektdə yanğınları söndürmək.

E) Obyekti xammal ilə təchiz etmək.


11. Obyektdə təchizatın sabitliyi hansı tədbirlərlə aparılır?

A) Obyektdə xammal, material, komplektləşdirici hissələr, avadanlıq və yanacaq ehtiyyatları yaratmaq.

B) Obyektin azı iki elektrik xəttilə təchizi.

C) Obyektin işçilərinin ərazidən çıxarılması.

D) Avadanlıqların özüllərə bərkidilməsi.

E) Obyektə yanğın söndürən maşınların göndərilməsi.

12. Müharibə dövründə idarəetmə məntəqəsi harada yerləşdirilir?

A) Müəssisənin sığınacaqlarının birində müharibə dövründə idarəetmə məntəqsi yaradılır.

B) Obyektin əsas binasında.

C) Əsas iş gedən sexdə.

D) Obyektdən kənarda

E) Mülki müdafiə qərargahında.
13. Obyektdə ikinci zədələyici amillər ehtimalını azaltmaq üçün hansı tədbirlər yerinə yetirilməlidir?

A) Tezalışan, partlayış təhlükəli və güclü təsirli zəhərli maddələrin ehtiyyatının minimuma qədər azaldılması və onlar saxlanılan tutumların ətrafında torpaqdan bəndin düzəldilməsi; onların təsirinin neytrallaşdırılması üçün avtomat neytrallaşdırma qurğuların qoyulması və s.

B) Tezalışan və partlayış təhlükəli maddələrin bir yerə yığılması və üstünün örtülməsi.

C) Partlayış təhlükəli avadanlıqların obyektdən çıxarılması.

D) Yanğın – partlayış təhlükəli prosesi dayandırmaq.

E) Güclü təsirli zəhərli maddələri azaltmaq.

14. Orta dərəcəli dağıntılar hansılardır?

A) Avadanlıqların ayrı – ayrı hissələrinin deformasiyası,avadanlıqların özüllərə nisbətən vəziyyətinin dəyişilməsi, elementlərin mərkəzləşməsinin pozulması.

B) Elektrik xətlərinin, qaz xətlərinin və istilik təchizatının pozulması.

C) İdarəetmə sisteminin dağılamsı.

D) Avtomat sisteminin sıradan çıxması.

E) Mühafizə qurğularının dağılması.

15. Güclü dərəcəli dağıntılar hansılardır?

A) Böyük deformasiyalar, idarəetmə sisteminin pozulması, radioelementlərin sıradan çıxması, avadanlıqların dağılması.

B) Elektrik xətləri, qaz və istilik təhcizatının pozulması.

C) Binaların, qurğuların və avadanlıqların ayrı – ayrı hissələrin deformasiyası.

D) Mühafizə qurğularının dağılması.

E) Miqyaslı yanğınlar.


16. Hansı dərəcəli dağıntılarda istehsalatın işi dayandırılmalıdır?

A) Güclü dərəcəli dağıntılarda.

B) Zəif dərəcəli dağıntılarda.

C) Zəif və tam dərəcəli dağıntılarda.

D) Orta dərəcəli dağıntılarda.

E) Orta və güclü dərəcəli dağıntılarda.


17. Hansı dərəcəli dağıntılarda istehsalatın işi dayandırılmır?

A) Zəif dərəcəli dağıntılarda.

B) Güclü dərəcəli dağıntılarda.

C) Zəif və tam dərəcəli dağıntılarda.

D) Orta dərəcəli dağıntılarda.

E) Orta və güclü dərəcəli dağıntılarda.


18. Odadavamlılığına görə inşaat materiallarının qrupları hansılardır?

A) Yanmayan, çətinyanan, yanan.

B) Tezalışan, yanmayan.

C) Zəif yanan, yanan.

D) Yanmayan, ləng yanan.

E) Tezalışan, yanan və partlayan.
19. Odadavmlılığına görə bina və qurğular neçə dərəcələrə bölünürlər?

A) Altı dərəcəyə.

B) Beş dərəcəyə.

C) İki dərəcəyə.

D) On dərəcəyə.

E) Dörd dərəcəyə.


20. Yanğın təhlükəsinə görə obyektlərin kateqoriyaları hansılardır?

A) A, B, V, Q, D və E kateqoriyaları.

B) A, B, V kateqoriyaları.

C) D və A kateqoriyaları.

D) K, L, M kateqoriyaları.

E) A, Q, D və M kateqoriyaları.


21. Binaların və qurğuların zəlzələdən sonrakı vəziyyəti neçə zədələnmə dərəcəsi ilə qiymətləndirilir?

A) i=5


B) i=4

C) i=3


D) i=2

E) i=6


22. Partlayış təhlükəli qarışıq buludunun külək istiqamətində yayılma məsafəsi hansı düsturla hesablanır?

A) L=25

B) L=30

C) L=45

D) L=15

E) L=35

23. Güclü dərəcədə dağılmış binanın uçqunlarının həcmi tamamilə dağılmış binanın uçqunlarının həcminin hansı hissəsinə bərabər qəbul olunur ?

A)

B)

C)

D)

E) 1


24. Orta dərəcəli dağılmış binalarda insanların neçə % zədələnə bilər ?

A) 1015%

B) 2025%

C) 3040%

D)4050%

E) 5060%


25. Güclü dərəcəli dağılmış binalarda insanların neçə % zədələnə bilər ?

A) 60%

B) 40%


C) 80%

D)90%


E) 100%
26. Qaz-hava qarışığının partlayışından hansı zonalar yaranır?

A) Detonasiyalı dalğa zonası, partlayış məhsullarının təsir zonası, hava zərbə dalğasının təsir zonası

B) Detonasiyalı dalğa zonası, partlayış məhsullarının təsir zonası, tam dağıntı zonası

C) Partlayış məhsullarının təsir zonası, hava zərbə dalğasının təsir zonası, orta dağıntı zonası

D) Detonasiyalı dalğa zonası, hava zərbə dalğasının təsir zonası, güclü dağıntı zonası

E) Detonasiyalı dalğa zonası, zəif dağıntı zonası

27. Detonasiyalı dalğa zonasının radiusu hansı düsturla təyin olunur?

A) r1=17,5

B) r1=25,5Q

C) r1=15,5Q

D) ) r1=10Q

E) ) r1=100Q

28. Qaz-hava qarışığının partlayışından əmələ gələn detonasiyalı dalğa zonasında yaranan izafi təzyiqin qiyməti şərti olaraq nə qədər qəbul olunur?

A) =1700 kPa

B) =1800 kPa.

C) =2000 kPa

D) =50 kPa

E) =30 kPa

29. Qaz-hava qarışığının partlayışından yaranan partlayış məhsularının təsir zonasının radiusu hansı düsturla hesablanır?

A) r2=1,7r1

B) r2=17,5r1

C) r2=17 r1

D) r2=175r1

E) r2=0,75r1


30. Qaz-hava qarışığının partlayışı nəticəsində əmələ gələn I zədələnmə zonası hansıdır?

A) Detononasiyalı dalğa zonası

B) Partlayış məhsullarının təsir zonası

C) Hava zərbə dalğasının təsir zonası

D) Xüsusi partlayış zonası

E) Tam partlayış zonası
31. Qaz-hava qarışığının partlayışı nəticəsində əmələ gələn II zədələnmə zonası hansıdır?

A) Partlayış məhsullarının təsir zonası

B) Detononasiyalı dalğa zonası

C) Hava zərbə dalğasının təsir zonası

D) Xüsusi partlayış zonası

E) Tam partlayış zonası


32. Qaz-hava qarışığının partlayışı nəticəsində əmələ gələn III zədələnmə zonası hansıdır?

A) Hava zərbə dalğasının təsir zonası




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə