1.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi
Bildiyimiz kimi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra müstəqil gömrük siyasəti həyata keçirməyə başlandı və vacib sayılan gömrük qanunvericiliyi üzrə aktlar qəbul olundu. Həmçinin gömrük işinin daha da səmərəli təşkili məqsədilə ARDGK tərəfindən lazımlı əsasnamə və təlimatlar işlənib hazırlandı. Bütün işlərin əsasında Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi dururdu. Həmin sənədlərdə Respublikamızın strateji inkişaf istiqamətlərinə müvafiq olaraq istiqmətlənəcək vahid gömrük siyasəti əksini tapmışdır.
Son əsrdə Azərbaycan Respublikası Gömrük xidmətinin inkişafı və təkminləşdiriməsində mühüm dəyişikliklər baş vermişdir və 30.01.1992-ci ildə AR Dövlət Gömrük Komitəsinin yaranması ilə bunun əsası qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 464 nomrəli 10.01.1997-ci il tarixli sərəncamilə artıq bu tarix Gömrük işçilərinin peşə bayramı günü kimi gömrük xidmətinin inkişafı tarixinin xronologiyasına daxil olmuşdur.
Gömrük ekspertizası fəaliyyətinin strukturu Azərbaycan Respublikasının NK-nin Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin məsələlələri haqqında 01.06.1992ci il 301 nömrəli qərarilə birbaşa Dövlət Gömrük Komitəsinin şəxsində yaradılmışdır.
Mərkəzi Gömrük laboratoriyası
|
Ekspres diaqnostik qruplar
|
Gömrük laboratoriyaları (Bölgə)
|
Ümumdünya Gömrük Təşkilatının 1996-cı ildə Gömrük laboratoriyasının təşkili üzrə Proqram Layihəsinə uyğun olaraq laboratoriya binasının çertyoj sxemi verilmiş və bunun əsnasında laboratoriya binası inşa edilmişdir.
BMT Narkotik vasitələrə nəzarət olunma proqramı Laboratoriya mərkəzinin xəttilə narkotik maddələrin təyin olunmasına dair metodiki ləvazimatlar əldə edilmiş, onların təyini məqsədilə alınmış ekspres-testlərin istifadə olunması qaydalarına dair təlimat hazırlanmışdır ki, bu isə təyinat üzrə metodiki bazanın gücləndirilməsinə zəmin yaratmışdır.
Beləliklə, 2000-ci il. gömrüyün inkişaf xronologiyasında tarixə yazılacaq illərdən biridir. Elə ki, DGK Mərkəzi Laboratoriyası tam təmirdən sonra müasir, yeni analitik cihaz və apparatlarla təchiz olunmuş və tam istifadəyə verilmişdir.
21.06.2000 ci ildə – Mərkəzi Laboratoriyanın tam əsaslı təmirindən sonra açılış mərasimində Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinin icraçısı Mişel Dane və bununla yanaşı İqtisadi Əməkdaşlıq Təşkilatı nümayəndələri iştirak etmişdirlər.
Laboratoriyanın açılışını ÜGT-nın baş katibi vəzifəsinin icraçısı Mişel Dane AR DGK-nin mühüm və böyük nailiyyəti hesab etmiş və bu nailiyyətin nəticəsi artıq gömrük orqanlarının xidməti fəaliyyətində özünü göstərməkdədir.
Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin, habelə hüquqpozmalar üzrə qanunvericiliyin tələbinə uyğunlaşdırılaraq gömrük ekspertizası aparılır. Gömrük orqanları tərəfindən ekspertiza fəaliyyəti, gömrük orqanlarının səlahiyyətlərinə uyğun bütün hüquqpozmalarla bağlı təhqiqatın aparılması eləcə də Gömrük Hüquq Pozmalarıüzrə təhqiqat-axtarışın həyata keçirilməsilə əlaqədar olaraq gömrük nəzarəti və ya rəsmiləşdirilməsi ərəfəsində təyin olunur.
Qeyri-ərzaq malları üzrə gömrük ekspertizanın aparılması işi üzrə qaydalar Azərbaycan Respublikası GM-sinin 342-ci maddəsinin müvafiq bəndləri ilə müəyyənləşdirilmişdir. “Gömrük prosedurlarının pozulması üzrə işi aparan və ya bu işlərə nəzarəti təkil edən Azərbaycan Respublikası gömrük orqanının istənilən vəzifəli şəxsi gömrük ekspertizası keçirilməsini zəruri saydıqda bu haqda qərar qəbul edir. Qərar formasında ekspertin soyadı, ekspertizanın təyin edilməsinin əsasları və ekspertiza təyin olunacaq laboratoriya, və ya müvafiq müəssisənin adı, ekspertə verilən suallar və ekspertin sərəncamına təqdim olunan materiallar nəzərə çatdırılır.
Göstərilənlərdən asanlıqla görmək olarki, Azərbaycanın gömrük ekspertizası sistemi beynəlxalq qanunvericiliyə uyğun olaraq hazırlanmışdır. İdxal-ixrac əməliyyatlarının genişlənməsi və Beynəlxalq əməkdaşlığın sürətlə inkişafı, Gömrük sisteminin daha da təkminləşməsinə və bununla da gömrük ekspertizasının dünya təcrübəsinə müvafiq prosedurlarla tənzimlənməsinə təkan verir.
Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasıçün aşağıdakı metodların hər birindən müvafiq üsullarla istifadə olunur:
1. Xromatoqrafiya metodu
2. Rentgen flyuoressentik spektoroskopiya metodu
3. Mass-spektralı analiz metodu
4. Köçürülən (skaniruyuuşiy) elektron mikroskop metodu
5. Termiki analiz metodu
6. İnfraaqırmızı spektroskopiya metodu
İlk öncə mürəkkəb qarşıqların xromatoqrafik metod ilə ayrılmasına nəzər salsaq görərik ki, bilavasitə qarışıq komponentlərin müxtəlif cür qurulmasına əsaslanır. Həmçinin diffuziya, həllolma və digər kimyəvi - fiziki xassələr də az əhəmiyyətə malik deyil. Xromatoqrafik proseslərdə mühüm əlamət olaraq onların dinamik xarakteri götürülür. Xromatoqrafiya zamanı analiz olunan prob-nümunələr hərəkətsiz hissədən qatışdırılaraq dinamik fazaya ötürülür. Belə olan halda sorbiya aktı xromatoqrafiya prosesi üçün xarakterik hesab olunan və mümkün qədər nazik xromatoqrafik hissələrin səmərəli halını şərtləndirən desorbsiya müəyyən hallarda təkrarlanır.
Rus alimi, botaniki M.S Svet tərəfindən Xromatoqrafiya analiz üsulu 1903 - cü ildə hazırlanmışdır. Bu metoda son vaxtlarda tələbat daha çox artıb. Xromatoqrafiya üsulunun tətbiqi çoxformalı və əhəmiyyətli olub, yalnız analitik kimya sahəsi ilə məhdudlaşmamışdır. Xromatoqrafiya metodikasından çox hallarda cihazlardan maddələrin fiziki – kimyəvi xassələrinin xarakterinin təyin olunmasında və tədqiqində geniş istifadə edilir. Laboratoriya şəraitində bu metodun köməyilə təmiz maddələr alınır. İstehsalatın müxtəlif sahələrində sənaye xromatoqrafiyası metodlarından geniş istifadə olunur.
Xromatoqrafiyanın metodlarını mütəlif cür təsnifatlandırmaq olar. 1.fazanın aqreqat vəziyyətinə görə 2. eksperment (təcrübələr) metodikasına görə 3. bölünmə mexanizminə görə
Xromatoqrafiyanı təcrübələrin aparılması metodikasına uyğun olaraq aşağıdakı növlərə ayırmaq olar:
1. Frontal metodlar
2. Element metodu
3. Sıxışdırma metodu
Frontal metod. Bu metod xromatoqrafiyanın ən sadə variantı hesab olunur. Mənası odur ki, analiz olunan qarışıqlar adsorbentli kolonkadan daimi fasiləsiz olaraq ötürülür. Məsələn, S həlledicisində olan A və B komponentləri. Hər bir komponentin müəyyən qatılıqları kalonkadan axan məhsulda təyin olunur və kalonkadan keçirilən məhsulun həcmi maddə miqdar asılılığına uyğun olaraq qrafik şəklində qurulur. Bəzi hallarda bu asılılığı xromatoqramma və ya çıxış əyrisi də adlandırmaq olur.
Aşkarlama metodu. Tərkibində A və B komponentləri və S həll edicisi olan, analiz olunacaq qarışıq, bu metodla işləyərkən müəyyən hissələr ilə kolonkaya tökülür, onu isə qaz daşıyıcı və yaxud S həll edicisilə fasiləsiz olaraq yuyurlar. Bu halda isə analiz aparılan qarışığın komponentləri müəyyən zonalara ayrılır, kolonkanın üst hissəsini yaxşı udulan B maddəsi, alt hissəsini isə pis udulan A komponenti tutur. Kolonkadan əvvəlcə keçən qaz və yaxud məhlulda A komponenti, sonra isə müvafiq olaraq B komponenti görünür. Komponentin konsentrasiyası artdıqca, miqdar analizinin əsası hesab edilən Pikin yüksəkliyi və sahəsi də müvafiq olaraq artacaqdır. Aşkarlama metodu həm də mürəkkəb qatışıqların bir-birindən ayrılmasına şərait yaradır. Metodun çatışmayan cəhəti ondan ibarətdir ki, həll edicinin əlavə olunmasına görə çıxan məhsulun qatılıq dərəcəsinin azalmasıdır.
Sıxışdırma metodu. A və B komponentləri və S həlledicisi olan analiz olunacaq qatqının bu metodda müəyyən miqdarı kalonkaya ötürülür və yaxşı udulan sıxışdırıcı ilə yuyulur. Bir çox hallarda göstərilən əyrinin uzunluq göstəricisi (S+A və s.) qatılıqla düz mütənasiblik təşkil edir. Bu asılılıqdan isə kəmiyyət, miqdar analizində istifadə edilir. Aşkarlama metodundan isə fərqli cəhəti ondan ibarətdir ki, bu metodda xromatoqrafiya metodu zamanı məhlulun qatılığı azalmır. Metodun çatışmayan cəhəti isə bir komponentin zonasının digəri ilə çox hallarda üst-üstə düşməsidir.
Mass-spektral analiz - Qazşəkili ionların kütlədən asılı halda parçalanma qabiliyətinə, tam desək, kütlə göstəricisi m/in ion yükü e-ə bəabərolan nisbətnə əsaslanan (m/e) bu analiz üsulu geniş istifadə olunur. Hər cür ionların nisbi miqdarı detektorlarla ölçülür və hesablanır. Mass-spektral analiz üçün istifadə olunan cihazın konstruksiyası əsas üç hissədən ibarət olmalıdır: analizator hissəsi, ionların mənbəyi və detektor hissə. Gücləndirici lövhədən yaranmaqda olan müsbət yüküolan ionlar (e yükü olan) keçərkən, bunlar arasında çox yüksək potensiallar fərqi yaranır (birneçə minədək volt). Burada isə onlar eV enerji gücü qazanır və onların sürət göstəricisi v-yə qədər artır. Bu vaxt enerji ion mənbəyindən v sürəti ilə ayrılan ionlar kütlələrinin kinetik enerjisigöstəricisinin yarısına bərabər olan nəticə alınacaqdır.
Elektrik sahəsindəki sürətlənmədən dərhal sonra ionlar, maqnit sahəsini müqaviməti H olan vəziyyətdə düz bucaq altında kəsərək, perpendikulyar şəkildə ionların hərəkətinə istiqamətlənmiş Hev gücünə uyğun gücə məruz qalır. Ona görə də çevrənin radiusu (r) həm də ionun hərəkət trayektoriyasına bərabər olacaqdır. Çevrənin radiusunun (r) təsvirini yaradan ionlar gücləri bərabərləşdirərək detektora gəlib düşür. İonlar beləliklə elektrik üsulları və ya fotoqrafik detekorlaşdırılırlar. Elektrik, detektorlu masspektrometrlərdə, elektron çoxaldıcı, yaxud da digər müvafiq analoji qurğular ilə ölçülür. Siqnallar isə yüksək sürətli potensiometr ilə qeydə alınır.
Mass-spektorial kəmiyyətlər və müvafiq intensivliyi göstərən asılılığı cədvəllər şəklində və ya spektoraqramma ilə əks olunur. Müxtəlif maddələrin kütlə mass-spektrləri əhəmiyyətli dərəcədə yaxşı öyrənilmişdir və onların xüsusi şəkildə xəritəsi hazırlanmışdır. Demək olar ki atlasda hər şey nəzərə alınmışdır.
Ümumiyyətlə götürdükdə Mass-spektrometrin təcrübi tətbiqi çoxşaxəli şəkildədir. Müxtəlif maddələrin izotop olan tərkibinə baxarkən mass-spektrlərin ölçülməsi xüsusi əhəmiyyətə malik hesab olunur. Bu cihazların köməyilə Stabil izotoplar haqqındakı demək olar ki, bütün əsas bilgilər faktiki olaraq alınmışdır. Eyni vaxtda birneçə elementin təyini və işdə 1 mq və daha az çəkilərdən istifadə olunması Mass-spektral analizin ən üstün sayılan xüsusiyyətlərindən biridir. Bu metod həm də metalların, qeyri-üzvi və üzvi maddələrin, yarımkeçiricilərin analizləri üçün də keçərli sayılır. O həm də imkan verir ki, probun sətrində və bütün həcmində olan qarışıqlar tam təyin olunsun. Əksər elementlərdə konsentrasiya qabiliyyəti müvafiq olaraq 10-5% təşkil edir. Mass-spektrometrik təyin olunma və Xromatoqrafik parçalanmanın birgə istifadəsilə əmələ gələn məhsullar, bu metodların birgə fəaliyyətinin uğurlu gələcəyindən xəbər verir.
Rentgen flyuoresentik spektoroskopya metodu
Rentgen şüalanmasıçün xarakterik olan dalğasının uzunluğu, elementin tərkibi ilə birbaşa bağlıdır. Ona görədə mürəkkəb materiallarda əldə edilmiş müxtəlif növ xarakterli rentgen şüalarına uyğun dalğalarının uzunluğu, həmin materialın birbaşa hansı elementlərdən ibarət olduğunu tam aydın şəkildə göstərir. Dalğa uzunluğuna xarakterik olan intensivliyin müvafiq elementlərinin mütənasibliyinin həmçinin də, bərabər sayda elementlərin miqdarının və növünün mürəkkəb funksiyaları adlanır. Rentgen şüalanmasından əmələ gəlmiş materiallardan bu nisbəti tapmaqla, maddədəki müxtəlif elementlərin nisbətini müvafiq şəkildə təyin etmək üçün istifadə etmək olar.
Rentgen-flyuorosentik analiz (RFA) üsulu ilə müvafiq metodikadan istifadə edərkən, istənilən sayda elementi rentgen diapozonundakı dalğauzunluğunda xarakterik olan şüalar buraxmaqla qıcıqlandırmaq mümkündür. Nəticədə alınmış şüalar nümunədəki müxtəlif elementlərin qatılığını təyin etməyə və onların identifikasiyasına (eyniləşdirilməsinə) xidmət edir.
Qeyd edək ki, bu analiz həm də ümumi element tərkibini meydana çıxarır. Bəzən kimyəvi qatışıqlar minerallar nisbətini təyin etmək olar. Baxmayaraq ki, kimyəvi məhsullar nümunədə olan mineralların mümkün nisbəti haqqında nadir hallarda tam ətraflı təsəvvür yarada bilir, lakin prosesə nəzarət üçün bu analiz istifadə olunan müqayisəli informasiyaları almağa şərait yaradır.
Nümunədə nəticə olaraq alınan flyuoresentik rentgen şüaları rentgenspektrometrdən ötürülən zaman dalğa uzunluğunun özünəməxsus şəkildə xarakteristikaları müəyyən edilir və ölçülür.
Nümunənin daha ətraflı keyfiyyət analizini aparmaq üçün isə, xaraktertik piklərə uyğun olan elementləri müəyyənləşdirmək və bu piklərin hündürlüyünü qiymətləndirmək kifayət edir. Mahiyyət olaraq daha mürəkkəb prosedura, kimyəvi elementlərin kütləvi miqdar analizinin aparılmasıdır.
Miqdar analizinin alınması üsulu, məlum standart materialın kimyəvi nəticələrini naməlum şəkildə nümunə üçün alınmış müxtəlif nəticələrlə müqayisə etmək nəticəsində mümkündür. Qeyri-müəyyən nümunə və standartlar üçün rentgen şüalarının intensivlik göstəricisinin nisbəti təxminən onlardaolan müəyyən element qatılığının nisbətinə daha yaxın və mütənasibdir. Bu nisbətə isə rentgen siqnallarının fonu, matrikslə şüaların udulması tezliyi və s. təsir edir.
Köçürülən (skaniruyuuşiy) elektron mikroskopu üsulu
XX əsrin 30-cu illərindən ilk dəfə olaraq elektron mikroskop tətbiq olunmağa başlamışdır. Lakin 1960-cı ildən isə eşilən mikroskop kimyəvi analizlərdə tətbiqinə başlanmışdır. EEM mikroskopunu bəzi hallarda əksolunma variantı istifadə edilir.
Bəzi hallarda müasir şəraitdə REM-lə EEM-i bir-birindən ayırmaq maneə yaradır. EEM-də elektron dəstəsi təxmini olaraq 10 mk diametrə, axını isə uyğun olaraq REM-dən daha çox azdır.
Termik analiz metodu
Termik analiz ümumi termin olaraq, bəzi fiziki göstəricilərin, məsələn,nümunənin xətti ölçüləri, kütləsi, temperaturun dəyişməsi zamanı maqnitkeçirmənin dəyişməsini ölçməyə şərait yaradan qarşılıqlı təsirdə olan metodlar qrupuçün istifadə olunur.
Bu hadisələr çox hallarda nisbi udulma və nümunədən bazalarda belə rütubətin ayrılması haqda informasiyalar verir. Onlar, həm də ümumiyyətlə hansı kimyəvi reaksiyaların aparıldığını parçalanma və oksidləşmədə göstərirlər.Kristallıq strukturu digərinə ekzotermik və ya endotermik effektlər, polimorf keçidlər növündə üzə çıxır. Həm də, birbaşa kristallaşma və faza keçid effektləri də müəyyən olunur. Bəzi hallarda bu termik effektlər, onlardan mürəkkəb materiallarda kəmiyyət qiymətləndirilməsinin aparılmasıçün belə istifadəsində o qədər aydın və səciyyəvi forma alır. Aşağıda göstərilən termiki analizdə daha çox istifadə olunan metodların qısa təsviri verilmişdir.
Differensial termik analiz (DTA) metodu. Eyni sürət ilə qızdırılan və soyudulan, qeyri-müəyyən nümunəylə inert nümunə məhsullarının arasında yaranan temperatur fərqilə müəyyən olunur. Qeyd edək ki, temperatur fərqi isə, araşdırılan maddə tərəfindən istilikin ayrılması və ya udulmasının köməyilə əmələ gəlir.
Termoqrafmetrik analiz (TQA) metodu. Verilimiş nümunənin nəzarət aparılan atmosferdə sürətlə qızdırılması və soyudulması halında onun kütləsinin miqdar dəyişməsilə hesablanır. Xüsusi tərəzilərdə olan maddələr nümunə şəklində çox böyük olmayan sobaya yerləşdirilir. Soba sabit temperaturda sürətlə qızdırılmaqla bərabər, həm də nümunələrin kütlələri lentlə qeyd olunur.
Maddə kütləsinin sürətli itkisi əyridə aydın şəkildə pilləvari halda özünü biruzə verir. İdeal olan şəraitdə görünən bu pillələr aydın və iti formada temperatura müvafiq olaraq bir-birilə sərhədlənməlidirlər.
İnfraqırmızı spektroskopya metodu
XIX əsrin əvvələrində İnfraqırmızı spektroskopiya sahəsi barəsində ilkin tədqiqatlar meydana çıxmışdır. Üzvi maddələrin analizində bu metodikadan daha geniş istifadə olunur. Lakin son vaxtlar bu sahədə ciddi inkişaf və təkminləşmə əldə olunub. İnfraqırmızı spektroskopiya metodundan belə ki, çox hallarda mineralları təyin etməkçün də istifadə edilir.
Maddələr, dalğa uzunluğu infraqırmızı diapazonda şüalandırılarkən, atomlararası əlaqələr haqda informasiyaları özündə saxlayan xarakterik spektrlər əmələ gəlir. Kimyəvi maddələrin infraqrmzı şüaları qaytarması və ya udması, onu əmələ gətirən molekulların enerji dəyişməsinə səbəb olur. Bu hal dəyişiklik spesifik olub, üzvi maddələrin təyin olunmasıçün istifadə oluna bilər. Müvafiq İnfraqırmızı spektri olan şüalanmanın udulması, əks olunması və buraxılmasilə almaq mümkndür. İnfraqrmızı udulan şüalarda maddənin strukturu göstəriciləri, həmdə əlaqələri barədə informasiyalar vardır: bu informasiyalardan həm də birsıra qeyri-müəyyən mineral nümunələrin yoxlanması üçün istifadə edilməsi mümkündür.
Mineralların udmuş olduğu infraqırmızı spektrlərin müəyyən pikləri, təcrid edilmiş və sərt əlaqəli SO3, SO4 kimi molekulyar dəstələrin dəyişmələrinə uyğunolur. Hissəciklərin kəmiyyət ölçüsü mühüm əhəmiyyət daşıyır. Nəzəri mülahizələrə əsasən, hissəciklərin kəmyyət ölçüsü, səpələnmə effektləri nəticəsində itkiləri minimumlaşdırmaq məqsədilə, düşən infraqırmızı dalğaların uzunluğundan müəyyən dərəcədə kiçik götürülməlidir. Hissəciklərin optimal kəmiyyət ölçüsü orta hesabla 2 mkm-dən azdır.
Belə ki, yüksəkkeyfiyyətli dərəcədə infraqırmızı udma spektri əldə etmək üçün, nümunənin sınmaəmsalı matriksdə yerləşdirilən nümunəyə uyğun gəlməsinə imkan daxilində çatmaq lazımdır. Nümunə və onu əhatələyən digər nümunələrin sınma dərəcələrinin kəskin fərqlənmələri udma zolağının əvvəlcədən nəzərdətutulmayan şəkildə dəyişdirilməsi və yerdəyişməsilə bağlıdır.
Sürtülmüş materiallarda sınma üzrə göstəricilərlər nümunə materialilə eyni olur. Tədqiqatçını maraqlandıran spektral diapazonda matriksin maddələri, infraqırmızı şüalanmalarçün şəffaf olmalı, az təzyiqlərdə və kimyəvi dayanıqlı tablet yaratmalıdır. Kalium bromid və sezium-yodiddən bu məqsəd üçün geniş istifadə olunur.
Fəsil 2. Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi
2.1 Azərbaycan Respublikasının DGK sistemində gömrük ekspertiza fəaliyyətinin təşkili.
Azərbaycan Respublikasın Dövlət Gömrük Komitəsi Mərkəzi-Gömrük Ekspertiza İdarəsi AR-nın Dövlət Gömrük Komitəsi strukturuna birbaşa daxil olan qurumlardan biridir. Öz fəaliyyətində bu İdarə AR-nın Konstitusiyasın, AR Prezidentinin fərman, sərəncamlarını, AR-nın qanunlarını, ARNK qərar və sərəncamlarnı, AR-nın tərəfdarçıxdığı beynəlilxalq müqavilələrni, DGK və Ekspertiza İdarəsinin Əsasnamələrini əldə rəhbər saxlayır. Ekspertiza İdarəsi öz vəzifələrini həyata keçirərkən və hüquqlarını müdafiə edərkən Komitənin tabeliyi altında olan gömrük orqanı və s. qurumlarilə birbaşa qarşılıqlı əlaqədə olaraq fəaliyyəti həyata keçirir. Eksperiza İdarəsinin fəaliyyətini vətəndaş hüquqlarnın qorunması, qanunçuluğun təmini, ekspertlərin müstəqilliyinin saxlanması, elmin və texnikanın prioritetlərindən istifadə olunmaqla həyata keçirilən araşdırmaların obyektiv hərtərəfli və tamlıq prinsiplərinə görə əsaslanır. Ekspertiza idarəsi müstəqil şəkildə balansa, qanunvericiliyə dair istifadəsində olan dövlət əmlakı, bank hesablarına və xəzinəyə, üzərində AR Dövlət gerbi təsvir və öz şəxsi adı həkk edilmiş möhürə, blanklar və müvafiq ştamplara malikdir. Bundan əlavə, İdarənin fəaliyyəti və saxlanma xərcləri, AR-nın dövlət büdcəsi və ya qanunvericilikdə diqqət yetirilən digər maddi mənbələrin hesabına maliyyələşdirlir. Ekspertiza İdarəsi Bakı şəhər, Salyan şosesinin 14-cü km-liyi ünvanında yerləşir və onun əsas fəaliyyəti istiqamətləri aşağıdakı kimidir:
-
Ekspertiza keçirir və təhqiqat aparır;
-
Elmi-tədqiqat İşlərini apanr, metodlar hazırlayır;
-
Gömrük işi üzrə orqanların ekspert təminatna kömək edir.
-
Qanunvericiliklə qərara alınmış digər müəyyən istiqamətlərində fəaliyyət göstərir.
Ekspetiza İdarəsinin fəaliyyətinin istiqamətinə müvafiq olaraq vəzifələri bunlardır:
1. AR-nın Gömrük Məcəlləsinə müvafiq olaraq belə məqsədlərçün gömrük ekspertizası həyata keçirmək:
2. Malın tərkibi texniki göstəricilərini müəyyənləşdirmək;
3. Malın XİFƏN-ə uyğun olaraq aidiyyətnin, təsnifatlaşma kodununun müəyyənləşdirilməsi, eyniləşdirilməsi;
4. Malın mənşəə ölkəsinin, emal proseslərində hasilat normasının, istehsal tarixlərinin və keyfiyyət dərəcəsnin müəyən olunması;
5. ixrac nəzarətnə düşən əmtəələrin ikilitəyinatlılığının yoxlanılması;
6. malın mineral,kimyəvi tərkibinin müəyyənləşdirilməsi, ekologiya baxımından təhlükə dərəcəsiyüksək olan, tərkibində ozondağıdıcı kimyəvimaddələr olan əmtəə-mal və onların tullantılarının müəyyənləşdirilməsi;
7. radiyasiya təhlükəsinin yüksək qiymətləndirilən malların müəyyən edilməsi;
8. əmtəələrin gömrükdəyərinin təyin edilməsi;
9. malın sənətşünaslıq və tarixi baxımından dəyərliliyinin müəyyənləşdirilməsi;
10. ekspertiza nəticəsinə görə rəy vermək;
11. gömrük orqanlarına yardım məqsədilə ekspertizayaa dair müxtəlif metodik tövsiyələr hazırlamaq;
12. şəxslərin müəyyən müraciətlərinə görə malların ekspertizasını aparmaq;
13. gömrük ekspertizası sahəsinə müvafiq qanunvericilik aktları üzrə layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq qaydada normativ-hüquqi aktlar üzrə layihələr hazırlamaq;
14. elmi-tədqiqat layihələrinin təşkili və tədqiqatlar üzrə metodiki sənədləri təkmilləşdirmək, texniki vasitələri tam mənimsəmək;
15. ekspertizaların təyin olunması, ekspert rəyinin qiymətləndirilməsilə bağlı olaraq tövsiyə hazırlamaq və bu kimi sahələrdə vahid şəkildə informasiya bazasını formalaşdırmaq;
16. ekspertiza sahəsində kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müvafiq ixtisaslaşdırmaların aparılması üzrə tədbirlər görmək;
17. müvafiq qanunvericiliyə uyğun olaraq dövlət sirri və məxflik rejimnin qorunması məqsədilə zəruri tədbirlərgörmək;
18. gömrük sahəsinə dair arxiv sənədlərinin müəyyən olunmuş qaydaya uyğun saxlanılmasını və mühafizəsini təmin etmək;
19. İdarənin işçilərinin və onların ailəüzvlərinin sosial müdafiəsi məqsədilə tədbirlər görülməsi;
20. Ekspertiza üzrə orqanlarda maarifləndirmə işini təşkil etmək;
21. İdarədə müdafiə və yanğından mühafizə qaydalarına riayət üçün tədbirlər kompleksi hazırlamaq;
22. Ekspertiza İdarəsində ekspertiza fəaliyyətilə bağlı ümumiləşdirmələraparmaq;
23. Bütün İdarənin məlumat bazasını yaratmaq;
24. ekspertlərin attestasiyasını keçirmək;
25. Risklərin İdarə edilməsi üzrə dayanıqlı sistemin təkmilləşdirilməsi üzrə yeni təkliflərin hazırlanması prosesində iştirak etmək
İdarə, funksiyasını və öz vəzifələrini həyata keçirmək məqsədilə aşağıda göstərilmiş bir çox hüquqlara malikdir:
-
Komitənin gömrük orqanları və digər tabeliyindəolan qurumlarilə müəyyənləşdirilmiş qaydalar üzrə qarşılıqlı əlaqədə olmaq və birgə fəaliyyəti təmin etmək;
-
İdarənin fəaliyyəti zamanı çatışmazlıq halları aşkar olunan zaman öz səlahiyyətləri çərçivəsində onların aradan qaldırılmasıçün müvafiq cür tədbirlər görmək;
-
İdarəyə həvalə olunmuş müxtəlif vəzifələri həyata keçirməkçün dövlət orqanlarının vəzifəli şəxslərindən və digər bu kimi şəxslərdən sənəd və məlumatlar almaq;
-
İdarənin işi üzrə səlahiyyətlərinə dair məsələlərdə Komitəni təmsil etmək
-
Fəaliyyəti tənzimləyən normativ aktların yenicə qəbul olunmuş qanunvericiliyinə uyğun təkliflər hazırlanması proseslərində iştirak etmək;
-
İdarənin fəaliyyəti istiqamətinə uyğunolaraq həyata keçirilən işin perspektivliyinin artırılmasına dair təkliflər vermək;
-
Hüquqi və fizki şəxslərin müraciətlərinə baxılması;
-
Gömrük ekspertiza statistikasnın təhlilini aparmaq;
-
İdarəyə Aidiyyəti olan mütəxəssis, müəssisə və təşkilatlarla müqavilələrin bağlanəlmasını təşkil etmək;
-
Müxtəlif növ ödənişli əsaslarla analizləri aparmaq;
-
Vəzifələrinin icrasilə əlaqədar olaraq digər növ hüquqların həyata keçirilməsini təmin etmək.
Mərkəzi laboratoriyanın əsas funksiyaları
-
Malın XİFƏN görə təsnifatı
-
Maddi ekspertiza
-
İdentifikasiya
-
Texnoloji ekspertiza
-
Narkotik vasitə, psixotropların və prekursorların ekspertizası
-
DÖST, sanitar-gigiyenik normalara uyğunlaşdırmanın ekspertizaları
-
Mallardan uyğun olaraq prob və nümunələrin götürülməsi üzrə ekspertiza aparılması
-
Əqli mülkiyyət malları ekspertizası
-
Ikilimənşəli mallar üzrə ekspertiza
-
Ozondağıdıcı maddələr üzrə ekspertiza
-
Radioloji ekspertiza
-
Kimyəvi silahların ekspertizası
Mərkəzi Laboratoriyanın əsas məqsədləri
-
Regional gömrüklaboratoriyalarının fəaliyyətinin təşkili, nəzarəti
-
Yeni metod, tədqiqatların aparılması vasitələrin mənimsəməsi
-
Prob, nümunələr götürülməsndə gömrük orqanına yardım olunması
-
Kadrların hazırlanmasında iştirak etmə
http://customs.gov.az/az/esasname.html
Malların təsnifatında istifadə olunanlar:
-
XlF MN nomenklatura hissələri
-
XİF MN-na dair şərhlər
-
İxtisas həllərinin qısa xülasəsi
-
əsas qaydaların tam izahı
-
Əlifba göstəriciləri
-
izahnamə
-
Texniki pasportlar, dəqiq sxemlər və müvafiq fotoşəkillər və s.
-
İnternet resursları
http://customs.gov.az/az/esasname.html
Ekspertiza vasitələri
-
Mal müşahidə sənədlərilə tanışlıq
-
Faktiki baxış keçirilmə
-
Malların qablaşdırıldığı vasitələrin və malların üzərində markalar məlumatlar ilə tanışolma
-
Xüsusi ədəbiyyatlardan istifadə olunması (elmi kitablar, bir sıra sorğu kitabçaları, elmi dərs vəsaitləri, normativ- texniki vasitələr)
-
Analiz aparmaq məqsədilə prob və nümunələrin götürülməsi qaydası
Ekspertiza üsulları
-
Ölçü götürmə üsul - fiziki parametrlərüzrə təyinetmə
-
Orqanoleptik üsul - hissiyat orqanları ilə
-
Alət üsul - kimyəvi, fiziki, fiziki-kimyəvi parametrlərin təyin olunması (rütubətlik əmsalı,turşuluq dərəcəsi, tərkibi və s.)
Mərkəzi Laboratoriyanın sturkturu
Mərkəzi Laboratoriyanın rəisi
Mühasib
Sumqayıt regional mərkəzi
Qida mallarının ekspertiza şöbəsi
Üzvi mənşəli mallarının ekspertiza şöbəsi
Radioloji və üzvi mənşəli mallarının ekspertiza şöbəsi
Qida mallarının ekspertizası şöbəsi
-
Alkoqolsuz içkilərin analizi şöbəsi
-
Spirtli və alkoqollu içkilərin analizi şöbəsi
-
Buğda məhsullarının analizi şöbəsi
-
Yağların analizi şöbəsi
-
Suyun analizi şöbəsi
-
Buğda məhsullarının analizi şöbəsi
-
Uşaq qidalarının analizi şöbəsi
-
Süd məhsullarının analizi şöbəsi
-
Çay, qəhvə və müxtəlif məhsullar üzrə analizi şöbəsi
-
Ət məhsullarının analizi şöbəsi
-
Meyvə-tərəvəzlər və emal məhsulları analizi şöbəsi
-
Şirniyyat məhsullarının analizi şöbəsi
http://customs.gov.az/az/esasname.html
Üzvü mənşəli mallar ekspertizası şöbəsi
-
Polimerlərin analizi şöbəsi
-
Neft və neft məhsulları üzrə analizi şöbəsi
-
Dərman preparatları analizi şöbəsi
-
Narkotiklərin analizi şöbəsi
-
Ozondağıdıcı maddələr analizi şöbəsi
Radioloji tədqiqatlar və üzvü mənşəli mallar üzrə ekspertiza şöbəsi
-
Növlərin analizi şöbəsi
-
Dəmir və ərintilər üzrə analiz şöbəsi
-
Radioloji tədqiqatlar şöbəsii
-
Tikinti materialları analiz şöbəsi
2.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının müqayisəli təhlili, mövcud problemlərin aşkara çıxarılması və onların həlli
Malların gömrük ekspertizasının aparılmasını araşdırmazdan əvvəl müvafiq olaraq ekspertiza aparılacaq mallar üzrə gömrük və digər dövlət orqanları üzrə verilən normativ hüquqi aktlara və ya qərarlara nəzər salaq. Nazirlər Kabineti 2013-cü il 27 avqust tarixində Gömrük ekspertizasının aparılması üzrə 232nömrəli qərarı ilə qaydalar təsdiq olunmuşdur. Həmin normativ-hüquqi akt, Gömrük Məcəlləsinin 322.15ci maddəsinə uyğun hazırlanmış və gömrük eksperizasının aparılmasını ilk mərhələ olan malların ekspertizaya göndərilməsindən başlayaraq yekun rəy alınmasına qədər bütün mərhələlər üzrə tamamilə aydın şəkildə ifadə olunur.
Beləliklə bu qaydalar mallardan nümunələrin götürülməsi və və nəticələr əsasında sərəncam verilməsi üzrə qaydaları müəyyənləşdirir.
Gömrük ekspertizası üçün malları ekspertizaya göndərmək məqsədilə bununçün maraqlı olan şəxslərin yazılı sənədi olmalıdır. Gömrük ekspertizasına probların göndərilməsi üçün sənəddə aşağıdakılar mütləq göstərilməlidir:
-
ekspertizanın aparılma məqsədi;
-
ekspertiza aparılacaq gömrük laboratoriyasının adı və ya ünvanı;
-
ekspert qarşısında qoyulan və aydınlaşdırılması tələb olunan suallar;
-
ekspertə təqdim olunmuş material və sənədlərin siyahısı;
-
bilərəkdən yanlış və faktın gizlədilməsi üzrə rəy verməsinə görə ekspertin məsuliyyət xəbərdarlığı.
Göstərilən sənədlə yanaşı ekspertizasının aparılması üçün aşağıdakı materiallar və sənədlər təqdim olunur.
-
Bəyannaməçi tərəfindən təqdim olunmuş gömrük bəyannaməsinin surəti;
-
Malların alınması üzə bağlanılmış müqavilənin surəti;
-
Gömrük dəyərinin müəyyən edilməsi üzrə sənədin surəti;
-
Mal daşınan nəqliyyat sənədinin surəti;
-
Müəyyən emal proseduru altında olan mallarçün hasilat normalarının, emal ərizəsinin, təmir məqsədli mallar üçün qüsur olması barədə aktın surəti;
-
gigiyenik, fitosanitar, baytarlıq və başqa sertifikatların surəti;
-
Prob və nümunələrin götürülməsi haqqında akt.
Mallar gömrük ekspertizasına göndərildiyi zaman, vəzifəli şəxsi bildirişin göndərilməsi barədə bəyannaməçiyə, səlahiyyətli digər şəxslərə, onların nümayəndələrinə yazılı şəkildə bildiriş göndərir. Bildirişdə eyni zamanda həmin şəxslərin ekspertiza aparılması ilə bağlı öhdəsinə düşən hüquq və vəzifələr izah edilir.
Bəyan edən şəxsin, mallar haqda səlahiyyəti olan digər şəxslərin, onların nümayəndələrinin vəsatəti təmin olunduğu təqdirdə, gömrük orqanının vəzifəli şəxsindən biri müvafiq surətdə qərar qəbuledir. Vəsatətin təminindən imtina olunduğu təqdirdə, gömrük orqanı əməkdaşı imtina barəsində əsaslandırılmış qaydada qərarı barədə vəsatət qaldırana yazılı məlumat verməyə borcludur. Deklarant, mallar üzərində sərəncam vermək səlahiyyəti olan başqa şəxslər, onların qanuni nümayəndəsi gömrük orqanı əməkdaşından malların ekspertizaya göndərilməsi barədə yazılı şəkildə bildiriş almaq, həmçinin ekspertiza müddətinin uzadılma vəya səbəb göstərməklə dayandırılması həmçinin onun nəticələri barədə məlumat almaq hüququna tam malikdir. Ekspertizaya təqdim olunmuş material və sənədlə bağlı rəy verilmə mümkün olmadıqda, bəyan edən şəxs, ekspertizasını aparan ekspertdən bununla bağlı səbəb göstərilməklə yazılı şəkildə məlumatlandırılma hüququna malikdir.
Ekspertiza üçün verilmiş gömrük orqanının sənədinə və ya marağlı şəxsin müraciətinə, materiallara laboratoriya rəhbəri tərəfindən bir iş günü müddəti çərçivəsində baxılır və ekspertlərəə təqdim olunur. Ekspertiza fəaliyyəti gömrük laboratoriyası eksperti vəya müqaviləyə görə cəlb olunmuş digər başqa ekspertlər tərəfindən aparılmaqla nəticə əldə olunur. Laboratoriyaya tədqiqat materiallarının gətirilməsi mümkünolmadıqda,ekspertiza laboratoriya binası daxilində aparılır. Gömrük materialları ilə bağlı ekspertiza gömrük nəzarəti yaxud məcburi qərarın qəbulu mərhələsində başlanır. Gömrük Ekspertizasına təqdim olunmuş material və sənədlər ekspert tərəfindən ətraflı şəkildə ilk öncə öyrənilir. Ekspertiza aparılmasçün zəruri məlumat və sənədlərin olmadığı müəyyənləşdirildikdə, ekspert material və sənədlərin laboratoriyaya daxil olduğu gündən başlayaraq beş iş günündən gec olmamaqla, əlavə material və sənədlərin təqdim olunması barədə yazılı şəkildə müraciət edir. Müraciətdə ekspertin əsas tələbləri, konkret material və sənədlərin tam olaraq siyahısı göstərilir. Bu vəsatət iki nüsxədə tərtib edilir. Birinci nüsxə ekspertiza təyinetmiş gömrük idarəsinə və ya buna görə müraciətetmiş şəxsə göndərilir, digər nüsxəisə ekspertiza icraatında saxlanılır. Təcili olan hallarda və müraciətin sonradan yazılı şəkildə aidiyyəti ünvana çatdırılması şərtilə, gömrük laboratoriya rəhbərinin razılığilə müraciətin məzmunu telefonla, rabitə vasitəsilə ekspertizanı təyin etmiş gömrük idarəsinə və ya bununla bağlı müraciət etmiş kəsə çatdırılır. Təqdim olunmuş material və sənədlər əsasında rəy bildirmək mümkün olmadıqda, ekspertiza aparılmasından qəti şəkildə imtina edilir və material və sənədlər tam şəkildə bərpa olunana qədər ekspertizanın yarımçıq materiallar üzrə aparılması qadağandır.
Gömrük orqanlarına və yaxud bununla bağlı müraciət etmiş şəxsə laboratoriya tərəfindən ekspertizanı təyinetmiş səbəb göstərilməklə ekspertiza aparılmasından imtina məktubu elektron formada və ya yazılı məlumat formasında çatdırılır, təqdim olunmuş material və sənədlər şəxslərə geri qaytarılır. Gömrük orqanlarının təşəbbüsilə aparılan gömrük ekspertizası ilə bağlı xərclər dövlət büdcəsi vəsaiti hesabına tam şəkildə ödənilir. Gömrük nəzarəti, rəsmiləşdirilməylə bağlı olaraq bəyannaməçinin, ekspertizasının aparılmasıçün həmin şəxslər tərəfindən AR NK-nın müəyyən etdiyi qədər gömrük yığımı gömrük orqanına ödənilir.
Maldan prob və nümunələr bəyan edilən mallardan aşağıdakı şəxslər tərəfindən götürülə bilər:
-
gömrük orqanının vəzifəli şəxsləri tərəfindən;
-
gömrük orqanı vəzifəli şəxslərinin iştirakilə digər dövlət orqanları, və ya bəyannaməçi, mal barəsində səlahiyyətli digər şəxslər vəya onların nümayəndələri tərəfindən;
-
Xüsusi bilik və vasitələr tələb olunan hallarda isə,
-
sorğu əsasında gömrük orqanının əməkdaşlarının iştirakilə digər dövlət orqanları mütəxəssis və ya ekspertləri;
-
gömrük orqanı vəzifəli şəxslərinin iştirakilə laboratoriyanın ekspert və müqavilə ilə cəlb olunmuş digər ekspertlər.
Gömrük idarələri və laboratoriyaları standarta uyğun prob və nümunələrin götürülmə, qablaşdırılma, saxlanılma və daşınmasıçün alət, tərəzi, termometr, qablaşdırma tutumları, dondurucu kameralar soyuducu-konteyner vəya soyuducu kameralı nəqliyyat vasitəsi, soyuducuilə təchiz olunur. Nümunələrin götürülməsindən əvvəl malın markalanması, adı, üzərində yerləşən təhlükəsizlik işarələri mütləq yoxlanılmalıdır. Gömrük orqanlarının əməkdaşları tərəfindən probların götürülməsi haqda akt tərtib olunur. Bir nüsxədə Akt tərtib olunur. Akt formasının bir surəti deklaranta, mal barəsində səlahiyyətli digər şəxslərə vəya onların nümayəndəsinə verilir, digər surətisə gömrük orqanının əməkdaşında saxlanılır. Prob və nümunələrlə birlikdə Akt gömrük laboratoriyasına göndərlir. Prob və nümunələri gömrük orqanı tərəfdən üç eyni cür hissələrə bölünür, qablaşdırılır (butulka, paket, zərf, konteyner) və etiketlənilir. Nümunələrin birinci hissəsi laboratoriya tədqiqatları aparılmasıçün, ikinci hissə əlavə və yaxud təkrar ekspertiza məqsədilə, üçüncü hissəsisə yarana biləcək mübahisələrin həlli məqsədilə istifadə olunur. Nümunələrin eyniləşdirilməsiçün etiketdə məlumat qeyd edilir, malların adı və malları daşıyan nəqliyyat vasitəsinin nömrəsi əks etdirilir. Nümunələr kimyəvi maddədən ibarətdirsə, onlar malın toksikliyi, xassələri, təhlükəsizlik tədbiri və fərdi şəkildə mühafizə vasitələri, saxlama və utilizasiya, istismar etmə qaydalarına əməl etmə haqda sənədlərin surətlərilə müşaiət olunmalıdır.
Probların və nümunələrin götürülməsi qaydası malın xassələrindən asılı olaraq, müxtəlif cür təhlükəsizlik qaydalarına riayət etməklə həyatakeçirilməlidir. Bəyan edən şəxs, mal barəsində səlahiyyətli şəxslər vəya onların nümayəndəsi gömrük orqanlarının əməkdaşları tərəfindən maldan prob və nümunə götürülməsi prosesində tam hüquqla iştirak edə bilər. Bəyannaməçi həm də maldan prob və nümunə götürülməsi prosesində gömrük orqanlarının əməkdşlarına yardım göstərməyə borcludur.
Aşağıda göstərilən vəziyyətlərdə mallar və nəqliyyat vasitəsi yoxlamanın nəticələrində dolayı və birbaşa marağı və vasitəçiliyi olmayan şəxslərin iştirakilə yoxlanılırlar, həmçinin maldan prob və nümunə bəyannaməçinin, mal barəsində sərəncam hüququ çatan başqa şəxslərin vəya onların qanuni şəkildə nümayəndəsinin iştirakı olmadan bu şəkildə götürülür:
-
mal və əmtəələr gömrük orqanına təqdim olunduğu tarixdən on gün keçdikdən dərhal sonra həmin şəxslər gəlib çatmadıqda;
-
ictimai asayiş, milli təhlükəsizlik, insanların həyatı və sağlamlığı, heyvanat və bitki aləmi, xalqların mədəni, ətraf mühit, arxeoloji sərvətləri üçün görünən təhlükə mövcud olduqda;
-
malların göndərilməsi beynəlxalq poçt göndərişilə olduqda;
-
mallar sərhəddə gömrük proseduru pozmaqla saxlanıldığı zaman.
Prob və nümunənin alındığı, ekspertizanın aparılacağı yerlərə daşınması, bununla bağlı bir sıra yükləmə-boşaltma tədbirləri və digər əməliyyatları bəyannaməçinin özü tərəfindən, və yaxud onun nəzarəti altında həyata keçirilr. Bu zaman bütün xərclər bəyannaməçi tərəfindən ödənilməlidir. Prob və nümunənin ekspertiza ilə bağlı gömrük orqanlarının və laboratoriyalarının xərcləri bəyan edən şəxs, mallar barəsində sərəncam hüququ olan digər şəxslər və ya onların qanuni nümayəndələri tərəfindən ödənilməməlidir. Əmtəələrdən götürülən prob və nümunənin ekspertizası bəyannaməçinin təşəbbüsilə aparıldığı təqdirdə, laboratoriyalarına Azərbaycan Respublikası NK müəyyən etdiyi miqdarda gömrük yığımları ödənilir. Nümunə götürüldükdən dərhal sonra onlar tam plomblanaraq, gömrük təminatına alınır. Təqdim olunmuş prob vəya nümunələr laboratoriyada qeydiyyata götürülür. Bəyannaməçi götürülən prob üzrə aparılmış ekspertizanın nəticəsi ilə tanış olmaq hüququna malikdir. Digər dövlət orqanları tərəfindən götürülən nümunələrin ekspertizasının yekunları barəsində gömrük orqanlarına informasiya verilməlidir.
Aşağıdakı halları çıxmaqla, gömrük ekspertizası başa çatdıqdan sonra prob və nümunə vəya onların qalıq materialları gömrük orqanlarının əməkdaşarına vəya gömrük ekspertizasilə əlaqədar olaraq müraciət etmiş şəxsə qaytarılmır:
- malların məhv edilməsi üzrə qərar qəbul olunduqda;
- prob və nümunələrin ümumi dəyəri 100 manatdan artıq olduqda.
Nümunələr gömrük ekspertizası həyata keçirməyə imkan yaradan minimum miqdarda götürülməlidir.
Gömrük ekspertizası məqsədilə götürülən qatılaşdırılmış halda olan müxtəlif növ şirələrin və ya çaxır materiallarının gömrük orqanları laboratoriyasna çatdırılma müddəti üç gündən çox müddət olmamalıdır və onlar müvafiq olaraq temperatur +2 və +4 dərəcə rejimində saxlanılmaq şərtilə daşınmalıdır.
Əmtəə və Mallardan prob və müxtəlif nümunələrin götürülmə, saxlanılma və daşınma şəraiti onların saxlanması temperaturları şəraitində aparılmadığı təqdirdə, onlar uyğun olaraq gömrük laboratoriyası tərəfindən bu hallar nəzərə alındığı üçün qəbul edilməməli vəya ilk baxışda tam həcmdə geri qaytarılmalıdır. Malların saxlama müddəti bir aydan azolan tez xarabolan mallardanvə ya nümunələrdən gömrük laboratoriyasına göndərilməsiçün baytarlıq-sanitariya, təhlükəsizlik və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə prob və müxtəlif nümunələr götürülmür və onların ekspertizası aparılmır. Keyfiyyət və Təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi üçün prob və müxtəlif nümunələr müvafiq qaydada standartlara uyğun şəkildə götürülməlidir.
Gömrük ekspertizaları iyirmi iş günü müddətində həyata keçirilir. Ekspertizanın aparılması üçün müddət material və sənədlərin gömrük labaratoriyasına daxil olduğu gündən daha sonrakı növbəti başlayan iş günündən hesaba alınır və bu rəyin imzalandığı tarixində başa çatmalıdır. Gömrük Ekspertizasının aparılma müddətinin son günü səsvermə, istirahət, iş günü hesab olunmayan bayram günlərinə vəya ümumxalq matəm gününə təsadüf edərsə, növbəti başlayan iş günü müddətin başa çatdığı gün hesab olunmalıdır. Ekspertizanın aparılma müddətləri, səbəbləri qeyd olunmaqla, laboratoriya rəhbərinin yazılı formada icazəsi əsnasında gömrük ekspertizasının həyata keçirilməsi məqsədilə dörd aydan artıq olmayan müddətə qədər uzadıla bilər. Ekspertizanın aparılması müddətinin uzadılmasına aid icazənin surəti bir iş günü müddətində ekspertiza təyinetmiş gömrük idarəsi vəya gömrük ekspertizasının aparılmasilə bağlı müraciət etmiş şəxslərə göndərilir.
Gömrük ekspertizasının müddəti aşağıda göstərilən hallara qədər uzadılır:
-
gömrük orqanının sənədində vəya şəxslərin müraciətində qeyd edilməmiş və gömrük məqsədləriçün əhəmiyyət kəsbedən hadisələrin aşkar olunmasilə əlaqədar əlavə olaraq tədqiqatın aparılmasına dair ehtiyac olduqda;
-
təhqiqat metodikasıına uyğun ekspertiza mürəkkəb şəkildə olduqda.
Aşağıdakı hallarda gömrük ekspertizasının müddəti on günədək müəyyən olunmuş müddətə dayandırılır və bu gömrük ekspertizanı təyinetmiş gömrük orqanına vəya gömrük ekspertiza aparılmasilə əlaqədar olaraq müraciət etmiş şəxslərə bu haqda məlumat tezliklə çatdırılır: əlavə müəyyən material və sənədlərin təqdim edilməsi haqda ekspertin yazılı şəkildə müraciəti olduqda; laboratoriyanın avadanlığı müvəqqəti olaraq nasaz şəkildə olduqda vəya xüsusi şərait olmadıqda; əmək qabiliyyətini ekspert müvəqqəti itirdikdə; tələbolunan avadanlıq bəzi sınaqların aparılmasıçün ekspertin sərəncamında olmadığından olan bu və ya digər sınaq laboratoriyasıına müraciət edildikdə; sənədlər və təqdim edilmiş materiallar müvafiq siyahıya görə uyğun olmadıqda.
Gömrük üzrə ekspertiza fəaliyyətinin aparılmasının aşağıdakı növləri var:
ilkin ekspertiza - Gömrük Məcəlləsi 322.1 maddəsində xüsusi biliklərdən istifadə edərək, göstərilənlərin müəyyənləşdirilməsiçün ilkdəfə aparılan ekspertiza növüdür;
əlavə ekspertiza – o vaxt aparılır ki, ilkin ekspertizaya dair rəy tərtib olunanda qoyulmuş suallara tam olaraq cavab vermək mümkün olmasın və ya tədqiqat obyektinə aid əlavə müxtəlif növ suallar yaransın. Əlavə ekspertizanın aparılması isə həmin vəya başqa ekspertə həvalə olunur;
təkrar ekspertiza - ekspert rəyinin verildiyi zaman əsaslandırılmadığı vəya onun doğruluğuna gömrük orqanlarında şübhə yaranan hallarda və yaxud bəyannaməçinin, mal barəsində səlahiyyətli digər şəxslərin vəya onların nümayəndəsiinin şikayəti əsasında, aparılması başqa ekspertə tapşırılmaqla aparılan ekspertizadır. Əvvəlki ekspertizanı keçirmiş ekspert təkrar ekspertizada iştirakedə və ya izahlar verə bilər, lakin aparılan tədqiqat zamanı və bununla bağlı rəy tərtib olunan zaman iştirakedə bilməz. Təkrar ekspertiza aparılan zaman, ekspertə əvvəlki aparılan ekspertizanın sənədləri təqdim olunur;
komisyon ekspertiza – keçirilməsi mürəkkəb ekspert tədqiqatları aparılması tələb edildikdə, gömrük laboratoriyası rəhbərinin göstərişilə eyni ixtisaslı mütəxəssislər komissiyası tərəfindən aparılan ekspertiza növüdür;
kompleks ekspertiza - bir neçə tədqiqat ekspertizası aparmaqla biliyin bir və ya bir neçə sahəsi daxilində müxtəlif növ üsullar sistemi əsasında nəticə alınması mümkün olduqda aparılan ekspertiza növüdür.
Gömrük ekspertizasına təqdim olunmuş, prob və nümunə istisna olmaqla, material və sənədlərin ümumi saxlanma müddəti üç ildir.
Gömrük ekspertizası aparılmasına təqdim olunmuş materiallar və sənədlərin təbii yolla pozulması, qarşısıalınmaz qüvvələr nəticəsində məhvolması vəya bərpa olunmayan itki olduğu halları istisna olmaqla, normal şəraitdənormal şəkildə qorunub saxlanılması gömrük orqanları və onun əməkdaşları tərəfindən təmin olunmalıdır. Laboratoriyaya təqdim olunmuş prob və müxtəlif nümunələr onların qorunmasçün ayrılmış müvafiq temperaturu tənzimlənən xüsusi otaqlarda (dondurucuda, soyuducuda və s.) saxlanılır. Bir çox qida məhsullarından əldə olunmuş prob və müxtəlif nümunələrin gömrük laboratoriyasında bununla bağlı saxlama müddəti onların son istifadə müddətindən artıq müddətdə olmamalıdır. Digər mallardan isə götürülmüş prob və nümunənin saxlanma müddəti dörd aydır.
Prob və nümunələr saxlama müddəti bitdiyi zaman məhv edilir.
Prob və müxtəlif nümunələr üzrə keçirilən sınaqların protokolunda aşağıdakı məlumatlar göstərilir:
-
sınaq protokolunun nömrəsi;
-
gömrük laboratoriyasının rekvizitləri;
-
prob və nümunələr haqda məlumatlar:
-
sifarişçinin rekvizitləri;
-
istehsalçı haqqında məlumat;
-
malın adı;
-
miqdarı və çəkisi;
-
seriya nömrəsi;
-
son istifadə tarixi;
-
qeydiyyat nömrəsi;
-
götürülmə tarixi;
-
götürülmə yeri;
-
qablaşma, markalanma, daxili görünüş haqqında məlumat;
-
prob və nümunələr götürülməsi prosesinə aid texniki sənədlərin rekviziti;
-
sınağın başlama və başa çatma tarixi;
-
gömrük laboratoriyasına çatdırılma tarixi;
-
sınaq protokolunun tərtib edilmə tarixi.
-
sınağı aparan şəxsin adı,soyadı, imzası;
-
aparılmış metodlar göstərilməklə sınaqların nəticələri;
Sınaq protokolunun qeyd aparılan bütün səhifələri tam şəkildə nömrələnməlidir.
Və Sınaq protokolu gömrük laboratoriyasının səlahiyyətli şəxsi tərəfindən möhürü vurulmaqla, gömrük laboratoriyası rəhbəri tərəfindən müəyyən zaman müddətində təsdiq olunmalıdır.
Malların şəxslər tərəfindən gömrük laboratoriyasına gətirilməsi və həmin mallardan prob və müxtəlif nümunələrin götürülməsi mümkün olmadığı zamanda, gömrük ekspertizasının müxtəlif məqsədlərçün malların yerləşdiyi yerdə onlara gömrük orqanları tərəfindən baxış keçirilir.
Mallara gömrük baxışının keçirilməsi ekspertizanı təyin etmiş gömrük orqanı və ya bununla əlaqədar olaraq müraciət etmiş şəxslər tərəfindən bu qaydalara uyğun şəkildə təşkil olunur. Mallara gömrük baxışının keçirilməsi vaxtı gömrük orqanının əməkdaşı, habelə bəyannaməçi, mal barəsində səlahiyyətli digər şəxslər vəya onların nümayəndəsi birgə iştirak edirlər.
Əmtəə və ya Mallara baxış keçirən ekspertlərin hüquqları aşağıdakılardan ibarət sayılır:
-
malın ekspertizaya göndərilməsi haqda gömrük orqanının göndərişi gömrük laboratoriyalarına daxil olduğu vaxtdan on gün müddətində bəyannaməçi, mal barədə səlahiyyətli bu və ya digər şəxslərdən vəya onların nümayəndəsi tərəfindən mal baxışa təqdim edilmədiyi hallarda, onların iştirakçıları olmadığı halda mala baxış keçirilməsini həyata keçirmək;
-
təsviretmə üsullarından istifadə edə bilmək;
-
ekspertizanın aparılmasıçün malları müşaiət edən texniki normativ sənədləri əldə etmək;
-
əlverişli şərait yaradılmasını mallara gömrük baxışı keçirilməsüçün tələb etmək;
-
texniki ölçmə vasitələrindən mallara baxışın keçirilməsində istifadə etmək.
-
Yalnız ekspertizada marağı olmayan şəxslərin iştirakilə mallara baxış keçirilir.
Əmtəə və Mallara baxışın keçirilməsi akt formasında rəsmiləşdirilir. Bir nüsxədə Akt tərtib olunur və baxışda iştirak edən bütün şəxslər tərəfindən hamılıqla imzalanır. Aktın surəti isə müvafiq şəxslərə təqdim edilir. Deklarant, mal barədə səlahiyyətli şəxslər vəya onların nümayəndələri mallara keçirilən baxış aktında olanlarla razılaşmadığı təqdirdə və bununla da onu imzalamaqdan imtina etdiyi təqdirdə, ekspertiza baxış aktının xüsusi göstərilən qeyd hissəsində bu barədə qeydi əlavə edilir.
Beləliklə, Aparılmış tədqiqatların əsasında və onların nəticələri nəzərə alınmaqla, ekspertlər tərəfindən yazılı formatda rəy hazırlanıb, imzalanıb və təsdiqlənməsiçün gömrük laboratoriyasının rəhbərinə birbaşa təqdim olunur.
Ekspertin rəyi
1. giriş hissə,
2. tədqiqi hissə
3. nəticə hissəsindən ibarətdir.
Ekspert rəyinin ilkin giriş hissəsi aşağıdakılardan qeyd olunur:
-
ekspertizanın növü (ilkin növ, əlavə növ, təkrar növ, kompleks növ, komisyon növ);
-
ekspertizanın aparılmasıçün sənəd.
-
Gömrük ekspertizanın aparılmasının məqsədi;
-
ekspertizanı aparan ekspert haqda məlumatlar: adı, soyadı və ata adı, vəzifəsi, ixtisası;
-
gömrük ekspertizanın aparılma vaxtları və yerləri;
-
materiallar və sənədlərin laboratoriyaya daxil olunduğu tarix;
-
ekspertizaya təqdim olunmuş malların və əmtəələrin adları, tədqiq olunan obyektlərin qablaşdırılması növləri və rekviziti;
-
ekspertlərə təqdim olunmuş material və sənədlərin siyahısı;
-
ekspertlər qarşısında qoyulmuş digər suallar.
Əlavə ekspertiza aparılmasına dair rəy formasının giriş hissədə ilkin ekspertiza haqda məlumatlar da öz yerini tapır. Bu hissəsə ilkin ekspertiza növü üzrə rəyin nömrə və tərtib olunma tarixi, ekspertin adı , soyadı və ata adı, rəydə izahat və başqa tamamlama tələb olunan ilkin ekspertizayla müəyyən olunmuş məlumat və nəticələr əks olunur. Təkrar ekspertiza rəyinin giriş hissəsində olan, ilkin ekspertiza haqda məlumatlar göstərilir. Burada ilkin ekspertizanın rəyinin tarixi və nömrəsi, ekspertin adı, soyadı və ata adı, ilkin ekspertiza nəticəsi, təkrar ekspertiza aparılmasının əsasları öz əksini tapır. Ekspert rəyinin tədqiqi olunması hissəsində təhqiqat prosesi və onun müəyyən nəticələri təsvir edilir, müəyyən olunmuş faktların izahı qeyd olunur.
Ekspertizanın rəyində tədqiqi olan hissəsində aşağıdakı göstərilir:
-
tədqiqatın metodu və nəticələri;
-
tədqiqatın obyektləri vəziyyəti;
-
prob və müxtəlif nümunələrin sınaqları və onların nəticələri;
-
ekspertin məlumatları
Qoyulmuş suallardan bəzi suallara cavablandırmaq mümkün olmadığı zaman, ekspert rəyinin tədqiqində onun əsas səbəbləri göstərilməlidir. Belə Ekspert rəyinin tədqiqində anlaşılan tərzdə ifadə edilməli, terminlərdən düzgün qaydada istifadə edilməli və belə xüsusi terminlər izah olunmalıdır.
Əlavə ekspertiza aparıldığı zaman, ilkin ekspertiza aparılma vaxtı tətbiq olunan vasitələrdən istifadə olunmuşdursa və bu nəticə əldə edilmişdirsə, ekspertlər əlavə ekspertizaya aid olan rəyin tədqiqi prosesində tədqiqatın gedişini və nəticəsini göstərmədən ilkin ekspertizalarının müvafiq olan bölmələrinə istinad edilə bilər. Təkrar aparılan ekspertiza keçirilən zaman ilkin ekspert nəticələrilə müxtəliflik yaşanarsa, belə təkrar ekspertizaya aid rəyin tədqiq prosesində bu müxtəlifliyin elmi- metodik səbəbi ekspertlər tərəfindən göstərilməlidir. Bu növ tədqiqatın üsulları, elmi-texniki vasitələrdən istifadə edilməsi şəraiti elə ifadə olunmalıdı ki, aparılmış ekspertizanı təkrar etməklə ekspertin aşkarladığı nəticələrin doğru olduğunu yoxlamaq mümkünləşsin. Verilən sualların sayı mütəlif və çox olduğu zaman, rəyin tədqiq prosesində hər bir hissəni sualın göstərilməsilə başlanır. Suallara cavab kimi ekspertin gəldiyi müxtəlif nəticələr sualların tədqiqi hissələrində göstərilən ardıcıllıqlarla verilməlidir. Müxtəlif növ suallara mahiyyətinə görə cavab verilir və onun həllinin mümkünlüyü göstərilir. Ekspertiza sonunda rəyin nəticə hissəsi aydın, dəqiq dildə və birmənalı olaraq ifadə edilməlidir. Rəyin tədqiq hissəsndə göstərilən və qoyulmuş müxtəlif suallara qəti cavab verən təhqiqat yekunlarını və nəticələrini müfəssəl təsvir etmədən öncə nəticəni formalaşdırmaq mümkünsuz olduqda, ekspert rəyinin tədqiqi hissəsinə yönləndirilməsinə yol verilir. Ekspertlər Komisyon ekspertizanın aparılması vaxtı fikir ayrılığı yaranarsa, ekspert hərbir ayrıca rəy təqdimetmək hüquqlarına malikdirlər. Hər bir ekspert Kompleks ekspertiza aparıldığı zaman rəyin ona aid hissəsini imzalayırlar. İki nüsxədə Ekspert rəyi tərtib olunur. Birinci nüsxə sənəd ekspertizanı təyinetmiş gömrük idarəsinə vəya onunla bağlı müraciət etmiş şəxslərə təqdim olunur, ikinci nüsxəysə gömrük laboratoriyasının axivlərində saxlanılır. Ekspert rəyini Gömrük laboratoriyasının rəhbəri nəzərdən keçirərkən, sənədin doğru rəsmiləşdirilmədiyini vəya yanlış nəticələr çıxarılmasına səbəb olacaq natamam tədqiqatlar keçirildiyini, ekspertiza aparılmasının metodologiyasının pozulduğu aşkar olunarsa, rəy zəruri dəyişiklik və dəqiqləşdirmələr edilməsiçün ekspertə geri qaytarılır. Ekspertiza aparılması bu halda digər ekspertlərə tapşırılır. Ekspertizanı təyin edən gömrük orqanının əməkdaşı ekspertizanın nəticəsi barədə birbaşa bəyannaməçini, mal barədə səlahiyyəti olan şəxsləri vəya onların nümayəndəsinii məlumatlandırır. Gömrük orqanı Ekspertin rəyinə əsaslanaraq, aşağıdakılarla əlaqədar qəbul olunmuş qərarlar barəsində yazılı surətdə müvafiq gömrük laboratoriyalarını məlumatlandırır: Malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına müvafiq olaraq aidiyyəti olmasının, təsnifat kodunun müəyyənlə.dirilməsi və eyniləşdirilməsi, malın mənşəə ölkəsinin, emal proseslərində hasilat normasının müəyyənləşdirilməsi və əmtəənin gömrük dəyərinin təyini əsasında gömrük orqanları tərəfindən büdcəyə ödənilmiş vergilərin və gömrük rüsumlarının miqdarı barədə; keyfiyyət göstəriciləri və ya təhlükəsizliyə görə istifadəyə yararsız mallar barəsində.
Fəsil 3. Azərbaycanda qeyri-ərzaq mallarının gömrük ekspertizasının təkminləşdirilməsi istiqamətləri
3.1 Qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin təkminləşdirilməsində beynəlxalq gömrük əməkdaşlığının rolu
Dostları ilə paylaş: |