Fəsil 3. Azərbaycanda qeyri-ərzaq mallarının gömrük ekspertizasının təkminləşdirilməsi istiqamətləri
3.1 Qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin təkminləşdirilməsində beynəlxalq gömrük əməkdaşlığının rolu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə uyğun olaraq, ölkənin başqa dövlətlərlə beynəlxalq iqtisadi inteqrasiyasını möhkəmləndirmək məqsədilə, beynəlxalq hüquq normaları çərçivəsində protokolların, və sövdələşmələrin hazırlanmasında iştirak edir.
Gömrük ittifaqı dövlətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirmək və birgə xarici iqtisadi siyasəti həyata keçirmək məqsədilə birləşmişdir. İki və daha artıq ölkə arasında müqavilə əsasında yaradılır və müqavilə iştirakçısı olan ölkələrin əmtəələri üçün gömrük rüsumlarının və başqa maneələrin aradan qaldırılmasını, vahid gömrük məkanının formalaşdırılmasını nəzərdə tutur.Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqı digər ölkələrə münasibətdə ümumi gömrük tarifi tətbiq olunması və ortaq xarici ticarət siyasəti yeridilməsini təxmin edir.