Magistr dissertasiyasi magistrant: Əhmədov Tural



Yüklə 0,55 Mb.
səhifə6/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   2   3   4   5   6   7   8   9   ...   22
1. Xromatoqrafiya metodu

2. Rentgen flyuoressentik spektoroskopiya metodu

3. Mass-spektralı analiz metodu

4. Köçürülən (skaniruyuuşiy) elektron mikroskop metodu

5. Termiki analiz metodu

6. İnfraaqırmızı spektroskopiya metodu

İlk öncə mürəkkəb qarşıqların xromatoqrafik metod ilə ayrılmasına nəzər salsaq görərik ki, bilavasitə qarışıq komponentlərin müxtəlif cür qurulmasına əsaslanır. Həmçinin diffuziya, həllolma və digər kimyəvi - fiziki xassələr də az əhəmiyyətə malik deyil. Xromatoqrafik proseslərdə mühüm əlamət olaraq onların dinamik xarakteri götürülür. Xromatoqrafiya zamanı analiz olunan prob-nümunələr hərəkətsiz hissədən qatışdırılaraq dinamik fazaya ötürülür. Belə olan halda sorbiya aktı xromatoqrafiya prosesi üçün xarakterik hesab olunan və mümkün qədər nazik xromatoqrafik hissələrin səmərəli halını şərtləndirən desorbsiya müəyyən hallarda təkrarlanır.

Rus alimi, botaniki M.S Svet tərəfindən Xromatoqrafiya analiz üsulu 1903 - cü ildə hazırlanmışdır. Bu metoda son vaxtlarda tələbat daha çox artıb. Xromatoqrafiya üsulunun tətbiqi çoxformalı və əhəmiyyətli olub, yalnız analitik kimya sahəsi ilə məhdudlaşmamışdır. Xromatoqrafiya metodikasından çox hallarda cihazlardan maddələrin fiziki – kimyəvi xassələrinin xarakterinin təyin olunmasında və tədqiqində geniş istifadə edilir. Laboratoriya şəraitində bu metodun köməyilə təmiz maddələr alınır. İstehsalatın müxtəlif sahələrində sənaye xromatoqrafiyası metodlarından geniş istifadə olunur.

Xromatoqrafiyanın metodlarını mütəlif cür təsnifatlandırmaq olar. 1.fazanın aqreqat vəziyyətinə görə 2. eksperment (təcrübələr) metodikasına görə 3. bölünmə mexanizminə görə

Xromatoqrafiyanı təcrübələrin aparılması metodikasına uyğun olaraq aşağıdakı növlərə ayırmaq olar:

1. Frontal metodlar

2. Element metodu

3. Sıxışdırma metodu

Frontal metod. Bu metod xromatoqrafiyanın ən sadə variantı hesab olunur. Mənası odur ki, analiz olunan qarışıqlar adsorbentli kolonkadan daimi fasiləsiz olaraq ötürülür. Məsələn, S həlledicisində olan A və B komponentləri. Hər bir komponentin müəyyən qatılıqları kalonkadan axan məhsulda təyin olunur və kalonkadan keçirilən məhsulun həcmi maddə miqdar asılılığına uyğun olaraq qrafik şəklində qurulur. Bəzi hallarda bu asılılığı xromatoqramma və ya çıxış əyrisi də adlandırmaq olur.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin