Tədqiqatın predmeti və obyekti: Yerinə yetirilən dissertasiya işinin predmeti məhsul satışının uçotu, auditinin və təhlilinin metodikasının işlənib hazırlanması və bunun təkmilləşməsi hesab olunur.
Tədqiqatın nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən qəbul edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi», «Mühasibat uçotu barəsində» Qanun, Nazirlər Kabinetinin normativ-hüquqi sənədləri, görkəmli iqtisadçı alimlərin məhsul satışının uçotu və təhlilinə aid elmi tədqiqat işləri təşkil edir.
Tədqiqatın mənbələri. Tədqiqat prosesində Azərbaycan Respublikası səhmdar cəmiyyətlərinin biznes planı, uçot və hesabat məlumatlarından istifadə olunmışdır.
Dissertasiya işində Dövlət Statistika Komitəsinin, Səhmdar Cəmiyyətinin və başqa mənbələrin rəqəm məlumatlarından istifadə olunmuşdur.
Dostları ilə paylaş: |