Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


Köçürülən (skaniruyuuşiy) elektron mikroskopu üsulu



Yüklə 0,55 Mb.
səhifə10/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Köçürülən (skaniruyuuşiy) elektron mikroskopu üsulu

XX əsrin 30-cu illərindən ilk dəfə olaraq elektron mikroskop tətbiq olunmağa başlamışdır. Lakin 1960-cı ildən isə eşilən mikroskop kimyəvi analizlərdə tətbiqinə başlanmışdır. EEM mikroskopunu bəzi hallarda əksolunma variantı istifadə edilir.

Bəzi hallarda müasir şəraitdə REM-lə EEM-i bir-birindən ayırmaq maneə yaradır. EEM-də elektron dəstəsi təxmini olaraq 10 mk diametrə, axını isə uyğun olaraq REM-dən daha çox azdır.

Termik analiz metodu

Termik analiz ümumi termin olaraq, bəzi fiziki göstəricilərin, məsələn,nümunənin xətti ölçüləri, kütləsi, temperaturun dəyişməsi zamanı maqnitkeçirmənin dəyişməsini ölçməyə şərait yaradan qarşılıqlı təsirdə olan metodlar qrupuçün istifadə olunur.

Bu hadisələr çox hallarda nisbi udulma və nümunədən bazalarda belə rütubətin ayrılması haqda informasiyalar verir. Onlar, həm də ümumiyyətlə hansı kimyəvi reaksiyaların aparıldığını parçalanma və oksidləşmədə göstərirlər.Kristallıq strukturu digərinə ekzotermik və ya endotermik effektlər, polimorf keçidlər növündə üzə çıxır. Həm də, birbaşa kristallaşma və faza keçid effektləri də müəyyən olunur. Bəzi hallarda bu termik effektlər, onlardan mürəkkəb materiallarda kəmiyyət qiymətləndirilməsinin aparılmasıçün belə istifadəsində o qədər aydın və səciyyəvi forma alır. Aşağıda göstərilən termiki analizdə daha çox istifadə olunan metodların qısa təsviri verilmişdir.

Differensial termik analiz (DTA) metodu. Eyni sürət ilə qızdırılan və soyudulan, qeyri-müəyyən nümunəylə inert nümunə məhsullarının arasında yaranan temperatur fərqilə müəyyən olunur. Qeyd edək ki, temperatur fərqi isə, araşdırılan maddə tərəfindən istilikin ayrılması və ya udulmasının köməyilə əmələ gəlir.

Termoqrafmetrik analiz (TQA) metodu. Verilimiş nümunənin nəzarət aparılan atmosferdə sürətlə qızdırılması və soyudulması halında onun kütləsinin miqdar dəyişməsilə hesablanır. Xüsusi tərəzilərdə olan maddələr nümunə şəklində çox böyük olmayan sobaya yerləşdirilir. Soba sabit temperaturda sürətlə qızdırılmaqla bərabər, həm də nümunələrin kütlələri lentlə qeyd olunur.

Maddə kütləsinin sürətli itkisi əyridə aydın şəkildə pilləvari halda özünü biruzə verir. İdeal olan şəraitdə görünən bu pillələr aydın və iti formada temperatura müvafiq olaraq bir-birilə sərhədlənməlidirlər.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin