Şəkil 7. "Məlumat" dialoqu
Qeyd olunan dialoqda hesabat dövrü, məxaric sənədlərinin nömrəsi, maddiməsul şəxsləri, malsatanlar-malalanlar və malların adını seçilən xanalar mövcuddur. Orada lazım olan tənzimləmə işi aparılandan sonra, "OK" düyməsi basılır, ekrandan seçilən maddi-məsul şəxsin tələb olunan hesabat dövrünə aid malların satışı və satışının nəticələri barəsində məlumatların əks olunmuş "Gəlir" dialoqu açılır. Həmin dialoq iki hissədən ibarət olur, sol pəncərədə malların qruplar üzrə təsnifatı, sağ pəncərədə isə ayrı-ayrı mallara uyğun alışlar, satışlar, gəlirlər və ziyanlar barəsində məlumatlar cədvəlində əks olunur. "Gəlir" dialoqun görünüşü şəkil 7-də göstərilib. Bu "Hesabat" bölməsindən olan "Məlumat" elementi seçiləndə, ekranda mallar və eynən də taraların mədaxili və məxarici barəsində ümumi məlumatlar formalaşdıran eyniadlı dialoqu açılır. Həmin dialoqun birinci formasında əks olunan məlumatların parametrini daxil edilməsi üçün müvafiq xanalar nəzərdə tutulur. Bu xanalarda isə tənzimlənmə prosesinin aparılmasından sonra, "OK" düyməsi basılan zaman, "Məlumat" dialoqunun növbəti forması açılır və həmin dialoqun görünüşü şəkil 7-də göstərilmişdir.
Dostları ilə paylaş: |