Tədqiqatın məqsəd və vəzifələri. Yerli innovasiya-investisiya fəaliyyətlərinin inkişafı fazalarının, onların parametrlərinin tədqiq edilməsi, beynəlxalq arenada bununla bağlı praktiki təkliflərin verilməsi tədqiqatın məqsədini təşkil edir. Ölkədə sözügedən sahələrin inkişaf etdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması əsas vəzifə kimi irəli sürülür.
Əsas məqsədə nail olunması üçün aşağıdakı tədqiqat vəzifələri seçilmişdir:
İqtisadiyyatın tənzimlənməsi və maliyyə resurslarının idarə edilməsinin nəzəri-metodoloji və təcrübi yanaşmaların qiymətləndirilməsi;
Milli iqtisadi inkişafın təmin edilməsi baxımından makroiqütisadi tənzimləmənin vəzifələrinin müəyyənləşdirilməsi;
Davamlı inkişaf şəraitində innavativ investisiya siyasətin vəzifə və hədəflərinin müəyyənləşdirilməsi;
Azərbaycanda son dövrlərin investisiya siyasətinin əsas xüsusiyyətlərinin müəyyənləşdirilməsi;