Prоblеmin öyrənilmə səviyyəsi.Vergi təhlükəsizliyinin təmin edilməsi və iqtisadi inkişafa vergi təhlükəsizliyinin təsiri məsələləri həm ölkə, həm də хarici iqtisadçı-alimlərinin tədqiqatlarında xüsusilə son dövrlərdə geniş işıqlandırılır.
Dissertasiyanın problematikası üzrə monoqrafik və elmi-dövri nəşrlərin təhlili göstərdi ki, onlarda vergi təhlükəsizliyi sisteminin müasirləşdirilməsinin və onun iqtisadi inkişafa təsirinin artırılmasının müxtəlif aspektləri öz əksini tapmışdır, bu isə ölkənin iqtisadi inkişaf səviyyəsini yüksəltməyə imkan verir.
Bununla yanaşı, vergi təhlükəsizliyi sisteminin formalaşması prosesinin özü və bu sahədə problemlər hələ kifayət qədər öyrənilməmişdir.
Dostları ilə paylaş: |