Aşkarlama metodu. Tərkibində A və B komponentləri və S həll edicisi olan, analiz olunacaq qarışıq, bu metodla işləyərkən müəyyən hissələr ilə kolonkaya tökülür, onu isə qaz daşıyıcı və yaxud S həll edicisilə fasiləsiz olaraq yuyurlar. Bu halda isə analiz aparılan qarışığın komponentləri müəyyən zonalara ayrılır, kolonkanın üst hissəsini yaxşı udulan B maddəsi, alt hissəsini isə pis udulan A komponenti tutur. Kolonkadan əvvəlcə keçən qaz və yaxud məhlulda A komponenti, sonra isə müvafiq olaraq B komponenti görünür. Komponentin konsentrasiyası artdıqca, miqdar analizinin əsası hesab edilən Pikin yüksəkliyi və sahəsi də müvafiq olaraq artacaqdır. Aşkarlama metodu həm də mürəkkəb qatışıqların bir-birindən ayrılmasına şərait yaradır. Metodun çatışmayan cəhəti ondan ibarətdir ki, həll edicinin əlavə olunmasına görə çıxan məhsulun qatılıq dərəcəsinin azalmasıdır.