Magistr dissertasiyasi magistrant: Əhmədov Tural



Yüklə 0,55 Mb.
səhifə8/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
Sıxışdırma metodu. A və B komponentləri və S həlledicisi olan analiz olunacaq qatqının bu metodda müəyyən miqdarı kalonkaya ötürülür və yaxşı udulan sıxışdırıcı ilə yuyulur. Bir çox hallarda göstərilən əyrinin uzunluq göstəricisi (S+A və s.) qatılıqla düz mütənasiblik təşkil edir. Bu asılılıqdan isə kəmiyyət, miqdar analizində istifadə edilir. Aşkarlama metodundan isə fərqli cəhəti ondan ibarətdir ki, bu metodda xromatoqrafiya metodu zamanı məhlulun qatılığı azalmır. Metodun çatışmayan cəhəti isə bir komponentin zonasının digəri ilə çox hallarda üst-üstə düşməsidir.

Mass-spektral analiz - Qazşəkili ionların kütlədən asılı halda parçalanma qabiliyətinə, tam desək, kütlə göstəricisi m/in ion yükü e-ə bəabərolan nisbətnə əsaslanan (m/e) bu analiz üsulu geniş istifadə olunur. Hər cür ionların nisbi miqdarı detektorlarla ölçülür və hesablanır. Mass-spektral analiz üçün istifadə olunan cihazın konstruksiyası əsas üç hissədən ibarət olmalıdır: analizator hissəsi, ionların mənbəyi və detektor hissə. Gücləndirici lövhədən yaranmaqda olan müsbət yüküolan ionlar (e yükü olan) keçərkən, bunlar arasında çox yüksək potensiallar fərqi yaranır (birneçə minədək volt). Burada isə onlar eV enerji gücü qazanır və onların sürət göstəricisi v-yə qədər artır. Bu vaxt enerji ion mənbəyindən v sürəti ilə ayrılan ionlar kütlələrinin kinetik enerjisigöstəricisinin yarısına bərabər olan nəticə alınacaqdır.

Elektrik sahəsindəki sürətlənmədən dərhal sonra ionlar, maqnit sahəsini müqaviməti H olan vəziyyətdə düz bucaq altında kəsərək, perpendikulyar şəkildə ionların hərəkətinə istiqamətlənmiş Hev gücünə uyğun gücə məruz qalır. Ona görə də çevrənin radiusu (r) həm də ionun hərəkət trayektoriyasına bərabər olacaqdır. Çevrənin radiusunun (r) təsvirini yaradan ionlar gücləri bərabərləşdirərək detektora gəlib düşür. İonlar beləliklə elektrik üsulları və ya fotoqrafik detekorlaşdırılırlar. Elektrik, detektorlu masspektrometrlərdə, elektron çoxaldıcı, yaxud da digər müvafiq analoji qurğular ilə ölçülür. Siqnallar isə yüksək sürətli potensiometr ilə qeydə alınır.

Mass-spektorial kəmiyyətlər və müvafiq intensivliyi göstərən asılılığı cədvəllər şəklində və ya spektoraqramma ilə əks olunur. Müxtəlif maddələrin kütlə mass-spektrləri əhəmiyyətli dərəcədə yaxşı öyrənilmişdir və onların xüsusi şəkildə xəritəsi hazırlanmışdır. Demək olar ki atlasda hər şey nəzərə alınmışdır.

Ümumiyyətlə götürdükdə Mass-spektrometrin təcrübi tətbiqi çoxşaxəli şəkildədir. Müxtəlif maddələrin izotop olan tərkibinə baxarkən mass-spektrlərin ölçülməsi xüsusi əhəmiyyətə malik hesab olunur. Bu cihazların köməyilə Stabil izotoplar haqqındakı demək olar ki, bütün əsas bilgilər faktiki olaraq alınmışdır. Eyni vaxtda birneçə elementin təyini və işdə 1 mq və daha az çəkilərdən istifadə olunması Mass-spektral analizin ən üstün sayılan xüsusiyyətlərindən biridir. Bu metod həm də metalların, qeyri-üzvi və üzvi maddələrin, yarımkeçiricilərin analizləri üçün də keçərli sayılır. O həm də imkan verir ki, probun sətrində və bütün həcmində olan qarışıqlar tam təyin olunsun. Əksər elementlərdə konsentrasiya qabiliyyəti müvafiq olaraq 10-5% təşkil edir. Mass-spektrometrik təyin olunma və Xromatoqrafik parçalanmanın birgə istifadəsilə əmələ gələn məhsullar, bu metodların birgə fəaliyyətinin uğurlu gələcəyindən xəbər verir.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin