FƏSİL I. HAZIR MƏHSUL İSTEHSALI VƏ SATIŞI BARƏSINDƏ
ANLAYIŞ, ONLARIN UÇOTUNUN QARŞISINDA DURAN VƏZİFƏLƏR
1.1. Hazır məhsul istehsalı və satışı barəsində anlayış, uçotunun və auditinin vəzifələri
Hazır məhsul müəssisənin istehsal prosesinin son məhsuludur. Hazır məhsul bütöv istehsal prosesinin başa vurmuş və texniki nəzarət şöbəsi tərəfindən qəbul edilən məhsullardır.
Yüklənib göndərilmiş və ya buraxılmış məhsullar, yerinə yetirilmiş işlər və edilmiş xidmətlər dedikdə elə məhsullar, işlər və xidmətlər başa düşülür ki, hansı ki, onlara müəssisə tərəfindən hesab-ödəmə tələbnaməsi yazılır və banka artıq təhvil verilirb, lakin alıcı tərəfirndən ödənilməyib. Göndərilmiş (buraxılmış) məhsullar, göndərilmiş işlər və edilmiş xidmətlər, hesab-ödəmə tələbnaməsini ödəməyə kimi tədavül sferasında olur və Buna görə də aydındır ki, xüsusi hesabda uçotu alınır, yəni göndərilmiş hesab olunurlar.
Bazar iqtisad uyğunyyatı şəraitinin məhsul istehsalının və satışının qarşısında
bir sıra mühüm vəzifələr durur. Bunlara aşağıdakıları aid etmək olur:
məhsul istehsalı prosesi üzərində ciddi uçott nəzarətinin təmin etmək. Bu məqsədlə məhsul istehsalına çəkilən məsrəflərin vaxtında ilk sənədlərlə rəsmiyyətə salınmasını təmin etmək;
istehsal olunmuş məhsulların vaxtında ilk sənədlərdə rəsmiyyətə salınmasını həyata keçirmək və bunun uçotda dəqiq əks etdirilməsini təmin etmə;
istehsalı olunmuş məhsullara çəkilən xərcləri uçotda dəqiq əks etdirmək və məhsulların istehsal maya dəyərinin düzgün hesablanmasını təmin etmək;
yüklənib alıcıların ünvanına göndərilmiş məhsulların vaxtında və düzgün rəsmiyyətə solanımasını və uçotda əks etdirilməsini təmin etmək;
satılmış məhsullar uyğun əməliyyatları uçotda düzgün əks etdirilməsini təmin etmək;
kommersiya xərclərinin saılmış məhsullara aid edilməli olan hissəsini düzgün müəyyən etmək və satılmış məhsullara dəqiq aid etmək;
satılmış məhsulların həcmini və onların tam maya dəyərinin obyektiv hesablanmasını təmin etmək;
məhsul satışından olan maliyyə nəticəsinin düzgün hesablamaq və müvafiq hesablarda dəqiq əks etdirilməsi.
Dostları ilə paylaş: |