Tədqiqatın obyekti. Təşkilati hüquqi forması ASC olan bütün müəssisələr tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın predmeti. Təqdiqatın predmetini müasir dövrdə Azərbaycanda investisiya qoyuluşlarını tənzimləyən normativ-hüquqi baza və investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsində istifadə olunan vasitələrin qiymətləndirilməsi təşkil edir.
Tədqiqatın informasiya bazası.Tədqiqatın informasiya bazasını innovativ investisiya qoyuluşlarının iqtisadi hüquqi mexanizmləri, yerli biznes təşkilatlarının konsepsiyalarının formalaşması sahəsində hazırladıqları metodik sənədlər və əsasnamələr, innovativ menecment sistemini quran dünyanın aparıcı firmalarını təcəssüm etdirən internet səhifələri, beynəlxal səviyyədə tanınan ekspert və müəlliflərin fikirlərinin yer aldığı ayrı-ayrı ədəbiyyatlar, məqalələr, habelə ən son statistik göstəricilər təşkil edir. Bundan əlavə Azərbaycanda fəaliyyət göstərən Avrora Holdinqin iqtisadi fəaliyyətinin təhlili nəticələri və iqtisadi göstəriciləri də tədqiqatın informasiya bazasına əlavə oluna bilər.