Məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların auditi qarşısında duran ovəzifələrə aşağıdakıları aid etmək olar:
- məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların ilk sənədlərlə rəsmiyətə salınmasının və uçotda əks etdirilməsinin düzgünlüyünü yoxlamaq;
- məhsul istehsalının və satışının gələcəkdə artırılması sahəsində mövcud daxili ehtiyat mənbələrini aşkara çıxarıb, istifadəyə vermək barədə təkliflər vermək və s.
- məhsul istehsalı və satışı üzrə dövrü hesabatlarda əks etdirilən məhsullarına reallıq vəziyyətini yoxlamaq;
- məhsulların keyfiyyəti və çeşidləri üzrə qəbul olunmuş tapşırıqların yerinə yetirilməsinə vəziyyətini yoxlamaq;