Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


İnfraqırmızı spektroskopya metodu



Yüklə 0,55 Mb.
səhifə11/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
İnfraqırmızı spektroskopya metodu

XIX əsrin əvvələrində İnfraqırmızı spektroskopiya sahəsi barəsində ilkin tədqiqatlar meydana çıxmışdır. Üzvi maddələrin analizində bu metodikadan daha geniş istifadə olunur. Lakin son vaxtlar bu sahədə ciddi inkişaf və təkminləşmə əldə olunub. İnfraqırmızı spektroskopiya metodundan belə ki, çox hallarda mineralları təyin etməkçün də istifadə edilir.

Maddələr, dalğa uzunluğu infraqırmızı diapazonda şüalandırılarkən, atomlararası əlaqələr haqda informasiyaları özündə saxlayan xarakterik spektrlər əmələ gəlir. Kimyəvi maddələrin infraqrmzı şüaları qaytarması və ya udması, onu əmələ gətirən molekulların enerji dəyişməsinə səbəb olur. Bu hal dəyişiklik spesifik olub, üzvi maddələrin təyin olunmasıçün istifadə oluna bilər. Müvafiq İnfraqırmızı spektri olan şüalanmanın udulması, əks olunması və buraxılmasilə almaq mümkndür. İnfraqrmızı udulan şüalarda maddənin strukturu göstəriciləri, həmdə əlaqələri barədə informasiyalar vardır: bu informasiyalardan həm də birsıra qeyri-müəyyən mineral nümunələrin yoxlanması üçün istifadə edilməsi mümkündür.

Mineralların udmuş olduğu infraqırmızı spektrlərin müəyyən pikləri, təcrid edilmiş və sərt əlaqəli SO3, SO4 kimi molekulyar dəstələrin dəyişmələrinə uyğunolur. Hissəciklərin kəmiyyət ölçüsü mühüm əhəmiyyət daşıyır. Nəzəri mülahizələrə əsasən, hissəciklərin kəmyyət ölçüsü, səpələnmə effektləri nəticəsində itkiləri minimumlaşdırmaq məqsədilə, düşən infraqırmızı dalğaların uzunluğundan müəyyən dərəcədə kiçik götürülməlidir. Hissəciklərin optimal kəmiyyət ölçüsü orta hesabla 2 mkm-dən azdır.

Belə ki, yüksəkkeyfiyyətli dərəcədə infraqırmızı udma spektri əldə etmək üçün, nümunənin sınmaəmsalı matriksdə yerləşdirilən nümunəyə uyğun gəlməsinə imkan daxilində çatmaq lazımdır. Nümunə və onu əhatələyən digər nümunələrin sınma dərəcələrinin kəskin fərqlənmələri udma zolağının əvvəlcədən nəzərdətutulmayan şəkildə dəyişdirilməsi və yerdəyişməsilə bağlıdır.

Sürtülmüş materiallarda sınma üzrə göstəricilərlər nümunə materialilə eyni olur. Tədqiqatçını maraqlandıran spektral diapazonda matriksin maddələri, infraqırmızı şüalanmalarçün şəffaf olmalı, az təzyiqlərdə və kimyəvi dayanıqlı tablet yaratmalıdır. Kalium bromid və sezium-yodiddən bu məqsəd üçün geniş istifadə olunur.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin