Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


Rentgen flyuoresentik spektoroskopya metodu



Yüklə 0,55 Mb.
səhifə9/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Rentgen flyuoresentik spektoroskopya metodu

Rentgen şüalanmasıçün xarakterik olan dalğasının uzunluğu, elementin tərkibi ilə birbaşa bağlıdır. Ona görədə mürəkkəb materiallarda əldə edilmiş müxtəlif növ xarakterli rentgen şüalarına uyğun dalğalarının uzunluğu, həmin materialın birbaşa hansı elementlərdən ibarət olduğunu tam aydın şəkildə göstərir. Dalğa uzunluğuna xarakterik olan intensivliyin müvafiq elementlərinin mütənasibliyinin həmçinin də, bərabər sayda elementlərin miqdarının və növünün mürəkkəb funksiyaları adlanır. Rentgen şüalanmasından əmələ gəlmiş materiallardan bu nisbəti tapmaqla, maddədəki müxtəlif elementlərin nisbətini müvafiq şəkildə təyin etmək üçün istifadə etmək olar.

Rentgen-flyuorosentik analiz (RFA) üsulu ilə müvafiq metodikadan istifadə edərkən, istənilən sayda elementi rentgen diapozonundakı dalğauzunluğunda xarakterik olan şüalar buraxmaqla qıcıqlandırmaq mümkündür. Nəticədə alınmış şüalar nümunədəki müxtəlif elementlərin qatılığını təyin etməyə və onların identifikasiyasına (eyniləşdirilməsinə) xidmət edir.

Qeyd edək ki, bu analiz həm də ümumi element tərkibini meydana çıxarır. Bəzən kimyəvi qatışıqlar minerallar nisbətini təyin etmək olar. Baxmayaraq ki, kimyəvi məhsullar nümunədə olan mineralların mümkün nisbəti haqqında nadir hallarda tam ətraflı təsəvvür yarada bilir, lakin prosesə nəzarət üçün bu analiz istifadə olunan müqayisəli informasiyaları almağa şərait yaradır.

Nümunədə nəticə olaraq alınan flyuoresentik rentgen şüaları rentgenspektrometrdən ötürülən zaman dalğa uzunluğunun özünəməxsus şəkildə xarakteristikaları müəyyən edilir və ölçülür.

Nümunənin daha ətraflı keyfiyyət analizini aparmaq üçün isə, xaraktertik piklərə uyğun olan elementləri müəyyənləşdirmək və bu piklərin hündürlüyünü qiymətləndirmək kifayət edir. Mahiyyət olaraq daha mürəkkəb prosedura, kimyəvi elementlərin kütləvi miqdar analizinin aparılmasıdır.

Miqdar analizinin alınması üsulu, məlum standart materialın kimyəvi nəticələrini naməlum şəkildə nümunə üçün alınmış müxtəlif nəticələrlə müqayisə etmək nəticəsində mümkündür. Qeyri-müəyyən nümunə və standartlar üçün rentgen şüalarının intensivlik göstəricisinin nisbəti təxminən onlardaolan müəyyən element qatılığının nisbətinə daha yaxın və mütənasibdir. Bu nisbətə isə rentgen siqnallarının fonu, matrikslə şüaların udulması tezliyi və s. təsir edir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin