3.1. Məhsul istehsalı və satışı ilə əlaqədar əməliyatların auditi
3.2. Məhsul (iş, xidmət) istehsalı və satışı həcminin artırılmasında ehtiyatlarının təhlili
3.3. Məhsul istehsalı və satışının kompüterləşməsi
NƏTİCƏ VƏ TƏKLİFLƏR
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI GİRİŞ
Mövzunun aktuallığı. Məlum olduğu kimi məhsul istehsalı və satışı ilə məşğul olan hər bir müəssisə ilk növbədə bunun ildən-ilə artırılmasına, keyfiyyətinin işlədilməsinə və yüksək rentabelli olmasına ciddi fikir verir. Məhsul istehsalının və satışının ildən-ilə artırılması əhalinin artmaqda olan tələbatının ödənilməsinə məhsulun keyfiyyətinin yüksəldilməsi isə bunun alıcılıq qabiliyyətinin artırılmasına səbəb olur. İstehsal edilən məhsulların hər vahidinin maya dəyərinin ucuz başa gəlməsi isə başqa şərtlər dəyişməz qaldığı halda məhsul satışından yüksək səviyyədə mənfəət əldə olunmasını təmin edir.
Tam təsərrüfat hesabı ilə işləyən hər bir müəssisə belə bir vəziyyətdə isthesal edilən və satılan məhsulların düzgün uçotunun aparılmasını və xərclənən hər manat üzərində ciddi uçot nəzarətinin təmin olunmasına ciddi səy göstərilməlidir. Bu məqsədlə müəssisələrdə məhsul istehsalı və satışı ilə əlaqədar olan əməliyyatların uçotu və auditi günün tələbləri səviyyəsinə uyğun qurulmalıdır.