Magistr dissertasiyasi


FƏSİL III. AZƏRBAYCANDA İNVESTİSİYA QOYULUŞLARININ SƏMƏRƏLİ STRUKTURUNUN QURULMASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ



Yüklə 317,02 Kb.
səhifə16/17
tarix10.01.2022
ölçüsü317,02 Kb.
#107808
1   ...   9   10   11   12   13   14   15   16   17
FƏSİL III. AZƏRBAYCANDA İNVESTİSİYA QOYULUŞLARININ SƏMƏRƏLİ STRUKTURUNUN QURULMASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

3.1 İnnovasiya yönümlü investisiyanın stimullaşdırılması sahəsində dövlət siyasətinin əsas istiqamətləri

Təbii sərvətlərdən tam səmərəli istifadəni təmin etməyə müəvəffəq olmuş uğurlu iqtisadi siyasət Azərbaycanın inkişafının keyfiyyətcə daha yüksək, yeni mərhələsinə addım atmasına şərait yaratmışdır. Bu onunla əlaqədardır ki, Dünya İqtisadi Forumunun 2015-2016cı il üzrə Qlobal rəqabət qabiliyyətliliyi bağlı hesabatında respublikamız 140 ölkə arasında 4.5 reytinq dəyəri ilə 36cı və 44cü yerləri bölüşdürür, hansı ki, həmin sıralamada İtaliya və Polşa kimi nəhəng Avropa ölkələri Azərbaycanla eyni yeri tutmuşdur.

Mənbə:http://reports.weforum.org/global-competitiveness-report-2015-2016/competitiveness-rankings/

Azərbaycanda davam edən hüquqi və ictimai-iqtisadi islahatlar, qazanılmış böyük makroiqtisadi nəticələr inkişafın innovasiya əsasına və resurs bazasından istehsalın irəli keçməsinə şərait vermişdir. Dinamik olaraq qloballaşan və dəyişən iqtisadi mühitdə Azərbaycanın iqtisadi inkişafının stabilliyinin qarantiya olunması innovasiyalı iqtisadi sistemin işə salınması ilə birbaşa bağlıdır. Ölkənin iqtisadiyyatının innovativ əsaslarda idarə olunması muəssisələrin innovasiya fəaliyyətinin müvəffəqiyyətləri ilə bibirbaşa əlaqəlidir. Ona görə, şirkətlərin innovasiya fəaliyyətinin praktiki-nəzəri problemlərinin araşdırılması vacib aktuallığı ilə fərqlənir. İnnovasiya fəaliyyətinin nəzəri-praktiki əsaslarını ümumiləşdirilməsi, innovasiya-investisiyaların dərəcəsinin təhlil olunması, həmin istiqamətdə məhdudiyyətlərin araşdırılması və müəssisələrin vergi tənzimlənməsi üzrə tövsiyyələrin verilməsi mühüm müzakirələrə səbəb olan sahələr qəbul edilmişdir.



Azərbaycanda 2010-2014cü illərdə əsas kapital üçün aktual olan və əsas kapitala yönəldilən investisiyalar hər il 15-20% artmaqla bərabər müxtəlif sahələr üzrə müxtəliş şəkildə paylanmışdır. Aşağıdakı cədvəldə 5 il ərzində dövlət siyasətinin əsas investisiya istiqamətləri və əsas kapitala yönəldilən investisiyaların faktiki qiymətlərlə göstəriciləri təqdim olunmuşdur:



Yüklə 317,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin