Magistr dissertasiyasi


Giriş Mövzunun aktuallığı



Yüklə 317,02 Kb.
səhifə3/17
tarix10.01.2022
ölçüsü317,02 Kb.
#107808
1   2   3   4   5   6   7   8   9   ...   17
Giriş

Mövzunun aktuallığı. Azərbaycan regionda öz iqtisadi resurs potensialı ilə dünya iqtisadiyyatında əhəmiyyətli yer tutmuş zəngin dövlətlərdən biridir. Ölkənin neft və qaz resursları sahəsində regionda dünya iqtisadiyyatında müasir tələbatları ödəyə biləcək zənginliyə malik olması, daha effektiv istehsal texnologiyalarının tətbiqi, təkmilləşdirilməsi öz növbəsində irimiqyaslı investisiya qoyuluşlarını və geosiyasi stabilliyin qərarlaşmasına imkanlar yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə imzaladığı “Gələcəyə baxış 2020” İnkişaf Konsepsiyasında qeyd edildiyi kimi 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının təsnifatına əsasən ölkəmizin “Yüksək insan inkişafı” ölkələri qrupunda olması olduqca vacib göstəricilərdəndir. Qeyd edilən məqamlar tədqiqat işinin müvafiq paraqraflarında araşdırılmış və müfəssəl nəticələr əldə olunmuşdur. Dissertasiya layihəsində qeyd olunan bir sıra məlumatlar toplanarkən Azərbaycanda fəaliyyət göstərən biznes inkubasiya mərkəzləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya texnologiyaları və yeni iqtisadı sahələrlə bağlı ölkədə aparılan islahatları barədə məlumatlardan istifadə olunmuş, habelə Azərbaycanda yeni fəaliyyətə başlayan texnoparkların və eyni adlı xarici beynəlxalq strukturların təcrübəsindən istifadə olunmuş, investisiyanın sosial-iqtisadi mahiyyəti, istehsal nəzəriyyəsi və istehsal xərclərinin dinamikasının reallaşdırılması formaları araşdırılmışdır. Təqiqat həm ənənəvi, həm də qeyri-ənənəvi iqtisadi sahələrin uzlaşdırılması ilə yeni situasiyanın yaranmasının əsas tələblərini təşkil edir və innovasiya yönümlü investisiyaların stimullaşdırılması sahəsində xarici ölkələrin təcrübəsini əhatə edir. Tədqiqatda göstərilənlərlə yanaşı, bir sıra yeni sahələr və onların əsas predmeti barədə məlumatlar öz əksini tapmış, müasir innovasiya-investisiya sahəsi üçün yeni olan termin və anlayışlar öyrənilmişdir.

Beləlikə, qeyd olunanlar kontekstində, dissertasiya işinin mövzusu mühüm elmi, əməli əhəmiyyət daşıyaraq, real aktuallığa malikdir.


Yüklə 317,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin